Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilir- VİDEO

    Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilir- VİDEO


    Sentyabrın 15-də Bakıda "Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb. İki gün davam edəcək konfrans dünyanın ən nüfuzlu xərçənglə mübarizə təşkilatı olan və öz ətrafında 40 minə yaxın üzvü birləşdirən Amerika Klinik Onkologiya Cəmiyyəti ilə Azərbaycan Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

    İcxeberler.info AzərTac-a istinadən xəbər verir ki, tədbirin əsas mövzusu süd vəzi xərçəngi və baş-boyun şişlərində multidissiplinar müalicə və perspektivlərdir.

    Tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzinin Baş direktorunun birinci müavini, mərkəzin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev bildirib ki, Amerika Klinik Onkologiya Cəmiyyətinin rəhbərliyi uzun müddət davam edən işgüzar və səmərəli danışıqların nəticəsi olaraq Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlıq təklifini razılıqla qarşılayıb. Amerikalı mütəxəssislər Milli Onkologiya Mərkəzinin onkoloji xəstəliklərlə mübarizə üsullarını araşdırıb, burada aparılan elmi-tədqiqat işləri ilə maraqlanıb, mərkəzin beynəlxalq əməkdaşlıq strategiyasını öyrənib və işbirliyinə qərar veriblər. Bu əməkdaşlıq mərkəzin Amerikadan olan həmkarlarla ilk işbirliyi deyil. Hələ 2015-ci ildə Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında beynəlxalq əməkdaşlıq üzrə uzunmüddətli müqavilə imzalanıb.

    Professor Əziz Əliyev tədbirdə Amerika Klinik Onkologiya Cəmiyyətinin üzvləri, ABŞ-ın Sietl Xərçəng Mərkəzinin direktoru, professor Culia Gralou, Mayami Universitetinin kötük hüceyrələr bölməsinin rəhbəri, professor Tan İnce, Kolorado Universitetinin professoru David Raben, Honkonq Çin Universitetinin professoru, Klinik Araşdırmalar Mərkəzinin direktor müavini Herbert Lung, süd vəzi xərçəngi üzrə cərrah Karlos Qarsia Etinenne kimi tanınmış mütəxəssislərin iştirak etdiyini vurğulayıb.

    Azərbaycanda onkoloji xidmətin inkişaf yolundan danışan Ə.Əliyev ölkə rəhbərliyinin daim diqqət və qayğı göstərdiyi Milli Onkologiya Mərkəzinin təkcə respublika əhalisinə deyil, region ölkələrinin əhalisinə də ixtisaslaşmış onkoloji yardım göstərilməsi istiqamətində elmi-metodiki və profilaktik işləri əlaqələndirən aparıcı müəssisə olduğunu diqqətə çatdırıb: "Konfransdan bir gün əvvəl qonaqlar Milli Onkologiya Mərkəzini ziyarət edib, Azərbaycanda mövcud onkoloji xidmətin keyfiyyəti ilə maraqlanıblar. Onlar mərkəzin uşaq onkologiyası, şüa terapiyası, kimyaterapiya, reanimasiya və intensiv terapiya şöbələrini gəzib, burada xəstəliklərin yüksəkkeyfiyyətli müalicəsi üçün yaradılmış şəraitlə tanış olublar. Mərkəzin Baş direktoru akademik Cəmil Əliyev qonaqları qəbul edib, onlara Azərbaycanda onkoloji xidmətin inkişaf yolu haqqında məlumat verib. Qonaqlara bildirilib ki, son illər mərkəz onkoloji xəstələrin müalicəsi üçün zəruri olan yeni texnologiyalar istehsal edən dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində onkoloji xidmətin keyfiyyəti ilbəil daha da artır, müasir innovasiyaların tətbiqi genişlənir. Xarici mütəxəssislər akademik C.Əliyevin onkologiya sahəsində çoxillik səmərəli fəaliyyətini yüksək qiymətləndirib və Milli Onkologiya Mərkəzində xərçəngdən əziyyət çəkən xəstələrin müalicəsi üçün yaradılan müasir şəraitin əhəmiyyətini xüsusi vurğulayıblar. Onlar mərkəzdə xəstələrin şüa müalicəsi üçün dünya standartlarına uyğun təşkil edilən yeddi xətti sürətləndirici ilə təmin olunmuş şüa terapiyası şöbəsinin işinə heyran qaldıqlarını bildiriblər.

    Dünən, həmçinin Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində Amerika Onkoloji Tibb Bacıları Cəmiyyəti tərəfindən onkologiya sahəsində çalışan tibb bacıları üçün kurs təşkil olunub. Təlimdə 50-dən çox tibb bacısı iştirak edib. İlk kurs çox səmərəli olub, işgüzar müzakirələrlə yadda qalıb”.

    Amerika Klinik Onkologiya Cəmiyyətinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Vanessa Sarchet və Amerika Onkoloji Tibb Bacıları Cəmiyyətinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Stefan Tervindt konfransın yüksək səviyyədə təşkili üçün Milli Onkologiya Mərkəzinə dərin minnətdarlığını bildiriblər. Mütəxəssislər onkoloji xəstəliklər və onların müalicəsində tətbiq olunan müasir üsullar barədə danışıblar.

