Odun ,Ocağin İşiği-‘’Əli Rza Xələfli-65’’-Sevindik Nəsiboğlu yazır...

    Odun ,Ocağin İşiği-‘’Əli Rza Xələfli-65’’-Sevindik Nəsiboğlu yazır...


    Məqaləmə müəllifin üç kitabının adı ilə başlamağım təsadüfi deyildir.

    Çünki məqalə bu kitabların müəllifi haqqındadır və onun xarakterinə, yaradıcılığına yaraşan bir məqalə adı olaraq onun yaradıcılığını təmsil edən üç adı seçdim.Məqalənin adı oldu "Odun,ocağın işığı”.
    Mən Əli Rza Xələflini ilk dəfə 2017-ci ilin sonlarında Həqiqət Tarixi Araşdırmalar İB-in sədri Əlövsət Qasımov mənə ‘‘Gənc istedad’’ fəxri diplomunu təqdim edərkən gördüm.Orada hamıya söz verildi.Ən əhatəli danışan isə Əli Rza müəllim oldu.Bu da ensiklopedik biliyə malik olmaqdır,bu da dərin yaddaşdır.Hikmətli sözlərlə dolu bir çıxış idi...Mən onun çıxışını bəyəndim.Yadımda onun çıxışından ixtisarla bunlar qalıb:
    -Bir gün yol ilə gedirdim.Yanımda da ədəbiyyatçı dostlar.Mən göyə baxmaq istədim.Göyə baxarkən gözlərimə inana bilmirdim.Səma Azərbaycan bayrağının rənglərində idi.
    Bəlkə də,bu Səma şairi Hüseyn Cavidin duası idi...Onun duası qəbul olmuşdu...
    Bu sözləri də yadımda saxlamışam:
    -Mən nəvələrimə A ilə başlayan və dörd hərfli Türk adları qoymuşam.
    Hamısı qədim türk adlarıdır...Amur. Aral, Aray, Amin, Alur, Alsu, Acay, Yeni nəsil də bu adları qoya bilər.
    Mən dünən ‘‘Əli Rza Xələfli-65’’ kitabındakı Əkinçiyəm əsərini oxuyarkən eyni sözlərə rast gəldim.Onu da yazmaqda fayda var:
    -Mənim bir missiyam da var.Ad əkirəm.Yıpranmış,mənən köhnəlmiş,insanın köləliyini qulluğunu təlqin edən,aşılayan adların əvəzinə,qədim,qədim olduğu qədər də yeni adlar əkirəm.Arac,Amac,
    Aman,Açar,Alac...Dilimizin türk əsilli sözləridir.Bu sözlərdən yeni nəsillər də istifadə edə bilər.(‘‘Əli Rza Xələfli-65’’ Əkinçiyəm səh.358)
    Sonradan əlaqələrimiz möhkəmləndi,Əli Rza müəllim sosial şəbəkələrdən məni izləyir,şərh yazırdı.Milli Kitabxanada mənim iki şeir kitabımın-Dünyamsan Azərbaycan və Hərdən uçmaq istəyirəm adlı şeir kitablarının təqdimatı mərasimində nəvəsi Qardaşım Alur Cəbrayılzadə ilə iştirak etmişdi.Əli Rza Xələfli və Alur Cəbrayılzadə çox əla çıxış edib mənə uğurlar arzuladılar. Əli Rza müəllim Aluru dəvət etdiyimi yüksək qiymətləndirmişdi.Dəvəti qəbul ediyi üçün Əli Rza Ustada və qardaşım Alur Cəbrayılzadəyə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
    Təqdimat mərasimindən əvvəl Milli Kitabxanada Əli Rza müəllim məni və Alur qardaşımı direktor Kərim Tahirovun otağına apardı.Otaqda təqdimat mərasimində iştirak edəcək bir neçə ədəbiyyatçılar var idi.Sonradan Atam da gəldi.Mən danışanlara qulaq asırdım.Onlar məni tənqid edir,tərif edir və mənə tövsiyə verirdilər.Lakin,Əli Rza müəllim məni tənqid etmədi,mənə tövsiyə verdi və bir məsələyə də baş çəkdi.
