Məmur oliqarxiyasının sonu yaxınlaşır - prezidentdən mühüm və sərt ismarışlar

    Məmur oliqarxiyasının sonu yaxınlaşır - prezidentdən mühüm və sərt ismarışlar


    Dövlət başçısı sonuncu müşavirədə problemli nöqtələri və görüləcək tədbirləri açıqladı...

    Prezident İlham Əliyevin 2018-ci ilin 9 ayının yekunlarına həsr olunmuş hökumət müşavirəsindəki çıxışı bir sıra mühüm nəticələr çıxarmağa imkan verir. Bu nəticələrdən ən əsası prezidentin nitqində müxtəlif sahələr üzrə sərt tənqidi notların üstünlük təşkil etməsidir. Dövlət başçısı hansı sahələri tənqid etdi:

    Vergi-gömrük sistemində şəffaflıq məsələləri, ən əsası isə kölgə iqtisadiyyatı: "Vergi orqanlarında da ciddi struktur islahatları aparılır. Bu barədə nazir məlumat verdi. Mən qeyd etməliyəm ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır. Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq”.

    Hər kəsə məlumdur ki, Azərbaycanda kölgə iqtisadiyyatının yüksək təşəkkül tapmasında məmur oliqarxiyasının rolu böyükdür. Məhz ayrı-ayrı məmurlara bağlı olan şirkətlər bir zaman idxalı demək olar ki, tam inhisara almışdılar: idxal olunan məhsulun böyük hissəsi qeydiyyatdan yayındırılırdı, qeydiyyata alınan da dəyərindən qat-qat aşağı qiymətə rəsmiləşdirilirdi. Prezidentin nəzarəti ilə 2016-cı ildən başlayaraq idxal sahəsindəki inhisarçılıq ən azı yarıbayarı azaldıldı. Nəticədə, idxal statistikası daha real rəqəmlərlə ifadə olunmağa, eyni zamanda gömrük gəlirləri artmağa başladı.

    Bundan əlavə, daxildə istehsal, satış həcmləri qeydiyyatdan yayındırılır. Bu isə ölkədə vergitutma bazasının kiçilməsinə, büdcəyə çatacaq yüz milyonlarla manat vəsaitlərin ayrı-ayrı məmurların cibinə axmasına səbəb olur. Bəzi məlumatlara görə, Azərbaycanda elə böyük şirkətlər var ki, uzun illər boyu vergi orqanları onların qapısından içəri belə buraxılmayıb. Prezidentin çıxışından aydın görünür ki, ölkə rəhbərliyi bu barədə məlumatlandırılıb və bu kimi hallara qarşı kəskin mübarizə başladılıb, vergilər nazirinə bütün zəruri səlahiyyətlər verilib.

    Son illərdə kölgə iqtisadiyyatının çiçəkləndiyi tikinti, ticarət-iaşə sahəsində qeydiyyatdan yayınmalara qarşı mübarizə tədbirləri də gücləndirilir. Xüsusilə yüksək səviyyəli məmurların himayəsində olan tikinti sektoru ciddi nəzarətə götürülüb, vaxtaşırı monitorinqlər aparılır, qeydiyyatsız işçi işlədənlər ciddi cəzalandırılır. Təsadüfi deyil ki, prezident çıxışında məhz bu məqama xüsusi diqqət yetirib: "Uçot sisteminin yaradılması prioritet məsələlərdən biridir. Mən əvvəlki illərdə də bu məsələni dəfələrlə qoymuşdum. Ancaq əfsuslar olsun ki, biz müəyyən səbəblərə görə uçot sisteminin yaradılmasına çata bilməmişik. İndi bu sistem yaradılır. Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün də praktiki addımlar atılır. Hesab edirəm ki, biz doqquz ayda vergilərin bu səviyyədə toplanmasına, - nəzərə alsaq ki, əvvəlki illərdə bu sahədə çox böyük pozuntular olub, - vergi orqanlarının çox fəal və məqsədyönlü fəaliyyəti nəticəsində nail ola bilmişik”.

