"Heç bir informasiyanı rəsmi mənbəyə istinad olmadan ortaya çıxarmıram"-Ekspertdən direktora cavab!


    "İlk növbədə qeyd edim ki, tənqidə çox açıq insanam və bu baş verəndə çox sevinirəm. Çünki bunun vasitəsi ilə daha da təkmilləşir, çatışmazlıqlarımı müəyyən edib aradan qaldırıram. Amma haqlı tənqid. Amma beləsi demək olar ki, olmur. Mən heç kimin demədiyini deyən biriyəm. Buna görə də bir çoxları tez – tez mənim fikirlərimdən narahat olurlar. Ölkədə fikir azadlığı var və bu ölkə başçısının siyasətinin əsasını təşkil edir, bu konstitusiyanın vətəşdaşa verdiyi hüquqdur".

     

    Bu fikirləri Asiya.info-ya açıqlamasında  təhsil eksperti Kamran Əsədov Bakıdakı 302 saylı məktəbin direktoru Səkinə Rzayevanın onun haqqında yazdığı  tənqidi  məqaləyə münasibət bildirərkən deyib: "Ölkə prezidenti İlham Əliyev 13 iyun 2007, Yaponiyanın "Nikkey" ("Nihon Keydzay Şimbun") qəzetinin müxbirinə müsahibəsində demişdi ki, biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq". Amma bir çoxları konsititusiyamızın, prezidentimizin bizə verdiyi hüquqdan istifadə etməyə imkan vermirlər. Onlar o qədər çirkaba batıblar ki, bir gün onların da yarıtmaz fəaliyyətini ortaya çıxaracağımdan narahatdırlar. Mən ölkə prezidentinə, onun qərarlarına, ölkə qanunlarına arxayınam.
    Belə başa düşürəm ki, təhsil nazirliyinə tabe məktəb rəhbərliyinin belə bir açıqlama verməsi onun ölkə başçısının siyasətinə qarşı olmasıdır. Əgər bu direktor səsləndirdiyi əsassız faktlara görə tabeliyində olduğu qurumların rəhbərliyi tərəfindən məsuliyyətə cəlb olunmasa, deməli,  bu dolayısı ilə Təhsil nazirliyinin, Bakı şəhər Təhsil İdarəsinin prezidentin açıq sözə, fikrə münasibətinə qarşı olması deməkdir. Düşünürəm ki, bu qurumlar həmişə tənqidə açıq olublar və çatışmazlıqları dediyimə görə mənə qarşı heç vaxt kin güdməyiblər. Amma bu xanım direktor deyəsən özünü rəhbərliyinə xoş göstərmək üçün vəzifə səlahiyyətlərini aşıb. Yəni Roma papasından artıq katolik olmaq istəyib. Belə ki, mikayıl cabbarovun vaxtından etibarən nazirlik bizdən irad və təkliflərimizi bildirməyi həmişə istəyib və buna müsbət yanaşıb. Ümumi işin xeyri üçün buna həmişə ehtiyac olduğunu deyiblər.
    Hörmətli direktora deyim ki, hər gün dərs saatlarında Bakı küçələrində əlində abituriyent jurnalı olan nə qədər şagird gəzir. Əslində orta məktəbdə olmalı olan şagirdlər hazırlıq kurslarında, repititor yanındadırlar. Heç bir məktəb direktoru şagirddən nəsə almasa uşağı 5-6-cı saatdan, və ya həftənin müəyyən günləri buraxmır. Ya buraxmır, yada nəyinsə qarşlığında icazə verir ki, uşaq dərsə gəlməsin, getsin hazırlıqlara.
    Sizin məktəbin də vəziyyəti eynidir. Mən yaxın vaxtlarda sizin məktəbə mütləq gələcəm və  gəlib 6-7-ci saatlarda davamiyyətə baxacam, əmin olun. Onsuzda sizin məktəb barədə informasiyalarım var və onları zaman - zaman işıqlandıracam.
    Siz peşəkar təhsil işçisi olsaydınız çalışdığınız  məktəbin təlim, tədris  nəticəsi yaxşı olardı. Bunu mən demirəm, bunu Dövlət İmtahan Mərkəzinin rəsmi rəqəmləri deyir.
     

