Q.Paşayeva MM-də 2019-cu il büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

    Q.Paşayeva MM-də 2019-cu il büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb


    Millət vəkili Q.Paşayeva MM-də 2019-cu il büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb, təkliflərini səsləndirib və onların həlli istiqamətində hökumətə çağırışlar edib
    Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il büdcə müzakirələri ilə bağlı çıxışında 2019-cu il dövlət büdcəsi haqqında layihəni dəstəklədiyini bildirib və bu büdcə layihəsinin ölkəmizin inkişafına və insanlarımızın həyat şəraitinin yaxşılaşmasına öz müsbət töhfələrini verəcəyinə inandığını deyib. Millət vəkili Q.Paşayeva Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin cənab Prezident İ.Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti M.Əliyevanın dəstəyilə həyata keçirməyə başladığı bir sıra layihələr, proqramlar və islahatların, fəalyyətə başlayacaq "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” – DOST xidmətinin yaradılmasının özəlliklə əhalinin aztəminatlı təbəqəsinin, əlillərin, işsizlərin həyatında daha da müsbət dəyişiklərə təkan olacağına deyib: "Təbii ki biz bu istiqamətdə görülən bütün işləri dəstəkləyirik və insanlarımızın, bizə müraciət edən seçicilərin bu istiqamətdə qaldırdığı bəzi məsələlərin də büdcə layihəsində nəzərə alınmasını hökumətdən, müvafiq qurumlardan xahiş edirik.” Millət vəkili Q.Paşayeva 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə danışaraq hökuməti  1-ci qrup əlillərə verilən müavinətlərin və təqaüdün artırılmasına çağırıb: "Məlum olduğu kimi, 1-ci qrup uşaqlıqdan əlillərə, eləcə də 1-ci qrup əmək stajı olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği aşağıdır və əlillərin aldığı vəsait onların ehtiyaclarını qarşılaya bilmir. Ona görə də yaxşı olardı ki, 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə qaldırılsın.  1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur.  Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var. 1-ci qrup əlillərin vəziyyəti doğurdan da çətindir və hökumətdən xahiş edirik ki, onların müavinətlərinin artırılması məsələsinə baxsınlar və həllinə kömək etsinlər”. Millət vəkili Q.Paşayeva fiziki imkanları məhdud on cəkkiz yaşına çatmayan əlil uşaqların aldığı müavinətin də aşağı olması barədə danışıb və  onun qaldırılmasının vacibliyini vurğulayıb. "Bu uşaqların ehtiyaclarını, sağlamlığı, təhsili, təlimi və s. istiqamətlərı də nəzərə alsaq ailələrin üzərinə düşən çətinlikləri görə bilərik. Onların gündəlik ehtiyacları ilə yanaşı, dərmanlarının alınması, müalicəsi və s. kimi ehtiyacları böyükdür və aldıqları müavinət onları qarşılamaq üçün çox azdır. Ailələrin bu məsələ ilə üzləşdiyi çətinlikləri nəzərə alaraq bu müavinətlərin artırılmasına böyük ehtiyac var. ”
    Millət vəkili Q.Paşayeva insanlarımızın, seçicilərin təhsil sahəsində qaldırdığı bir sıra məsələlərə də toxunub. Millət vəkili Q.Paşayeva ail təhsil məktəblərinə ödənişli əsaslarla daxil olan 1-ci kurs tələbələrindən illik təhsil haqqının öncədən tamamilə ödənilməsinin tələb edilməsinin doğru olmadığını hesab etdiyini deyib, çünki bu, ailəsinin maddi vəziyyəti çətin olan bəzi tələbələrin öz təhsilindən imtina etməsinə səbəb olur. Ona görə də yaxşı olardı ki, təhsil haqqı hissə-hissə ödənilsin.  "Təhsil kreditləri məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır”, deyən millət vəkili bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Millət vəkili Q.Paşayeva deyib ki, özəlliklə bu problem kənd rayonlarında çox ciddidir,ona gförə də təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə ciddi genişlənməlidir. Millət vəkili Q.Paşayeva bildirib ki, bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və ipoteka kreditləri,o cümlədən cənab Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir və inanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var: "Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin və sosial layihələrdən yararlana bilsin. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və ona görə də hökimətimizdən qısa zamanda bu məsələyə baxmasını və müsbət həll olunmasını xahiş edir və buna çağırırıq”. Millət vəkili Q.Paşayeva ön cəbhə rayonlarından olan Tovuzda  bir sıra kənd məktəblərinin ağır vəziyyətdə olduğunu diqqətə çatdırıb və həmin məktəblərin əsaslı təmiri və ya yenisinin tikilməsinə dəstək göstərilməsini xahiş edib: "Elə kəndlərimiz var ki, 5 min, 6 min, 7 min əhalisi və bir məktəbi var, həmin məktəbin vəziyyəti də çox ağırdır, ciddi təmirə ehtiyacı var. Aidiyyəti qurumları Tovuzda acınacıqlı vəziyyətdə olan məktəblərin əsaslı təmirinə və ya yenisinin inşasına dəstək göstərilməsini xahiş edirəm."  Millət vəkili Qənirə Paşayeva "2019-cu il büdcəsində icbari tibbi sığortanın tətbiqinə ayrılan vəsaitin artırılmasından məmnuniyyət duyuruq, çünki bütün ölkə ərazisində tezliklə tibbi sığortanın tətbiqinin həyata keçirilməyə başlanması ən vacib məsələlərdən biridir” deyib. Millət vəkili Qənirə Paşayeva anadangəlmə eşitmə qüsurlu uşaqların koxlyar implant əməliyyatının dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklifi ilə çıxış edib: "Hər il ölkəmizdə dünyaya gələn uşaqlar arasında onlarla eşitmə qabiliyyəti qüsurlu balalarımız var və biz bu cür ailələrə dəstək göstərməklə hər il onlarla gəncimizin həyatını və gələcəyini xilas etmiş olarıq” deyib. Millət vəkili Q.Paşayeva autizmli xəstələrin problemlərini də qaldırıb və bu sahədə həmin uşaqlara, ailələrə dəstək göstərilməsi üçün proqramlara və həmin proqramların həyata keçməsi üçün  büdcədən vəsait ayrılmasına ehtiyac olduğunu deyib. Tariximizi və mədəniyyətimizi qorumaq, ona sahib çıxmaq və gənc nəsillərimizə çatdırmaq vacibdir deyən millət vəkili Q.Paşayeva Tovuz rayonunda bəzi tarixi-mədəni abidələrin ağır vəziyyətdə olduğunu və əgər qısa zamanda təmir-bərpa işləri aparılmazsa, onların gələcəkdə restavrasiya edilməsinin mümkünsüz olacağını vurğulayıb və acınacaqlı vəziyyətdə olan tarixi-mədəni abidələrin bərpası və təmiri işlərinə vəsaitin ayrılmasını  və bu istiqamətdə işlərin qısa zamanda  görülməsini aidiyyəti qurumlardan xahiş edib. Millət vəkili Q.Paşayeva MM-in  Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin çoxuşaqlı ailələrə müavinətlərin artırılması ilə bağlı təklifini dəstəklədiyini deyib və çoxuşaqlı ailələrə müavinətin artırılmasının vacibliyini vurğulayaraq bu istiqamətdə hökuməti müvafiq addımlar görməyə çağırıb. Millət vəkili Q.Paşayeva  ölkəmizin Birinci vitse-prezidenti M.Əliyevanın rəhbərliyi altında məişət zorakılığı ilə mübarizədə çox mühüm işlərin görüldüyünü bildirib və bu istiqamətdə ən vacib məsələlərdən birinin məişət zorakılığı qurbanları ilə bağlı qaynar xəttin yaradılması olduğunu qeyd edib. Millət vəkili Q.Paşayeva bu istiqamətdə işlərin aparılması üçün aidiyyəti qurumlardan vəsaitin ayrılmasını xahiş edib və Ailə, qadın və uşaq məsələləri üzrə Dövlət Komitəsinin və MM-in bu sahə ilə məşğul olan komitəsinin məişət zorakılığı ilə mübarizədə irəli sürdüyü təklifləri dəstəkləyirik deyib. Məişət zorakılığı qurbanları ilə bağlı qaynar xəttin yaradılması məişət zorakılığı ilə mübarizədə ən vacib və effektiv mübarizə vasitələrdən biri olduğunu qeyd edən millət vəkili Q.Paşayeva bu məsələyə diqqət göstərilməlidir və bu istiqamətdə işlərin aparılması üçün maliyyə vəsaitlərinin ayrılması üçün aidiyyəti qurumlara çağırış edib.