    Dövlət başçısı kölgə iqtisadiyyatının leqallaşmasında ən əsas rolu oynayacaq iki sahəni xüsusi vurğulayıb: "Şəffaflıq vergi və gömrük orqanlarında tam təmin edilməlidir, struktur islahatları davam etdirilməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıbdır. Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar. Vergi və gömrük sistemləri Azərbaycanda şəffaflığın nümunəsi olmalıdır. Mən göstəriş vermişəm ki, bu sahədə Avropanın aparıcı dövlətlərinin təcrübəsi Azərbaycanda tam tətbiq edilməlidir. Bu istiqamətdə işlər gedir”.

    Prezidentin çıxışında məmur oliqarxiyasının nəzarətində olan digər sahələr də tənqid olunub. Məsələn, ölkə rəhbəri şərabçılıq sahəsindəki maxinasiyaları sərt tənqid edib: "Azərbaycanda üzümçülüyün çox böyük ənənələri vardır. Biz bu ənənələri bərpa edirik və eyni zamanda bu gün dünyanın ən qabaqcıl texnologiyalarını cəlb edirik. Təsadüfi deyil ki, ixracımız artır. İndi Azərbaycan şərab evlərini açmağa başlayıb. Artıq bir neçə ölkədə şərab evləri fəaliyyətə başlayır. Bizim şərabımıza böyük maraq var. Biz şərabçılıqla bağlı olan bütün məsələləri çox ciddi təhlil etmişik. Bir çox boşluqlar var idi - həm istehsalatda, həm uçotda, həm də aksiz markalarının yapışdırılmasında. Sanki kimsə bu boşluqları qəsdən edirdi ki, orada qeyri-şəffaf vəziyyət yaradılsın. Mən buna başqa bir izahat verə bilmərəm. Çünki o qədər çətin olmayan, yəni, böyük intellektual potensial tələb etməyən məsələlər var və elə bil onlar qəsdən edilib qatmaqarışıq salınsın ki, burada həm vergilərdən yayınsınlar, həm də qanunsuz istehsalla məşğul olsunlar. Şərab əvəzinə araq istehsal olunurdu. Məsələ çox ciddi araşdırılır. Bu sahədə tam şəffaflıq təmin edilməlidir. Şərab zavodlarının fəaliyyəti üçün bütün şərait yaradılıb, təki onlar təmiz işləsinlər. Əgər yenə məhsulları gizlədəcəklərsə, uçota düşməyən məhsulu satacaqlarsa, onlar çox ciddi cəzalandırılacaqlar, onu bilsinlər. Burada tam şəffaflıq olmalıdır. Bu, çox gəlirli sahədir. Sadəcə olaraq, gərək sahibkarlar öz tamahlarını cilovlaya bilsinlər”.

    İ.Əliyevin diqqət yetirdiyi və uzun illərdir hər kəsi narahat edən digər məsələ qanunsuz tikililərdir: "Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq sərəncam imzalanıb. Yəni bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək.

    Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub. Mən bunu bildirmək istəyirəm. Vətəndaşlara da mən müraciət etmək istəyirəm, ilk növbədə, təşəkkürümü bildirmək istəyirəm. Çünki bir çox hallarda vətəndaşların fəallığı nəticəsində o tamahkar adamlar istədiklərinə nail ola bilməmişlər. Çünki vətəndaşlar dururdular, keşik çəkirdilər, qoymurdular, xəbər verirdilər və onların fəallığını mən alqışlayıram. Dəfələrlə demişəm ki, ictimai nəzarət güclü olmalıdır, artıq biz bunu görürük. Ona görə bir daha vətəndaşlara müraciət edirəm. Əgər haradasa görsələr ki, qanunsuz nəsə tikilir, dərhal məlumat versinlər, ilk növbədə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına. Bu sahədə də qayda-qanun yaradılır".

    Göründüyü kimi, ölkə rəhbərliyi iqtisadiyyatın inkişafına, bu sahədə şəffaflığın yaradılmasına mane olan əsas səbəb - məmur oliqarxiyası barədə tam məlumatlıdır. Prezidentin son dövrlərdəki çıxışlarında ayrı-ayrı qrupların nəzarətində olan sahələrdəki vəziyyətin sərt tənqidi, ardınca əməli addımların atılması göstərir ki, illər boyu hakimiyyətdə və iqtisadiyyatda kök salmış məmur oliqarxiyasının sonu yaxınlaşır. Aprel ayında prezident seçkilərindən sonrakı təyinatlar da bilavasitə buna hesablanıb: strateji istiqamətlər yeni və məmur-oliqarxlara bağlı olmayan kadrlara həvalə olunub.