    Bu həmən şəxsin rəhbəri olduğu orta məktəbin göstəricisidir. Məhz siz rəhbərliyə başladıqdan sonra məktəbin çox sürətlə geriyə gedir.
    302 saylı orta məktəbin ali məktəblərə qəbul olma faizinin dinamikasıda onu göstərir ki, bu məktəbdə təhsilin keyfiyyəti orta statistik rəqəmlərdən dəfələrlə aşağıdır. Təkcə 2017-ci ildə 302-saylı orta məkətin məzunlarının ali məktəblərə qəbul faizi 50 faizdən aşağı olub. Bu da 302 saylı orta məktəbin son illərdəki bərbad nəticəsinin göstəriciləri:
     

    Məktəbdə təkcə təhsilin dəviyyəsi aşağı deyil, eyni zamanda idarəetmə. Psixloji xidmətin vəziyəti də bərbaddlr. Orda şagirdin başına nə  oyun açırlarda, onlar intihar edir. 11 Oktyabr 2018-də 302-saylı orta məktəbin 3-cü sinif şagirdi intihara cəhd edib. Bu məktəndə şagird tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Yəni bunlar göstərir ki, 302-saylı orta məktbdə sağlam mühit yoxdur. Hesab edirəm ki, BŞTİ bununla bağlı tədbir görəcək. Əks halda bu kimi aşağı nəticəsi olan məktəb rəhnərliyinin vəzifədə saxlanılmasında hansısa maddi marağln olduğunu düşünəcəm.
    Mən yenə də deyirəm, Bakı şəhərində bir çox məktəb direktoru 10-11-ci sinif şagigrdlərini nəyinsə qarşılığında dərsə gəlməməsinə göz yumur. Hətta bir çoxu şagirdlərin xüsusi müəllimlərin yanına, hazırlıq kurslarına getməsini tövsiyə, israr edir və bunun qarşılığında aylıq haqq alırlar.
    Soğan yeməmisiz, bəs soğanlar hanı? Sədəcə olaraq, mənim uğurlarım bir çoxlarını narahat edir. Belələri bədbaxt insanlardır. Mən təhsilin inkişafı üçün 15 ildir təmənansız fəaliyyət göstərirəm. Amma sizlərin təhsildə heç bir rolunuz, fəaliyyətiniz yoxdur. Mən dəfələrlə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırıması üçün çoxsaylı təkliflərə çıxış etmişəm. Mən də müəlliməm. Heç kim hansısa bir müəllimi təhqir etdiyimi deyə bilməz. Mən sadəcə olaraq dövlətin rəsmi rəqəmlərini deyirəm, belə çıxır ki, Səkinə xanım, siz dövlətə qarşı çıxırsınız?!
    Sizin təkcə təlim nəticəsiniz aşağı deyil, düşünürəm ki, savadınız da ağıdır. Sizin direktor olmağınız sizin ağıllı, savadlı olmağınız demək deyil. Mən direktor olmaq üçün yox, təhsil biliklərimi artırmaq üçün təlimlərə qoşulmuşdum. Müsabiqə və müsahibəni keçəndən sonra özüm təyinatdan imtina etdim. Çünki özəl sektorda fəaliyyət mənim üçün daha effektivdir. Ona görə ki, mən daima axtarışdayam, daima öz üzərimdə işləyirəm.
    Mən sizi tanımıram, tanımaqda da maraqlı deyiləm. Amma tövsiyə edirəm ki, mənim ödədiyim vergi hesablna aldığın maaşın haqqını ver. Mən sizdən fərqli olaraq sözün düzünü deyirəm. Zəhmət olmasa ümumi fikirlə yox, mənim fikirlərimə fakrlarla cavab ver. Bax mən faktlarla sizin məktəbin nəticələsinin nə qədər bərbad olduğunu deyirəm. Sizin rəbərliyiniz altında çalışdığınız məktəbin buraxılış və qəbul imtahanlarında nəticələri olduca aşağıdır. Sosial şəbəkələrdə vaxt keçirməkdənsə, zəhmət olmasa, arada bir məktəbə baxın. Yoxsa sizə yeni vəzifə verilib ki, ölkədə həddi, sərhəddi müəyyən edirsiniz? Siz öncə öz işinizlə məşğul olun. Sizin fəaliyyətiniz dövründə məktəbin 3-cü sinif şagirdi özünü öldürmək istədi.
    Birdə , mən heç kimi, heç bir müəllimi təhqir etmirəm. Təhsil Nazirliyinin keçirdiyi rəsmi imtahanların nəticələrini paylaşıb şərh edirəm. Bu da imtahan iştirakçıkarının öz nəticəsidir.
    Son 2 il ərzində 302 saylı orta məktəbin məktəbin məzunlarının ali məktəblərə orta qəbulolma faizi 26.85, qəbulolma göstəriciləri üzrə ümumiləşdirilmiş reytinq isə 0.630 bərabər olmuşdur. 2016 -2017-2018-ci illərin qəbul kampaniyalarında qəbulolma faizi orta respublika göstəricisindən aşağıdır. Son qəbul kampaniyasında qəbulolma faizi 17.92% azalıb. Bu 302-saylı orta məktəbin thəsil səviyyəsinin nə qədər yarıtmaz olduğunu göstərir. Yəni bu DİM-in rəsmi rəqəmləridir.
    Həmişə demişəm, indi bu savadsız şəxsə yenə də deyirəm ki, mənim səsləndirdiyim rəqəmlər, fikirlər hamısı rəsmi statistik göstəricilərə söykənir. Yəni təhsil Nazirliyinin keçirdiyi imtahanlar, DİM-in keçirdiyi imtahanlardan ortaya çıxan rəqəmləri deyirəm, yazıram. Sadəcə olaraq sizlər nə işlə məşğul olduğunuzu blmədiyiniz üçün, bir kitab, elmi jurnal oxumadığınız üçün məlumatınız yoxdur. Mən heç vaxt müəllimləri təhqir etməmişəm. Belə çıxır ki, siz tabeliyində çalışdığınız nazirliyi ittiham edirsiniz. Çünki DQ, MİQ, "İstedadlı şagirdlər üçün istedadlı müəllim” və digər imtahanları keçirən, müəllimlərin bilik və bacarıqlarını ortaya çıxaran onlardır. Siz bunlardan təhsildən xəbərsiz olduğunuz kimi məlumatsız olduğunuza görə xəbərdar deyilsiniz. Belə olan halda siz təhsil nazirliyi və Bakı şəhər Təhsil İdarəsini təhqir edirsiniz.

