QOŞQAR TƏHMƏZLİ ELDAR MAHMUDOVUN ODİOZ BANDASI İMİCİNDƏ- DƏHŞƏTLİ İDDİALAR..

    QOŞQAR TƏHMƏZLİ ELDAR MAHMUDOVUN ODİOZ BANDASI İMİCİNDƏ- DƏHŞƏTLİ İDDİALAR..


    Qida Təhlükəsizliyi Agentliyi artıq Eldar Mahmudovun odioz bandası imicini qazanmaqdadır

    Cahan.info-nun məlumatına görə, Qoşqar Təhməzlinin əməkdaşları sahibkarların canına "saman təpir”lər. 

    Vaxtilə iş adamlarından qeyri-qanuni pullar yığan, başlarına torba keçirib MTN-ə gətirib soyub buraxan E.Mahmudov çetesinin daha "mədəni” forması olan QTA işçiləri obyektlərdən, restoranlardan xərac yığmaqda ittiham edilirlər. 

    Jurnalist Eynulla Fətullayev də yazıb ki, Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyidir: "Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır”.

    Jurnalist iddia edib ki, Bakının bazarlarında açıq şəkildə ölü heyvan əti satılır, QTA məmurları isə onu satanlardan rüşvət alaraq, buna göz yumurlar:

    "Hər səhər, təxminən saat 5.00-dan-8.00-a qədər "Təzə Bazar”da ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu "qara nöqtənin” əsas müştərilərindəndir. 

    Qida Təhlükəsizliyi Agentliyi bu "qara bazar”dan rüşvət alır və belə cinayətlərə göz yumur. Məncə, bu agentliyin fəaliyyəti ciddi nəzarətə götürülməlidir”. 

    Q.Təhməzlinin fəaliyyətindən narazılıq barədətəkcə E.Fətullayev yazmır. Vaxtaşırı bu qurumun özbaşınalıqları, insanların qida təhlükəsizliyinə birbaşa təhlükə olmaları haqda məlumatlar verilir. Əvəzində isə agentlik sədrinin başı xaricdəki biznesinə qarışıb.

    Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan cənab Təhməzlinin Slovakiyadakı Saffran S.R.O. şirkəti hotel və mehmanxanaları tekstil və hamam aksesuarları ilə təmin edir (şirkətin saytı: http://saffran.sk).

    Agentlik rəhbərinin Bratislavada şirkətin məhsullarını təqdim edən satış mərkəzi də fəaliyyət göstərir. Şirkət 5000 avro nizamnamə kapitalı ilə Bakı şəhəri Orucəliyev küçəsi 9/12, mənzil 40-da qeydiyyatda olan Təhməzlinin öz adına rəsmiləşdirilib. 

    25 dekabr 2017-ci ildə cənab Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edildikdən sonra Slovakiyadakı biznesini yaxın adamı olan Cavidan İmanovun adına keçirmək qərarına gəlir. 2018-ci il iyulun 3-də Saffran S.R.O. Belarus vətəndaşı, Minsk sakini Svitlana Palamarchukun (20%) və Cavidan İmanovun (80%) adına keçirilir.

    Təhməzlinin şirkəti Avropa şirkəti adı ilə Ukrayna bazarına da daxil olub. Nizamnamə kapitalı 21 milyon Ukrayna qrivnisi olmaqla bu ölkədə də qeydiyyata alınan şirkətin Ukraynadakı ofisi Solomensky, Vadim Hetman küçəsi 27 ünvanında yerləşir və Palamarchuk Svetlana Valentinovna tərəfindən idarə olunur.

    Təhməzlinin Gürcüstanda Universal Medikal Group şirkəti fəaliyyət göstərır. 

    Şirkət 2011-ci il dekabrın 22-də Tiflisin regional Bako Saburtalo vergi müfəttişliyində B11184596 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Şirkətin 50 faizlik hissəsi agentlik rəhbərinə, 50 faizlik hissəsi isə Türkiyə vətəndaşı Oqtay Öztürkə aiddir.

    Cənab Təhməzlinin Türkiyədə də biznesi var. Agentlik rəhbəri "Tosgo group medikal inşaat ve turizm sanayi ticaret limited şirketi”ni hələ 2014-cü il mayın 5-də İstanbulda qeydiyyatdan keçirib. Şirkət tibbi avadanlıqların, kosmetik vasitələrin və tekstil məhsullarının istehsalı və satışı ilə məşğuldur.

