Fərəc Quliyev: “Onların kökünü birdəfəlik kəsmək lazımdır”

    Fərəc Quliyev: “Onların kökünü birdəfəlik kəsmək lazımdır”


    "O əldəqayırma saytlar dini radikal cərəyanların buradakı balalarına məxsusdur”

    Mingəçevirdə baş verən qəza və Gəncə şəhərində törədilən qanlı hadisələr ölkə gündəminin əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Bu dönəmdə diqqəti çəkən təhlükəli bir məqam da oldu. Azərbaycanın təhlükəsizliyini təhdid edənlər təkcə açıq şəkildə, odlu, yaxud soyuq silahla hücuma keçmədilər, eyni zamanda əllərindəki informasiya resursları, sosial şəbəkələrlə dövlətimizi sarsıtmağa, destruktiv qüvvələri hərəkətə gətirməyə, qanlı hadisələrin miqyasını genişləndirməyə çalışdılar.

    Xarici ölkələrdən idarə olunan, Azərbaycanda vətəndaş qarşıdurmasını alovlandırmağa, milli, etnik, dini ayrı-seçkiliyi təbliğ edərək mövcud tolerantlıq mühitini pozmağa çalışan saytlar, facebook səhifələrinin özü də təhlükə mənbəyi olaraq ortaya çıxdı ki, bunlar da araşdırılması zəruri olan istiqamətlərdəndir. Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri  Fərəc Quliyev bununla bağlı "Yeni Müsavat”a müsahibə verib.

    - Fərəc bəy, siz özünüz də feysbuk istifadəçisiniz, Azərbaycanda vətəndaş qarşıdurmasını alovlandırmağa çalışan qüvvələrlə bağlı müşahidələrinizi bölüşə bilərsinizmi? Onların haradan idarə olunduğu barədə qənaətiniz, bir məlumatınız varmı? Bu kontingentlə bağlı düşüncələriniz nədən ibarətdir?

    - Mən hesab edirəm ki, sizin sualınızın içində həm də bir cavab yatıb. Gerçəkdən də bu, özbaşına baş verən xaotik proses deyil. Bu, idarə olunan prosesdir və kifayət qədər institutlaşdırılmış, oturuşmuş bir mərkəzdən idarə olunur. Verilən bəyanatlar və çağırışlar burada daha çox Rusiya və İranın, daha çox da İranın maraqlarının olduğunu göstərir. Çünki yaxın zamanlarda Azərbaycanın enerji xətləri ilə bağlı ABŞ mətbuatında bir yazı çap olunmuşdu və bizim mətbuatda da dərc olunmuşdu. Azərbaycanın Avropa enerji təhlükəsizliyində iştirakı ilə bağlı olaraq Rusiya tərəfində çox ciddi narahatlıq var idi. Üstəlik də Azərbaycanın indi Avropa İttifaqı ilə yaxınlaşması, sazişin hazırlanması, Qərb dövlətləri ilə münasibətləri yaxınlaşdırması, İsrail və ABŞ-la son dərəcədə yaxşı münasibətləri İranın və Rusiyanın bu məsələlərdə maraqlarının olduğunu göstərir. Adamların özlərinin də çağırış eləmələrinə, sosial şəbəkələrdə aldıqları dəstəyin mənbələrinə nəzər yetirdikdə, yenə bu ehtimallar gündəmə gəlir. Bu, Azərbaycanın daxilində xaotik şəkildə və yaxud bir təşkilat tərəfindən yaradılmış məsələ deyil. Xarici kəşfiyyat idarələri tərəfindən və xarici dövlətlərin maraqlarına uyğun şəkildə planlaşdırılmış davranışlardır.

    - Belə qüvvələrlə necə mübarizə aparılmalıdır?