    Mən heç bir informasiyanı rəsmi mənbəyə istinad olmadan ortaya çıxarmıram.

    Bir də təhsildə heç bir uğuru, fəaliyyəti olmayan, adını belə tanımadığım, amma çalışdığı məktəbin nəticəsi çox aşağı olan bu direktora deyim ki, mən 2007-ci ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bakalavr, 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini, 2015-ci ildə bakı Dövlət Universitetinin Vətən Tarixi ixtisası üzrə dokturanturasını, 2018-ci ildə AMEA-nın tarix institunun doktranturasını bitirmişəm. Azərbaycan Respublikası Konstitusiyası adlı vəsaitin müəllifi,  orta məktəblərin X sinifi üçün Azərbaycan tarixi və Ümumi tarix kitablarının həmmüəllifi, xarici indeksli elmi jurnallarda 15 elmi məqalənin müəllifiyəm.
    İndi de görüm bu təhsilin hansı hissəsi alababatdır? Azərbaycanın ən yüksək ali təhsil müəssisələrini bitirmişəm.
    302 saylı orta məktəbin respublika üzrə qəbulolma faizinin orta qiyməti 38.64% təşkil etmişdir (ixtisas qrupları üzrə: I qrup - 45.63%; II qrup - 55.46%; III qrup - 34.48%; IV qrup - 24.67%; V qrup - 31.38%;). Cədvəldən göründüyü kimi, məktəbin məzunlarının qəbul olma faizi orta respublika göstəricisindən çox aşağıdır . 
      Məktəbin məzunlarının orta balı orta respublika göstəricisindən çox aşağıdır. Gör məni kim tənqid edir? Öz gözündə tiri görmür, mənim gözümdə çöp axtarır.
     


