Ermənistana ciddi zərbə: Zirvə Görüşündə 120 dövlət tərəfindən işğalçı ölkə kimi tanındı

    Ermənistana ciddi zərbə: Zirvə Görüşündə 120 dövlət tərəfindən işğalçı ölkə kimi tanındı


     

    Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirib. 

    Oxu.Az-ın məlumatına görə, qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar.

    Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

     

    Zirvə Görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq olunması sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir.

    Yekun Sənəddə dövlət və hökumət başçıları nasist hərəkatının, neonasizmin və Vaffen SS təşkilatının keçmiş üzvlərinin, onlara abidə və heykəllərin ucaldılması, nasist keçmişi, nasist hərəkatı və neonasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də anti-Hitler koalisiyasına qarşı döyüşmüş və nasist hərəkatının iştirakçıları ilə iş birliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını qınadılar. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş Sammitində Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərə beynəlxalq səviyyədə verilən dəstəyin göstəricisidir.

    Yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunub: "Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.

    Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atdı, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail oldu.

    Yekun Sənəddə deyilir: "Üzv ölkələrin dövlət və hökumət başçıları Azərbaycan Respublikasının təşəbbüsü ilə Qoşulmama Hərəkatının Bakı Sammiti çərçivəsində oktyabrın 24-25-də ilk dəfə olaraq Qoşulmama Hərəkatı Gənclər Sammitinin təşkil olunmasını alqışlayır və dayanıqlı tərəqqinin təmin edilməsi sahəsində çağırışlar barədə və onların cavablandırılmasına yönəlmiş birgə səylərə dair üzv dövlətlərin gəncləri arasında fikir mübadiləsinin aparılmasına imkan yaradan Gənclər Şəbəkəsinin yaradılmasını dəstəkləyirlər”.

    Dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipini yenidən təsdiqlədilər və tərəfləri münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında danışıqlar yolu ilə həll olunmasına ruhlandırdılar.

    Yekun Sənədə Azərbaycanın təklifi ilə aşağıdakı bəndlər daxil edilib:

    Dövlət və hökumət başçıları silahlı münaqişə vəziyyətlərində məcburi köçkünlər üçün, o cümlədən onların təhlükəsiz və ləyaqətli geri qayıdışı və insan hüquqlarının təmin edilməsi, qorunması sahəsində davamlı həll yollarının təşviqində üzv dövlətlərin başlıca məsuliyyəti olduğunu təsdiqlədilər. Bundan başqa, dövlət və hökumət başçıları Azərbaycan Respublikası tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma qismində irəli sürülmüş "Bakı Prosesi” kimi milli, regional və qlobal təşəbbüslərin sivilizasiyalar arasında səmərəli dialoqun qurulmasına töhfəsini qiymətləndirdilər.

    Azərbaycan xalqı və hökumətinə təşəkkür və həmrəylik Sənədində deyilir: "Biz, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən XVIII Zirvə Görüşü zamanı göstərdikləri yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına və hökumətinə dərin təşəkkürümüzü bildiririk. Biz, həmçinin Prezident İlham Əliyevi Qoşulmama Hərəkatının tarixi Sammitinin uğurlu keçməsi üçün sərgilədiyi liderliyə görə təbrik edirik. Biz, dövlət və hökumət başçıları Azərbaycan Respublikasının Hərəkatın təməl prinsiplərinə, o cümlədən Bandunq Prinsiplərində əks olunan ideya və məqsədlərə, həmçinin BMT-nin Nizamnaməsində əks olunan beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini yüksək qiymətləndiririk. Biz çoxtərəfliliyin təbliği, ədalət və bərabərhüquqlu beynəlxalq düzənə əsaslanan dinc və inkişaf edən dünyanın təşəkkül tapması istiqamətində Azərbaycan Respublikasının yorulmaz səylərini də alqışlayırıq. Biz, dövlət və hökumət başçıları Azərbaycanın müxtəlifliyə hörmət və qarşılıqlı anlaşmanın təşviq olunması sahəsində səylərini təqdir edirik. Bu xüsusda, Azərbaycan Prezidentinin rəhbərliyi ilə başlanmış və mədəniyyətlərarası dialoqun təşviqi üzrə əsas qlobal platforma kimi "Bakı Prosesi”nin töhfəsini yüksək qiymətləndiririk. Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 266


