Döyüş meydanında qələbəni Azərbaycan Ordusu mütləq təmin edəcəkdir

    Döyüş meydanında qələbəni Azərbaycan Ordusu mütləq təmin edəcəkdir


    İbrahim MƏSİMOĞLU
    müharibə veteranı

    ehtiyatda olan polkovnik-leytenant
    _____________________________

    Xüsusi olaraq Asiya.info üçün

    Biz həm beynəlxalq hüququn haqqımıza real dəstək verməsinə, həm də gözgörəsi siyasi haqsızlığın–ikili standartların sona çatmasına nail olmalıyıq. Ehtimal ki, hədəfimizə çatmağa az qalmışdır. Bu istiqamətdə qələbə təmin edildikdən sonra döyüş meydanında qələbəni Azərbaycan Ordusu mütləq təmin edəcəkdir. Həmin qeyri-bəşəri haqsızlıq bitəndə işğalçı ölkə də öz haqlı cavabını alacaqdır.
    Torpaqlarımızın işğal dərdinə son qoymaq günümüzün baş mövzusudur. Yaxşı bilirik ki, düşmən üzərində qəti qələbə qazanmadan bu dərd sönən deyil. Lakin zaman dayanmır, qəti qələbədən ötrü əməli nəticə isə gecikir. Hər üzümüzə açılan gün düzgün məqam arayırıq. İçimizdə səbir edərək o həlledici məqamı gözləyənlər kifayət qədər olsa da, dərdə dözməyənlər də az deyil. Necə deyim, səbir edənləri qınamağa dəyməz. Axı, müdrik ağsaqqallarımız deyirlər ki, səbir ağlın xəzinəsidir. Cani-dildən sevdiyi, həsrətlə dilədiyi yurduna qovuşa bilməyənləri qınamaq da insafdan deyil. Bəs, orta məxrəci harada hasilə gətirək?! Əlbəttə, çətin çözülən məsələdir. Beynəlxalq bir siyasi dünyadan müstəqil ölkə kimi təcrid edilmək istəmədiyimizi və təcrid edilmənin namünasib sayılmadığını nəzərə alaraq hər bir halda yetişəcək o mühüm zamanı təmkinlə gözləyirik.
    İyunun 18-də Azərbaycanın Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən mətbuat nümayəndələri ilə keçirilən görüşdə toxunmaq istədiyimiz məsələnin bütün məqamları hərtərəfli işıqlandırılmışdır. Həqiqətən eşitmək istədiyimiz əsas cavablar qəlbimizi fərəh hissi ilə doldurdu. İndiki zamanın tələblərinə uyğun olaraq ordumuz silahlanma sisteminin modern silah və texnikalarla zənginləşdirilməsi, habelə bu davamlı inkişaf istiqamətində düşməni yarı yolda qoyması, demək olar ki, özgə hünərinə kişiləşən işğalçı ölkənin bağrını tamam qana döndərmişdir. Bugünkü düşmən ordusundakı mövcud vəziyyət erməni daşnaklarının özündənrazı siyasi liderlərinin öz çıxışlarında daha çox adətkərdə etdikləri şişirdilmiş fikirlərə, cəfəng ideyalara qətiyyən bənzəmir.


