MƏNASIZ SÖZ DAVASI BARƏDƏ SADƏ BİR MÜHAKİMƏ

    MƏNASIZ SÖZ DAVASI BARƏDƏ SADƏ BİR MÜHAKİMƏ


    Əsas mətləbə keçməzdən öncə açıqlamaq istəyirəm ki, mən hərbçi həyatına ömrümün 33-cü baharında gəlmişəm. Qürurlu ömür tarixim də o zamandan başlamışdır. Doğma vətənimizin müdafiəsi uğrunda döyüşlərə girərək cəsur döyüşçü yoldaşlarımla mərdanə savaş aparan zaman mənfur erməni quldurlarının nə qədər qorxaq olduğunun canlı şahidi olmuşam. Həyata keçirdiyimiz uğurlu həmlələrdə xeyli döyüş təcrübəsi qazanmışıq. Düzdür, bəzi hərbi əməliyyatlarda bizdən asılı olmayan səbəblərə görə döyüş qanunları çərçivəsində manevr kimi geri çəkilmişik, müəyyən problemli situasiyalarda mühasirə acılığını yaşamışıq. Amma həmişə şərəfli döyüş aparmışıq. Əfəl ermənilər kimi kiməsə yardım üçün yalvarmamışıq. Onu da deyim ki, hələ savaş başa çatmayıb. Biz indi əvvəlki hərbi əməliyyatlardan fərqli olaraq döyüşə ən müasir hərbi texnika və silahlarla tam hazırıq. Erməni dövləti isə diləçi libasında dünyanı qapı-qapı gəzib pul toplayır ki, nəsə təzə bir silah alsın. Bir sözlə, apardığımız gərgin hərbi əməliyyatların axarında müharibənin hər üzünü gördüyümə görə hərbi kontekstdə məndən ötrü qaranlıq nöqtə yoxdur.

    Son günlər sosial şəbəkədə bəzi siyasi qüvvələrin züy tutanları tərəfindən  Müdafiə nazirimiz Zakir Həsənovun Dağlıq Qarabağ probleminin həlli ilə bağlı olaraq verdiyi müsahibələrdən bəzi sitatların müzakirə obyektinə çevirilməsini bir müharibə veteranı kimi məqbul saymıram. Əvvəla, hər kəs öz xalqının və dövlətçiliyinin fəal təəssübkeşi olmalı, o cümlədən indiki müharibə şəraitində müqəddəs qurum kimi Müdafiə Nazirliyinin rəhbərinə xüsusi hörmət göstərməlidir. İkincisi, hərbi söhbətə necə gəldi yanaşmaq, Müdafiə nazirinin bu və ya digər rəyi əsasında söz oyunu qurmaq ictimai ədəbsizlik səviyyəsində pislənən bir hərəkət kimi yersiz hesab edilməlidir. 


    Bizim qürur duyduğumuz milli ordu əxlaqı, ordu mənəviyyatı daxilində qəbul edilən qərarlar, niyyətlər gizlin hədəflərlə hasarlanır. Kimsə o hasarları göz görə-görə sökməyə cəhd edərsə, ona yalnız düşmən agenti kimi baxa bilərik. O da məlumdur ki, dədə-baba torpağımızın işğalına son qoymaq üçün öz dərketmə bucağında kimi hücuma, kimi də sülhə önəm verir. İkili standarta dayaqlanan beynəlxalq müstəvidə isə sülh dəstəklənir. Əlbəttə, son söz müdrik dövlət siyasətimizin baş sükançısına mənsubdur. Bu məsələyə kənardan müdaxilə qadağandır. Bir də ki, söz dərman kimidir, azı xeyirli, çoxu zərərlidir. Hərbi mövzuda isə kiminsə söz bəzəməsi, anti-dövlət siyasəti aparması vətən xainlərinə züy tutmaq qədər biabırçı bir əməldir.

     

    Mən yalnız bir mənasız müzakirəni vurğulamaq istəyirəm. Cənab Müdafiə nazirimizin erməni işğalına son qoymaq niyyəti ilə əlaqədar səsləndirdiyi "lazım gələrsə...” şərti sosial şəbəkədə söz oyunu hədəfinə çevrilməkdədir. Necə deyim, bu hərəkət milli etik qaydalara sığmayan çox pis hərəkətdir. Dəmir intizama söykənən hərbi güzəranın vacib tələbi daxilində deyilən həmin şərtin hərbi-siyasi mahiyyətini o kəslər dərk edə bilməzlər ki, onlar ya əsgər olmayıb, ya da elementar siyasi savadı yoxdur. Bəs, ayrı necə ola bilər ki?! O mühüm hərbçi şərtinə öz çirkablı şəxsi söz dünyasında ayama qoşmaq kimə nə verir?! Bəlkə, hakimiyyət azarına tutularaq siyasi mənafe içərisində özünü itirənlərin başında qanunauyğun fikir deməyə söz qəhətdir...