    - Hesab edirəm ki, çox ciddi şəkildə həm təxribatçı hərəkətlərə qarşı tədbirləri həyata keçirməklə yanaşı, həm də onları dəstəkləyən, Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq, həm də ölkəmizi qarışdırmaq istəyən belə qüvvələrə dəstək verənlərə qarşı - artıq açıq şəkildə dəstək verənlər var idi - ciddi şəkildə mübarizə aparmaq lazımdır. Bu, artıq müharibənin bir növüdür. Müasir dünyada top-tüfəngdən daha çox, belə üsullarla müharibə aparılır. Həm də bu, təkcə informasiya müharibəsi deyil. İflic etmək, cəmiyyəti gözdən salmaq, mənfi imic yaratmaq, görünməyən qüvvələrin işə salınması, təhdidlər, bütün bunlar var idi. Kimsə buna dəstək verirsə, terrorun yanındadır. Terrorçulara mənəvi və informasiya dəstəyi vermək eyni yüklü, ağırlıqlı məsələdir. Bəlkə də hələ informasiya dəstəyi və mənəvi dəstək vermək daha pis məsələdir. Dövlətlərin adını çəkmirlər, amma mən hesab edirəm ki, bu, açıq şəkildə görünür. Həmin adamlar Rusiya və İranda ya məşq keçiblər, ya onlara bağlıdırlar, ya ifrat çağırışlarında bu, hiss olunur. Amma onların İslama heç bir aidiyyəti yoxdur. Necə ki, başqa Şərq ölkələrində, ərəb dövlətlərində İslam adı altında İslamı nüfuzdan saldılar və İslam abidələrini dağıtdılar, burada da eyni davranış var. Həm İslamı gözdən salmaq var, həm də əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycanı qarışdırmaq meyli var. Bu, eyni ssenarinin müxtəlif formada tətbiq olunması cəhdidir. Mən tamamilə əminəm ki, bu, qəti şəkildə xaricdən idarə olunur.

    Baş verən hadisələrə tam kəmfürsət yanaşmalar oldu. Azərbaycan bizim dövlətimizdir, ola bilər ki, burada ciddi şəkildə neqativlər, çatışmazlıqlar olsun. Siz özünüz də parlamentdə görürsünüz, mən bütün parlament çıxışlarımda da, müzakirələr zamanı da tənqidi yanaşıram. Heç kim tənqidlərlə bağlı bir söz demir. Amma baş vermiş bir hadisədən dərhal ölkəni nüfuzdan salmaq, ölkədə inamsızlıq yaratmaq - özü də müharibə apardığımız bir dövrdə - camaatla hakimiyyəti üz-üzə qoymaq, müxalifliyi artıq dövlətə qarşı müxalifliyə çevirmək, Azərbaycanı ayaq altına verməyə çalışmaq qəbulolunmazdır. Saytlardan birinin rəhbəri metroda problemlər yarananda su paylayırdı, bu, bir örnəkdir. Amma başqa bir sıra saytlarda Azərbaycanı gözdən salmaq üçün bir az da şişirdilmiş şəkildə informasiyalar yayırdılar.

    - Təfriqə salmaq istəyən bəzi saytlarla bağlı təxminləriniz, məlumatlarınız nədən ibarətdir? Siz həm də təhlükəsizlik komitəsinin üzvü olduğunuz üçün yəqin ki, məsələyə biganə deyilsiniz...

    - O əldəqayırma saytlar dini radikal cərəyanların buradakı balalarına məxsusdur. Mən həmişə demişəm ki, burada Rusiya ilə İranı ayırmıram. Milli Şuranı da Rusiyada yaradıb bura ötürmüşdülər. Onlar da ciddi şəkildə buna dəstək verdilər, son günlər bir az geri çəkilmələri hiss olunur. Bunlar da kəmfürsətlik edirlər. Yenə deyirəm, Azərbaycanda istənilən çatışmazlığı tənqid etmək, baş verən hadisələrə obyektiv yanaşmaq, çatışmazlıqları aradan qaldırmaq üçün təkliflər vermək lazımdır. Bu, başqa məsələ. Amma dərhal kəmfürsət kimi istifadə edib, cəmiyyətdə inamsızlıq, xaos yaratmağa cəhd etmək, bu, artıq Azərbaycan dövlətinə qarşı müxaliflikdir, hakimiyyətə qarşı yox. 

    - Barəsində bəhs etdiyiniz informasiya resurslarının Azərbaycandakı radikal dindarlarla əlaqələri, yaxud onlara təsiri barədə danışmağa əsas varmı?

    - Təbii ki, var. Məsələn, mən İran və Rusiyanın adını çəkib tənqid edəndən sonra mənə qarşı belə sosial şəbəkələrdə təhdidlər yazdılar ki, "siz növbəti nələrəsə baxarsınız, filan”. Hətta konkret adlarla, bilmirəm profil özlərinindir, ya saxtadır. İndi mən bunu şikayət xarakterli məsələ kimi demirəm, biz belə şeyləri çox görmüşük. Onlar başqalarına bunu edə bilərlər, belə üsullar bizə keçməz. Biz səngəri də gördük, məhbəsi də. Bundan sonra da hər məsələdə əsgər kimi dövlətimizin qulluğunda varıq. Yəni demək istəyirəm ki, əgər bu, varsa, təbii olaraq başqa vətənpərvər, türkçü insanlara, sizin kimi dövlət maraqlarını qoruyan jurnalistlərə də təhdidlər olacaq. Birdəfəlik onların kökünü kəsmək lazımdır. Səbəbləri aradan qaldırmasaq, tibbi dildə desək, simptomlara qarşı mübarizə aparsaq, pis nəticə verər. Ona görə də baş verənlərin səbəblərini, qaynaqları tapmaq lazımdır. Hansı dövlətlər bunun arxasında durursa, bu məsələlər sübut olunandan sonra onlara çox sərt şəkildə münasibət bildirmək, hətta münasibətlərə yenidən baxmaq lazımdır. Əgər bir ölkə sənin dövlət kimi silinməyində, xaosa sürüklənməyində maraqlıdırsa, sənin protokol qaydasında "mən səninlə qardaşam” deməyin heç bir mənası qalmır.

