Tovuzda şəhid Orxan Hümmətova həsr olunmuş "Qızılqaya qartalı" kitabının təqdimatı keçirilib

    Tovuzda şəhid Orxan Hümmətova həsr olunmuş


    Tovuzda şəhid Orxan Hümmətova həsr olunmuş "Qızılqaya qartalı" kitabının təqdimatı keçirilib

    İcxeberler.info xəbər verir ki, Tovuz rayonunda şəhid zabitimiz Orxan Hümmətova həsr olunmuş "Qızılqaya qartalı" kitabının təqdimatında kitabın ön sözünün müəllifi və kitabın çapına dəstək göstərmiş Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva çıxış edib və gənclərimizi qəhrəman şəhidlərimizin vətənpərvərliyindən örnək almağa çağırıb. Tovuzun Qaraxanlı kəndində böyüyüb, boya-başa çatmış şəhid zabitimiz Orxan Hümmətova həsr edilmiş və şair-publisistlər Çingiz Qəribli ilə Ramiz Çıraqlı tərəfindən qələmə alınmış "Qızılqaya qartalı” kitabının Tovuz rayonununda təqdimatı keçirilib. Kitabda zabit Orxan Hümmətovun həyat  yolundan bəhs edən sənədli povest və xatirələr toplanıb. Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, kitabın ön sözünün müəllifi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva, kitabın müəllifləri, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.


    Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı M.Məmmədov şəhid zabitimiz O.Hümmətov haqqında fikirlərini bölüşüb, dövlətimizin, cənab Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb və bu cür tədbirlərin gənclərimiz üçün önəmini xüsusi vurğulayıb. Şəhid zabitimiz Orxan Hümmətova həsr olunmuş "Qızılqaya qartalı" kitabının təqdimatında kitabın ön sözünün müəllifi və kitabın çapına dəstək göstərmiş Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Q.Paşayeva çıxış edərək şəhid zabitimiz O.Hümmətovu yaxından tanıdğını, onun hərbi məktəbə böyük həvəs və istəklə daxil olması, yaxşı hərbçi olmaq üçün daim öz üzərində çalışması, işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək istəyi, ən böyük arzusunun torpaqlarımızın işğaldan azad  görmək olması, keçdiyi həyat yolu barədə geniş danışıb, gənc nəsillərimizin bu cür qəhrəman şəhidlərimizi yaxından tanımaları üçün bu cür kitabların və tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Kitabın müəlliflərinə təşəkkürünü bildirən Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Q.Paşayeva bu cür kitabların nəşrinə və təbliğinə dəstək verməyimiz bizim vəzifəmizdir deyib.Millət vəkili Q.Paşayeva bildirdi ki, şəhid zabitimiz O.Hümmətovun şəhid olduqdan sonra ailəsini ziyarəti, görüşü zamanı ondan şəhidimiz haqqından kitabın yazılması və anım tədbirinin keçirilməsi xahişi edilmişdir: "Biz o zaman söylədik ki, Vətənimizin tarixi və insanlarımızın qəlbində yaşayacaq bütün dəyərli şəhidlərimiz, o cümlədən Orxan Hümmətov heç bir zaman unudulmayacaq, onun haqqında kitab yazılacaq və anım tədbiri keçiriləcəkdir", - millət vəkili dedi. 
    Tovuzda şəhid Orxan Hümmətova həsr olunmuş "Qızılqaya qartalı" kitabının təqdimatı keçirilib
    Tovuz rayon icra hakimiyyətinə, Gənclər evinə və özəlliklə bu tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bu kitabın məktəblərə, gənclər evlərinə, kitabxanalara pulsuz təqdim ediləcəyini deyib və bu kitabın insanlarımız, özəlliklə gənclrimizdə vətənpərvərlik duyğusunun güclənməsinə öz kiçik töhfəsini verəcəyinə inandığını deyib. Millət vəkili Q.Paşayeva bildirib ki, hər bir azərbaycanlının, o cümlədən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan dəyərli şəhidlərimizin ən böyük arzusu işğal altında olan bütün torpaqlarımızın işğaldan azad edilməsidir. İnşallah bu kimi tədbirləri Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə keçirək deyib. Dövlət başçımızın və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayan deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M.Qurbanlı çıxış edərək Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun güclənməsi, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində görülən işlər barədə geniş danışıb, gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsi istiqamətində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib, rəhbərlik etdiyi qurumun hər zaman bu kimi tədbirlərin, layihələrin həyata keçirilməsinə dəstək olduğunu və dəstək göstərməyə hazır olduğunu qeyd edib. Kitabın həmmüəlliflərindən olan şair-publisist Ramiz Çıraqlı çıxış edərək bu cür tədbirin keçirilməsinə dəstək göstərilməsinə görə təşəkkürünün bildirib və dəyərli şəhidlərimiz haqqında kitabların yazılması istiqamətində işləri davam etdirəcəklərini bildirib. Tovuz rayon Ağsaqqallar Şurasının sədri İsa Cavadov, rayon Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ictimai birliyinin sədri Əli Əliyev çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin önəmi ilə bağlı fikirlərini bölüşüblər. Şəhid zabitimiz Orxan Hümmətovun atası Bayram Hümmətov çıxış edərək belə bir kitabın yazılması və tədbirin keçirilməsinə görə təşəkkürünü bildirib, Vətənimiz üçün canından keçən oğlu ilə qürur duyduğunu deyib, hər zaman Vətənimiz üçün canından keçməyə hazır olduğunu deyib və şəhidimiz O.Hümmətovun son illər istifadə etdiyi qələmini millət vəkili Q.Paşayevaya hədiyyə edib.  Tədbirdən sonra Tovuz rayon icra başçısı M.Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri və millət vəkili Q.Paşayeva şəhid zabitimiz O.Hümmətovun ailə üzvləri ilə də görüşüblər. Qeyd edək ki, şəhid zabitimiz O.Hümmətova həsr olunan "Qızılqaya qartalı" Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB və "CBS" nəşriyyatının dəstəyilə nəşr olunub.
    Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.
    Tovuzda şəhid Orxan Hümmətova həsr olunmuş "Qızılqaya qartalı" kitabının təqdimatı keçirilib
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 215