    Cahan.info xatırladır ki, Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi haqda bu qədər geniş məlumat verməyimiz təsadüfü deyil. Bu qurum "Asan” xidmətdən sonra ölkə rəhbərinin böyük etimad göstərərək yaratdığı ikinci müstəqil qurumdur. 

    Hələ Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlamazdan öncə, çoxları elə zənn edirdi ki, adıçəkilən qurum işinə start verdikdən sonra qısa müddət ərzində ölkənin ərzaq təhlükəsizliyi sahəsində nəzərəçarpacaq irəliləyişlərə imza atılacaq, mövcud problemlərin heç olmasa bir qismi öz həllini tapacaq. 

    Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı. Bu azmış kimi, son günlər Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı digər nüanslar müşahidə 
    edilməkdədir. 

    Məlumat üçün bildirək ki, Qida Təhlükəsizliyi Agentliyinə qədər istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət işi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilirdi. İndi bu səlahiyyətlər sözügedən agentliyə verilib.

    İnternet resursları üzərindən axtarışlarda ilk rast gələn məlumatda Qoşqar Təhməzovun Fərhad Təhməzovun qardaşı olduğu bəlli olur. 

    Fərhad Təhməzovun isə vaxtı ilə Qaçqınkomda keçmiş deputat Ayaz Orucovun yerinə (Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru vəzifəsinə) təyin olunub. Fərhad Təhməzov fonda təyin olunarkən hər şeydən əvvəl fondun fəaliyyətindəki korrupsiyanın azalması gözlənilsə də, gözləntilər özünü doğrultmadı. 

    Belə ki, elə ilk günlərdən "Qaçqınkom”un şöbə müdiri, Əli Həsənovun qohumu olan Elman İsmayılıovla əlbir olan Fərhad Təhməzov qaçqınlar və məcburi köçkünlər üçün qəsəbələrin tikilməsi üçün ayrılan vəsaitlər üzərində nəzarəti ələ keçirib. 

    Həmin qəsəbələrin tikintisi zamanı isə mal və materialların, həmçinin əmək qüvvəsinin qiymətlərini bir neçə dəfə şişirtməklə külli miqdarda korrupsiyaya yol verdiyi qeyd olunur. 

    Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq. 
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 505