    Cənab  Müdafiə nazirinin dediyi inamlı kəlmələrdən isə o sərfəli qənaəti müəyyən etmişik ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə tam qadirdir. Bizim Ordumuzda mövcud olan faktlar öz real cəhətləri ilə göz oxşayır, könül şadlanır, qürur hissi qəlbimizə hakim kəsilir.
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu strukturunda həyata keçirilən islahatlar hər bir azərbaycanlını qəlbən sevindirir. Hər inkişaf xəttinin öz sübutu var. Bu gerçəkliyi təkcə biz yox, eyni zamanda beynəlxalq qurumlar etiraf edir. Biz dünyanın ən güclü əlli ordusundan biriyik. Məmləkətimizin müstəqil yaşam tarixi müqayisə baxımından az müddəti əhatə etsə də, qazanılmış  bu inkişaf göstəriciləri miqyas etibarı ilə kiçik sayıla bilməz. Demək olar ki, müntəzəm surətdə ordumuz yeni müasir silah, texnika və avadanlıqla təmin edilir. Tələb olunan hərbi infrastruktur planlı şəkildə yenilənir, döyüş qabiliyyəti dayanmadan artırılır, sosial baza gücləndirilir. 2018-ci ildə Silahlı Qüvvələrin 100 illiyi ilə əlaqədar keçirilən möhtəşəm paradda nümayiş olunan silah və texnikanın 90 faizi yeni və müasir idi. Cənab Müdafiə naziri xüsusi olaraq vurğuladı ki, paradda hərbi məxfiliyi nəzərə alaraq ixtiyarımızda olan bütün silahlar nümayiş etdirilmədi. Bəli, bu da bir reallıqdır.
    Gün gələcək ki, qətiyyətli yurd savaşımıza qalxan zaman modern silah və texnikalarımızı boşboğaz, yaltaq və qorxaq təbiətli dığa liderləri görəndə gözləri bərələ qalacaq, gen dünya başlarına dar olacaq. Hətta bəziləri indidən ağlaşma quraraq erməni diasporunu haraylamaqdadır.  Bu da mənasızdır. İndi vaxt bizim xeyrimizə işləyir. Daha indiki zamanın intizamlı və sərrast dövr etməsi o ağrılı və qarışıq zaman gərdişindən fərqlənir.
    Biz inamlı qələbə yoluna çıxmışıq. Daha sıxıntılı günlər yaşamırıq. Necə deyərlər, bir gülləyə beş dığanı cəhənnəmə vasil edəcək gücümüz var. Tezliklə Xankəndində milli dövlət bayrağımız ən uca bir nöqtədə dalğalanacaqdır. Mən inanıram ki, o gün uzaqda deyil.
    Mən Müdafiə nazirinin mətbuat konfransında açıqladığı fikirlərə istinad edərək sosial şəbəkədə yayımlanan lağlağı söhbətlərə və siyasi cəhətdən bayağı atmacalara bir keçmiş hərbçi və müharibə veteranı kimi müəyyən cavab vermək istəyirəm. Söz yox ki, bir qisim insanlar ordumuzun döyüş qüdrəti ilə bağlı real vəziyyət barədə gerçək həqiqətləri bilmədiklərinə görə müdafiə işimizdən danışanda ümidsizliyə qapılırlar. Bəziləri mənfi fikrlərin axarında yanlış mövqe tutaraq az qala düşmən olduqlarını bəyan edirlər. Siyasi mənafe güdən müxalifətçi qüvvələr isə nəinki üstün cəhətlərimizi qaralamağa çalışır, həm də düşmən dəyirmanına su tökməkdən sanki ləzzət alırlar. Bu ögey və nadan münasibət xalqımız arasında elə böyük narahatlıq yaratmaq iqtidarında da deyil, sadəcə hər yersiz deyilən kəlmə könüllərimizi bulandırır. Cənab Müdafiə nazirimiz gəncləri sosial şəbəkələrdə diqqətli olmağa, təxribatlara uymamağa çağıraraq belə demişdir: "Vətən, millət, dövlətçilik məsələlərində bütün şəxsi mövqelər kənarda durmalıdır. Biz hamımız bir olmalıyıq. Bəzən sosial şəbəkələrdə Azərbaycan adı altında əsassız məlumatlar paylaşılır. Ermənilərin məqsədi dövlətçiliyimizə və ordumuza qarşı saxta məlumatlar yaymaqdır. Sosial şəbəkələrdə belə məlumatları yayanların 90 faizi ermənilər, digərləri isə öz şəxsi mövqelərindən çıxış edən cılız məqsədlər güdən insanlardır. Vətən, millət, dövlət məsələsində bütün maraqlar kənara qoyulmalıdır. Biz hamımız bir olmalıyıq”.
    Hərbi qulluqçumuz, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verməsi ilə bağlı Ermənistanın müdafiə naziri David Tonoyanın dediyi fikrə münasibət bildirən Zakir Həsənov çox gözəl vurğulamışdır: "Deyə bilərəm ki, Ermənistanın müdafiə naziri David Tonoyan yalan danışır. O özünü reklam edir. Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir müddət sonra onlar öz itkilərini bir-bir üzə çıxaracaqlar. Xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusundan qələbələr gözləyir. 2016-cı ildə üç gün ərzində Azərbaycan Ordusunun kiçik bir hissəsi bütün Ermənistan ordusunu darmadağın etdi. Azərbaycan Ordusu bu qələbəni hər dəqiqə nümayiş etdirməyə hazırdır”.