    - Fərəc bəy, milli təhlükəsizliyimizi təhdid edən informasiya resurslarının anti-Azərbaycan təbliğatı, sizcə, ölkəmizin ictimai rəyinə təsir edirmi?

    - Mən bir söz deyim. Siz bunu tərif kimi qəbul etməyin. Ən gərgin anlarda sizin kimi dostlar, millətə, dövlətə bağlı qüvvələr ortaya çıxır və sözlərini deyirlər. Adi hallarda siz belə məsələlərə çox da toxunmursunuz. Yəni Azərbaycanda böyük əksəriyyət millətinin, dövlətinin yanında olan və ona qarşı gələnlərin qarşısında dayanmağı bacaran kişilərdir. Biz millətimizə güvənirik, bu millət 1989-cu ildə "İlin xalqı” elan olunub, sərhədləri yandıran, əliyalın düşmənin üstünə getməyi bacaran bir xalqdır. Hesab edirəm ki, camaatı ruhdan salmaq olmaz. Amma ən ağır zərbəni "Troya atı”ilə, sapı özümüzdən olan baltalarla vura bilərlər. Ona görə də belələrinə "beşinci kolon” deyirlər. Bu "beşinci kolon”u, "Troya atlarını” təmizləmək üçün ölkədə kifayət qədər millətinə, dövlətinə bağlı olan qüvvələr var. Hətta hüquq-mühafizə orqanları olmasa belə, bu vətənpərvər insanlar öz evini qorumaq imkanına malikdirlər, heç kim heç nə edə bilməz.

    - Həmin resursların, onların arxasında dayanan qüvvələrin ifşa edilməsi üçün Azərbaycan mediası, sosial şəbəkə istifadəçilərinin, yaxud dövlətin üzərinə düşən vəzifələr, sizcə, nədən ibarət olmalıdır?

    - Dövlətin özü öz resursları ilə fəaliyyət göstərəcək və Azərbaycan təhlükəsizlik qüvvələri bu məsələlərdə normal mövqe tutacaqlar. Azərbaycan polisi qəhrəmanlıq edir, hüquq-mühafizə orqanları da yerindədir. Amma sizin kimi mövqedə olan qəzetlər, jurnallar, elektron KİV-lər və s. "Öncə Vətən!” çağırışı altında birgə fəaliyyət göstərməyi bacarmalıdır.  Azərbaycana qarşı olanlar, başqa dövlətdən idarə olunanlar dərhal birləşib bir-birinə dəstək verirlər, heç bilmirlər məsələnin arxasında nə var. Amma çox təəssüflər olsun ki, dövləti qoruyan qüvvələrin belə məsələlərdə birlik nümayiş etdirməsini müşahidə etmirik. Bu, başqa məsələlərdə olmaya bilər, amma Vətən məsələsində artıq kimsənin hansı siyasi qütbdə olmasından, hansı düşüncənin daşıyıcısı olmasından asılı olmayaraq, birgə fəaliyyət göstərməsi, bir-birinə təmənnasız və müqaviləsiz, dərhal dəstək verməsi çox vacib məsələdir.

    - Bütün bunlar niyə məhz indiki situasiyada baş verdi? Ola bilərmi ki, Azərbaycanın Qərbə inteqrasiya istiqamətində növbəti addımlar atması məkrli qüvvələri hərəkətə gətirib?