    Təəssüf ki, sizin kimi direktorlar təhsil sistemində az deyil.  Amma sizə vaxt ayırmaq istəmirəm. Çünki daha faydalı işlə məşğulam.

     

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 225


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Bakıda xəstəxananın adında gülünc yanlışlıq - Foto Abşeronda 20 yanvar hadisələri 29 cu il dönümü qeyd olunub-Video Çilidə güclü zəlzələ olub — 6,8 bal Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin 20 Yanvar faciəsindən 29 il ötür İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək Q.Paşayeva MM-in Səhiyyə komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib Çarukyan deputatları təhdid etdi: Hər şeyi açıb-tökərəm! “Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır Nazir 2 rəisi işdən çıxartdı, 7 rəisin yerini dəyişdi – Rəsmi “Kitabların oxunması məcburiləşdirilməlidir” - Əflatun Amaşov ŞİRVANDA OĞURLUQ EDƏN ŞƏXSLƏR SAXLANILIB “Nar” paytaxtda yeni rəsmi mağazasını təqdim etdi “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır İctimai kanalın prodüsseri Türkiyədə xəstəxanadadır-Foto "Heç bir informasiyanı rəsmi mənbəyə istinad olmadan ortaya çıxarmıram"-Ekspertdən direktora cavab! Leyla Əliyevanın məşhur şeiri hamını kövrəltdi - VİDEO Qubada ağır qəza: ölənlərin sayı artdı Vergilər Nazirliyi SOCAR-ı niyə yoxlayır? - Rəsmən aydınlıq gətirildi Paşinyanı çətin günlər gözləyir - Rusiyadan müharibə xəbərdarlığı Dilqəm Əsgərovun oğlu bütün Azərbaycana SƏSLƏNDİ: "Atamdan xəbər yoxdu..." Suriyadan çəkilmə qərarı alan ABŞ-dan yeni açıqlama: Trampın qərarı qətidir! Güclü küləklə bağlı xəbərdarlıq - Bu axşamdan başlayır... Şəhriyar Məmmədyarov 50 min dollar qazandı Nazir 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tapşırıq verdi “Kimi işdən çıxarırsan, deyir, prezidentə məktub yazacaq” - Kamal Abdulla Un bahalaşdı: çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək? Bu tarixdən pensiyalar artacaq - Nazir açıqladı Millət vəkili Q.Paşayeva Afrikanın fəal qadınları ilə Qarabağdan danışıb Bakıda BASQIN: Ev almaq adı ilə müştəri kimi gəldilər və ... Çaylarda sululuq səviyyəsi dəyişib 294 min 480 suriyalı ölkəsinə qayıtdı Bu qidalar orqanizmi zəhərləyir - Dünya Səhiyyə Təşkilatından XƏBƏRDARLIQ İlin ilk Günəş tutulması baş verib Sərhəddə güclü zəlzələ olub - 7.2 bal Minlərlə insan hakimiyyətə qarşı etiraza qalxdı - Serbiyada Ucarda qazanxana yandı Yeni bahalaşma dalğası gəlir - Həyəcan təbili Azərbaycanlı aparıcı dünyasını dəyişdi: Xərçəngdən əziyyət çəkirdi “Nar”-ın dəstək olduğu “Breyn Rinq” bilik yarışının qalibi məlum oldu “Bayram ərəfəsində qiymətlərin qaldırılması tendensiyası illərdir ki, davam edir...” "Türk ordusu hücuma keçir, biz təcili çıxmalıyıq" -Polkovnik Ofisiant, bərbər və dərzilər sabit vergi ödəyəcəklər Dünya Yeni ili belə qarşıladı - FOTO Rusiyada yaşayış binasının bir hissəsi çökdü - 8 ölü+Video “Qəlbimizin səsinə qulaq asıb xeyirxah işlər görək” - Leyla Əliyeva+Foto Ziya Bünyadov Şeyxülislamın yazdığı