    Əlbəttə, illər boyu iqtisadiyyatın əksər sahələrini nəzarətə götürən, hakimiyyətdə kök atan oliqarxiyanın birdən-birə tam aradan qaldırılması real və gözlənilən deyil. Lakin yürüdülən siyasət göstərir ki, tədricən də olsa bu istiqamətdə davamlı və ardıcıl iş aparılır. Əsas odur ki, ölkə rəhbərliyi bu məsələdə qətiyyətli siyasi iradə nümayiş etdirir.

    "Yeni Müsavat”

     


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 260


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Bakıda xəstəxananın adında gülünc yanlışlıq - Foto Abşeronda 20 yanvar hadisələri 29 cu il dönümü qeyd olunub-Video Çilidə güclü zəlzələ olub — 6,8 bal Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin 20 Yanvar faciəsindən 29 il ötür İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək Q.Paşayeva MM-in Səhiyyə komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib Çarukyan deputatları təhdid etdi: Hər şeyi açıb-tökərəm! “Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır Nazir 2 rəisi işdən çıxartdı, 7 rəisin yerini dəyişdi – Rəsmi “Kitabların oxunması məcburiləşdirilməlidir” - Əflatun Amaşov ŞİRVANDA OĞURLUQ EDƏN ŞƏXSLƏR SAXLANILIB “Nar” paytaxtda yeni rəsmi mağazasını təqdim etdi “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır İctimai kanalın prodüsseri Türkiyədə xəstəxanadadır-Foto "Heç bir informasiyanı rəsmi mənbəyə istinad olmadan ortaya çıxarmıram"-Ekspertdən direktora cavab! Leyla Əliyevanın məşhur şeiri hamını kövrəltdi - VİDEO Qubada ağır qəza: ölənlərin sayı artdı Vergilər Nazirliyi SOCAR-ı niyə yoxlayır? - Rəsmən aydınlıq gətirildi Paşinyanı çətin günlər gözləyir - Rusiyadan müharibə xəbərdarlığı Dilqəm Əsgərovun oğlu bütün Azərbaycana SƏSLƏNDİ: "Atamdan xəbər yoxdu..." Suriyadan çəkilmə qərarı alan ABŞ-dan yeni açıqlama: Trampın qərarı qətidir! Güclü küləklə bağlı xəbərdarlıq - Bu axşamdan başlayır... Şəhriyar Məmmədyarov 50 min dollar qazandı Nazir 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tapşırıq verdi “Kimi işdən çıxarırsan, deyir, prezidentə məktub yazacaq” - Kamal Abdulla Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək? Bu tarixdən pensiyalar artacaq - Nazir açıqladı Millət vəkili Q.Paşayeva Afrikanın fəal qadınları ilə Qarabağdan danışıb Bakıda BASQIN: Ev almaq adı ilə müştəri kimi gəldilər və ... Çaylarda sululuq səviyyəsi dəyişib 294 min 480 suriyalı ölkəsinə qayıtdı Bu qidalar orqanizmi zəhərləyir - Dünya Səhiyyə Təşkilatından XƏBƏRDARLIQ İlin ilk Günəş tutulması baş verib Sərhəddə güclü zəlzələ olub - 7.2 bal Minlərlə insan hakimiyyətə qarşı etiraza qalxdı - Serbiyada Ucarda qazanxana yandı Yeni bahalaşma dalğası gəlir - Həyəcan təbili Azərbaycanlı aparıcı dünyasını dəyişdi: Xərçəngdən əziyyət çəkirdi “Nar”-ın dəstək olduğu “Breyn Rinq” bilik yarışının qalibi məlum oldu “Bayram ərəfəsində qiymətlərin qaldırılması tendensiyası illərdir ki, davam edir...” "Türk ordusu hücuma keçir, biz təcili çıxmalıyıq" -Polkovnik Ofisiant, bərbər və dərzilər sabit vergi ödəyəcəklər Dünya Yeni ili belə qarşıladı - FOTO Rusiyada yaşayış binasının bir hissəsi çökdü - 8 