    Siyasi hakimiyyətimizə müxalif mövqe tutan qüvvələr nədənsə bütün səyləri ordumuza yönəldirlər. Halbuki siyasi mübarizənin öz yolu var: ölkənin müdafiə işində hamı vətənçilik mövqeyində durmalıdır. Vətən hamı üçün müqəddəs bir məkandır. Lakin müxalif siyasi düşərgədə biz bunun əksini görürük. Hərbi məxfiliyin pozulmaz qaydaları kölgə altına salınır. Ən biabırçı hal odur ki, ordu rəhbərlərinə əsassız ləkələr atmağa cəhd edirlər. Onların cəfəng iddialarında yarımhəqiqət də tapa bilmirsən. Biri zabitlərimizi "cəsarətsiz hərbi başçı” kimi qələmə verməyə çalışır, biri içimizdə xain axtarmağa can atır, biri 2016-cı il aprel döyüşünün nəticələri barədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi adından saxta sənədin üzdəniraq yayımına güc verir, biri gündən-günə artan hərbi qüdrətimizi şübhə altına salmağa cəhd edir, biri də yalnız müxtəlif istiqamətlərdə mənasız söz oyunu qurur. Siyasi mübarizəni küçə söyüşü həddində aparanlardan isə heç danışılası deyil. Daim həyasız bir şəkildə səs qaldırırlar ki, ordumuz niyə hücuma keçmir və bu susqunluqda hərbi rəhbərlərimizi təqsirli sayırlar. Əlbəttə, bu mənasız çıxışlar siyasi səbatsızlıqdan başqa bir şey deyil. Onların iç dünyası daim kirlənməkdədir. Dərk etmirlər ki, yurdunu sevən siyasi qüvvə xalqının qəlbini işıqlandırmağa borcludur. Əfsus ki, bu mənəvi tələb onların vecinə deyil. Yalnız xalqın qəlbinə qaranlıq kimi çökməyə can atırlar və dərk etmirlər ki, bu hədyan və tərbiyəsiz əməllər, nankor münasibət onların ömürlük məğlubiyyəti deməkdir. Cənab nazirimiz onlara cavab olaraq yetkin və çox lakonik bir fikir söyləmişdir:" Azərbaycan xalqı Ordumuzun qələbəsini gözləyir. Lakin müharibəni hərbçilər başlamır, hərbçilər icraçıdırlar"... Həmçinin qeyd edir ki, beynəlxalq vəziyyət bizə müharibəyə başlamağa imkan vermir. Bu münasibət, bu real mövqe obyektiv siyasi şəraitin diktəsidir. Düzdür, ürəyimizcə deyil, amma siyasi səhvlərə yol vermək bizə yaraşmaz. Biz həm beynəlxalq hüququn haqqımıza real dəstək verməsinə, həm də gözgörəsi siyasi haqsızlığın – ikili standartların son çatmasına nail olmalıyıq. Ehtimal ki, hədəfimizə çatmağa az qalmışdır. Bu istiqamətdə qələbə təmin edildikdən sonra döyüş meydanında qələbəni Azərbaycan Ordusu mütləq təmin edəcəkdir. Həmin qeyri-bəşəri haqsızlıq bitəndə işğalçı ölkə də öz haqlı cavabını alacaqdır.
    Ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində genişmiqyaslı işlərin görüldüyünü real faktlar əsasında sübutlandıran Zakir Həsənov inamla belə demişdir: "Bilirsiniz ki, döyüş hazırlığının əsas hissəsi şəxsi heyətin, hissə və birləşmələrin səhra bacarığının artırılmasıdır. Biz tez-tez irimiqyaslı təlimlər keçiririk, müasir təlim mərkəzləri qurmuşuq. Təlimlər döyüş vəziyyətinə maksimum yaxın şəraitdə, gecə və gündüz, ilin bütün fəsillərində keçirilir. Biz gündən-günə daha böyük hissə və birləşmələri bu təlimlərə cəlb edirik. Bir neçə il əvvəl Azərbaycan Ordusu işğal altındakı ərazilərimizdə yerləşən düşmən ordusunun birləşmələrinə böyük zərbə vurdu. 2016-cı ildəki əməliyyatların əsas nəticəsi o oldu ki, Azərbaycan Ordusunun kiçik bir hissəsi 3-4 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Nəticədə ermənilər məcbur olub atəşkəs üçün müraciət etdilər”. 