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 475


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Paşinyandan sensasion status: "Xocalı qətliamını ruslar törədib..." - FOTO Azərbaycanda bu kənddə hamı qripə yoluxub? – “40-dan çox uşaq…” – İNANILMAZ Qeydiyyatsız evlərin sənədləşməsi həyata KEÇİRİLƏCƏK Sabah güclü qar geri qayıdır Ata öldü, iki uşağı yaralandı - Bərdədə ağır qəza ABŞ-la İrəvan yazışması: Qarabağı qaytaraq... – Şok sənəd Ölkə rəhbərliyinə ən çox müraciət bu şəhər və rayonlardan edilib MSK bu gün təcili toplanır: mühüm qərarlar veriləcək! Ucarda seckilər ləğv oluna bilər: Məzahir Pənahova müraciət edildi Prezident Seçkilərdən Danışdı: “Pozuntulara Yol Verənlər Cəzalandırılacaq” – VİDEO Abşeron-Qobustan sakinləri ölkə başçısından haqqlarını tələb edir. Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Lənkəranda tibbi aksiya keçirəcək “Nar”dan abunəçiləri üçün xüsusi müsabiqə! Türkiyə böyük savaşa girə bilər – Şərh “Mehriban xanımın bizə gəlməyini indi də yuxu kimi bilirəm” 13 saylı Xəzər Pirallahı seçki dairəsində xeyli sayda qanun pozuntusu aşkarlanıb-(Video+Foto) Xəstəxana, məktəb və bağçada işçilərin şəxsiyyət vəsiqələri toplanıb?!-İDDİA "Səsimiz sizindir!"- Pirallahı sakinləri Səbuhi Rəcəbi coşğuyla qarşıladı-Fotolar "Səbuhi Rəcəbdən başqa qapımı döyüb halımı soruşan olmayıb!"-Qarabağ veteranı məmurlardan gileyləndi-Video Q.Paşayeva Vahidli kəndində şəhid ailələri və bir sıra sakinləri ziyarət edib Gənc rəssamların sərgisində 21sayli musiqi məktəbinin tələbələrindən möhtəşəm çıxış-Fotolar “Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı Leyla Əliyeva Gənclər Gününü belə təbrik etdi - VİDEO Qənirə Paşayeva Tovuzun qədim kəndlərindən biri olan Hunanlar kəndində seçicilərlə görüşüb, şəhid ailələrini ziyarət edib və hər zaman yanınızdayıq deyib. “Sağlamlığın qorunması” İctimai Birliyinin təşkilatçılığı ilə gənc rəssamların rəsm sərgisi keçirildi-Fotolar Ibrahim Həsənov növbəti təbliğat kompaniyasını keçirib. Qarabağ Qazisi, tanınmış jurnalistlər, ictimai xadimlər və iş adamları Elşən Gəncəvinin vəkili oldular Baş redaktorlardan namizəd Elşən Gəncəviyə DƏSTƏK (FOTOLAR) “Nar+” tətbiqindən istifadə edənlərin sayı 100 mini ötüb Şahmatçımız 2-ci oldu Çin ordusu Uhanı mühasirəyə aldı, şəhəri tərk edənlər vurulur “Pafoslu cümlələrlə insanlarımızı aldatmaq olmaz” – Elşən Gəncəvi (MÜSAHİBƏ) Səbuhi Rəcəb şəhid ailələri və veteranlarla görüşüb, onların problem və qayğıları ilə maraqlanıb-Foto+Video "Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb "Əgər epidemiyanın qarşısı alınmasa, Azərbaycanda çin mallarının qıtlığı yarana bilər" 9-cu mərtəbədən yıxıldı, ayağa qalxıb gəzdi - Video Zəlzələ zonasından tələbələr necə təxliyə edilib? - Səfirlik rəsmisi danışdı Dünyanı dəhşətə gətirən koronavirus bu ölkədə də çıxdı Rusiyada sirkdən qaçan fillər şəhəri bir-birinə qatdı - Video Türkiyədə həyəcan siqnalı - “Yer qabığı qırıla bilər” Qənirə Paşayeva:"14 ildə sizi ləyaqətlə təmsil etmək üçün əlimdən gələni etdim" Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin toplantısı keçirildi. Qatar ayaqlarını qopartdı, sürünə-sürünə evinə çatdı Seçiciləri Səbuhi Rəcəbi böyük sevgiylə qarşıladı: "İmkansız insanlara göstərdiyiniz diqqət və qayğını unutmarıq..." Deputatlığa namizəd Səbuhi Rəcəb kimdir?