kitaba hansı rəyi verib? Ucarda qəza: avtomobildən 1 nəfərin meyti çıxarılıb, şəxsiyyəti dəqiqləşdirilir Çaylarda sululuq səviyyəsi dəyişib Əsəd Qüvvələri Münbiçə girdiyini iddia etdi - Dünyanın gözü Suriyada Bankda qorxulu olay: müştərilər girov götürüldü 29 dekabrda gözlənilən hava şəraiti Manatın bugünkü MƏZƏNNƏSİ Bakıda 22 yaşlı qız itkin düşdü Həbsdə olan iş adamı azadlığa çıxdı: O, Vergilər Nazirliyinə 1 milyon manatlıq borcunu ödədi Prezident Böyük Şor gölünü bölən yolun açılışını etdi - Foto Zavodda güclü partlayış oldu - VIDEO “Port Baku”da yanğın olub Novruz Məmmədov nazirləri bir araya yığdı - Fotolar Mübariz Mənsimov yeni gəmisinə Rəsulzadənin adını verdi - FOTO Bakıda dəhşət: Qadın özünü tunelin üzərindən atmaq istədi - VİDEO Yəməndəki qətliamda Amerikanın barmaq izləri var Tramadol tamamilə qadağan olunur Bakı yeni il səyahətləri üçün MDB-nin ən yaxşı şəhərləri sırasında yer alıb Ziya Məmmədovun “keçid biznesi” fırıldağı Azərbaycan Turizm Şurası ləğv edilib KİVDF 112 jurnalisti mükafatlandırdı Mehmana cinayət işi açıldı - Həbsdə leytenantı yaralayıb Fədayə Laçına - HÖKM OXUNDU + YENİLƏNİB Türkiyə Paşinyanın təklifinə sərt cavab verdi Əbülfəs Qarayev özünə yeni köməkçi təyin etdi Qızı Ramiz Əzizbəyli haqqında acı həqiqəti etiraf etdi - "Narkozdan ayılmaya bilər" Özünüməşğulluq proqramına qoşulan kəndlilər aldadıllır? - Nazirlik ittihamlara CAVAB VERDİ “Nar”-dan Yeni il ilə əlaqədar xüsusi kampaniya! İlham Əliyev Polis Akademiyasının yeni tədris binasının açılışında iştirak etdi Novruz Məmmədov sahibkarlarla bağlı qərar imzaladı - 4 kateqoriyaya bölündülər Azərbaycanlı boksçu ermənini belə məğlub etdi – Video Ucar Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq-Şikayət Maşın aşdı, 5 nəfər xəsarət aldı İctimai Televiziyanın produsseri Minarə Əskərova təcili beyin əməliyatı olunmalıdır-FOTO İşdən qovulan müəllim birbaşa efirdə hansı faktları açdı - "Pul istəyir..." (VİDEO) Bakının mərkəzində tələbələr arasında QANLI OLAY: ÖLƏN VAR Lənkəranda AĞIR QƏZA: Ölən və yaralanan var Prezident İlham Əliyevin ad günüdür. “Vətənim Azərbaycan” İntellektual Oyunu layihəsinin seçim turuna Lənkərandan start verildi. Tanınmış azərbaycanlı aktyorun toyu oldu. Arzu Əliyeva “Miras”ın təqdimat mərasimində Ramil Usubovun 70 yaşı oldu - VİDEO Moskvada onlarla uçuş təxirə salınıb- Bu səbəbdən Azərbaycana qış gəldi - Böyük çillə başladı Neft UCUZLAŞIR Bu gün ölkədə ən uzun gecə müşahidə ediləcək Adi göz damcısının xərçəngi müalicə edə biləcəyi bəlli oldu... Peşə məktəblərində təhsil müddətləri dəyişdirildi Gəncədə avtomobil tələbələri vurdu - ADLAR “Nar” Azərbaycanda keçirilən boks üzrə yarışa dəstək oldu İşıqpulu borcu olanlara XƏBƏRDARLIQ: “Dekabrın 25-dən elektrik enerjisi dayandırılacaq” “JEK”lər mənzil pulu yığa bilməyəcəklər Azərbaycanda görünməmiş hadisə: vəhşi heyvanlar evə soxulub kişini parça-parça etdi DİQQƏT! Heyvan gəzdirən şəxslər cərimələnəcəklər — VİDEO
    File engine/metagen.php not found.