Deputatlardan baş nazirin “giləmeyvə cəriməsi” qərarının ləğvinə reaksiyalar

    Deputatlardan baş nazirin “giləmeyvə cəriməsi” qərarının ləğvinə reaksiyalar


    Prezidentin göstərişindən sonra baş nazir Novruz Məmmədov öz qərarına xitam verdi

    Bu həftənin həm mediada, həm də sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzusu meşələrdən əhalinin mer-meyvə yığmasına Nazirlər Kabinetinin qoyduğu qadağa oldu. Prezident İlham Əliyevin göstərişindən sonra baş nazir Novruz Məmmədov öz qərarına xitam verdi.

    Bəzi müşahidəçilərin fikrincə, dövlət başçısının məsələyə operativ reaksiyasına səbəb ictimai rəydən xəbərdar olması  idi. NK-nın bu qərarı hətta hakimiyyətə yaxın adamların da etirazına səbəb olmuşdu.

    İkincisi, narazılıq edənlər arasında iqtidaryönlü deputatların, yazarların olması NK-nın bu absurd qərarının ləğvinə ciddi təsirini göstərmiş oldu.  Cəmiyyətin sərt reaksiyası ilə qarşılanan bu qərar əslində prezidentin fəaliyyətinə yönəlik addım kimi də qiymətləndirilə bilər. Xüsusən prezidentin şəhid ailələri ilə görüşü, sonra Şamaxıda zəlzələdən zərərçəkənlərlə görüşə getməsi fonunda NK-nın qərarının ləğv olunması barədə göstərişi İ.Əliyevin xalqı narahat edən problemlərə şəxsi həssaslığını nümayiş etdirdi.

    Fazil Mustafa: "Görünür ki, müəyyən çevrələr öz maraqlarını güdüblər”

    "Görünür ki, müəyyən çevrələr bu sənədi Nazirlər Kabinetinə təqdim edəndə öz maraqlarını güdüblər. Ancaq yaxşı ki, prezidentin belə qərarların ləğvi barədə göstəriş vermək səlahiyyəti var”. Bu sözləri deputat Fazil Mustafa "Yeni Müsavat”a bildirdi.

    Fazil Mustafa ile ilgili görsel sonucu

    Deputatın fikrincə, bəzən ciddi araşdırma aparmadan, vətəndaşı düşünmədən addımlar atılır: "İdarəetmədə belə hallar olur. Sadəcə, Azərbaycanda qərarlar cəmiyyətin müzakirəsinə buraxılmadan məmur beyni ilə verilir. Vətəndaşın meşədən giləmeyvə yığmasına icazə vermirsən, amma o boyda keçmiş nazir ölkənin yaşıllıqlarını məhv elədi, onu cərimələmirsən. Ona görə də qərar veriləndə bu sənəd əsaslandırılmalıydı”.

    F.Mustafa prezidentin vətəndaşdan gələn mesajı nəzərə aldığını bildirdi: "Əslində faciəli qərar deyildi. Hər vətəndaşın yanına qarovulçu qoyulmayacaqdı ki?! Sadəcə, parlamentdə bu cür məsələlər müzakirədən keçməlidir, cəmiyyətdə müzakirə ortamı olmalıdır, qərarlar müzakirədən sonra verilməlidir. Bütün hallarda vətəndaşın xeyrinə olan bu qərarın prezident tərəfindən dayandırılması müsbət haldır”.

    Vahid Əhmədov ile ilgili görsel sonucu

    Vahid Əhmədov: "Başa düşmürəm ki, bu qərar kimə lazım idi”

    "Mən demişdim ki, düzgün deyil. İnsanlar meşələrdən meyvə yığırlar, qurudurlar, istehsal edirlər, 3-5 manat qazanırlar. Çox yaxşı oldu ki, prezident qərarın ləğvi barədə göstəriş verdi. Söhbət burada meşəni dağıtmaqdan getmir, meyvə emalından gedir. İnsanlar meşələrdə yığdıqları otlardan xalq təbabətində dərman kimi istifadə edirlər. Mən başa düşmürəm ki, bu qərar kimə lazım idi. Əhalinin ziddinə olan qərarları verməzdən əvvəl düşünmək lazımdır ki, bu bizə nə xeyir verəcək, büdcəyə nə gətirəcək. Ona görə qərarın ləğvi yerində oldu, prezident vətəndaşı nəzərə alaraq bu göstərişi verdi”.