    Müdafiə naziri yeri gəlmişkən xüsusi olaraq bəyan etdi ki, "2019-cu ildə əsas istiqamətlərdən biri ordunun idarə olunmasının təkmilləşdirilməsidir. Burada əsas vəzifə bütün hissə və birləşmələrin fasiləsiz, məxfi, operativ şəkildə idarə olunmasıdır. İndi bütün dünyada bu məsələyə çox ciddi fikir verilir. Ən müasir texnika bu işlərə cəlb edilir, müasir komanda-idarəetmə sistemi qurulur. Biz artıq hərbi hissələrimizi real vaxt rejimində, avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə idarə edirik. Biz tabora uzaq məsafədən real vaxt rejimində idarəetmə tətbiqinə nail olmuşuq. Ali Baş Komandan bu məsələlərə çox ciddi fikir verir və biz tezliklə bu məsələni də həll edəcəyik. Azərbaycan Ordusu aparıcı dövlətlərin təcrübəsindən və texnikalarından istifadə edərək bu məsələnin həllini böyük dərəcədə təmin edib. Kibertəhlükəsizlik və radioelektron mübarizə sahəsi də daim diqqətdə saxlanılır. Aparıcı dövlətlərin təcrübəsindən və texnikalarından istifadə olunaraq bu məsələ də həllini tapıb”.
    Keçmiş hərbçi və müharibə veteranı olaraq mən də açıq etiraf edirəm ki, kibertəhlükəsizlik və radioelektron mübarizə sahəsi həqiqətən ordumuzun yaranışının ilk dövründə ən yaralı yerimiz sayılırdı. Düzdür, ordu quruculuğumuzun əvvəlində sosial şəbəkə deyilən bir informasiya düşərgəsi yox dərəcəsində idi. Amma bitib-tükənməyən dedi-qodular, sosial ajiotaj yaradan şayiələr hərbi əməliyyatlarımızın gedişinə əngəl olur, torpaqlarımızın işğalı ilə əlaqədar geniş mənəvi tənəzzül ovqatı yaradırdı. O zaman gənc dövlətimiz düşmənə qarşı informasiya mübarizəsini yetərincə yerinə yetirə bilmirdi. Bəzən düşmənin söz hiyləsi fonunda öz-özümüzü xain erməni gözündə görürdük. Bunlar keçmiş döyüşçülərimizə yaxşı bəllidir. Bu gün isə həm xüsusi kəşfiyyat orqanlarımız, həm də ordumuzun özü bu istiqamətdə təkmil addımlar atırlar. Hiyləgərliyi ana südündən qazanmış ultraşovinist daşnaklar adi bir yalanı da işə keçirə bilmirlər. Hər bir informasiya həmləsinin qarşısı yerindəcə kəsilir, yalan dillər susdurulur.

    Nəhayət, söhbəti peşəkarlıq faktı üzərində tamamlamaq istəyirəm. Bu gün bizim tabor komandirimiz 1992-ci ildə olduğu kimi taksi sürücüsü deyil, yaxud əsgərimiz küçədən zorla tutularaq səngərə salınmır. Ordumuz siyasi qüvvələrin oyuncağı rolunda çıxış etmir. Vahid komandanlıq mütəşəkkil və fasiləsiz fəaliyyətimizin əsas zəmanətidir. Azərbaycan Ordusunun şəxsi heyətinin 80 faizinin peşəkar hərbçilərdən ibarət olduğunu vurğulayan cənab nazirimiz qürur dolu hisslərlə deyir ki, "bu gün orduda döyüş qabiliyyətini müəyyən edən vəzifələrdə peşəkar hərbçilər xidmət edirlər. Tankların, zirehli döyüş maşınlarının, artilleriya vasitələrinin, gəmilərin, hava hücumundan müdafiə texnikalarının heyətləri, sürücülər orduda müqavilə əsasında xidmət edirlər. Artıq onlar öz sahələrində kifayət qədər peşəkardırlar. Müddətli hərbi xidmət keçən əsgərlər isə yalnız atıcı vəzifələrində xidmət edirlər”. Yəni qoşunlarımızda naşı adam yoxdur. Hərə öz cavabdehliyini layiqincə anlayır və daşıyır. Yəni döyüşçülərimiz söz güləşdirən yox, əsl əməl sahibidirlər. Ordunun yurd amalı yüksək, xidməti müqəddəsdir. İnşallah, qələbə vədimiz də öz zamanında gerçəkləşəcəkdir!
     