    Ona mən ‘‘Əli Rza Xələfli-65’’ kitabında,’’Əkinçiyəm’’ məqaləsində rast gəldim.Orada ustad belə yazır:
    -30 ildir Aşıq Ələsgərin məşhur ‘’Dağlar’’ qoşmasındakı ‘’aralı’’ sözünün düzgün qafiyə olmadığını sübut etsək də,inanmırdılar.Çünki,yaddaşdan itən ‘’alalı’’-fərqli sözünü dil az qala,çıxdaş etmişdi(düzdür,Əli Rza müəllim alalı sözünü kim eşidib deyə soruşanda çox adam bunu bilmədi,düzü məndə bilmirdim,ilk dəfə eşidirdim.).M.Hüseynov bunu Əli Rza müəllimin ‘’alalı sözü ilə bağlı mübarizəsi’’ adlandırır.
    Əslində belə olmalıdır:
    -Bahar fəsli,yaz ayları gələndə,
    Süsənli,sünbüllü,lalalı dağlar.
    Yoxsulu,ərbabı,şahı,gədanı,
    Tutmaz bir-birindən alalı dağlar.
    Əli Rza müəllim Səməd Vurğunun Dədə Şəmşirə yazdığı məktubda ‘’Ceyran bulağından qızlar içəndə’’ misrasında da səhv tapıb.Əslində,belə olmalıdır:
    -Aşıq Şəmşir,Dəlidağdan keçəndə,
    Kəklikli qayadan xəbər al məni.
    Ceyran bulağında qızlar içində,
    Saz tutub,söz qoşub yada sal məni.
    (‘’Əli Rza Xələfli-65’’,’’Əkinçiyəm’’ səh.158.)
    Mənim gördüyüm bir Əli Rza Xələfli kitabı var-‘’Od’’.(Adı bəyəndiyim üçün məqalənin adını ‘’Odun-ocağın işığı’’ qoydum.)
    Bu həmin oddur ki,onun pis mənası da var,yaxşı mənası da var.
    Pis mənası odur ki,müharibədə,qanlı-qadalı günlərdə nələri yandırmır ki...adamları,evləri,orduları,ordugahları,qərarları,qərargahları,xanları,xanəgahları...Bir də...Sözümüzün canını da yandırır...Bir kövrək ürəyə təsir eləyən şeylərdən biri də budur-Şairin göz görə-görə yazılarının yandırılması...
    Bir rəssamın da rəsmi yandırılmışdı.Adı Ələkbər Rzaquliyev idi.
    Üç dəfə-tam iyirmi beş il sürgündə olub.Yandırılıb rəsmləri.Stalinin öldüyü vaxtı elə sevinib ki...
    Ondan iyirmi il sonra haqqın rəhmətinə qovuşub.
    Nəysə,sözü dəyişdirməyək.
    Səhhətin yazıları 1918-ci ildə,Məhəmməd Hadinin yazıları 1920-ci ildə,
    Cavidin,Cavadın,Müşfiqin yazıları 1937-ci ildə...Bilirsiniz,düzü,mənim atam da şeir yazırdı.Onun da yazıları 1993-cü ildə...Yandırılıb...
    Nə yaxşı ki,bu siyahıda Əli Rza Xələflinin yazılarını görmürəm,heç İnşəAllah görmərik də.Xələflinin yazıları yox,daha çox ürəyi yanıb Qarabağ üçün,Xələfli üçün...Mən Xocavənd həsrətinə,Əli Rza Müəllim də Cəbrayıl həsrətinə,hamımız Qarabağ həsrətinə həsrət qalaydıq kaş...
    Daha bədbin notlara toxunmaq istəmirəm.Nikbinliyə keçmək istəyirəm.
    Bu Odun yaxşı tərəfi ondadır ki,şənliklərdə istifadə olunur.Novruz bayramında,əsas şənliklərdədə,çərşənbələrdə od-ocaq qalayarıq.Və odun üstündən tullanıb deyirik,gülürük.Bir gülüş yaranır üzümüzdə.Qurban bayramında süfrələr hazırlanır,qonaqlar gəlir,od-ocaq yenə qalanır,Qurban əti bişirilir,yenə deyilir,gülünür.Hər şey yaxşı olacaq ümidiylə Bakının Qarabağa gedən tərəfinə baxmaq istəyirik,baxırıq və deyirik ki,həmin bayramlar Qarabağda da keçiriləcək.