    Ä°lgili resim

    Deputat Elmira Axundova isə baş nazirin qərarını ləğvdən öncə dəstəkləmişdi. Xanım millət vəkili demişdi ki, Novruz müəllim xalq içindən çıxmış adamdır, o, heç zaman camaata qarşı olan addım atmaz: "İnsanlar bəzən meşələrdə bitən ağaclardan meyvə dərən zaman vəhşicəsinə onun budağını kəsirlər, təbiətimizə böyük zərər vururlar. Belə etmək olmaz. Axı meşədə bitən vəhşi meyvələr insanların nəyinə lazımdır? Meyvəni istifadə etmək olar, daha bunu vəhşicəsinə dərmək yolverilməzdir. Mən gözümlə görmüşəm, rayonlara gedəndə yol kənarlarında qoz satırlar. Həmin qozları budaqları ilə bərabər dərirlər”.

    Ötən gün bu qərarın ləğvi ilə bağlı E.Axundovanın mövqeyini öyrənmək istədik, lakin köməkçisi səhhəti ilə əlaqədar danışmaq imkanında olmadığını bildirdi.

    Ələsgər Məmmədli ile ilgili görsel sonucu

    Hüquqşünas: "Qərarı qəbul edənlər qanunvericiliyi yaxşı incələməyib”

    Hüquqşünas Ələsgər Məmmədli yazıb ki, bu qərar 1993-cü ilin dekabrında qəbul edilib, o zaman isə bugünkü konstitusiya mövcud deyildi. Hüquqşünas bildirib ki, qərarı qəbul edənlər ölkə qanunvericiliyini yaxşı incələməyiblər: "1995-ci ildən etibarən NK-nın istənilən qərarları konstitusiyaya ziddirsə, tətbiq edilə bilməz. Çünki 1993-cü ildə qəbul olunan qərarlar 1995-ci il konstitusiyasına ziddirsə, tətbiq edilməyəcəkdi. Bu qərarın yenilənməsi onun konstitusiyaya uyğun yenilənməsini tələb edirdi”.

    Bildirək ki, əgər qərarın tətbiqinə başlansaydı, yabanı (cır) meyvələrin (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat, itburnunun hər kiloqramına görə 2 manat, çaytikanının hər kiloqramına görə 3 manat, digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat, şabalıd və fındığın hər kiloqramına görə 2 manat, qozun hər kiloqramına görə 2 manat, fıstıq toxumunun 1.5 manat, palıdın hər kiloqramına 1 manat, cökənin hər kiloqramına görə 1.5 manat ödəniş nəzərdə tutulurdu. Bundan başqa, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 50 qəpik ödəniş tətbiq olunacaqdı.

