Qədim Şanlıurfada və tarixi Battalqazidə oktyabr ayında Azərbaycan bulvarı və Qarabağ parkının açılışları olacaq

    Qədim Şanlıurfada və tarixi Battalqazidə oktyabr ayında Azərbaycan bulvarı və Qarabağ parkının açılışları olacaq


    Millət vəkili dos.dr.Qənirə Paşayevanın başçılıq etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə qardaş Türkiyə Cümhuriyyətinin Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi, Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat və "Duru TV”-nin baş müdiri Mehmet Canbekdən ibarət heyət ölkəmizə səfər ediblər. 


    İcxeberler.info xəbər verir ki, Türkiyə nümayəndə heyəti millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Qənirə Paşayevanın müşayiəti ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət ediblər. Qonaqlar millət vəkili   Qənirə Paşayevanın müşayiəti ilə ilk öncə Fəxri Xiyabanı ziyarət ediblər. Onlar əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin "bir millət – iki dövlət” kəlamını xatırladan Q.Paşayeva, onun həyatının Türk Dünyası üçün bir örnək olduğunu qeyd edib. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edib və ruhuna dualar oxunub. Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili Q.Paşayeva  Türkiyə nümayəndə heyətinin üzvlərinə Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Daha sonra qonaqlar Bakı Türk Şəhidliyini ziyarət ediblər. Onlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumatlar verilib, Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirib. Türkiyəli qonaqlara eyni zamanda millət vəkili Qənirə Paşayeva XX yüzillikdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu bildirib və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə geniş məlumat verib.
    Türkiyə nümayəndə heyəti millət vəkili Q.Paşayevanın müşayiəti ilə AR Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilə görüşüblər. Görüşdə Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyon qaçqın və məcburi köçkünün öz evlərinə dönə bilməməsi, dövlətimizin onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər barədə geniş məlumat verib. Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri bildirib ki, dövlətimizin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çoxsaylı işlər görməkdə davam etsə də, qaçqın və məcburi köçkünlərimiz öz yurd-yuvalarına dönmək istəyirlər və qardaş Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün təşəkkürünü bildirib. Millət vəkili Q.Paşayeva qeyd edib ki, Şanlıurfa və Battalqazi hər il çoxlu sayda festivallara, yerli və beynəlxalq konfranslara, sərgilərə ev sahibliyi edir və yaxşı olardı ki Azərbaycanın məcburi köçkün rayonlarını təmsil edən teatrlar, folklor musiqi qrupları, rəssamları, şair və yazarları həmin tədbirlərə dəvət olunsunlar və bu addım düşmənə yaxşı mesaj olardı. Millət vəkilinin bu təklifini dəstəkləyən Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri R.Rzayev qardaş Türkiyənin bələdiyyələri ilə əməkdaşlığa çox açıq olduqlarını, onların keçirdiyi tədbirlərdə məcburi köçkün və qaçqınların iştirakına hər cür dəstək göstəriləcəyini bildirdi. Görüşün sonunda Türkiyəli qonaqlar hər zaman qardaş Türkiyənin və Türkiyəni təmsil edən bələdiyyə başçıları, qəzetəçilər cəmiyyəti və televiziya rəhbərləri olaraq Azərbaycanda qaçqın və məcburi köçkünləri təmsil edən komitənin yanında olduqlarını və hər cür əməkdaşlığa böyük məmnuniyyətlə dəstəyə hazır olduqlarını deyiblər və Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri R.Rzayevə bölgələrini tanıdan materiallar hədiyyə ediblər.
