Son uçuşları cənnət olan pilotlarımız... - Fotolar

    Son uçuşları cənnət olan pilotlarımız... - Fotolar


    Bu gün iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb. Mərhum sabah II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

    Rəşad Atakişiyevin vəfatıyla son 10 ildə Azərbaycanın şəhid pilotlarının sayı 10-a yüksəlib.

     

    29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həlak olub. Ə.Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun meyitini tapmaq mümkün olmayıb. 

    Onu da qeyd edək ki, Fəxrəddin Əsgərov Türkiyədə Hava Harp Okulunu qırmızı diplomla bitirib. O, öz dövrü üçün Azərbaycanda ən çox uçuş saatına malik olub. 

    2010-cu il martın 3-də Tovuz rayonu ərazisində Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi qəzaya uğrayıb. Bu zaman təyyarənin pilotu Famil Məmmədli vəfat edir.

    Famil Elman oğlu Məmmədli 15 oktyabr 1974-cü il tarixində Ağsu rayonunun Abasxanlı kəndində anadan olub. 1992-ci ildə Famil Məmmədli sənədlərini Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə verib. Elə həmin ildə İstanbul şəhərindəki "Hərbi Hava Okulu"nda təhsil almağa göndərilib.

    O, 1996-cı ildə məktəbi yüksək qiymətlərlə bitirib və Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlayıb.

    Qısa müddətdə polkovnik-leytenant rütbəsinə qədər yüksələn Famil Məmmədli qərargah rəisi vəzifəsində çalışıb. 

    3 mart 2010-ci il tarixində hərbi döyüş təlimi zamanı Famil Məmmədlinin idarə etdiyi təyyarədə nasazlıq baş verib. Təyyarənin Tovuz rayonunun Aşağı Ayıblı kəndinin üzərinə düşmə təhlükəsinin olduğunu görən pilot onu bir qədər kənara yönəltməyi bacarır. Yüzlərlə insanın taleyini düşünən Famil Məmmədli öz həyatı bahasına bir kəndi xilas edib. O, Azərbaycan bayrağını səmaya çəkən 9 şahindən biri olub.

    2013-cü il fevralın 11-də Bakının Şıx ərazisində Müdafiə Nazirliyinin Mİ-17 helikopteri qəzaya uğrayaraq dənizə düşüb. Nəticədə ekipajın üç üzvü - Kapitan Yaşar Əhmədov, Baş leytenant Rüstəm Rüstəmov və Leytenant Bəhruz Zeynalov həlak olub. Məlumata görə, helikopter Qala hərbi aerodromumdan qalxaraq Kürdəmirə uçurmuş.

    Helikopterin pilotu Əhmədov Yaşar Mail oğlu 1970-ci il noyabrın 11-də Qazax rayon Aslanbəyli kəndində anadan olub. 1996-cı ilin dekabr ayında Milli Aviasiya Akademiyasını müvəffiqiyyətlə bitirib və akademiyanın ilk məzunlarından olub. 1998-ci ildə Hərbi Hava Qüvvələrində Pilot çatışmazlığı olduğuna görə könüllü olaraq hərbi təyyarəçi kimi xidmətə başlayıb. HHQ-nin 1-ci dərəcəli təlimatçı pilotu olmuş Yaşar Əhmədov xidmət etdiyi illər ərzində bir sıra medallarla təltif olunub.

    Fotoda Baş leytenant Rüstəm Rüstəmov

    25 may 1989-cu ildə Bakıda anadan olan leytenant Bəhruz Zeynalov həmin ilin aprelin 21-də toyu olacaqdı. Hətta Bəhruz nişanlısıyla hadisədən bir gün öncə gəlinlik də sifariş ediblərmiş.

    2016-cı ilin aprelində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatına havadan dəstək verən hərbi helikopter heyətinin üç üzvü – baş leytenant Əbu Bəkir İsmayılov, mayor Təbriz Musazadə və mayor Urfan Vəlizadə qəhrəmancasına həlak olublar. 