    - Bunlar da əsasdır. Mingəçevir İstilik Elektrik Stansiyasında baş verənlər, yaxud Gəncədə baş verənlər təsadüf sayıla bilməz. Gəncə qapısı anlayışı var. Avtomobil yolu, dəmir yolu, neft-qaz xətləri bu bölgədən keçir. Bu bölgədən təhdid etməklə ölkəmizə mesaj vermək istəyirlər ki, "özünüzün enerji təhlükəsizliyinizi təmin edin, başqası ilə işiniz olmasın!” Həm İpək yolu, həm də karbohidrogen ehtiyatlarını nəql edən yollar konkret olaraq Rusiyanı narahat edir. Artıq İranın da təklənməsi, sanksiyalara məruz qalması faktdır. Onlar dura-dura regiondakı üstünlüklərin Azərbaycana keçməsini həzm edə bilmirlər. Bu məsələlərə daha çox strateji cəhətdən yanaşırlar. Məncə, Avropa dövlətləri də bunu başa düşür. Artıq Avropa İttifaqı ilə sazişlə bağlı dörd əsas təkliflər üzərində çalışmalar gedir. Orada daha çox pozucu yox, daha çox birləşdirici və əməkdaşlığa imkan yaradan yanaşmalarını ortaya qoyurlar. Başa düşürlər ki, Azərbaycan bu situasiyada tək qalmamalıdır. Azərbaycanın bu məsələlərdə xaricdəki düşmənləri ilə yanaşı, ciddi müttəfiqləri və dostları var. Ona görə də bu məsələlərə görə məyus olmağa dəyməz. 