ölü+Video “Qəlbimizin səsinə qulaq asıb xeyirxah işlər görək” - Leyla Əliyeva+Foto Ziya Bünyadov Şeyxülislamın yazdığı kitaba hansı rəyi verib? Ucarda qəza: avtomobildən 1 nəfərin meyti çıxarılıb, şəxsiyyəti dəqiqləşdirilir Çaylarda sululuq səviyyəsi dəyişib Əsəd Qüvvələri Münbiçə girdiyini iddia etdi - Dünyanın gözü Suriyada Bankda qorxulu olay: müştərilər girov götürüldü 29 dekabrda gözlənilən hava şəraiti Manatın bugünkü MƏZƏNNƏSİ Bakıda 22 yaşlı qız itkin düşdü Həbsdə olan iş adamı azadlığa çıxdı: O, Vergilər Nazirliyinə 1 milyon manatlıq borcunu ödədi Prezident Böyük Şor gölünü bölən yolun açılışını etdi - Foto Zavodda güclü partlayış oldu - VIDEO “Port Baku”da yanğın olub Novruz Məmmədov nazirləri bir araya yığdı - Fotolar Mübariz Mənsimov yeni gəmisinə Rəsulzadənin adını verdi - FOTO Bakıda dəhşət: Qadın özünü tunelin üzərindən atmaq istədi - VİDEO Yəməndəki qətliamda Amerikanın barmaq izləri var Tramadol tamamilə qadağan olunur Bakı yeni il səyahətləri üçün MDB-nin ən yaxşı şəhərləri sırasında yer alıb Ziya Məmmədovun “keçid biznesi” fırıldağı Azərbaycan Turizm Şurası ləğv edilib KİVDF 112 jurnalisti mükafatlandırdı Mehmana cinayət işi açıldı - Həbsdə leytenantı yaralayıb Fədayə Laçına - HÖKM OXUNDU + YENİLƏNİB Türkiyə Paşinyanın təklifinə sərt cavab verdi Əbülfəs Qarayev özünə yeni köməkçi təyin etdi Qızı Ramiz Əzizbəyli haqqında acı həqiqəti etiraf etdi - "Narkozdan ayılmaya bilər" Özünüməşğulluq proqramına qoşulan kəndlilər aldadıllır? - Nazirlik ittihamlara CAVAB VERDİ “Nar”-dan Yeni il ilə əlaqədar xüsusi kampaniya! İlham Əliyev Polis Akademiyasının yeni tədris binasının açılışında iştirak etdi Novruz Məmmədov sahibkarlarla bağlı qərar imzaladı - 4 kateqoriyaya bölündülər Azərbaycanlı boksçu ermənini belə məğlub etdi – Video Ucar Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq-Şikayət Maşın aşdı, 5 nəfər xəsarət aldı İctimai Televiziyanın produsseri Minarə Əskərova təcili beyin əməliyatı olunmalıdır-FOTO İşdən qovulan müəllim birbaşa efirdə hansı faktları açdı - "Pul istəyir..." (VİDEO) Bakının mərkəzində tələbələr arasında QANLI OLAY: ÖLƏN VAR Lənkəranda AĞIR QƏZA: Ölən və yaralanan var Prezident İlham Əliyevin ad günüdür. “Vətənim Azərbaycan” İntellektual Oyunu layihəsinin seçim turuna Lənkərandan start verildi. Tanınmış azərbaycanlı aktyorun toyu oldu. Arzu Əliyeva “Miras”ın təqdimat mərasimində Ramil Usubovun 70 yaşı oldu - VİDEO Moskvada onlarla uçuş təxirə salınıb- Bu səbəbdən Azərbaycana qış gəldi - Böyük çillə başladı Neft UCUZLAŞIR Bu gün ölkədə ən uzun gecə müşahidə ediləcək Adi göz damcısının xərçəngi müalicə edə biləcəyi bəlli oldu... Peşə məktəblərində təhsil müddətləri dəyişdirildi Gəncədə avtomobil tələbələri vurdu - ADLAR “Nar” Azərbaycanda keçirilən boks üzrə yarışa dəstək oldu İşıqpulu borcu olanlara XƏBƏRDARLIQ: “Dekabrın 25-dən elektrik enerjisi dayandırılacaq” “JEK”lər mənzil pulu yığa bilməyəcəklər Azərbaycanda görünməmiş hadisə: vəhşi heyvanlar evə soxulub kişini parça-parça etdi DİQQƏT! Heyvan gəzdirən şəxslər cərimələnəcəklər — VİDEO
    File engine/metagen.php not found.