    Əbu Bəkir İsmayılov 1990-cı ilin 10 fevralında Kürdəmirdə anadan olub. O, 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2008-ci ildə həmin liseyi bitirib. Daha sonra o, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub. Şəhid İsmayılov 2015-ci ilə ailə həyatı qurmuşdu.

    Şəhid Pilot Mayor Vəlizadə Urfan 1978-ci ilin 1 noyabr günündə Bakıda anadan olub. Orta Məktəbi bitirdikdən sonra Türkiyənin Hava Harp Okulunda təhsil alıb. Urfan Vəlizadə burada beş il təhsil alıb və 2001-ci ildə Azərbaycanda xidmətə başlayıb. 

    Təbriz Tariyel oğlu Musazadə 12 avqust 1981 Gürcüstanın Dmanisi rayonunda dünyaya gəlib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Hər üç şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.

    Emin Səfərov

    "Qafqazinfo" скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 214


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Nar”“Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi Vilayət Eyvazov idarə rəisini işdən çıxardı Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub Q.Paşayeva MM-in Səhiyyə komitəsində cəmiyyətimizi narahat edən bir sıra problemlərlə bağlı təkliflərlə çıxış edib Pula görə şagird avtobusdan düşürüldü – Ekspertdən çağırış Gənc Tamaşaçılar Teatrının tavanı niyə çökdü? Ərdoğan: “İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik” “Müəllim peşəsi ən rəqabətli və böyük maraq doğuran peşəyə çevrilib” –Təhsil naziri Ordumuz 10 minlik heyətlə savaş təliminə başladı - Video Luna qalmaqallı çıxışları ilə gündəmdə- "Səviyyəli şəkildə..."-EKSKLUZİV (Video) Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq öldü Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar tədbir keçirilib Prezident Bakı məktəbində - Fotolar Qənirə Paşayeva: "Fiziki imkanları məhdud insanlarımızın uğurlar qazanmasına hamımız daha çox dəstək olmalıyıq" Putin Həbiblə görüşdü - VİDEO Elinaya görə 100 min təzminat çox azdır - Ekspert Şirvan sakini turşudan zəhərləndi Azərbaycanda uşaqpulu necə və kimlərə verilsin?.. Ekspertdən TƏKLİF Mirşahin Sərdar Cəlaloğluna qardaşını xatırlatdı Bakıda 43 yaşlı kişini avtomobil vurdu Nəsimiyə həsr olunan beynəlxalq elmi konfrans olacaq Bakıda binadan düşən iri şüşə parçası 2 nəfərə xəsarət yetirib - VİDEO Məktəb direktor və müavinlərinin maaşı artdı Beynəlxalq Mətbuat Mərkəzində “Məişət zorakılığı” mövzusunda tədbir keçiriləcək Q.Paşayeva İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çıxış edib və çağırış edib. Bakıda 26 yaşlı kişi bıçaqlandı Limon suyuna sarımsaq atanda baxın nə olur! Təsiri inanılmaz Q.Paşayeva gənclərmizi, Qarabağ həqiqətlərini dərindən öyrənməyə və təbliğ etməyə çağırıb Bakıda təcili yardım maşını ilə mebel daşındı - VİDEO Uşaq pulu bərpa olunacaq? - Əli Əhmədovdan açıqlama Leyla Əliyeva xaricdə magistr təhsili alacaq gənclərlə görüşdü - Foto Şəmkirdə avtobus yük maşını ilə toqquşdu: ölən və yaralananların adları - YENİLƏNİB + FOTO Bakıda maşın 39 yaşlı kişini vurub xəstəxanalıq etdi Yaponiya rəsmisi: Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıyıq Qasırğa qurbanlarının sayı daha da artdı - Video Alimlərdən qazlı içkilərlə bağlı ölüm xəbərdarlığı: gündə bir stəkan içirsinizsə... Boris Conson: "Britaniyanın 31 oktyabrda AB-ni tərk etməsi üçün əlimdən gələni edəcəm" Rusiyada hərbi helikopter qəzaya uğradı - Video Q.Paşayeva tələbə adını qazanan gənclərə çağırış