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Sumqayıtda iki qrup arasında kütləvi DAVA Evi təmir etmək istədi, elektrik cərəyanı vurdu 98 yaşlı qadın yıxılaraq xəstəxanalıq oldu Türkiyədə 30 nəfər qidadan zəhərlənib Odun ,Ocağin İşiği-‘’Əli Rza Xələfli-65’’-Sevindik Nəsiboğlu yazır... BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT Gəncədə 75 yaşlı qadın hovuzda boğulub Putin İlham Əliyevi parada dəvət etdi Azərbaycanda 4 bal zəlzələ olub Bakıda ilk: Akrobatika üzrə dünya çempionatı keçiriləcək Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO/VİDEO Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib Nazirlikdən "İşsizin DOSTU" proqramı ilə bağlı AÇIQLAMA ATƏT: XİN başçıları həmsədrlərin himayəsi altında yaxın vaxtlarda görüşmək barədə razılığa gəlib Bakıda “Range Rover” parka belə girdi - VİDEO ABŞ-dan Çinə qarşı sərt - Bəyanat “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş” Faciə!-Uşağı vurub qaçdı, başqası xəstəxanaya apararkən qəzaya düşdü - İkisi də öldü İsrail ordusu yanlışlıqla öz təyyarəsinə atəş açdı “İnanırdıq ki, Rəşad qayıdacaq” - Həyat yoldaşı+Foto Yer kürəsi boyda yeni planet tapıldı Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal təşkilatları, QHT və KİV rəhbərləri ilə Azərbaycan həqiqətlərindən danışıb Pilotumuz son mənzilə belə yola salındı - FOTOLAR Leyla Əliyeva müalicə olunan uşaqlarla görüşdü - Foto Son uçuşları cənnət olan pilotlarımız... - Fotolar Rəşad Atakişiyevin nəşi tapıldı - Yenilənib Vaxtı keçmiş qəndləri yenidən emal edən sex bağlandı - FOTO Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb Azərbaycanlı aktyor beyin insultu keçirdi Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib "Sizi Tanıyaq" layihəsinin Sezon Final çəkilişi baş tutdu-Video İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcək Ürək xəstəliklərinin səbəbi bəlli oldu Daha bir ölkədə milyonlarla müsəlman üçün həbs düşərgələri qurulacaq- SOS!..-FOTOLAR “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi Şirvanda binanın eyvanı uçub, 1 nəfər xəsarət alıb - FOTO Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - YENİLƏNİB + FOTO\VİDEO Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə Daha bir sex bağlandı: təbii adı ilə quru süddən istifadə edirdilər - FOTO Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VİDEO Göyçay, Ucar və Zərdabda qaz olmayacaq Otel yandı – AZI 8 NƏFƏR ÖLDÜ… – FOTO 10 yaşlı uşaq ailəsinin gözü qabağında parçalandı - DƏHŞƏT VİDEO Q.Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri, millət vəkilləri və fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb. Baş Prokurorluq intiharlarla bağlı KİV-ə çağırış etdi, mediadan dəstək gəldi ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO “Bavariya” qalib gələ bilmədi Pakistanlı diplomat: "Pakistan Kəşmir probleminin sülh yolu ilə həllinə hazırdır" “Nar”-ınsürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda! Manatın bugünkü məzənnəsi... Xətaidə 2 avtomobil toqquşub - yaralılar var Sevindik Nəsiboğlu-10 Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır Leyla Əliyevanın təşəbbüsü ilə daha iki ictimai çimərlik yaradıldı - FOTOLAR “Məmməd Əmin Rəsulzadə” gəmisi qəzaya düşdü - Video 4 yaşlı uşaq binadan yıxılıb, vəziyyəti ağırdı Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib - VİDEO Güləşçimiz erməniyə qalib gələrək medal qazandı Novruz Məmmədov bağçalarla bağlı qərar verdi - artıq uşaq götürülməyəcək! Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi Ermənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydı İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ! İngiltərədə cütlük akvariumdan zəhərlənib 28 türkiyəli zəvvar vəfat edib Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alan var Erməni vandalları təbiətimizə böyük ziyan vurur - Video Nardaran çimərliyində bacı-qardaş və iki bacı batıb Bərdədə “Opel”lə VAZ toqquşdu: bir nəfər öldü Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib Paşinyanın Xankəndi ritorikası: regionu faciəyə sürükləmək riski Yataqxana binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB Güləşçimiz erməni dünya çempionunu məğlub etdi və... İsmayıllıda ağır qəza: ölən var Yenidən güclü külək əsəcək - Nazirlik İlham Əliyev Azərbaycan xalqını təbrik etdi Yaponiyada güclü zəlzələ: 6.2 bal 11 yaşlı şairin şeirləri mütəxəssis tərəfindən təhlil olundu Şəxsiyyət vəsiqəsi itib-Elan Bölgədə gərginliyin yeganə səbəbi işğalçı Ermənistandır - XİN-dən açıqlama Millət vəkili onları sərt etiraza çağırdı-Qarabağ, Xocalı soyqırımı... İdmançımız dünya çempionatının finalına yüksəldi İlham Əliyev sərəncam imzaladı Gürcüstan parlamentinin sədri Marneulidə azərbaycanlılarla görüşdü Göyçayda yük maşını qoyun sürüsünü vuraraq tələf edib - FOTO Millət vəkili çinli xanım fəallarla görüşdü - Foto Qənirə Paşayeva Kanadanın tanınmış təşkilat rəhbərləri ilə görüşdü - FOTOLAR 9 abituriyentin qiymətində dəyişiklik edildi İşçilərin sayını və maaşını gizlədənlərə - XƏBƏRDARLIQ Zakir Həsənov əməliyyatla bağlı təcili qərargaha getdi Polisdən XƏBƏRDARLIQ: Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı İki uşaq atası xalqımızdan kömək istəyir Habil Şınıxlının rəhbərliyi ilə incəsənətlə bağlı kurslar təşkil olunub “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib” Bir qrup tanınmış media nümayəndələri ilə görüş keçirilib. ABŞ-ın yeni silahı: İlk dəfə İrana qarşı tətbiq edildi
    File engine/metagen.php not found.