    Tədbirdə Milli Onkologiya Mərkəzinin süd vəzi cərrahı Cavid Qəribovun "Azərbaycanda süd vəzi xərçənginin epidemiologiyası və müalicə prinsipləri”, Mayami Universitetinin Kötük Hüceyrələr Mərkəzinin direktoru, professor Tan İncenin "Süd vəzi xərçəngində patohistoloji müayinə”, İtaliyanın Süd Vəzi Mərkəzinin nümayəndəsi, süd vəzi xərçəngi üzrə cərrah Karlos Qarsia Etinennenin "Süd vəzi xərçəngində cərrahi müalicənin rolu”, Milli Onkologiya Mərkəzinin şüa terapevti Günel Hacının xəstə təqdimatı əsasında "Erkən mərhələdə süd vəzi xərçəngi”, Kolorado Universiteti, şüa terapiya şöbəsinin professoru David Rabenin "Süd vəzi xərçəngində şüa müalicəsinin rolu”, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Elxan Kazımovun xəstə təqdimatı əsasında "Yerli-yayılmış süd vəzi xərçəngi”, ABŞ-ın Sietl Xərçəng Mərkəzinin süd vəzi onkologiyası, klinik tədqiqat şöbəsinin direktoru, Vaşinqton Universiteti tibb fakültəsinin professoru Culia Gralounun "Süd vəzi xərçəngində sistem müalicənin rolu”, Amerika Klinik Onkologiya Cəmiyyəti və Amerika Onkoloji Tibb Bacıları Cəmiyyətinin nümayəndəsinin xəstə təqdimatı əsasında "Metastatik süd vəzisi xərçəngi” mövzularında məruzələri dinlənilib.

    Sentyabrın 16-da yekunlaşacaq beynəlxalq konfransın ikinci günü professor Əziz Əliyevin "Azərbaycanda baş-boyun şişlərinin epidemiologiyası və müalicə prinsipləri. Baş-boyun şişlərinin cərrahi müalicəsi”, Deyvid Rabenin "Baş-boyun şişlərində şüa müalicəsinin rolu”, Honkonq Çin Universitetinin professoru, Klinik Araşdırmalar Mərkəzinin direktor müavini Herbert Lungun "Baş-boyun şişlərində sistem müalicəsinin rolu”, Ohayo Dövlət Universitetinin James Xərçəng Mərkəzinin direktor müavini Kolleen O’Learinin "Xərçəng xəstələrində palliativ qulluğun əhəmiyyəti”, Avrora Səhiyyə Xidmətinin mütəxəssisi, Süd Vəzi Mərkəzinin tibb bacısı Jeanie Rosiakın xəstə təqdimatı əsasında "Palliativ qulluq” mövzularında, eləcə də Amerika Klinik Onkologiya Cəmiyyəti, Amerika Onkoloji Tibb Bacıları Cəmiyyətin və Milli Onkologiya Mərkəzinin əməkdaşlarının xəstə təqdimatı əsasında məruzələri dinləniləcək.