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 342


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    HEYDƏR ƏLİYEVLƏ BAĞLI ŞİRİNLİ-ACILI XATİRƏLƏR Mehriban Əliyevadan müəllim və tələbələrə təbrik - Məktubu +Fotolar Hərbi hissədə ağacəkmə kampaniyası-Fotolar Sürüşmə anının - Videosu Vətəndaşlar 11 min manat birdəfəlik ödəmənin verilməsini tələb edir - VİDEO Bakıda yeni dələduz peyda oldu - ''İnstagram''dan 35 nəfərə... (VİDEO) Tramp qızını bu vəzifəyə gətirmək istəyir On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi Minaya düşən sakinin vəziyyəti pisdir — Səhiyyə Nazirliyi Kolbasa və sosiska istehsal edən bəzi şirkətlərin fəaliyyətində nöqsanlar aşkarlandı Yenə leysan xəbərdarlığı edildi 11 oktyabr Beynəlxalq Qızlar günüdür Məmur oliqarxiyasının sonu yaxınlaşır - prezidentdən mühüm və sərt ismarışlar Restoran sahiblərinə sərt xəbərdarlıq Camal Qaşıqçının qaçırılma planını ABŞ kəşfiyyatı bilib - İddia Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində “Turetski xoru” qrupunun konsertini izləyib - FOTO Q.Paşayeva AŞPA-da Azad Demokratlar Qrupu adından çıxış edərək İslamafobiyanın artmasında Avropa ölkələrinin yanlış siyasətini tənqid edib. Şamaxı məktəb direktoru Gülnurə Babaşova : Təhsildə əldə edilmiş nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Rusiya Avropa Şurasından çıxarıla bilər Şəki sakinləri üçün oftalmolji müayinələr keçiriləcək Google istifadəçilərinə BƏD XƏBƏR - 2019-cu ildə bağlanacaq İçində miqrantların olduğu mikroavtobus yandı - Fotolar Bahar Muradovadan rusiyalı həmkarlarına çağırış "Neftçi İdman Klubu”nun cüdoçusu Vüqar Talıbov tarixi uğura imza atıb. “Nar” gənclərə fürsət yaratdı Eks-nazir Azərbaycana qayıda bilmir - SƏBƏB Bakı metrosunda həyəcan: Qatarlar boşaldıldı Qənirə Paşayeva Türkiyə əleyhinə yalanlara qarşı arqumentlərlə cavab verib "Mən qələt eləmişəm" - Qızını erməniyə verən diaspor sədri (VİDEO-FOTO) Hansı qida mədəmizdə nə qədər müddətə həzm olunur - SİYAHI “Savaşçı” serialının Azərbaycan bayrağı ilə başlaması bəyənildi – VİDEO Berluskoni Qara dəniz haqqında "yalan"ı BELƏ İFŞA ETDİ (FOTO) Nurməhəmmədov-Makqreqor döyüşünün və döyüşdən sonrakı davanın TAM VİDEOSU 19 yaşlı qızın cəsədi kanaldan tapıldı Nazirdən açıqlama: Neftin qiyməti və sanksiyalar... Sumqayıt təhsilini uçruma aparan yol-ARAŞDIRMA Aeroport yolunda növbəti qəza-Video+Foto ABŞ Konqresi Trampın namizədini Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq edib –Səsvermə zamanı qalmaqal baş verib Sumqayıtda direktor müavini dayəni döyüb xəstəxanalıq etdi - Fotolar 160 saylı avtobus daha bir qəza törədib, yaralananlar var - VİDEO+FOTOLAR İTV KANALIN YENİ UĞURLU LAYİHƏSI Sağ-salamat doğulan körpə 2 gündən sonra xəstəxanada öldü - Azərbaycanda Göygöldə yük maşını aşdı - 2 nəfər öldü, 2 yaralı Hacıbala Abutalıbova yeni vəzifə tapşırıldı Bakıda özəl klinikada pasiyent öldü - Açıqlama Qənirə Paşayeva müəllimləri təbrik edib Xırdalanda piyadanı vurub qaçan sürücü saxlanılıb 2018-ci il üzrə Nobel sülh mükafatının qalibləri məlum olub Bakı sakini bacısının körpəsini 350 manata satıb Sabah hava belə olacaq – PROQNOZ Oqtay Şirəliyevin qızı ermənini özünə köməkçi təyin etdi Qatarla toqquşub, 2 nəfərin ölümünə səbəb olan avtobus sürücüsünün FOTOSU YAYILDI Çingiz Abdullayev: “Bunlar əclafdırlar!” - TƏXRİBAT Rusiya rəsmən dollardan imtina edir Mehdiyev göstəriş verdi, məsələ həllini tapdı “Biləsuvar cəngavərləri” kitabının təqdimat mərasimi keçirildi Pentaqonun başçısını da zəhərləmək istədilər “Nar”dan autizmli uşaqlara dəstək - FOTOLAR Xocavənd rayonunun işğalından 26 il ötür Rusiya Qarabağa görə Beynəlxalq Məhkəməyə verilə bilər! Q.Paşayeva MM-də qardaş Türk dövlət və toplumlarından gənclərin Azərbaycanda təhsili ilə bağlı təkliflərlə çıxış edib “Nar” yarımilin hesabatını və yenilənmiş brendinitəqdim etdi Leyla Əliyeva “İmmolatio”nun premyerasında - Foto İnsanda siçan virusu aşkarlandı – İlk dəfə İlham Əliyev Paşinyanla Qarabağdan danışdı - Rəsmi Qubada yük avtomobili dərəyə aşdı, sürücü yaralandı Azərbaycan nefti bahalaşıb Zibilə düşən it: İtin başı görün harda qaldı… - VİDEO Azərbaycanın qızıl-gümüş bazarı həftəni ucuzlaşma ilə başa vurdu Hindistanla Rusiya arasında 5,43 milyard dollarlıq razılaşma XəbərAl.az saytının 4 yaşı tamam oldu “Nar” yeni loqosunu təqdim etdi - Foto Təyyarə 36 sərnişinlə okeana düşdü - Foto “Altı nəfər vəzifədən azad olunub, 5-i isə...” - Zakir Qaralov “Nar” korporativmüştərilərlə növbəti görüşkeçirib Bakıda dəbdəbəli hind toyu - 4 gün davam etdi Qlobal cəmiyyətdə gender bərabərliyinə Azərbaycan telemekanından baxış. Səbail Rayon İcra Hakimiyyətindən açıqlama gəldi - 5 gündür küçələrdə gecələyən ailə ilə bağlı Baş nazir küçədə zibil yığdı -FOTOLAR Paşinyanın adamı Yerevan meri seçildi - Nəticələr məlum oldu Bakı bulvarında kişi meyiti tapıldı - 20-25 yaşlarında Bakı bulvarında kişi meyiti tapıldı - 20-25 yaşlarında Bakıda bəzi yollarda sürət həddi endirildi –Yağışa görə Bazarlarda qiymətlər necədir? - VİDEO Bakıya aylıq normadan artıq yağıntı düşüb Tovuzda gənc oğlan ağacdan yıxılaraq ayağını qırıb İndoneziyada zəlzələ oldu “Yağışın yaratdığı fəsadlar aradan qaldırılır” - “Azərişıq” Təbiət bir gecəyə Bakı üzrə “aylıq plan”ı doldurdu Bu gün Paşinyanla Sərkisyanın pərdəarxası döyüşü olacaq "Kamal Abdullanın bu addımı sözün yaxşı mənasında bir "ilk" oldu" İlham Zəkiyevə yeddinci dan qara kəmər verildi - Foto Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq Qatil: “Etimad İsmayılovdan cəld tərpəndim”- Milyon dollarlıq mübahisə, AVM səhmləri, “Glock” tapançası... Məktəbli avtobusu qəzaya uğradı – Ölənlər var  İrandakı paradda terakt anı - Video/Foto Bakıdan KTMT-yə: Nikolun cəfəng açıqlamaları ilə tanış ol! "Gəncliyin rəngləri " adlı sərgi keçirilib-Fotolar ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var
    File engine/metagen.php not found.