Məktəb direktoru: "Jurnalisti yıxıb, üstündə oturdum..."

    Məktəb direktoru:


    Rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədr müavini, hüquq müdafiəçisi Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
     
    Faktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Rauf Sultanov vəsatətlə çıxış edib.
     
    O bildirib ki, vəzifəli şəxs olmamasına baxmayaraq, rüşvət alma maddəsi ilə ittiham verilib, 5 aydır ki, qanunsuz olaraq həbsdə saxlanılır.
     
    Rauf Sultanov barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verillməsini, bu vəsatəti təmin olunmadığı halda barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.
     
    Məhkəmə vəsatətləri təmin etməyib.
     
    Bu zaman Rauf Sultanov hakimin qərarına etiraz edib. O hakim tərəfindən sakitləşdiriləndən sonra məhkəmə istintaqının başlanılması barədə qərar qəbul edilib, ittiham aktını elan etmək üçün prokurora söz verilib.
     
    Daha sonra prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Rauf Sultanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
     
    Sonra 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovaşahid qismində ifadə verib. O bildirib ki, 2017-ci ilin avqustundan jurnalistlər ona zəng etməyə başlayıb, məktəblə bağlı suallar verib.
     
    Nailə Məmmədova bildirib ki, onun barəsində internetdə xoşagəlməz yazılar dərc olunub: "Sonra mənə zəng etdilər, amerkalı jurnalistlər olduğunu dedilər. Məndən 5 min manat istədilər".
     
    Nailə Məmmədova qeyd edib ki, sonradan bir neçə nəfərlə görüşüblər, 5 min manatdan 2 min manata qədər düşüblər: "İki min manata razılaşdıqdan sonra Rauf məni tez-tez rahatsız edirdi. Gecə saatlarında mənə zəng edirdi. Ona yalvarırdım ki, bu işdən əl çək, amma əl çəkmirdi. İstənilən vaxt zəng edirdi, məni narahat edirdi. Mənə görüntülü zənglər də edirdi. Onun görüntülü zənginə cavab verdim, şəkər xəstəsi olduğumu, ayağımı isti suya qoyduğumu göstərdim. Dedim ki, məni narahat etmə. Amma bu əməlindən əl çəkmirdi. Evdə gənc oğlum, ailəm var. Onlar da narahat olurdular. Məcbur qalaraq korrupsiya idarəsinə müraciət etdim”.
     
    Nailə Məmmədova Rauf Sultanovun həbs edilməsi üçün qurulan əməliyyatdan danışıb: "Pulu vermək üçün məni evinə çağırdı, dedi ki, nə içirsən, hazırlayım. Mən dedim ki, heç nə içmirəm, amma başı xəmirli tut arağı istəyirəm, bunu da zarafatla ona dedim. Məni evində görüşməyə çağırdı. Korrupsiyanın işçiləri gec gəlirdi, bu səbəbdən evdə danışmaqla onun başını qarışdırdım, suallar verməyə başladım. Qapının ağzında yerə yıxdım, üstünə oturdum ki, qaça bilməsin”.
     
    Nailə Məmmədov qeyd edib ki, bundan əvvəl Rauf Sultanovla bir neçə dəfə görüşmək barədə yer təyin etsələr də, sonuncu təyin olunan görüş yerlərinə gəlməyib: "Elə bil ki, Rauf nədənsə qaçırdı. Bu şəxsi mənə qarşı öyrədənlər olub. Onların adını öyrənmək istəyirəm. Çünki bu şəxsə mənim ev ünvanıma qədər verilib”.
     
    Nailə Məmmədova ifadəsində qeyd edib ki, Rauf Sultanovdan bir neçə ay əvvəl başqa bir jurnalist ona zəng edib: "Həmin jurnalist mənə sual verəndə, ona kobud cavab verdim. Həmin jurnalistə dedim ki, sən bilirsən, kimə zəng edibsən, başın üstünə ağırlıq edir. Düzdü, həmin ifadələri işlətmək məktəb direktoruna yaraşmazdı, amma məni həmin dövrdə çox sıxırdılar, əsəbi olduğum üçün kobud cavab vermişəm. Buna görə də rəhbərlik tərəfindən töhmət almışam”.
     