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 379


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Türk Dünyası Birinci Qurultayı işə başladı Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı... 100-ə yaxın insan can verdi: faciənin ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO Cocuq Mərcanlıda Novruz şənliyi təşkil edildi-Fotolar Neftçalada yol qəzası olub, xəsarət alan var Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək” Samuxda ər arvadını bıçaqlayıb Azərbaycana yaz fəsli gəldi Göyçayda 7 yaşlı uşağı maşın vurub Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi Bakıda Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı xaricdən gəlmiş tanınmış insanların iştirakıyla maraqlı tədbir keçirib Bu şəxslərin maaşları artırılacaq - Qanunda dəyişiklik İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ Manat və dolların sabahkı MƏZƏNNƏSİ Martın 21-dən havanın temperaturu yüksələcək “Nar” nömrə ilə xaricdə Wi-Fi pulsuzdur Ceyranbatan qəsəbəsində "Opel" yanıb Yüksək təzyiqdən əziyyət çəkirsinizsə, bu meyvələri yeyin İstanbulda fabrik yanır 19 martda gözlənilən hava şəraiti Konqoda qatar aşıb, 24 nəfər ölüb, 31 nəfər yaralanıb Göyçayda maşın 7 yaşlı uşağı vurdu Orxan Nərimanlı: “Yerli məhsul bir çox dövlətlərin istehsalını geridə qoyur!”-Müsahibə 16 martda gözlənilən hava şəraiti Sumqayıtda ağır qəza - Ölənlər var Yaşamaq istəyirsinizsə broylerdən uzaq durun: Pediatrdan "ağ ölüm"lə bağlı qara xəbər... QOŞQAR TƏHMƏZLİ ELDAR MAHMUDOVUN ODİOZ BANDASI İMİCİNDƏ- DƏHŞƏTLİ İDDİALAR.. Millət vəkili Q.Paşayeva MM-də vərəm xəstələrinə və onların ailələrinə dəstəyin artırılması ilə bağlı təkliflərlə çıxış edib Ölkədə qızıl-gümüş bahalaşıb Şamaxıda zəlzələ olub Dənizdə batan sumqayıtlı oğlanın meyiti tapıldı Dolların sabaha olan məzənnəsi Uğurlu təhsilimiz naminə-Fotolar Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası növbəti aksiyasını keçirəcək. Yeni rektor kollektivə təqdim olundu Cəlilabadda 10 yaşlı uşaq iynə vurulandan sonra öldü “Nar”-ın Baş icraçı direktoru beynəlxalq İKT sammitində rəqəmsal transformasiya mövzusunda çıxış edib Mehriban Əliyeva Fransada mühüm görüşlər keçirdi - Foto ŞİRVAN SAKİNİNDƏN NARKOTİK MADDƏ GÖTÜRÜLÜB Prezidentə şikayət:"Ucar rayon Arxitektura və Memarlıq Şöbəsinin müdiri Nasir Abdıyev vəzifə səlahiyyətlərindən sui-istifadə .." VİDEO Qənirə Paşayeva şəhid analarını və şəhid xanımlarını 8 mart – Beynəlxalq qadınlar günü və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib Prezident Avropanı Rusiyaya qarşı mübarizəyə çağırır Bu gün Əli Həsənovun özəl günüdür Qusarda yanmış köşkdə meyit tapıldı "Sizi Tanıyaq" layihəsinin "8 Mart Qadınlar günü"nə həsr edilmiş Bayram tədbiri keçirildi-Video+Fotolar Bu gün Beynəlxalq Qadınlar günüdür Millət vəkili Q.Paşayeva Tovuzda seçiciləri ilə görüşüb, qayğıları ilə maraqlanıb Millət vəkili Q.Paşayeva KİV-i alim qadınlarımızı daha çox təbliğ etməyə çağırıb Yataqxanada baş verən yanğında xəsarət alanların vəziyyəti ilə bağlı SON MƏLUMAT Çexiyada şir öz sahibini parçalayıb Gürcüstanda 2100-dən çox insan qızılcaya yoluxub Manat və dolların bugünkü MƏZƏNNƏSİ Bakıda yataqxanada yanğın olub, xəsarət alan var Şirkət “Bakı Metropoliteni”ni məhkəməyə verdi - Ödənişdən narazıdır Sabunçuda ev yanıb Millət vəkili Q.Paşayeva və bir qrup fəal qadınlarımız müsəlman ölkələrinin fəal qadınları ilə Azərbaycan həqiqətlərindən danışıb “Nar” gənclərin uğurlu karyera qurmasına dəstək olur Maaşlar belə artdı - Bu da vahid tarif cədvəli Ağır qəzada ana və qızı öldü Ucarda birdən birə 3 nəfər intihara cəhd etdi Ödədiyiniz artıq pullar geri qaytarılır - Nazir bütün detalları AÇIQLADI / VİDEO Leyla Əliyeva “Balaca şahzadə”ni izlədi - Fotolar Qənirə Paşayeva Türkiyə kanallarının canlı yayımında Xocalı həqiqətlərindən danışıb Suriyada avtobus minaya düşdü: 24 ölü Masallıda zəncirvari yol qəzası olub, ölən və yaralananlar var MTRŞ sədri: “Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir” İtkin düşən 58 yaşlı kişinin meyiti tapıldı Düşmən mövqelərimizi atəşə tutdu Əlcəyinə Putinin adını yazdırdı, aləm bir-birinə dəydi Ucarda “Mercedes” aşıb, xəsarət alanlar var “Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir keçirildi.-Fotolar 155 nömrəli məktbdə "Valideynin məktəbdə bir günü" adlı layihə həyata keçirildi-Fotolar “Nar” ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək "ÜRƏYİM,ANA DİLİM!"-Sevindik Nəsiboğlu “Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib ŞƏHİDLİYİ FİKİRLƏŞMƏYƏN “QAZİ” OLA BİLMƏZ . Qoşqar Təhməzli xaricdəki biznesindən danışdı: "İş adamı olmaq qəbahətdir?" “Nar” sosial şəbəkələrdən abunəçilərinə müştəri xidmətləri göstərir Manatın bugünkü məzənnəsi Masallıda zəlzələ oldu Eldar Əzizov töhmət verdiyi baş direktoru İŞDƏN ÇIXARDI (ÖZƏL) Uşağın çəkisi niyə artmır? — 3 səbəb Yük maşını az qala körpüdən aşacaqdı... - Bakıda Energetika Nazirliyində Asiyaİnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib Tovuzda qəza baş verib, iki nəfər yaralanıb Qaradağlı qətliamından 27 il ötür Vüqar Rəhimzadəyə ağır itki Azərbaycanda yenə vulkan püskürdü Bakıda 18 yaşlı qız itkin düşdü Azərbaycan nefti bahalaşır Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı Azərbaycan çaylarında son durum... Çeçen nazir Əli Həsənovun açıqlamasına cavab verdi - Video Vəzifəli şəxslərə güzəştlər tətbiq edilib - Baş nazirdən QƏRAR “Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib Əli Həsənova ağır itki üz verib Pensiyaların artırılacağı məbləğ açıqlandı Bakıda baş vermiş faciəvi yol qəzasının videogörüntüləri yayımlandı - VIDEO Xalq artisti iynədən şoka düşdü (VİDEO)
    File engine/metagen.php not found.