    OD-2013-cü ildə,müəllifin 60 illiyində işıq üzü görən bir romandır,bir kitabdır.Mən o illərdə hələ ilk əsərimi-‘’Gülnaz və Əli’’-ni yazırdım.’’Od’’ kitabını oxumamışam,lakin,bu istinaddan sonra mən ‘’Od’’ kitabını sevə-sevə oxumaq istəyərəm:(ixtisarla)
    -Xələfli həm də Od kimi oxunaqlı romanın müəllifidir.Yarı tarixi,yarı mifik hadisələr üzərində yazılmış bu romanda müəllif insan taleyini psixoloji müstəvidə izləyərək ümumbəşəri problemlər barədə düşüncələriylə oxucusunu gələcək zaman haqqında düşünməyə çağırır.
    Müəllif tarixi məlumat verməyib,əksinə,dünyamızda baş verən həm ciddi hadisələr barədə,həm də onların çıxış yolu haqqında düşünməyi oxucuya tövsiyə edir.(‘’Əli Rza Xələfli-65’’,İslam Kərimli-‘’Şair-Vətəndaş’’ səh 202-203.)
    Əli Rza Xələfli və onun kimi insanlar söz etalonu,ensiklopediya,estetik-etik dəyərlərə malik olan,sözündə dəqiq,ciddi,Vətənpərvər,Vətən və maarrif üçün özünü şam kimi əridən,dəyərli oxucularına qiymət və hikmət verən hörmətli şəxsiyyətdir.
    Mənim sinif yoldaşlarımın demək olar ki ikisi-üçü ola ki,Azərbaycan ədəbiyyatı ilə maraqlana.Maraqlanana isə birtəhər baxırlar,elə baxırlar ki,guya,bəsit kitab oxuyur.Bu kitab bəsit olsa da,olmasa da,dünya ədəbiyyatı ondan da bəsit olacaq.Hansı hikmət verər,Əli Rza Xələflinin ‘’Od’’ romanı,yoxsa,tamamilə fantastik ‘’Piter Pen’’ romanı?Düzdür,Frans Kafkanın ‘’Çevrilmə’’ əsəri də tamamilə fantastikdir.Orada insan böcəyə çevrilir,lakin,maraqlıdır,bunu isə uşaqlar oxumurlar. Mən sinif yoldaşlarıma Əhməd Cavad desəm, bəlkə də onlar Əhməd Cavadı 5-ci sinifdə bilərlər. Lakin, fantastik bir roman desəm, deyərlər ki, mən bu kitabı 6 yaşımda oxumuşam. Azərbaycan ədəbiyyatı 5-ci sinifdə, dünya ədəbiyyatı isə 6 yaşda oxunsun. Belə şey olmaz. İnsan əvvəlcə,öz yurdunun,sonra isə başqa yurdların ədəbiyyatını kökündən bilməlidir.Mən Alurun hərəkətini alqışlayıram.O,birinci başlayır öz yurdunun fenomeni olan Əli Rza babasının kitablarından...Belə də olmalıdır.Bu kitablarda fayda var.
    Bu kitablar olmasa,bəlkə də,Azərbaycanı kamil bilmək olmaz.
    Məndə dünya ədəbiyyatı oxuyuram, lakin, birinci sinifdə müəlliməmdən soruşduğum ilkin sual ‘’Cəfər Cabbarlı neçənci ildə vəfat edib?’’olmuşdur.
    Mən "Əli Rza Xələfli-65” kitabını oxuyub bitirdim.Tam yeddi günə.Yeddinci gündə bitirdim və bu məqaləni ‘’Əli Rza Xələfli-65’’-ə istinadən yazıram.
    Bu kitabda beş ilin hesabatı məqalələrlə,şeirlərlə verilib.Məqalələr təhlildir.Mən də təhlil edən məqalələri təhlil etmək istəyirəm.Təbii ki bir neçəsini.
    Qəhrəman olmaq şərəfdir.Qəhrəmandan yazmaq şərəfdir.Qəhrəman böyütmək şərəfdir.Qəhrəmanın yaxını olmaq şərəfdir.Bu şərəfə Şəhidimiz Ceyhun Orucəliyev və Qafur Məmmədov başda olmaqla bütün Şəhidlərimiz,həmin Şəhidlərdən Qafur Məmmədovun yaxını olan Tamilla Məmmədova və Şəhidlərdən biri olan Ceyhun Orucəliyevdən yazan Əli Rza Xələfli layiqdir.Tamilla Məmmədovanın məqaləsindən bu qənaətə gəldim.