-Fotolar Məzahir Pənahov: “İndiyədək parlament seçkiləri ilə bağlı MSK-ya 32 müraciət daxil olub” Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü ERMƏNİ ATOYNATMA SƏHNƏSİ ÇOX ÇƏKƏN DEYİL Qənirə Paşayeva Xatınlı kəndini gəzərək seçicilərlə, şəhid ailələri və Qarabağ müharibəsi veteranları ilə görüşüb İran meyitləri Ukraynaya təhvil verdi Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik Q.Paşayeva Tovuzun ən böyük kəndi olan Əyyublu kəndini gəzərək seçicilərlə görüşüb və onlara təkrar sizə etimad göstərəcəyik sözlərinə görə təşəkkürünü bildirib. “Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə itirməmək üçün çalışdım”-Q.Paşayeva Toydan qayıdan ailə qəzaya düşdü - yaralılar var Xətai rayonunda yerləşən marketdə Ermənistan istehsalı olan şokoladlar satılır 6 yaşlı Sübhanın köməyinizə ehtiyacı var Zakir Həsənov: “Ordumuzda olan silahlar qələbəni təmin etməyə imkan verir” Nərminin qatili barəsində həbs qərarı verildi Hacıqabul sakinindən silah götürülüb Gecə həlak olan tələbələrin FOTOLARI MSK rəhmətə gedənlərin seçkiyə dəvətinə aydınlıq GƏTİRDİ ƏSGƏRİMİZƏ QİBTƏ ETMƏLİYİK!- İbrahim MƏSİMOĞLU yazır.... Xanhüseyn Kazımlının qızı namizəd oldu Şəhid hərbçimiz dəfn edildi - (Foto+Video) Azərbaycan əsgəri şəhid oldu Tovuzda 10 yaşlı qızın yanmış meyiti ərazidən götürüldü - FOTO Od içində olan Avstraliyaya “göylərin hədiyyəsi” - VİDEO Yandırılan 10 yaşlı qızın atası danışdı: “Meyiti yerindən tərpətməmişik” AVTOMOBİLDƏN VƏ ÜZƏRİLƏRİNDƏN NARKOTİK VASİTƏ AŞKAR OLUNDU Ucar rayon sakininin adına sosial yardım yazılıb, özünün xəbəri yoxdur- İDDİA "Unibank" kartlarından vəsaitlər silinir: nə baş verir? Tovuzda itkin düşən 10 yaşlı qızın meyiti tapıldı - Yandırılıb Üç yaşlı uşaq valideynləri ilə gizlənpaç oynayan zaman öldü Ərdoğan: "Türkiyə ordusunu Liviyada təmsil edəcək hərbi birləşmələrin məqsədi fəlakətlərin qarşısını almaqdır" Sabah hava necə olacaq? Şəmkir sakini Gəncədə bıçaqlandı Trampdan Tehrana xəbərdarlıq: “Biz ən güclüyük, iki trilyonluq silahlarla...” “Dəmir yolları”ndan təcili yardımla qatarın toqquşması haqda - Açıqlama “Ürəklər Gülsün” adlı xeyriyyə konserti keçirilib Başıbəlalı Babək prospekti: Bu dəfə də işıqforlar işləmir - VİDEO Oqtay Gülalıyevin səhhətində ciddi dəyişiklik - VİDEO 125 deputat yerinə 125 qeydə alınmış namizəd var - MSK sədri Elçin Quliyevlə Məhərrəm Əliyev Ermənistanla sərhəddə - Fotolar "Pepsi" Azərbaycanda cərimələndi Xəbərdarlıq: Uşaqlara öskürək dərmanı verməyin! - Video Yeddi yaşlı qızı belə oğurladılar – VİDEO Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib - FOTO Səhv yuxu rejiminin zərərləri açıqlanıb Yağış, qar yağacaq, duman olacaq — GÜNÜN HAVA PROQNOZU Broyler toyuqlarını kimyəvi maddələrdən bu yolla təmizləyin Mehriban Əliyeva bayram şənliyində - Video+Fotolar Respublika Humanitar Fənlər Gimnaziyasında Həmrəylik Günü münasibəti ilə tədbir keçirildi-Fotolar Lerikdə nə baş verir ? -İlqam Cəbiyev yazır Mərkəzi Bankdan manatın bahalaşma ehtimalı haqqında AÇIQLAMA “Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi Sabah avtobuslar gecə 1-ə kimi işləyəcək Leyla Əliyeva Həmrəylik Günü münasibəti ilə təşkil olunan konsertdə iştirak etdi – FOTO Məzahir Pənahov seçicilərə müraciət etdi - Video "İraq mətbuat tarixi" kitabı ictimaiyyətə təqdim edildi
    File engine/metagen.php not found.