     

    Toxunduğum mövzuda sadə bir mühakimə irəli sürmək istəyirəm. Ordu çox qapalı bur qurumdur. 
    Bu quruma daxil olan kəs öz funksional vəzifələrinin icrasın başlamazdan əvvəl hərbi and içir. Bu and heç bir halda pozula bilməz. Çünki ali qanunlarımızla tənzimlənir. İstər ordumuzun bir nömrəli vəzifə sahibi kimi cənab Müdafiə naziri olsun, istərsə də ən aşağı post tutan əsgərimiz olsun, fərqi yoxdur, möhtərəm Ali Baş Komandanın əmri olmadan onlar bir addım da ata bilməzlər. Bu sadə mühakimənin aydın şəkildə anlaşılan mətləbini bizim cəmiyyətimizdə bilməyən varmı?! Məncə, yox!... Sosial şəbəkədə "lazım gələrsə...” şərtinin başına ip salaraq "söz davasına” çıxanlar da mən deyən həqiqəti yaxşı qanırlar. Bəla burasındadır ki, siyasi mənafe girdabında şəxsi məqsəd güdən o əngiboş adamlar qana-qana qanmazlıq edirlər!

    Ordu dünyasına bələd olan bir müharibə veteranı kimi belə başa düşürəm ki, həm siyasi mübarizə prosesində, həm də adi vətəndaş həyatında ordu mövzusunda ixtiyari bir şəkildə bir günah işləyərkən məsələnin kiçikliyinə, yaxud böyüklüyünə deyil, mövcud qanunların pozulmaz tələblərinə, habelə toxunulan məsələnin həlletmə yollarını qanuni qüvvəyə salan mötəbər şəxsiyyətin ictimai nüfuzuna, səlahiyyət hədlərinə diqqət yetirməlisən. Gəlin vaxtında haqq yoluna qayıdın, yurd təəssübkeşliyinizi itirməyin. Əks halda ordu sevgisini uca tutan xalqımız, necə deyərlər, bir gün sizlərin üzünüzü yumaq məsələsini mürdəşirlərə həvalə edəcək!..

    İbrahim MƏSİMOĞLU,

    müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant
    Xüsusi olaraq Asiya.info üçün

     