    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 239


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Qoşqar Təhməzli xaricdəki biznesindən danışdı: "İş adamı olmaq qəbahətdir?" “Nar” sosial şəbəkələrdən abunəçilərinə müştəri xidmətləri göstərir Manatın bugünkü məzənnəsi Masallıda zəlzələ oldu Eldar Əzizov töhmət verdiyi baş direktoru İŞDƏN ÇIXARDI (ÖZƏL) Uşağın çəkisi niyə artmır? — 3 səbəb Yük maşını az qala körpüdən aşacaqdı... - Bakıda Energetika Nazirliyində Asiyaİnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib Tovuzda qəza baş verib, iki nəfər yaralanıb Qaradağlı qətliamından 27 il ötür Vüqar Rəhimzadəyə ağır itki Azərbaycanda yenə vulkan püskürdü Bakıda 18 yaşlı qız itkin düşdü Azərbaycan nefti bahalaşır Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı Azərbaycan çaylarında son durum... Çeçen nazir Əli Həsənovun açıqlamasına cavab verdi - Video Vəzifəli şəxslərə güzəştlər tətbiq edilib - Baş nazirdən QƏRAR “Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib Əli Həsənova ağır itki üz verib Pensiyaların artırılacağı məbləğ açıqlandı Bakıda baş vermiş faciəvi yol qəzasının videogörüntüləri yayımlandı - VIDEO Xalq artisti iynədən şoka düşdü (VİDEO) Klubun vitse-prezidenti istefaya göndərildi Penitensiar Xidmət Taleh Bağırovla bağlı məlumat yaydı Bölgələrdə kəndlilərin adına kredit götürən təşkilat rəhbəri həbs edilmədi Erməni general dövlətin 1 milyarddan çox pulunu “yeyib” Ərdoğanla Ruhani Soçidə görüşdü Əhalinin Paşinyana ümidi itir - Tandilyan Pensiyalar ötən ayın artımı ilə birlikdə veriləcək - Video Biznesin inkişafı üçün “Nar”-dan korporativ müştərilərə yenilənmiş təkliflər Bir aya 70 nəfər qızılcadan ölüb Q.Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb Türkiyənin Azərbaycanda yeni hərbi attaşesi təyin edildi Ermənistan hərbçisi mobil telefona görə güllələndi... Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzində bu işləri görəcək... Rusiyada kriminal avtoritet saxlanıldı Baş nazirdən ali təhsillə bağlı qərar Manat və dolların sabahkı MƏZƏNNƏSİ Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü “Laçın”ın sahibinin oğlu imiş... Kimlərin maaşı artacaq? - RƏSMİ SİYAHI Ramiz Mehdiyev sərəncam verdi Ermənistanın Müdafiə Nazirliyini ifşa edən ölüm faktı Nigeriyada yanacaq tankeri partladdı - 7 nəfər öldü İsveçrədə müsəlman qadınlara qadağa Qaşıqçının öldürülməsi əmrini kim verib? - Nazir İradə Gülməmmədova Görədil kəndidə növbəti səyyar qəbul keçirdi Deputatlardan baş nazirin “giləmeyvə cəriməsi” qərarının ləğvinə reaksiyalar Daha üç Azərbaycan çempionu bəlli oldu Əmək pensiyalarının sığorta hissəsi artırıldı - SƏRƏNCAM Ayağına dəmir düşdü, iki həftə sonra öldü 08 fevralda gözlənilən hava şəraiti Manat və dollar sabah hansı MƏZƏNNƏDƏ olacaq? İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub “Nar” Gəncədə yeni rəsmi mağazasını təqdim etdi Millət vəkili Q.Paşayeva Tovuzda uşaqlar üçün “Kitab Günü” təşkil edib Bakıda betonqarışdıran maşın 3 metr hündürlükdən xəndəyə düşdü, sürücü öldü Spiker elə ilk gün deputatlara xəbərdarlıq etdi Elman Rüstəmov: “Manatın devalvasiyasından danışmaq qeyri-ciddilikdir” Mebel fabrikində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - Azərbaycanda “Nar”-ın “Qutu”təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb 31 yanvarda gözlənilən hava şəraiti Azərbaycanda “möcüzə həkim” - Təsadüfən rastlaşdığı imkansız qadını belə xilas etdi... İmişli rayonunda qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat həyata keçirilib Qənirə Paşayeva: "Axıska türkləri bizim qardaş-bacılarımızdı və onların problemi bizim də problemimizdir" Rus alim xəritə yaydı: İrəvan Azərbaycan ərazisidir – Video Bakıda ağır qəza: Avtobus şirkətin hasarına çırpıldı - FOTO “Nar” Zərdabda yeni rəsmi mağazasını təqdim etdi “Nar” daha bir intellektual yarışadəstək oldu "Düşmən texnikasını və canlı qüvvəsini sıradan çıxarır"-Şəhidimizin anım günüdür... Bakıda xəstəxananın adında gülünc yanlışlıq - Foto Abşeronda 20 yanvar hadisələri 29 cu il dönümü qeyd olunub-Video Çilidə güclü zəlzələ olub — 6,8 bal Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin 20 Yanvar faciəsindən 29 il ötür İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək Q.Paşayeva MM-in Səhiyyə komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib Çarukyan deputatları təhdid etdi: Hər şeyi açıb-tökərəm! “Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır Nazir 2 rəisi işdən çıxartdı, 7 rəisin yerini dəyişdi – Rəsmi “Kitabların oxunması məcburiləşdirilməlidir” - Əflatun Amaşov ŞİRVANDA OĞURLUQ EDƏN ŞƏXSLƏR SAXLANILIB “Nar” paytaxtda yeni rəsmi mağazasını təqdim etdi “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır İctimai kanalın prodüsseri Türkiyədə xəstəxanadadır-Foto "Heç bir informasiyanı rəsmi mənbəyə istinad olmadan ortaya çıxarmıram"-Ekspertdən direktora cavab! Leyla Əliyevanın məşhur şeiri hamını kövrəltdi - VİDEO Qubada ağır qəza: ölənlərin sayı artdı Vergilər Nazirliyi SOCAR-ı niyə yoxlayır? - Rəsmən aydınlıq gətirildi Paşinyanı çətin günlər gözləyir - Rusiyadan müharibə xəbərdarlığı Dilqəm Əsgərovun oğlu bütün Azərbaycana SƏSLƏNDİ: "Atamdan xəbər yoxdu..." Suriyadan çəkilmə qərarı alan ABŞ-dan yeni açıqlama: Trampın qərarı qətidir! Güclü küləklə bağlı xəbərdarlıq - Bu axşamdan başlayır... Şəhriyar Məmmədyarov 50 min dollar qazandı Nazir 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tapşırıq verdi “Kimi işdən çıxarırsan, deyir, prezidentə məktub yazacaq” - Kamal Abdulla Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək? Bu tarixdən pensiyalar artacaq - Nazir açıqladı Millət vəkili Q.Paşayeva Afrikanın fəal qadınları ilə Qarabağdan danışıb Bakıda BASQIN: Ev almaq adı ilə müştəri kimi gəldilər və ...
    File engine/metagen.php not found.