“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” - İlham Əliyev Paşinyanı susdurdu

    “Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” - İlham Əliyev Paşinyanı susdurdu


    Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

    İcxeberler.info xəbər verir ki, iclasda Prezident İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan da iştirak edib.

    Səmimi qəbula və qonaqpərvərliyə görə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü bildirən İlham Əliyev ölkələr arasındakı qarşılıqlı qardaşlıq əlaqələrindən bəhs edib. 

    Daha sonra İ.Əliyev faşizm üzərində qələbədə Azərbaycanın verdiyi töhfələri xatırladıb:

    "Bugünkü Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətidir. Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Hərbi kinoxronikada məşhur kadrlar var: Hitlerə verilən tortun üzərində alman dilində "Xəzər dənizi” sözləri yazılmış bir oyuq, həmin oyuqda "Bakı” adlı qara rəngli maye şokolad var. Hitler şokoladı qaşıqla götürür və tortun üstünə süzür, sonra svastika şəklində şokoladı götürüb "Bakı” sözü yazılan yerə qoyur. Bu kadr faşistlərin Azərbaycanın neft yataqlarını, həmçinin hamımızın bildiyi kimi, Şimali Qafqazın neft yataqlarını tutmaq planlarını vurğulayır. Əgər faşistlər Bakını tutmağa müvəffəq olsaydılar, sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqsız qalardı, Bakı şəhəri isə havaya sovrulardı. Çünki belə fövqəladə vəziyyətdə sovet hökuməti neft quyularının düşmən əlinə keçməməsi üçün onların hamısını minalamışdı. Yəni, bu halda qurbanların sayı bəlkə yüz minlərlə olardı.

    Azərbaycan elminin nümayəndələri ümumi qələbəmizə sanballı töhfə veriblər. Məsələn, böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan "Molotov kokteyli” kimi məşhurlaşmış yandırıcı maye ixtira etmişdi. Bu barədə çox adam bilmir, lakin bu, həqiqətdir. Bakının zavodlarında gecə-gündüz istehsal edilən məşhur "Katyuşa” raketləri və digər silahlar düşməni dəhşətə salmışdı. Müharibədə həlak olanların xatirəsini Azərbaycanda ehtiramla yad edir, müharibə veteranlarına böyük qayğı göstərirlər. Oyuncaq, satqın, xalqa zidd, biabırçı Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu 1992-1993-cü illərdə 9 May bayramı ləğv edilmişdi, müharibə veteranları isə alçaldılmağa və təhqirlərə məruz qalırdılar. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun ilk qərarlarından biri 9 May - Qələbə Gününün bərpa edilməsi oldu. O vaxtdan təqvimdə qırmızı rənglə qeyd olunan bu gün qeyri-iş günüdür və milli bayram kimi qeyd edilir.

    Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.

    Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik "1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının "Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş "Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: "Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.

    Diqqətinizə görə təşəkkür edirəm.

    Ermənistanın Baş Naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin çıxışında səslənən əsaslı arqumentlərə cavab verməyə uğursuz cəhd edib. O deyib:

    -İlham Heydər oğlunun nitqindən belə təəssürat yaranır ki, ümumiyyətlə, bu müharibədə Hitler yalnız ikinci dərəcəli rol oynayıb və nasist hərəkatının lideri Qaregin Njde olub. Həqiqət isə budur ki, Qaregin Njde Ermənistanın türk işğalına və türklərin təşkil etdikləri ermənilərin soyqırımına qarşı mübarizə aparıb. Həqiqət ondan ibarətdir ki, Qaregin Njde, yeri gəlmişkən, 1918-ci ildə erməni-türk müharibəsi zamanı bir çox rusiyalı zabitlərlə birgə cəbhənin mühüm hissəsinə rəhbərlik edib. Mən bir daha qeyd etmək istəyirəm ki, bizim tarix barədə obyektiv qiyməti bilməyimiz çox vacibdir. Deyilir ki, Qaregin Njde Vladimir həbsxanasında ölüb. Bir çox sovet xadimləri Vladimir həbsxanasında ölüblər. Soljenitsin QULAQ-da olub. 1937-1950-ci illərə qədər məhkum edilənlərin hamısının xalq düşmənləri olduğunu hesab edirik? Əgər belədirsə, onda bir çox görkəmli xadimlər məhkum olub öz həyatlarını həbsxanalarda bitiriblər. Bu, o demək deyil ki, biz bütün bunları fakt kimi qəbul etməliyik. Mən bu formatdan tarixi təhrif etmək, bu kifayət qədər vacib iclasın ab-havasına hansısa gərginlik gətirilməsi üçün istifadə olunmasını yersiz hesab edirəm. Hesab edirəm ki, Azərbaycan Prezidentinin sözləri, ilk növbədə, erməni xalqına hörmətsizlikdir. Mən bunu dövlət başçılarına və onların təmsil etdiyi xalqlara qarşı hörmətsizlik hesab edirəm. Hörmətli həmkarlar, mən belə gərginliyə görə üzr istəyirəm. Amma siz gördünüz ki, onun müəllifi mən deyiləm.