    ‘’Qiyamətdən bir gün əvvəl’’ kitabını təhlil edən ‘’Əli Rza Xələfli fakturası’’ məqaləsini təhlil etməyi şərəf bilirəm.’’Qiyamətdən bir gün əvvəl’’povesti bəli,qəlibinə sığmır.Ancaq onu oxumağın kifayət qədər çox faydası var.
    Birinci başlamaq istəyirəm Göydəmir Ürgədən.Qəlibinə sığmayan tərzdə faciələşdirilmişdir,bu da yaxşıdır.Çünki,uşaq sarsıntısı ən azı faciəyə bərabərdir.
    Bu povest əsl Türk povestidir.Türklərin və dünyanın Türkləri tanıması üçün oxuması lazım olan bir povestdir.Povest özü adamı ovsunlayır.
    Küləyin Boz Qurda mane olması,anasının Boz Qurdun ruhuna qarışması...
    Kitabda  elə fəlsəfi sözlər var ki,bunu kamillər bilə bilər,yalnız kamillər.Kamil şəxsiyyətlərdən biri də Əli Rza müəllimdir.Onun ayrıca yazılmamış kamillik dastanı var.Yalan olmasın,birnəfəsə nə dedisə,o kitablıq sözdür.Necə deyərlər,”Bir Quranlıq Söz”.Quran heç zaman başınız üstündən əskik olmasın,Ustad!
    Əli Rza Ustad o qədər enerjilidir ki...23 ilə 43 kitab sığdırıb.Bir neçəsi bir-biri ilə yaşıddır,eyni ildə çap edilib.Bu da yazıçının 12 ayda neçə-neçə kitablara sərf olunan,bitməyən,lakin  haldan-hala keçən enerjisindən xəbər verir.Çünki,enerji bitmir,haldan-hala keçir.Enerji tükənmir!İnsan bir ildə min kitab yazmağa,min bir kitab oxumağa qadirdir,təki enerjisi olsun.
    Əli Rza Xələflinin "Üçüncü dünyanın qorxusu”romanı var.Burada əsas qəhrəman Kişi və Qadındır,onlar sevmək istəmirlər,lakin sevirlər və düz edib bəyənmədikləri "birinci dünyadan” çıxmaq istəyirlər.Lakin,’’üçüncü dünyaya’’ getmək üçün nə cür zəhmətlərə qatlaşdıqları halda körpüdə fikirlərini dəyişdirirlər.Çünki,psixoloji əziyyət çəkirlər-sevgi əziyyəti...
    Mən Ustadın Şəhriyara nəzirə olaraq(bəlkə də nəzirə deyil,ancaq mənim üçün nəzirədir)yazdığı "Bir Xələfli Var İmiş”poemasını oxumadım,lakin,təhlilini oxuduğum üçün çoxlu biliyə vardım.Adamın qəlb tellərinə toxunan,ürəyini sızladan,çıxarıb oda atan bilirsinizmi nə oldu?Əli Rza Xələflinin Yurdu Xələfli əlindən alınan vaxtda,Yurdu Azərbaycan var,lakin,Şəhriyar yurdunu görmür.Cənubi Azərbaycan onun üçün farslaşdırılıb.Ustad özünü Vətənində hiss etmir.Onun ağrısı ona görə də daha çox ürək qovurandır.
    Şəhriyara min alqış düşür,mininci alqış Fars Azərbaycanında dilini unutmaması,Heydər Babasını unutmamasıdır.Əli Rza Xələfliyə də min alqış düşür,mininci alqış ona görə düşür ki,bəzi vətəndaşlar vətənə daş atır,lakin,Xələfli heç vaxt Qarabağını unutmur,Qarabağ üçün canını fəda etməyə hazırdır.Bunu təkcə mən demirəm.
    XUDA da sizə AFƏRİN deyir,USTAD!
    Həkim Qənini 7 yaşımdan tanıyıram.Uzunömürlüdür,lakin,əsərləri haqqında tam məlumatım yoxdur.
    İnşəAllah onun da bir kitabını oxuyub tamam-kamal olar və bir publisistik yazı da Həkim Qəniyə yazaram.
    Bu bəndlə mən düşündüm və "Xuda Sizə Afərin deyir”cümləsini yoğurub bişirdim:
    EY HƏKİM,QƏNİSƏN,DÜNYA BAZARDI,
    DİZİNDƏN AŞAĞI TAMAH ÜMMANI.