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTO Fransada zəlzələ: 30 ev tamamilə dağıldı - Video Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik Moskvadan Bakının notasına cavab: Hər hansı görüş olmayıb Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi Sevindik Nəsiboğlu görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə şeir həsr etdi-Video Məşhurlar ağır vəziyyətdə niyə Türkiyəyə göndərilir? Ağ Şəhər genişlənməli, şəhər boşaldılmalıdır – Təklif KÜRDƏMİRDƏ OĞURLUQ EDƏN “ZOBU” LƏQƏBLİ ŞƏXS SAXLANILIB "Rəngli dünya yaradaq" layihəsinin yekun sərgisi Maştağa Mədəniyyət Evində keçirildi. Oqtay Gülalıyev Türkiyəyə özəl təyyarə ilə aparılacaq - Mehriban Əliyevadan tapşırıq Müsabiqəyə qoşul və Nar Festivalında iştirak et! "Çıxış Yolu"nun daha bir uğuru: Möhtəşəm Xeyriyyə toyu baş tutdu-Fotolar İşçi uçan evin altında qaldı - Dəhşətli anların VİDEOSU “Binə” ticarət mərkəzi su altında qaldı - FOTOLAR Tanınmış, araşdırmaçı jurnalist Qafar Çaxmaqlı Ankarada tədbir keçirib “Nar” gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaratdı "ABŞ Konqresinin Nümayəndələr Palatasının bu qətnaməsi açıq siyasi xarakter daşıyır!"-Q.Paşayeva Prezident İlham Əliyev: “Bəzi hallarda dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam” Ağsuda Bələdiyyə Sədri Vətəndaşların Ailəsini Dağıdır - İDDİA Şəxsiyyət vəsiqəsi itib-Elan Bağırovadan TV-lərə: Bu təbliğatı dayandırın - Video Çavuşoğlu Qarabağdan danışdı: Daha çox səy göstərəcəyik Leyla Əliyeva Nəsiminin heykəlinin açılışında 73 nəfər qatarda yanaraq öldü - Video+ Yenilənib Yuxulu sürücü maşınını “Nərimanov” metro stansiyasının girişindəki köşkə çırpdı - FOTO/VİDEO Bu ölkə "Türk axını"nda maraqlı olarsa... - Putin “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq” yarışı davam edir Ərdoğandan Avropanı lərzəyə salan çıxış Hava kəskin soyuyur: qar yağacaq, sel gələcək - XƏBƏRDARLIQ Bakı Avrasiya Universitetinin tələbəsindən nümunəvi addım Leyla Əliyeva Moskvada beynəlxalq sərginin açılışında - Fotolar Bakıda gəmidə PARTLAYIŞ: 3 neftçi yandı - (ADLAR-ÖZƏL) BDU-dan açıqlama: Yayılan məlumatlar həqiqəti əks etdirmir Daha bir məktəb direktoruna töhmət verildi, müavini işdən çıxarıldı Pozneri susduran azərbaycanlı: Sözümü kəsməyə cəhd etsə də, fikrimi səsləndirdim - MÜSAHİBƏ İlham Əliyev Qəbələ rayonuna səfərə gəlib İŞİD-in yeni liderinin adı məlum oldu Tibetdə güclü zəlzələ Azərbaycanlı qız ABŞ-da ermənipərəst jurnalisti belə susdurdu - Video Ermənistana ciddi zərbə: Zirvə Görüşündə 120 dövlət tərəfindən işğalçı ölkə kimi tanındı 6-cı sinif şagirdi Sevindik Nəsiboğluna İctimai müxbir vəsiqəsi təqdim olundu Şadlıq sarayları əhalini aldadır - AQTA məlumat yaydı Bakıda məktəbin stadionu hasarlanıb, bina tikilir Şamaxıda yol qəzası - 2 ölü, 3 yaralı Çayın dəmini qətiyyən atmayın! — FAYDALARI