    Türkiyə nümayəndə heyəti ilə millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-də görüş  də olub. Görüşdə Şanlıurfa və Battalqazidə bu ilin oktyabr ayında Azərbaycan bulvarı və Qarabağ parkının açılışının keçiriləcəyi bildirib və Azərbaycandan açılışda iştirak etmək üçün hər kəs dəvət edilib. Millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Q.Paşayeva  Şanlıurfada və Battalqazidə dəfələrlə səfərdə olduğunu, orda Qarabağ ağrımız, Xocalı Soyqırımı, Azərbaycan həqiqətləri ilə bağlı konfranslar verdiyini və həmin tədbirlər çərçivəsində Şanlıurfa və  Battalqazi bələdiyyəsinin başçıları  ilə görüşdüyünü və bu görüşlər zamanı Azərbaycanımız, gözəl Qarabağımızın adının parklara, bulvarlara, mərkəzlərə verilməsini təklif etdiyini və hər zaman bu təkliflərin yüksək səviyyədə qəbul olunduğunu deyib və bu ilin oktyabr ayında Şanlıurfada və Battalqazidə Azərbaycan bulvarı və Qarabağ parkının açılışını həyata keçirəcək Şanlıurfa və Battalqazi bələdiyyə başçılarına təşəkkürünü bildirib. Bu ilin oktyabr ayında Şanlıurfada və Battalqazidə Azərbaycan bulvarları və Qarabağ parklarının açılışında iştirak edəcəyini deyən millət vəkili Q.Paşayeva rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin həmin açılışda Azərbaycan muğam musiqisi ifaçılarının iştirakını təmin etməyi öz üzərinə götürdüyünü deyib. Görüşün sonunda millət vəkili Q.Paşayeva qonaqlara Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib, türkiyəli qonaqlar isə onların bölgələrini tanıdan materialları millət vəkilinə hədiyyə ediblər.  Türkiyə nümayəndə heyəti Qənirə Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanışlıq olublar, İçərişəhəri ziyarət ediblər. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. Eyni zamanda Türkiyəli qonaqlar bir sıra televiziya proqramlarının qonağı da olublar.  Azərbaycanın tanınmış sənətçiləri, şair və yazarları, QHT və KİV rəhbərləri, fəal qadınlar ilə də görüş olub, geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 271


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Güləşçilərimiz Olimpiya Festivalına qələbə ilə başlayıblar Ermənistan sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub Bakıda yol qəzasında işıq dirəyi aşdı, benzin yolla bir oldu - FOTO - VİDEO Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır Hacıqabulda baş vermiş qəzada ər və arvad yaralandılar İlham Əliyev krala məktub göndərdi Müdafiə naziri Zakir Həsənov xidməti müşavirə keçirib FƏXRƏDDİN CƏBRAYILOVA YALNIZ “AYIB OLSUN” DEMƏK QALIR... Sabahın havası: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək ABŞ atom bombalarını altı bazada saxlayır: “İncirlik”də də var - SİYAHI Şəkidə xəsarət alanların son vəziyyəti - Nazirlik Polis veteranları iş başında: 2600 cinayət açıldı Bakı Avrasiya Universiteti yeni korpuslarını yaxın vaxtlarda istifadəyə verəcək Sabunçuda it Özbəkistan vətəndaşını dişlədi Deputatdan bahalaşma ilə bağlı iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə MÜRACİƏT Qardaşı arvadının başını kəsən qayın intihar etdi Balaca Səidəfəndi Mehriban Əliyevadan kömək istəyir “Ağ çiçəyim” mağazası yanıb kül oldu - YENİLƏNİB + FOTO Bakıda dənizdə batan gənc belə xilas edildi — Video Türkiyədə zavodda güclü partlayış baş verdi Hacı Nuran Hüseynov səfir seçilib. Qəzəbli sürücü ona cərimə yazan polisi yaraladı - QORXUNC... + VİDEO İki hərbçimiz həlak oldu - Hərbi hissədə bədbəxt hadisə QHT “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsini davam etdirir Azərbaycan daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyinat oldu “Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi oldu Hacı Mazan təcili olaraq DTX-nın hospitalına köçürüldü Leyla Əliyeva körpələr evində — FOTO Deputatlar Orduya pul köçürdülər “Nar” gənc şahmatçılara dəstək olur Azərbaycanda QANLI OLAY: Qardaş qardaşını güllələdi Bakıda qırmızı işıqda keçən avtomobil qəzaya səbəb olub - FOTO - VİDEO Bakıda maşın sürətlə parka girdi, sürücü tanınmaz hala düşdü - ŞOK VİDEO Ərəblərin "Park Bulvar"dakı davası ilə bağlı rəsmi