    BEHİŞTİ-ƏLANI SƏNƏ YAZARDI,
    QALSAYDI TANRININ BİRCƏ GÜMANI.
    ‘’Əli Rza Xələfli-65’’ kitabında məqalələr şeirlər təzə deyil.Məhəbbət Nizamın bu şeiri 2009-cu ildə,hələ ‘’Əli Rza Xələfli-60’’ çap edilməyəndə yazılıb(bu şeirdə Əli Rza ustadın kitab adları çoxluq təşkil edir):
    "Üçüncü dünyanın qorxusu”başda,
    "Yaddaşa aparan yollar”təlaşda,
    Düşmən Qarabağda gəzirsə qaşda,
    Belə gündə yatmaz heç ər,Xələfli
    Bu bəndi əzbərləmişəm:
    MƏHƏBBƏTƏM,anla məni,duy məni,
    Zurna ki yox,oynadarmı züy məni,
    Tərifə tut,gecə-gündüz öy məni,
    AY XƏLƏFLİ,öyüləndə gələcəm.
     2009
    Məhəbbət Nizam,şair.
    ‘’Əli Rza Xələfli-65’’ kitabını bitirən kimi "Meyar” adlı kitabı ilə maraqlandım.İlk səhifələrində heyrət məni bürüdü.15-ci səhifədəki şəkildəki kim idi?Rəsulzadənin şair dediyi,tanınmayan,müəmma olan,İstiqlal sevdası üçün yanan şairlərdən ikincisi(birinci Əhməd Cavaddır,O,Dövlət Himnimizin müəllifidir),ƏMİN ABİD GÜLTƏKİNDİR!!!Çox sevindim və doğulduğum ildə çap edilmiş bu kitabın həmin səhifəsini az qala birnəfəsəoxudum.Mən bu məqaləyə öz fikrimi və "Azərbaycan İstiqlalına” adlı şeirimdən bir parçanı əlavə etmək istəyərdim:
    Mən Əmin Abid Güntəkini Hüseyn Cavidlə qarşılaşdırıram.Hər ikisi Türkçülük və İstiqlaliyyət sevdalısıdırlar.Həmçinin Türkiyədə təhsil almışdırlar.Əmin Abid Güntəkin ölməz Füzulinin "Söhbətül-əsmar” əsərini ortaya çıxarmışdır.M.Ə.Rəsulzadənin 28 may 1953-cü ildə radioda söylədiyi nitqdə Əmin Abid Güntəkinin "Azərbaycan İstiqlalına” adlı şeirindən bir parça söyləmişdir.Mən də həmin şeirə qulaq asdım və eyniadlı şeirimi yazdım.Şeirdən bir parça nəzərinizə çatdırmaq istəyirəm:
     
    Yaxşı deyib Gültəkin: "Yıxdıq yüksələn xaçı"
    Gəldi böyük istiqlal,ölkədə kəsdik yası.
    Dirçəldi millətimiz,güldü həm əhalimiz
    Federativ dövlətə,qalib gəldik onda biz.
     
    Əli Rza Xələflini Mikayıl Müşfiqə bənzədirlər. Ancaq mən Əli Rza Xələflini heç kimə bənzətmirəm.Çünki hamı özü olmalıdır.Əli Rza Xələfli Mikayıl Müşfiqə bənzəmir, lakin onun yolunu davam edir.Mən Əli Rza Xələflidə Şəhriyar kimi həsrət,Müşfiq kimi sevgi,Əmin Abid kimi azadlıq odu və Hüseyn Kürdoğlu kimi söz əkinçiliyi görürəm.Ustadın mənə etdiyi bütün yaxşılıqlarına görə,mənə bağışladığı Xəzinə olan çoxlu sayda kitablarına görə dərin minnətdarlığımı bildirirəm.
    66 ildir yanan Odun-ocağın işığının sönməz olmasını arzulayıram.
     
    SEVİNDİK NƏSİBOĞLU.
    Gənc yazar,Həqiqət Tarixi   Araşdırmalar İctimai Birliyinin  Gənc İstedad fəxri diplomçusu.
    23.08.2019.