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 579


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Sumqayıtda iki qrup arasında kütləvi DAVA Evi təmir etmək istədi, elektrik cərəyanı vurdu 98 yaşlı qadın yıxılaraq xəstəxanalıq oldu Türkiyədə 30 nəfər qidadan zəhərlənib Odun ,Ocağin İşiği-‘’Əli Rza Xələfli-65’’-Sevindik Nəsiboğlu yazır... BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT Gəncədə 75 yaşlı qadın hovuzda boğulub Putin İlham Əliyevi parada dəvət etdi Azərbaycanda 4 bal zəlzələ olub Bakıda ilk: Akrobatika üzrə dünya çempionatı keçiriləcək Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO/VİDEO Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib Nazirlikdən "İşsizin DOSTU" proqramı ilə bağlı AÇIQLAMA ATƏT: XİN başçıları həmsədrlərin himayəsi altında yaxın vaxtlarda görüşmək barədə razılığa gəlib Bakıda “Range Rover” parka belə girdi - VİDEO ABŞ-dan Çinə qarşı sərt - Bəyanat “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş” Faciə!-Uşağı vurub qaçdı, başqası xəstəxanaya apararkən qəzaya düşdü - İkisi də öldü İsrail ordusu yanlışlıqla öz təyyarəsinə atəş açdı “İnanırdıq ki, Rəşad qayıdacaq” - Həyat yoldaşı+Foto Yer kürəsi boyda yeni planet tapıldı Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal təşkilatları, QHT və KİV rəhbərləri ilə Azərbaycan həqiqətlərindən danışıb Pilotumuz son mənzilə belə yola salındı - FOTOLAR Leyla Əliyeva müalicə olunan uşaqlarla görüşdü - Foto Son uçuşları cənnət olan pilotlarımız... - Fotolar Rəşad Atakişiyevin nəşi tapıldı - Yenilənib Vaxtı keçmiş qəndləri yenidən emal edən sex bağlandı - FOTO Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb Azərbaycanlı aktyor beyin insultu keçirdi Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib "Sizi Tanıyaq" layihəsinin Sezon Final çəkilişi baş tutdu-Video İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcək Ürək xəstəliklərinin səbəbi bəlli oldu Daha bir ölkədə milyonlarla müsəlman üçün həbs düşərgələri qurulacaq- SOS!..-FOTOLAR “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi Şirvanda binanın eyvanı uçub, 1 nəfər xəsarət alıb - FOTO Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - YENİLƏNİB + FOTO\VİDEO Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə Daha bir sex bağlandı: təbii adı ilə quru süddən istifadə edirdilər - FOTO Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VİDEO Göyçay, Ucar və Zərdabda qaz olmayacaq Otel yandı – AZI 8 NƏFƏR ÖLDÜ… – FOTO 10 yaşlı uşaq ailəsinin gözü qabağında parçalandı - DƏHŞƏT VİDEO Q.Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri, millət vəkilləri və fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb. Baş Prokurorluq intiharlarla bağlı KİV-ə çağırış etdi, mediadan dəstək gəldi ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO “Bavariya” qalib gələ bilmədi Pakistanlı diplomat: "Pakistan Kəşmir probleminin sülh yolu ilə həllinə hazırdır" “Nar”-ınsürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda! Manatın bugünkü məzənnəsi... Xətaidə 2 avtomobil toqquşub - yaralılar var Sevindik Nəsiboğlu-10 Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır Leyla Əliyevanın təşəbbüsü ilə daha iki ictimai çimərlik yaradıldı - FOTOLAR “Məmməd Əmin Rəsulzadə” gəmisi qəzaya düşdü - Video 4 yaşlı uşaq binadan yıxılıb, vəziyyəti ağırdı Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib - VİDEO Güləşçimiz erməniyə qalib gələrək medal qazandı Novruz Məmmədov bağçalarla bağlı qərar verdi - artıq uşaq götürülməyəcək! Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi Ermənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydı İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ! İngiltərədə cütlük akvariumdan zəhərlənib 28 türkiyəli zəvvar vəfat edib Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alan var Erməni vandalları təbiətimizə böyük ziyan vurur - Video Nardaran çimərliyində bacı-qardaş və iki bacı batıb Bərdədə “Opel”lə VAZ toqquşdu: bir nəfər öldü Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib Paşinyanın Xankəndi ritorikası: regionu faciəyə sürükləmək riski Yataqxana binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB Güləşçimiz erməni dünya çempionunu məğlub etdi və... İsmayıllıda ağır qəza: ölən var Yenidən güclü külək əsəcək - Nazirlik İlham Əliyev Azərbaycan xalqını təbrik etdi Yaponiyada güclü zəlzələ: 6.2 bal 11 yaşlı şairin şeirləri mütəxəssis tərəfindən təhlil olundu Şəxsiyyət vəsiqəsi itib-Elan Bölgədə gərginliyin yeganə səbəbi işğalçı Ermənistandır - XİN-dən açıqlama Millət vəkili onları sərt etiraza çağırdı-Qarabağ, Xocalı soyqırımı... İdmançımız dünya çempionatının finalına yüksəldi İlham Əliyev sərəncam imzaladı Gürcüstan parlamentinin sədri Marneulidə azərbaycanlılarla görüşdü Göyçayda yük maşını qoyun sürüsünü vuraraq tələf edib - FOTO Millət vəkili çinli xanım fəallarla görüşdü - Foto Qənirə Paşayeva Kanadanın tanınmış təşkilat rəhbərləri ilə görüşdü - FOTOLAR 9 abituriyentin qiymətində dəyişiklik edildi İşçilərin sayını və maaşını gizlədənlərə - XƏBƏRDARLIQ Zakir Həsənov əməliyyatla bağlı təcili qərargaha getdi Polisdən XƏBƏRDARLIQ: Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı İki uşaq atası xalqımızdan kömək istəyir Habil Şınıxlının rəhbərliyi ilə incəsənətlə bağlı kurslar təşkil olunub “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib” Bir qrup tanınmış media nümayəndələri ilə görüş keçirilib. ABŞ-ın yeni silahı: İlk dəfə İrana qarşı tətbiq edildi
    File engine/metagen.php not found.