    Nailə Məmmədova qeyd edib ki, bu töhməti alandan 6 ay sonra Rauf Sultanov ortalığa çıxıb: "Bu ərəfədə artıq mənə verilmiş töhmətin vaxtı keçirdi, üstümdən götürüləcəkdi. Amma Rauf mənim haqqımda xoşagəlməz yazılar yazacağını dediyi üçün onunla görüşmək qərarına gəldim. Rauf mənim haqqımda rüsvayedici məlumatlar dedikdə, guya mənim məktəb şagirdlərinin valideynlərindən pul aldığım, məktəbdə özbaşınalıq etdiyim barədə məlumatlar olduğunu dedi. Daha öncə jurnalistləri qəbul etməyib, rədd etdiyim üçün başım ağrımışdı, mətbuatda heç bir əsası olmayan məlumatlar dərc edilmişdi. Belə bir halın təkrarlanmasını istəmirdim. Bu səbəbdən onunla görüşmək istədim”.
     
    Nailə Məmmədova söyləyib ki, Rauf Sultanovla bağlı olan söhbətini rəfiqəsi və həm də qohumu olan Samirə Mirzəyevaya izah edib, onun Raufla görüşməsini istəyib.
     
    Nailə Məmmədova qeyd edib ki, Samirə Mirzəyeva və onun həyat yoldaşı Rasim Mirzəyevlə birlikdə Rauf Sultanovla görüşməyə gediblər: "Mən maşında qaldım, Samirə və Rasim Raufla görüşdülər. Rasim mənim xahişimlə bu problemi həll etmək üçün 1200 manat verməyi təklif etdi. Amma Rauf israrla 5 min manat tələb edirdi”.
     
    Nailə Məmmədov bildirib ki, 40 ilin müəllimidir, 11 ildir məktəb direktoru işləyir: "Bu vaxta kimi heç bir problem olmamışdı. Amma son dövrlər haqqımda xoşagəlməz ifadələr mətbuatda dərc olunub. Mən də bu məlumatlarla bağlı heç bir jurnalisti qəbul etmirdim, onlarla bağlı məsələni hüquqi müstəvidə həll etmək qərarına gəldim. Bu səbəbdən ilk addımı atdım, Rauf Sultanovla bağlı hüquq-mühafizə orqanlarına şikayət etdim. Bundan sonra da haqqımda xoşagəlməz ifadələr işlədən jurnalistlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək qərarındayam”.
     
    Nailə Məmmədova Rauf Sultanovun onunla şəxsi münasibət qurmaq istəməsi barədə də ifadə işlədib.
     
    Rauf Sultanov bildirib ki, ona qarşı sürülən ittiham saxtadır. Onun sözlərinə görə, haqqında korrupsiya idarəsinə yazılan şikayəti Nailə Məmmədova yazmayıb: "Mən Nailə Məmmədovanın xəttini çox yaxşı tanıyıram. O ki qaldı onunla münasibət qurmağıma, bu yalandır. Nailə mənim anam yaşında qadındır. Mənim evimə daha gənc qızlar gəlib. İngiltərədən, Almaniyadan evimə qızlar gətizdirmişəm”.
     
    Növbəti proses iyunun 4-də davam edəcək.
     
    İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb.
     
    O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinir.
     
    Rauf Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb.
     
    Bundan əvvəl o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib.
     
    Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.
     
    Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə məhkum olunub. Hökm üzrə Rauf Sultanov ötən ilin dekabrın 2-də cəzasını başa vurub.
     
    Xəzər rayon Məhkəməsinin hökmü ilə Rauf Sultanovun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
     
    Hökmdən narazı qalan Rauf Sultanov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, hökmdə yenə də xətşünaslıq ekspertizasının rəyi saxtalaşdırılıb. Rauf Sultanov barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət verilməsini xahiş edib. Həmçinin Baş Prokurorluq da apelyasiya protesti verərək, Rauf Sultanovun cəzasının ağırlaşdırılmasını istəyib.
     
    Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Xəzər rayon Məhkəməsinin hökmü dəyişdirilib. Rauf Sultanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi həmin məcəllənin 178.1 və 178.2-ci maddələrinə tövsüf edilib və onun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvəsində saxlanılıb.
     
    Rauf Sultanov sonradan Nizami rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.
     
    Hüquq müdafiəçisi olan Rauf Sultanov azadlığa çıxandan sonra Amerkapress.com saytını yaradıb və həmin sayta rəhbərlik edib.
     
    Sayt rəhbəri olandan sonra onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər daxil olub.

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 261


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    MMA üzrə bir çox qələbələrə imza atan idmançılarımızdan qürur verici xəbər gəldi Millət vəkili Q.Paşayeva Ərkivan qəsəbəsində “Gənclər zərərli vərdişlərə YOX deyir” tədbirində gənclərə çağırış edib. Qənirə Paşayeva, Yazgül Abdıyeva və Arzu Bağırova xanım jurnalistləri təbrik etdi "Kim nə deyir desin biz elə bizik" Rəşad Kəsəmənlidən gözəl rəsm əsəri-Foto Bahalaşan və ucuzlaşan məhsulların - Siyahısı Adnan Oktarın evindən çıxanlar - Video Millət vəkili Qənirə Paşayeva Masallıda Kitab Günündə çıxış edərək gənclərə çağırış edib-Fotolar Təbiətə ziyan vuranlar Baş Prokurorluğa verildi Metro tikintisi Bakıda yolu çökdürdü - FOTO Adnan Oktarın villasına basqın anı - Video Ömrün sonuncu günəşi- əbədi işıq... Q.Paşayeva Ağdamda qəhrəman şəhidimiz Raquf Orucovun xatirəsinə həsr olunmuş anım tədbirində çıxış edib Goranboyda traktor aşdı - 4 yaralı Adnan Oktarın aylıq qazancı nə qədər olub? Android istifadəçilərinə təhlükəli virus hücum edib İsti havada buz kimi su içmək çox təhlükəlidir - bunu mütləq bilin! Fərəc Quliyev: “Onların kökünü birdəfəlik kəsmək lazımdır” Gədəbəydə tibbi aksiya keçirildi-Fotolar “Dövlətimiz əmin əllərdədir” İstirahət günlərində 7 yol qəzası olub - 4 ölü, 11 yaralı Neft bahalaşıb Gəncə sakini bıçaqlanıb Qarabağ icması Ağdərə ilə bağlı bəyanat yaydı Ermənilərdən növbəti təxribat: Yanğın “Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alqışlarla qarşılandı Gəncədə açılan güllələr? İŞİD İZİ “Nar”Bakı Biznes Universitetində keçirilmiş əmək yarmarkasında iştirak etdi KİTAB DA İNSAN KİMİDİR... Ərdoğan Azərbaycana gəlir Q.Paşayeva AŞPA-da Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları ilə bağlı çıxış edib və Ermənistan heyətinə sərt cavab verib. “Nar” korporativ müştərilərlə görüş keçirib Azərbaycan Ordusunun ilk hərbi operatoru vəfat etdi Q.Paşayeva AŞPA-da Nazirlər Komitəsini Ermənistanın törətdiyi vandalism aktlarına seyriçi qalmamağa çağırıb “Türk Ulduzları” Bakı səmasında uçuşlar edib Hərbi parad başladı - Zakir Həsənov Ali Baş Komandana raport verdi (YENİLƏNİB) “Ərdoğanın digər özəlliyi odur ki, terrorçuları dəstəkləyən qüvvələrin üzərinə gedir” Ramin Quluzadə Qusarda vətəndaşlarla görüşəcək Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib Hospitaldan Hacının palatasına poni gətirilməsi ilə bağlı açıqlama: "Ağır xəstənin kiçik arzusunu yerinə yetirmək savabdı.." Ərdoğan 52.6 faiz səs toplayıb - Yekun nəticə açıqlandı Daşkəsəndə təbii fəlakət - Evlər, körpülər dağıldı Qobustan-Poladlı avtomobil yolu yenidən qurulur İraqın neft naziri yaxın vaxtlarda Azərbaycana səfərə gələcək Böyük skandal : İngilis