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Sumqayıtda iki qrup arasında kütləvi DAVA Evi təmir etmək istədi, elektrik cərəyanı vurdu 98 yaşlı qadın yıxılaraq xəstəxanalıq oldu Türkiyədə 30 nəfər qidadan zəhərlənib Odun ,Ocağin İşiği-‘’Əli Rza Xələfli-65’’-Sevindik Nəsiboğlu yazır... BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT Gəncədə 75 yaşlı qadın hovuzda boğulub Putin İlham Əliyevi parada dəvət etdi Azərbaycanda 4 bal zəlzələ olub Bakıda ilk: Akrobatika üzrə dünya çempionatı keçiriləcək Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO/VİDEO Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib Nazirlikdən "İşsizin DOSTU" proqramı ilə bağlı AÇIQLAMA ATƏT: XİN başçıları həmsədrlərin himayəsi altında yaxın vaxtlarda görüşmək barədə razılığa gəlib Bakıda “Range Rover” parka belə girdi - VİDEO ABŞ-dan Çinə qarşı sərt - Bəyanat “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş” Faciə!-Uşağı vurub qaçdı, başqası xəstəxanaya apararkən qəzaya düşdü - İkisi də öldü İsrail ordusu yanlışlıqla öz təyyarəsinə atəş açdı “İnanırdıq ki, Rəşad qayıdacaq” - Həyat yoldaşı+Foto Yer kürəsi boyda yeni planet tapıldı Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal təşkilatları, QHT və KİV rəhbərləri ilə Azərbaycan həqiqətlərindən danışıb Pilotumuz son mənzilə belə yola salındı - FOTOLAR Leyla Əliyeva müalicə olunan uşaqlarla görüşdü - Foto Son uçuşları cənnət olan pilotlarımız... - Fotolar Rəşad Atakişiyevin nəşi tapıldı - Yenilənib Vaxtı keçmiş qəndləri yenidən emal edən sex bağlandı - FOTO Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb Azərbaycanlı aktyor beyin insultu keçirdi Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib "Sizi Tanıyaq" layihəsinin Sezon Final çəkilişi baş tutdu-Video İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcək Ürək xəstəliklərinin səbəbi bəlli oldu Daha bir ölkədə milyonlarla müsəlman üçün həbs düşərgələri qurulacaq- SOS!..-FOTOLAR “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi Şirvanda binanın eyvanı uçub, 1 nəfər xəsarət alıb - FOTO Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - YENİLƏNİB + FOTO\VİDEO Asfaltı mavi rəngə boyadılar - Maraqlı təcrübə Daha bir sex bağlandı: təbii adı ilə quru süddən istifadə edirdilər - FOTO Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VİDEO Göyçay, Ucar və Zərdabda qaz olmayacaq Otel yandı – AZI 8 NƏFƏR ÖLDÜ… – FOTO 10 yaşlı uşaq ailəsinin gözü qabağında parçalandı - DƏHŞƏT VİDEO Q.Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri, millət vəkilləri və fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb. Baş Prokurorluq intiharlarla bağlı KİV-ə çağırış etdi, mediadan dəstək gəldi ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO “Bavariya” qalib gələ bilmədi Pakistanlı diplomat: "Pakistan Kəşmir probleminin sülh yolu ilə həllinə hazırdır" “Nar”-ınsürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda! Manatın bugünkü məzənnəsi... Xətaidə 2 avtomobil toqquşub - yaralılar var Sevindik Nəsiboğlu-10 Sabahdan ali təhsil müəssisələrinə qeydiyyat başlayır Leyla Əliyevanın təşəbbüsü ilə daha iki ictimai çimərlik yaradıldı - FOTOLAR “Məmməd Əmin Rəsulzadə” gəmisi qəzaya düşdü - Video 4 yaşlı uşaq binadan yıxılıb, vəziyyəti ağırdı Jirinovski müdafiə nazirinin təyyarəsinə yaxınlaşan NATO qırıcılarına sərt reaksiya verib - VİDEO Güləşçimiz erməniyə qalib gələrək medal qazandı Novruz Məmmədov bağçalarla bağlı qərar verdi - artıq uşaq götürülməyəcək! Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi Ermənistan əsgərinin Azərbaycana qaçması haqda - Məlumat yaydı İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ! İngiltərədə cütlük akvariumdan zəhərlənib 28 türkiyəli zəvvar vəfat edib Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alan var Erməni vandalları təbiətimizə böyük ziyan vurur - Video Nardaran çimərliyində bacı-qardaş və iki bacı batıb Bərdədə “Opel”lə VAZ toqquşdu: bir nəfər öldü Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib Paşinyanın Xankəndi ritorikası: regionu faciəyə sürükləmək riski Yataqxana binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB Güləşçimiz erməni dünya çempionunu məğlub etdi və... İsmayıllıda ağır qəza: ölən var Yenidən güclü külək əsəcək - Nazirlik İlham Əliyev Azərbaycan xalqını təbrik etdi Yaponiyada güclü zəlzələ: 6.2 bal 11 yaşlı şairin şeirləri mütəxəssis tərəfindən təhlil olundu Şəxsiyyət vəsiqəsi itib-Elan Bölgədə gərginliyin yeganə səbəbi işğalçı Ermənistandır - XİN-dən açıqlama Millət vəkili onları sərt etiraza çağırdı-Qarabağ, Xocalı soyqırımı... İdmançımız dünya çempionatının finalına yüksəldi İlham Əliyev sərəncam imzaladı Gürcüstan parlamentinin sədri Marneulidə azərbaycanlılarla görüşdü Göyçayda yük maşını qoyun sürüsünü vuraraq tələf edib - FOTO Millət vəkili çinli xanım fəallarla görüşdü - Foto Qənirə Paşayeva Kanadanın tanınmış təşkilat rəhbərləri ilə görüşdü - FOTOLAR 9 abituriyentin qiymətində dəyişiklik edildi İşçilərin sayını və maaşını gizlədənlərə - XƏBƏRDARLIQ Zakir Həsənov əməliyyatla bağlı təcili qərargaha getdi Polisdən XƏBƏRDARLIQ: Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı İki uşaq atası xalqımızdan kömək istəyir Habil Şınıxlının rəhbərliyi ilə incəsənətlə bağlı kurslar təşkil olunub “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib” Bir qrup tanınmış media nümayəndələri ilə görüş keçirilib. ABŞ-ın yeni silahı: İlk dəfə İrana qarşı tətbiq edildi
    File engine/metagen.php not found.