Ümummilli lider Heydər Əliyevin anım günüdür

    Ümummilli lider Heydər Əliyevin anım günüdür


    Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür.

    İcxeberler.info xəbər verir ki, Heydər Əliyevin vəfatından 15 il ötür.

    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir.[9]1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.  Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.

    Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.

    Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985),  Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur.

    Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.

    Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.[

    1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.  Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

    Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.[

    1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərininqarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.

    1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.

    Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.

    1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

    Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

    Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir. Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.

    2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.

    Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.

     

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 589


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Əli Həsənov geniş məqalə ilə çıxış etdi: 5 Tezis… (TAM MƏTN) Bakı-Sumqayıt yolunda zəncirvari qəza-Video “Nar”İT sahəsində fərqlənən tələbələrə dəstək oldu Millət vəkili Q.Paşayevaya “Fəxri diplom” təqdim edilib. Putin Ərdoğanın bu sualına cavab vermədi "AZPOLT" MMC: "GET HARA İSTƏYİRSƏN, ŞİKAYƏT ELƏ..." - GİLEY “Türkdilli yox, Türk dövlətləri deyək” – Nazarbayevdən Bakıda TARİXİ TƏKLİF Azərindən mehmetçikləri duyğulandıran VİDEO ABŞ Türkiyənin üç nazirini sanksiya siyahısına əlavə edib "Sizi Tanıyaq" layihəsi çərçivəsində istedadlı gənclərlə növbəti görüş keçirilib-Video “Sabahın bünövrəsini birlikdə quraq” layihəsi çərçivəsində müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi. Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 2 medal qazanıb - FOTO Yaponiyada "Haqibis" qasırğası 14 nəfərin ölümünə səbəb olub - FOTO - YENİLƏNİB-2 “Azərbaycan Türkiyənin terrorla mücadiləsinin yanındadır” – Azay Quliyevdən dəstək mesajı Öd kisəsi çıxarıldıqdan sonrakı həyat - Əməl olunmalı 3 qayda... Sabahın hava proqnozu: külək, yağış, duman Oğul anasını traktorla vurub öldürdü Üç avtobusun yolu dəyişdiriləcək Bakıda ara məsafəsini gözləməyən sürücü qəza törədib - FOTO “Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” - İlham Əliyev Paşinyanı susdurdu 15 kənd azad edildi, 399 terrorçu isə məhv edildi Övladlığagötürmə ilə bağlı yeniliklər - Prezident Milli Məclisə layihə təqdim etdi Bu,Kredo qəzetidir!Kredo-20. KÜRDƏMİR SAKİNİNDƏN KÜLLİ MİQDARDA NARKOTİK GÖTÜRÜLÜB Əli Həsənov: "Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir" Türk komandosların hücum öncəsi videosu yayıldı “Nar”ın “Full” paketləri ilə qalıq bonusları növbəti ayda istifadə et! Prezidentin məcburi köçkünlərlə görüşündən maraqlı - Fotolar Göz üçün faydalı qidaların - Siyahısı "Qaşıqçı cinayəti onun əmri olmadan törədilə bilməzdi" Fil sədaqəti: Bir-birini xilas edərkən öldülər... Mehriban Əliyevadan müəllimlərə təbrik Dünyada İnsanın İmmunçatışmazlığı Virusu infeksiyası ilə yaşayan 37,9 milyon xəstə qeydə alınıb "Əyri və qeyri-qanuni yollarla hakimiyyətə can atan siyasətbazlar..." - Əli Həsənov Sizi Tanıyaq layihəsinin yeni çəkilişi baş tutub-Video Prezidentin işdən çıxartdığı başçı kimdir? Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminatla bağlı müsabiqə keçirilib "Sabahın bünövrəsini birlikdə quraq" layihəsi çərçivəsində ibtidai sinif müəllimlərinin seçim mərhələsi həyata keçirilmişdir. Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş balıq körpələri Kür çayına buraxılıb. Q.Paşayeva İstanbul Türk Ocaqları rəhbərliyi ilə görüşdə Qarabağ həqiqətlərinin Türk dünyasında və dünyada daha geniş yayılması istiqamətində ortaq layihələri müzakirə edib Göygöl qəzasında ölənlərin sayı beşə çatdı - YENİLƏNİB + FOTO/VİDEO İctimai TV-də yanğın: xəsarət alanlar var - Foto Milli maraqlar əleyhinə fəaliyyət göstərənləri ictimai fikir qınayır “Sabahın bünövrəsini birlikdə quraq” layihəsi çərcivəsində ibtidai sinif müəllimləri ilə görüş keçirilmişdir. Siyavuş Novruzov bu deputatı istefaya çağırdı - Video “Nar” tələbə və məzunlara karyera qurmaqda dəsətk olur Oqtay Əsədov parlament sədrlərinin konfransında çıxış edib BMT kürsüsündə Ərdoğandan möhtəşəm çıxış Vurğun Əyyubla vida... - YENİLƏNİB - FOTO Ürəyi bədənin xaricində olan uşaq doğulub - VİDEO “Nar”dan operativ və keyfiyyətli müştəri xidmətləri Şəhid əsgərimiz dəfn edildi - Fotolar - Yenilənib Ermənilər əsgərimizi vurdu: MN məlumat yaydı - Video Mehrim Hüseyn “Həyat notları”-nın ilk qonağı oldu - Foto Birinci vitse-prezident Mehriban Əliyeva: "Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik" Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün GÖRÜŞÜRLƏR Gülgünü vurub öldürən şəxslə bağlı ilginc faktlar - Fotolar+Video “Nar”“Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi Vilayət Eyvazov idarə rəisini işdən çıxardı Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub Q.Paşayeva MM-in Səhiyyə komitəsində cəmiyyətimizi narahat edən bir sıra problemlərlə bağlı təkliflərlə çıxış edib Pula görə şagird avtobusdan düşürüldü – Ekspertdən çağırış Gənc Tamaşaçılar Teatrının tavanı niyə çökdü? Ərdoğan: “İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik” “Müəllim peşəsi ən rəqabətli və böyük maraq doğuran peşəyə çevrilib” –Təhsil naziri Ordumuz 10 minlik heyətlə savaş təliminə başladı - Video Luna qalmaqallı çıxışları ilə gündəmdə- "Səviyyəli şəkildə..."-EKSKLUZİV (Video) Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq öldü Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar tədbir keçirilib Prezident Bakı məktəbində - Fotolar Qənirə Paşayeva: "Fiziki imkanları məhdud insanlarımızın uğurlar qazanmasına hamımız daha çox dəstək olmalıyıq" Putin Həbiblə görüşdü - VİDEO Elinaya görə 100 min təzminat çox azdır - Ekspert Şirvan sakini turşudan zəhərləndi Azərbaycanda uşaqpulu necə və kimlərə verilsin?.. Ekspertdən TƏKLİF Mirşahin Sərdar Cəlaloğluna qardaşını xatırlatdı Bakıda 43 yaşlı kişini avtomobil vurdu Nəsimiyə həsr olunan beynəlxalq elmi konfrans olacaq Bakıda binadan düşən iri şüşə parçası 2 nəfərə xəsarət yetirib - VİDEO Məktəb direktor və müavinlərinin maaşı artdı Beynəlxalq Mətbuat Mərkəzində “Məişət zorakılığı” mövzusunda tədbir keçiriləcək Q.Paşayeva İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çıxış edib və çağırış edib. Bakıda 26 yaşlı kişi bıçaqlandı Limon suyuna sarımsaq atanda baxın nə olur! Təsiri inanılmaz Q.Paşayeva gənclərmizi, Qarabağ həqiqətlərini dərindən öyrənməyə və təbliğ etməyə çağırıb Bakıda təcili yardım maşını ilə mebel daşındı - VİDEO Uşaq pulu bərpa olunacaq? - Əli Əhmədovdan açıqlama Leyla Əliyeva xaricdə magistr təhsili alacaq gənclərlə görüşdü - Foto Şəmkirdə avtobus yük maşını ilə toqquşdu: ölən və yaralananların adları - YENİLƏNİB + FOTO Bakıda maşın 39 yaşlı kişini vurub xəstəxanalıq etdi Yaponiya rəsmisi: Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıyıq Qasırğa qurbanlarının sayı daha da artdı - Video Alimlərdən qazlı içkilərlə bağlı ölüm xəbərdarlığı: gündə bir stəkan içirsinizsə... Boris Conson: "Britaniyanın 31 oktyabrda AB-ni tərk etməsi üçün əlimdən gələni edəcəm" Rusiyada hərbi helikopter qəzaya uğradı - Video Q.Paşayeva tələbə adını qazanan gənclərə çağırış edib Qorxudan ürək partlaya bilərmi? - Tibbi izahı Manatın məzənnəsi dəyişmədi Bakıda küçədən kişi meyiti tapılıb Bu gün bu rayonlarda qaz təchizatı dayandırılacaq - XƏBƏRDARLIQ
    File engine/metagen.php not found.