    Odun ,Ocağin İşiği-‘’Əli Rza Xələfli-65’’-Sevindik Nəsiboğlu yazır...скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 931


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Şahmatçımız 2-ci oldu Çin ordusu Uhanı mühasirəyə aldı, şəhəri tərk edənlər vurulur “Pafoslu cümlələrlə insanlarımızı aldatmaq olmaz” – Elşən Gəncəvi (MÜSAHİBƏ) Səbuhi Rəcəb şəhid ailələri və veteranlarla görüşüb, onların problem və qayğıları ilə maraqlanıb-Foto+Video "Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb "Əgər epidemiyanın qarşısı alınmasa, Azərbaycanda çin mallarının qıtlığı yarana bilər" 9-cu mərtəbədən yıxıldı, ayağa qalxıb gəzdi - Video Zəlzələ zonasından tələbələr necə təxliyə edilib? - Səfirlik rəsmisi danışdı Dünyanı dəhşətə gətirən koronavirus bu ölkədə də çıxdı Rusiyada sirkdən qaçan fillər şəhəri bir-birinə qatdı - Video Türkiyədə həyəcan siqnalı - “Yer qabığı qırıla bilər” Qənirə Paşayeva:"14 ildə sizi ləyaqətlə təmsil etmək üçün əlimdən gələni etdim" Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin toplantısı keçirildi. Qatar ayaqlarını qopartdı, sürünə-sürünə evinə çatdı Seçiciləri Səbuhi Rəcəbi böyük sevgiylə qarşıladı: "İmkansız insanlara göstərdiyiniz diqqət və qayğını unutmarıq..." Deputatlığa namizəd Səbuhi Rəcəb kimdir?-Fotolar Məzahir Pənahov: “İndiyədək parlament seçkiləri ilə bağlı MSK-ya 32 müraciət daxil olub” Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü ERMƏNİ ATOYNATMA SƏHNƏSİ ÇOX ÇƏKƏN DEYİL Qənirə Paşayeva Xatınlı kəndini gəzərək seçicilərlə, şəhid ailələri və Qarabağ müharibəsi veteranları ilə görüşüb İran meyitləri Ukraynaya təhvil verdi Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik Q.Paşayeva Tovuzun ən böyük kəndi olan Əyyublu kəndini gəzərək seçicilərlə görüşüb və onlara təkrar sizə etimad göstərəcəyik sözlərinə görə təşəkkürünü bildirib. “Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə itirməmək üçün çalışdım”-Q.Paşayeva Toydan qayıdan ailə qəzaya düşdü - yaralılar var Xətai rayonunda yerləşən marketdə Ermənistan istehsalı olan şokoladlar satılır 6 yaşlı Sübhanın köməyinizə ehtiyacı var Zakir Həsənov: “Ordumuzda olan silahlar qələbəni təmin etməyə imkan verir” Nərminin qatili barəsində həbs qərarı verildi Hacıqabul sakinindən silah götürülüb Gecə həlak olan tələbələrin FOTOLARI MSK rəhmətə gedənlərin seçkiyə dəvətinə aydınlıq GƏTİRDİ ƏSGƏRİMİZƏ QİBTƏ ETMƏLİYİK!- İbrahim MƏSİMOĞLU yazır.... Xanhüseyn Kazımlının qızı namizəd oldu Şəhid hərbçimiz dəfn edildi - (Foto+Video) Azərbaycan əsgəri şəhid oldu Tovuzda 10 yaşlı qızın yanmış meyiti ərazidən götürüldü - FOTO Od içində olan Avstraliyaya “göylərin hədiyyəsi” - VİDEO Yandırılan 10 yaşlı qızın atası danışdı: “Meyiti yerindən tərpətməmişik” AVTOMOBİLDƏN VƏ ÜZƏRİLƏRİNDƏN NARKOTİK VASİTƏ AŞKAR OLUNDU Ucar rayon sakininin adına sosial yardım yazılıb, özünün xəbəri yoxdur- İDDİA "Unibank" kartlarından vəsaitlər silinir: nə baş verir? Tovuzda itkin düşən 10 yaşlı qızın meyiti tapıldı - Yandırılıb Üç yaşlı uşaq valideynləri ilə gizlənpaç oynayan zaman öldü Ərdoğan: "Türkiyə ordusunu Liviyada təmsil edəcək hərbi birləşmələrin məqsədi fəlakətlərin qarşısını almaqdır" Sabah hava necə olacaq? Şəmkir sakini Gəncədə bıçaqlandı Trampdan Tehrana xəbərdarlıq: “Biz ən güclüyük, iki trilyonluq silahlarla...” “Dəmir yolları”ndan təcili yardımla qatarın toqquşması haqda - Açıqlama “Ürəklər Gülsün” adlı xeyriyyə konserti keçirilib Başıbəlalı Babək prospekti: Bu dəfə də işıqforlar işləmir - VİDEO Oqtay Gülalıyevin səhhətində ciddi dəyişiklik - VİDEO 125 deputat yerinə 125 qeydə alınmış namizəd var - MSK sədri Elçin Quliyevlə Məhərrəm Əliyev Ermənistanla sərhəddə - Fotolar "Pepsi" Azərbaycanda cərimələndi Xəbərdarlıq: Uşaqlara öskürək dərmanı verməyin! - Video Yeddi yaşlı qızı belə oğurladılar – VİDEO Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib - FOTO Səhv yuxu rejiminin zərərləri açıqlanıb Yağış, qar yağacaq, duman olacaq — GÜNÜN HAVA PROQNOZU Broyler toyuqlarını kimyəvi maddələrdən bu yolla təmizləyin Mehriban Əliyeva bayram şənliyində - Video+Fotolar Respublika Humanitar Fənlər Gimnaziyasında Həmrəylik Günü münasibəti ilə tədbir keçirildi-Fotolar Lerikdə nə baş verir ? -İlqam Cəbiyev yazır Mərkəzi Bankdan manatın bahalaşma ehtimalı haqqında AÇIQLAMA “Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi Sabah avtobuslar gecə 1-ə kimi işləyəcək Leyla Əliyeva Həmrəylik Günü münasibəti ilə təşkil olunan konsertdə iştirak etdi – FOTO Məzahir Pənahov seçicilərə müraciət etdi - Video "İraq mətbuat tarixi" kitabı ictimaiyyətə təqdim edildi Arıqlamaq üçün dərmanlar hansı fəsadlar törədir? Həbs edilən icra başçısı vəzifəsindən azad edildi - SərəncamHəbs edilən icra başçısı vəzifəsindən azad edildi - Sərəncam QULDARLIQ DÖVRÜNÜ YAŞAYAN LERİK SAKİNLƏRİ QAN AĞLAYIR ! Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib Leyla Əliyeva klinikada müalicə alan uşaqları ziyarət etdi — FOTO "Azərbaycan mətbəxində Dolmalar : 381 çeşid" kitabı ictimaiyyətə geniş təqdim edilib. Şəhid atası: Leyla Əliyeva millət vəkili seçilərsə çox uğurlu layihələrə imza atacağına əminəm "Bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur, senatın bu qətnaməsi açıq siyasi xarakter daşıyır!"-Qənirə Paşayeva Sabahın bünövrəsini birlikdə quraq” adlı layihəsinin möhtəşəm bağlanış tədbiri keçirilib. “Sizi Tanıyaq” Layihəsinin bir qrup istedadlı gəncləri Fəzail Ağamalı ilə görüş keçirdi- Video Bakıda polisə silahlı müqavimət göstərənlərə cinayət işi açıldı - Fotolar+Video Bu, Ermənistan siyasətimizə də təsir edəcək – AKP 14 dekabrda gözlənilən hava şəraiti Qubada məktəb yandı Qırmızı işıqdan keçən xanım sürücü qəza törətdi, 1 nəfər xəsarət aldı Baş infeksionistdən “donuz qripi” ilə bağlı xəbərdarlıq Mehriban Əliyeva “instagram”da Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib “Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək" adlı maarifləndirici sosial çarxın təqdimatı keçriilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gündə respublikamızda 650 min ağac əkilməsi çox gözəl və xeyirxah təşəbbüsdür. Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib “Gəlib dedilər ki, bərpa ediləsi deyil, sökək” - Video Polis bu meyitin yaxınlarını axtarır - FOTO Ukrayna XİN başçısı: "Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" Parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət edildi - 99 səslə qəbul Bakı məktəbində şok: direktor və müəllimlər yoxa çıxdı Çarəsiz ana ölkə başçısına müraciət etdi: "Məmurlar məni dinləmir cənab Prezident!" Ərdoğandan Ermənistanla bağlı ABŞ-da mühüm açıqlama - Video Zaqatalalı gənc daşlardan möhtəşəm əl işləri hazırlayır - FOTO Qadınla kişi maşında yanaraq öldü - Fotolar
    File engine/metagen.php not found.