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 145


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Sabahın havası: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək ABŞ atom bombalarını altı bazada saxlayır: “İncirlik”də də var - SİYAHI Şəkidə xəsarət alanların son vəziyyəti - Nazirlik Polis veteranları iş başında: 2600 cinayət açıldı Bakı Avrasiya Universiteti yeni korpuslarını yaxın vaxtlarda istifadəyə verəcək Sabunçuda it Özbəkistan vətəndaşını dişlədi Deputatdan bahalaşma ilə bağlı iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə MÜRACİƏT Qardaşı arvadının başını kəsən qayın intihar etdi Balaca Səidəfəndi Mehriban Əliyevadan kömək istəyir “Ağ çiçəyim” mağazası yanıb kül oldu - YENİLƏNİB + FOTO Bakıda dənizdə batan gənc belə xilas edildi — Video Türkiyədə zavodda güclü partlayış baş verdi Hacı Nuran Hüseynov səfir seçilib. Qəzəbli sürücü ona cərimə yazan polisi yaraladı - QORXUNC... + VİDEO İki hərbçimiz həlak oldu - Hərbi hissədə bədbəxt hadisə QHT “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsini davam etdirir Azərbaycan daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyinat oldu “Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi oldu Hacı Mazan təcili olaraq DTX-nın hospitalına köçürüldü Leyla Əliyeva körpələr evində — FOTO Deputatlar Orduya pul köçürdülər “Nar” gənc şahmatçılara dəstək olur Azərbaycanda QANLI OLAY: Qardaş qardaşını güllələdi Bakıda qırmızı işıqda keçən avtomobil qəzaya səbəb olub - FOTO - VİDEO Bakıda maşın sürətlə parka girdi, sürücü tanınmaz hala düşdü - ŞOK VİDEO Ərəblərin "Park Bulvar"dakı davası ilə bağlı rəsmi AÇIQLAMA Hacı Mazanın qəzadan sonra ilk görüntüləri - Video İmtahan nəticələri açıqlandı - 9 nəfər maksimum bal topladı Hacı Mazan əməliyyat olundu - Son durumu ilə bağlı açıqlama Bakıda iki yeni polis bölməsi açıldı Yeni ölümcül virus peyda oldu Xoyskidən Vilayət Eyvazova qədər…101 yaşlı polisimizdən möhtəşəm -Faktlar 2 iyul - Polis Günüdür! Məktəbli formalarında hansı yenilik edilir? - Bakı Tikiş Evindən AÇIQLAMA Bu axşam Günəş tutulması müşahidə olunacaq Vasif Talıbov Kanevski ilə görüşdü - Foto “UNESCO ailəsinin üzvü olmaq mənim üçün böyük şərəfdir” - Mehriban Əliyeva KİM: TRAMPIN GÖRÜŞ TƏKLİFİ MƏNİ ÇOX TƏƏCCÜBLƏNDİRDİ “Nar”dan gənclərə növbəti iş fürsəti Q.Paşayeva AŞPA-nı Diqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması üçün Ermənistana təzyiq etməyə çağırıb. ŞİRVANDA POLİSLƏR QANVERMƏ AKSİYASINDA İŞTİRAK EDİBLƏR “QİÇS-ə birlikdə qalib gələk” adlı seminar keçirildi-Foto Bakıda 20 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı cinayət işi başlandı 26 yaşlı gənc anaya dəstək olaq, 3 körpəsi var...