edib Qorxudan ürək partlaya bilərmi? - Tibbi izahı Manatın məzənnəsi dəyişmədi Bakıda küçədən kişi meyiti tapılıb Bu gün bu rayonlarda qaz təchizatı dayandırılacaq - XƏBƏRDARLIQ Amerika çempionatında gözəl qol vuruldu Cəfər Cabbarlı 120 yubileyi münasibətilə kitab təqdimat mərasimi keçirildi Kartofu qızardarkən xərçəng törədən maddə yaranır — Düzgün bişirilmə qaydası Leyla Əliyeva Üzüm və Şərab Festivalında - Fotolar “Nar” bölgələri yüksək keyfiyyətli internetlə təmin etməyə davam edir Rusiyalı ekspert: Tarixi yenidən yazmaq cəhdi heç vaxt yaxşı nəticələnməyib Ağsuda dağlıq ərazidə yanğın başladı, əraziyə helikopter cəlb edildi MiQ-29-un qalıqları necə tapıldı? - General danışdı İrəvan Bakıya seçim qoymur: Savaş... - Ekspert Azərbaycan səmasında "uçan boşqab" - Şok Video “Tarixə adını yazan Qadınlar” kitabının Tovuzda imza günü keçirilib “Nar” 4G istifadəçilərinin sayı 2 dəfə artdı Mingəçevir İES-də bədbəxt hadisə: fəhlə yanaraq öldü Azərbaycanda benzinlə bağlı qərarda dəyişiklik Azərbaycanda toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 21 nəfər... Rəsmi Bakıdan Mnatsakanyanın çıxışına sərt reaksiya: Vəziyyətin gərginləşməsini istəyirlər?! Bakıda güclü yanğın başladı – VİDEO Ağsuda yenidən yanğın başladı Mehriban Əliyevanın doğum günüdür Sumqayıtda iki qrup arasında kütləvi DAVA Evi təmir etmək istədi, elektrik cərəyanı vurdu 98 yaşlı qadın yıxılaraq xəstəxanalıq oldu Türkiyədə 30 nəfər qidadan zəhərlənib Odun ,Ocağin İşiği-‘’Əli Rza Xələfli-65’’-Sevindik Nəsiboğlu yazır... BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT Gəncədə 75 yaşlı qadın hovuzda boğulub Putin İlham Əliyevi parada dəvət etdi Azərbaycanda 4 bal zəlzələ olub Bakıda ilk: Akrobatika üzrə dünya çempionatı keçiriləcək Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO/VİDEO Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib Nazirlikdən "İşsizin DOSTU" proqramı ilə bağlı AÇIQLAMA ATƏT: XİN başçıları həmsədrlərin himayəsi altında yaxın vaxtlarda görüşmək barədə razılığa gəlib Bakıda “Range Rover” parka belə girdi - VİDEO ABŞ-dan Çinə qarşı sərt - Bəyanat “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş” Faciə!-Uşağı vurub qaçdı, başqası xəstəxanaya apararkən qəzaya düşdü - İkisi də öldü İsrail ordusu yanlışlıqla öz təyyarəsinə atəş açdı “İnanırdıq ki, Rəşad qayıdacaq” - Həyat yoldaşı+Foto Yer kürəsi boyda yeni planet tapıldı Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal təşkilatları, QHT və KİV rəhbərləri ilə Azərbaycan həqiqətlərindən danışıb Pilotumuz son mənzilə belə yola salındı - FOTOLAR Leyla Əliyeva müalicə olunan uşaqlarla görüşdü - Foto Son uçuşları cənnət olan pilotlarımız... - Fotolar Rəşad Atakişiyevin nəşi tapıldı - Yenilənib Vaxtı keçmiş qəndləri yenidən emal edən sex bağlandı - FOTO Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb Azərbaycanlı aktyor beyin insultu keçirdi Millət vəkili Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb, Azərbaycanla bağlı geniş məlumatlar verib "Sizi Tanıyaq" layihəsinin Sezon Final çəkilişi baş tutdu-Video İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI 19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcək Ürək xəstəliklərinin səbəbi bəlli oldu Daha bir ölkədə milyonlarla müsəlman üçün həbs düşərgələri qurulacaq- SOS!..-FOTOLAR “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi
    File engine/metagen.php not found.