AÇIQLAMA Hacı Mazanın qəzadan sonra ilk görüntüləri - Video İmtahan nəticələri açıqlandı - 9 nəfər maksimum bal topladı Hacı Mazan əməliyyat olundu - Son durumu ilə bağlı açıqlama Bakıda iki yeni polis bölməsi açıldı Yeni ölümcül virus peyda oldu Xoyskidən Vilayət Eyvazova qədər…101 yaşlı polisimizdən möhtəşəm -Faktlar 2 iyul - Polis Günüdür! Məktəbli formalarında hansı yenilik edilir? - Bakı Tikiş Evindən AÇIQLAMA Bu axşam Günəş tutulması müşahidə olunacaq Vasif Talıbov Kanevski ilə görüşdü - Foto “UNESCO ailəsinin üzvü olmaq mənim üçün böyük şərəfdir” - Mehriban Əliyeva KİM: TRAMPIN GÖRÜŞ TƏKLİFİ MƏNİ ÇOX TƏƏCCÜBLƏNDİRDİ “Nar”dan gənclərə növbəti iş fürsəti Q.Paşayeva AŞPA-nı Diqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması üçün Ermənistana təzyiq etməyə çağırıb. ŞİRVANDA POLİSLƏR QANVERMƏ AKSİYASINDA İŞTİRAK EDİBLƏR “QİÇS-ə birlikdə qalib gələk” adlı seminar keçirildi-Foto Bakıda 20 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı cinayət işi başlandı 26 yaşlı gənc anaya dəstək olaq, 3 körpəsi var...- Foto Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - FOTO + VİDEO Qadının gözündən çıxanlar həkimi şoka saldı - FOTO İlham Əliyev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil hədiyyə etdi Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonundatibbi aksiya keçirəcək. Sabah da 40 dərəcə isti olacaq Saatlıda narkotik yetişdirən qohumlar saxlanılıb “Nar”dan eşitmə məhdudiyyətli insanlara təlim Döyüş meydanında qələbəni Azərbaycan Ordusu mütləq təmin edəcəkdir “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib “Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edir Bakıda küçənin ortasında dava - “Beş bıçaq vurdu” + Video Pensiyalar yenə artacaq - Nazir tarixi açıqladı Şamaxıda 18 yaşlı qız xlor içib Azərbaycan neftinin qiyməti enib –0,86 dollar/barel Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub-Fotolar Nigeriyada silsilə partlayışlarda 17 nəfər ölüb Bakıda peyda olan sirli dondurma satanlar – Onlar haqqında hər şey niyə gizli tutulur? REPORTAJ Mehriban Əliyeva Elçibəyin xanımının yas mərasimi xərclərini öz üzərinə götürdü Bu gün Qurtuluş günüdür "Son zəng"i qeyd edən məzunlar qəzaya düşdü “Sağlamlığın Qorunması” İctimai Birliyi Gədəbəy rayonunda “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbir həyata keçirəcək. İCTİMAİ KANALDA "YADİGARLAR"VERİLİŞİNİN 5 İLLİK YUBİLEYİ QEYD ETDİLƏR-Fotolar Azərbaycan jurnalist Fuad Abbasova görə Rusiyaya nota verib Bakıda yanğın - 1 yaşlı körpə öldü “1 sentyabrda başlasın, 25 mayda bitsin” - Deputatlar dərs ili haqda DANIŞDILAR “1 sentyabrda başlasın, 25 mayda bitsin” - Deputatlar dərs ili haqda DANIŞDILAR Bakı-Quba yolu dağılıb - “Səhvə yol verilib” + Video Ruslan Yusubov itkin düşdü - yanacaqdoldurma məntəqəsinin qarşısından “Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir Ehram Məcidova haqsızlıq və düzgün aparılmayan İstintaq... -Təhlil Energetika Nazirliyində energetika sektorunda islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib Bakıda qadın küçənin ortasında bıçaqlandı - özünü tanımadığı həyətə salıb, can verdi 3 yaşlı Zəhra tapıldı-Foto+Video Yardımsevərlər fiziki məhdudiyyətli insanlar üçün möhtəşəm tədbir təşkil etdi-Fotolar Ucar rayonunda yoxsul ailələrə bayram sovqatı paylanıldı. "Darıxıram Sənsiz.."-Mehrim Məmmədovadan yeni bəstələr Şirvan sakinindən narkotik maddə götürülüb “Nar” bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək Q.Paşayeva gənc alimlərə çağırış səsləndirib Azərbaycanda Respublika Günüdür - Cümhuriyyətin 101 ili Leyla Əliyeva “Tarixin şah əsərləri” ilə tanış oldu - FOTO “Nar”“Youth Speak” Forumunda iştirak edib Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Qobustandan olan Aprel şəhidlərinin ailələri ilə görüş keçirilib Leyla Əliyeva cizgi filminin təqdimatında - Fotolar “Nar”aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur Tovuzda şəhid Orxan Hümmətova həsr olunmuş "Qızılqaya qartalı" kitabının təqdimatı keçirilib
    File engine/metagen.php not found.