    Nikol Paşinyanın çıxışından sonra növbəti çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko olmalı idi. İlham Əliyev Belarus Prezidentindən icazə alaraq Nikol Paşinyanın çıxışında səslənən sözlərə tutarlı faktlarla cavab verib. Prezident İlham Əliyev deyib:

    -Mən, sadəcə, şərh verməyə məcburam. Belə ki, Ermənistanın Baş Nazirinin çıxışında söhbət məndən gedib. Halbuki mənim çıxışımda söhbət Ermənistanın baş nazirindən, xüsusən də erməni xalqından getməyib. Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir. Əgər baş nazir mənim çıxışıma diqqətlə qulaq asıbsa, onda yəqin ki, o da bunu tutub. Həmçinin hesab edirəm ki, nasist əlaltıları və cinayətkarları ilə QULAQ-ın və digər düşərgələrin repressiyaya məruz qalmış dustaqlarını müqayisə etmək qətiyyən yolverilməzdir. Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim. Onları kitabxanada, internetdə tapmaq olar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir "xadim” olub. Həmçinin nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib. Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir. Mənim dövlət başçılarına hörmətsizlik göstərdiyimə gəlincə, düşünürəm ki, bizim iclasımız, yəqin ki, bundan daha absurd tezis eşitməyib. Sağ olun".

    Sonra digər dövlət başçıları çıxış ediblər.

    "Qafqazinfo" 