- Foto Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - FOTO + VİDEO Qadının gözündən çıxanlar həkimi şoka saldı - FOTO İlham Əliyev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil hədiyyə etdi Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonundatibbi aksiya keçirəcək. Sabah da 40 dərəcə isti olacaq Saatlıda narkotik yetişdirən qohumlar saxlanılıb “Nar”dan eşitmə məhdudiyyətli insanlara təlim Döyüş meydanında qələbəni Azərbaycan Ordusu mütləq təmin edəcəkdir “Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib “Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edir Bakıda küçənin ortasında dava - “Beş bıçaq vurdu” + Video Pensiyalar yenə artacaq - Nazir tarixi açıqladı Şamaxıda 18 yaşlı qız xlor içib Azərbaycan neftinin qiyməti enib –0,86 dollar/barel Milli Kitabxanada Gənc yazar Sevindik Nəsiboğlunun kitablarının təqdimatı olub-Fotolar Nigeriyada silsilə partlayışlarda 17 nəfər ölüb Bakıda peyda olan sirli dondurma satanlar – Onlar haqqında hər şey niyə gizli tutulur? REPORTAJ Mehriban Əliyeva Elçibəyin xanımının yas mərasimi xərclərini öz üzərinə götürdü Bu gün Qurtuluş günüdür "Son zəng"i qeyd edən məzunlar qəzaya düşdü “Sağlamlığın Qorunması” İctimai Birliyi Gədəbəy rayonunda “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbir həyata keçirəcək. İCTİMAİ KANALDA "YADİGARLAR"VERİLİŞİNİN 5 İLLİK YUBİLEYİ QEYD ETDİLƏR-Fotolar Azərbaycan jurnalist Fuad Abbasova görə Rusiyaya nota verib Bakıda yanğın - 1 yaşlı körpə öldü “1 sentyabrda başlasın, 25 mayda bitsin” - Deputatlar dərs ili haqda DANIŞDILAR “1 sentyabrda başlasın, 25 mayda bitsin” - Deputatlar dərs ili haqda DANIŞDILAR Bakı-Quba yolu dağılıb - “Səhvə yol verilib” + Video Ruslan Yusubov itkin düşdü - yanacaqdoldurma məntəqəsinin qarşısından “Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir Ehram Məcidova haqsızlıq və düzgün aparılmayan İstintaq... -Təhlil Energetika Nazirliyində energetika sektorunda islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib Bakıda qadın küçənin ortasında bıçaqlandı - özünü tanımadığı həyətə salıb, can verdi 3 yaşlı Zəhra tapıldı-Foto+Video Yardımsevərlər fiziki məhdudiyyətli insanlar üçün möhtəşəm tədbir təşkil etdi-Fotolar Ucar rayonunda yoxsul ailələrə bayram sovqatı paylanıldı. "Darıxıram Sənsiz.."-Mehrim Məmmədovadan yeni bəstələr Şirvan sakinindən narkotik maddə götürülüb “Nar” bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək Q.Paşayeva gənc alimlərə çağırış səsləndirib Azərbaycanda Respublika Günüdür - Cümhuriyyətin 101 ili Leyla Əliyeva “Tarixin şah əsərləri” ilə tanış oldu - FOTO “Nar”“Youth Speak” Forumunda iştirak edib Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Qobustandan olan Aprel şəhidlərinin ailələri ilə görüş keçirilib Leyla Əliyeva cizgi filminin təqdimatında - Fotolar “Nar”aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur Tovuzda şəhid Orxan Hümmətova həsr olunmuş "Qızılqaya qartalı" kitabının təqdimatı keçirilib "28 May Respublika günü"-nə həsr olunmuş " Vətən" Kikboksinq klubunun açıq brinciliyi keçirilib. - FOTO MƏNASIZ SÖZ DAVASI BARƏDƏ SADƏ BİR MÜHAKİMƏ Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri Lənkəranda tibbi aksiya keçirəcək “Nar TV” istifadəçilərinin sayı 117% artıb "Qızlar oğlanlara nisbətən daha məntiqlidir!-Müsahibə 17 mayda gözlənilən hava şəraiti Gəncədə 15 yaşlı oğlanı maşın vurdu "Sizi Tanıyaq" layihəsinin 1 illik hesabat konsert tədbiri keçirildi-Video “Nar”“Facebook”səhifəsinə daxil olmuş müraciətləri 100% cavablandırıb
    File engine/metagen.php not found.