mediası seçki günü müxalifəti Ərdoğanı devirməyə çağırdı – “Ərdoğan dünya üçün təhdiddir, onu devirin” Ərdoğan nəvələri ilə birlikdə səs verdi - Video Millət vəkili Q.Paşayeva Braziliya, Çin və İndoneziyanın fəal qadınları ilə Qarabağdan danışıb “Nar”-dan “Samsung” smartfonu al, telefonun dəyərinin bir hissəsi balansına qayıtsın! "Düşməni hədəfə alaq, hərəmiz bir güllə ataq" devizi altında kiçik çaplı odlu silahdan təlim atışları təşkil edildi Ukraynada "Azərbaycan Ticarət Evi" açılıb Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq” Xaçmazda yeni gömrük-keçid məntəqəsi inşa olunacaq Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur Nazir: "Pambıqçılıqla məşğul olan fermerlər təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər” Qanunsuz süni balıq gölləri yaradan şəxslər 85 min manat cərimə edilib AMB-nin valyuta məzənnələri Gömrükçülər ölkəyə xeyli sayda qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 67-ci iclası keçirilib Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib Millət vəkili Q.Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət edib. İcra başçısından tarlada zəhərlənənlərlə bağlı - Açıqlama Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək Azərbaycandan Gürcüstana qaz ixracı 16,5% artıb Abşeron rayonunda reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir Dünya birjalarında neft ucuzlaşıb Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək Qızıl 26 dollardan çox ucuzlaşıb Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” təsis edilib - EKSKLÜZİV Azərbaycan neftinin qiyməti azalıb. İcxeberler.info saytının rəhbərinə üzucü xəbər "BizimTV" -nin əməkdaşı üçün özəl gün-Təsisçidən ad günü təbriki Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür Bu il Azərbaycanda qızıl istehsalı 19% artıb Azərbaycan Gürcüstanla sərhəddə yeni sərhəd keçid məntəqəsi inşa edəcək Hərbi əməliyyatlar başladı: 4 hərbçi HƏLAK OLDU “Nar”-dan Naxçıvan üçün xüsusi təklif Uşağı döydüyü üçün həbs edilən tərbiyəçi danışdı Gənc müğənni Aygün Surəzənin Ad günü partisi keçirildi. Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq DGK: Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək Gədəbəyin dağlarından-Fotosessiya Dövlət Dəniz Agentliyinə direktor təyin edilib Bakının Nəsimi rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq AMB-nin valyuta məzənnələri Sabah TANAP-ın açılış mərasimi keçiriləcək ”Azərbaycan İnciləri” adı altında birləşib-Muğamı gələcək nəsillərə sevdirməliyik Millət vəkili: Naxçıvan qələbəsi digər işğalda olan torpaqlarımızın azadlığına aparan yoldur Bu gün sonuncu sınaq imtahanı keçiriləcək Mövqelərimiz pulemyotlardan atəşə tutulub Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünya birjalarında qızıl bahalaşıb ELNARƏ RZAYEVA ÖZÜNÜ MEDİA QARŞISINDA OLDUĞU KİMİ TANITDI "REAL FAKTLAR AŞKAR OLUNDU" "Düşünən insan" jurnalı Ramazan ayı münasibətilə tədbir keçirib (FOTO) Buğdanın laboratoloji analizləri pulsuz aparılacaq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq AMB-nin valyuta məzənnələri Tovuzda strateji əhəmiyyətə malik bir neçə yol yenidən qurulur Gürcüstandan Azərbaycana mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb Təbriz küçəsində təmir işləri yekunlaşıb Şəmkir-Samux-Goranboy suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 km-lik hissəsinin açılışı olub
    File engine/metagen.php not found.