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 418


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Putin Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edəcək Qazax döyüşçü topuğu ilə erməni rəqibini diz çökdürdü - VİDEO 3 azərbaycanlını öldürən rusiyalı ələ keçdi - 17 ildən sonra Bakıda Müstəqillik günü konserti - Fotolar Çilidə metro qiymətlərinin qalxmasına qarşı etiraz: 10 nəfər öldü, yüzlərlə yaralı var “Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir, bu tarixi səhvi düzəltmək lazımdır”- RUSİYADAN ERMƏNİLƏRƏ ÇAĞIRIŞ Qidalar soyuducuda necə saxlanılmalıdır? - DİQQƏT! Mətbuat Şurasından jurnalistlərə və polislərə - Müraciət Əli Həsənov geniş məqalə ilə çıxış etdi: 5 Tezis… (TAM MƏTN) Bakı-Sumqayıt yolunda zəncirvari qəza-Video “Nar”İT sahəsində fərqlənən tələbələrə dəstək oldu Millət vəkili Q.Paşayevaya “Fəxri diplom” təqdim edilib. Putin Ərdoğanın bu sualına cavab vermədi "AZPOLT" MMC: "GET HARA İSTƏYİRSƏN, ŞİKAYƏT ELƏ..." - GİLEY “Türkdilli yox, Türk dövlətləri deyək” – Nazarbayevdən Bakıda TARİXİ TƏKLİF Azərindən mehmetçikləri duyğulandıran VİDEO ABŞ Türkiyənin üç nazirini sanksiya siyahısına əlavə edib "Sizi Tanıyaq" layihəsi çərçivəsində istedadlı gənclərlə növbəti görüş keçirilib-Video “Sabahın bünövrəsini birlikdə quraq” layihəsi çərçivəsində müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi. Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 2 medal qazanıb - FOTO Yaponiyada "Haqibis" qasırğası 14 nəfərin ölümünə səbəb olub - FOTO - YENİLƏNİB-2 “Azərbaycan Türkiyənin terrorla mücadiləsinin yanındadır” – Azay Quliyevdən dəstək mesajı Öd kisəsi çıxarıldıqdan sonrakı həyat - Əməl olunmalı 3 qayda... Sabahın hava proqnozu: külək, yağış, duman Oğul anasını traktorla vurub öldürdü Üç avtobusun yolu dəyişdiriləcək Bakıda ara məsafəsini gözləməyən sürücü qəza törədib - FOTO “Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” - İlham Əliyev Paşinyanı susdurdu 15 kənd azad edildi, 399 terrorçu isə məhv edildi Övladlığagötürmə ilə bağlı yeniliklər - Prezident Milli Məclisə layihə təqdim etdi Bu,Kredo qəzetidir!Kredo-20. KÜRDƏMİR SAKİNİNDƏN KÜLLİ MİQDARDA NARKOTİK GÖTÜRÜLÜB Əli Həsənov: "Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir" Türk komandosların hücum öncəsi videosu yayıldı “Nar”ın “Full” paketləri ilə qalıq bonusları növbəti ayda istifadə et! Prezidentin məcburi köçkünlərlə görüşündən maraqlı - Fotolar Göz üçün faydalı qidaların - Siyahısı "Qaşıqçı cinayəti onun əmri olmadan törədilə bilməzdi" Fil sədaqəti: Bir-birini xilas edərkən öldülər... Mehriban Əliyevadan müəllimlərə təbrik Dünyada İnsanın İmmunçatışmazlığı Virusu infeksiyası ilə yaşayan 37,9 milyon xəstə qeydə alınıb "Əyri və qeyri-qanuni yollarla hakimiyyətə can atan siyasətbazlar..." - Əli Həsənov Sizi Tanıyaq layihəsinin yeni çəkilişi baş tutub-Video Prezidentin işdən çıxartdığı başçı kimdir? Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminatla bağlı müsabiqə keçirilib "Sabahın bünövrəsini birlikdə quraq" layihəsi çərçivəsində ibtidai sinif müəllimlərinin seçim mərhələsi həyata keçirilmişdir. Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş balıq körpələri Kür çayına buraxılıb. Q.Paşayeva İstanbul Türk Ocaqları rəhbərliyi ilə görüşdə Qarabağ həqiqətlərinin Türk dünyasında və dünyada daha geniş yayılması istiqamətində ortaq layihələri müzakirə edib Göygöl qəzasında ölənlərin sayı beşə çatdı - YENİLƏNİB + FOTO/VİDEO İctimai TV-də yanğın: xəsarət alanlar var - Foto Milli maraqlar əleyhinə fəaliyyət göstərənləri ictimai fikir qınayır “Sabahın bünövrəsini birlikdə quraq” layihəsi çərcivəsində ibtidai sinif müəllimləri ilə görüş keçirilmişdir. Siyavuş Novruzov bu deputatı istefaya çağırdı - Video “Nar” tələbə və məzunlara karyera qurmaqda dəsətk olur Oqtay Əsədov parlament sədrlərinin konfransında çıxış edib BMT kürsüsündə Ərdoğandan möhtəşəm çıxış Vurğun Əyyubla vida... - YENİLƏNİB - FOTO Ürəyi bədənin xaricində olan uşaq doğulub - VİDEO “Nar”dan operativ və keyfiyyətli müştəri xidmətləri Şəhid əsgərimiz dəfn edildi - Fotolar - Yenilənib Ermənilər əsgərimizi vurdu: MN məlumat yaydı - Video Mehrim Hüseyn “Həyat notları”-nın ilk qonağı oldu - Foto Birinci vitse-prezident Mehriban Əliyeva: "Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik" Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün GÖRÜŞÜRLƏR Gülgünü vurub öldürən şəxslə bağlı ilginc faktlar - Fotolar+Video “Nar”“Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi Vilayət Eyvazov idarə rəisini işdən çıxardı Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub Q.Paşayeva MM-in Səhiyyə komitəsində cəmiyyətimizi narahat edən bir sıra problemlərlə bağlı təkliflərlə çıxış edib Pula görə şagird avtobusdan düşürüldü – Ekspertdən çağırış Gənc Tamaşaçılar Teatrının tavanı niyə çökdü? Ərdoğan: “İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik” “Müəllim peşəsi ən rəqabətli və böyük maraq doğuran peşəyə çevrilib” –Təhsil naziri Ordumuz 10 minlik heyətlə savaş təliminə başladı - Video Luna qalmaqallı çıxışları ilə gündəmdə- "Səviyyəli şəkildə..."-EKSKLUZİV (Video) Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq öldü Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar tədbir keçirilib Prezident Bakı məktəbində - Fotolar Qənirə Paşayeva: "Fiziki imkanları məhdud insanlarımızın uğurlar qazanmasına hamımız daha çox dəstək olmalıyıq" Putin Həbiblə görüşdü - VİDEO Elinaya görə 100 min təzminat çox azdır - Ekspert Şirvan sakini turşudan zəhərləndi Azərbaycanda uşaqpulu necə və kimlərə verilsin?.. Ekspertdən TƏKLİF Mirşahin Sərdar Cəlaloğluna qardaşını xatırlatdı Bakıda 43 yaşlı kişini avtomobil vurdu Nəsimiyə həsr olunan beynəlxalq elmi konfrans olacaq Bakıda binadan düşən iri şüşə parçası 2 nəfərə xəsarət yetirib - VİDEO Məktəb direktor və müavinlərinin maaşı artdı Beynəlxalq Mətbuat Mərkəzində “Məişət zorakılığı” mövzusunda tədbir keçiriləcək Q.Paşayeva İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çıxış edib və çağırış edib. Bakıda 26 yaşlı kişi bıçaqlandı Limon suyuna sarımsaq atanda baxın nə olur! Təsiri inanılmaz Q.Paşayeva gənclərmizi, Qarabağ həqiqətlərini dərindən öyrənməyə və təbliğ etməyə çağırıb Bakıda təcili yardım maşını ilə mebel daşındı - VİDEO Uşaq pulu bərpa olunacaq? - Əli Əhmədovdan açıqlama Leyla Əliyeva xaricdə magistr təhsili alacaq gənclərlə görüşdü - Foto Şəmkirdə avtobus yük maşını ilə toqquşdu: ölən və yaralananların adları - YENİLƏNİB + FOTO Bakıda maşın 39 yaşlı kişini vurub xəstəxanalıq etdi Yaponiya rəsmisi: Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıyıq Qasırğa qurbanlarının sayı daha da artdı - Video
    File engine/metagen.php not found.