SABİRABAD SAKİNİNDƏN SİLAH GÖTÜRÜLÜB “Nar” fiziki məhdudiyyətli idmançılara dəstək olur Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi Prezidentdən sərt sözlər: Zəli kimi yapışırlar... - Video Trampdan Ərdoğana xoş sözlər: Görüşə bilərik... İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etdi “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin VII regional konfransı” və “Azərbaycan Gənc Oftalmoloqların XIII elmi-praktiki konfransı” keçiriləcək “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb Vergilər Nazirliyi ləğv edildi - Bu qurumlar birləşdirildi Əli Əsədov köməkçiləri Natiq Əzizov və Tofiq Sarıcalinskini vəzifəsindən azad etdi. Putin Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edəcək Qazax döyüşçü topuğu ilə erməni rəqibini diz çökdürdü - VİDEO 3 azərbaycanlını öldürən rusiyalı ələ keçdi - 17 ildən sonra Bakıda Müstəqillik günü konserti - Fotolar Çilidə metro qiymətlərinin qalxmasına qarşı etiraz: 10 nəfər öldü, yüzlərlə yaralı var “Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir, bu tarixi səhvi düzəltmək lazımdır”- RUSİYADAN ERMƏNİLƏRƏ ÇAĞIRIŞ Qidalar soyuducuda necə saxlanılmalıdır? - DİQQƏT! Mətbuat Şurasından jurnalistlərə və polislərə - Müraciət Əli Həsənov geniş məqalə ilə çıxış etdi: 5 Tezis… (TAM MƏTN) Bakı-Sumqayıt yolunda zəncirvari qəza-Video “Nar”İT sahəsində fərqlənən tələbələrə dəstək oldu Millət vəkili Q.Paşayevaya “Fəxri diplom” təqdim edilib. Putin Ərdoğanın bu sualına cavab vermədi "AZPOLT" MMC: "GET HARA İSTƏYİRSƏN, ŞİKAYƏT ELƏ..." - GİLEY “Türkdilli yox, Türk dövlətləri deyək” – Nazarbayevdən Bakıda TARİXİ TƏKLİF Azərindən mehmetçikləri duyğulandıran VİDEO ABŞ Türkiyənin üç nazirini sanksiya siyahısına əlavə edib "Sizi Tanıyaq" layihəsi çərçivəsində istedadlı gənclərlə növbəti görüş keçirilib-Video “Sabahın bünövrəsini birlikdə quraq” layihəsi çərçivəsində müəllimlər üçün təşkil olunmuş "Robotiks" təlimlərinə start verildi. Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 2 medal qazanıb - FOTO Yaponiyada "Haqibis" qasırğası 14 nəfərin ölümünə səbəb olub - FOTO - YENİLƏNİB-2 “Azərbaycan Türkiyənin terrorla mücadiləsinin yanındadır” – Azay Quliyevdən dəstək mesajı Öd kisəsi çıxarıldıqdan sonrakı həyat - Əməl olunmalı 3 qayda... Sabahın hava proqnozu: külək, yağış, duman Oğul anasını traktorla vurub öldürdü Üç avtobusun yolu dəyişdiriləcək Bakıda ara məsafəsini gözləməyən sürücü qəza törədib - FOTO “Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” - İlham Əliyev Paşinyanı susdurdu 15 kənd azad edildi, 399 terrorçu isə məhv edildi Övladlığagötürmə ilə bağlı yeniliklər - Prezident Milli Məclisə layihə təqdim etdi Bu,Kredo qəzetidir!Kredo-20. KÜRDƏMİR SAKİNİNDƏN KÜLLİ MİQDARDA NARKOTİK GÖTÜRÜLÜB Əli Həsənov: "Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir" Türk komandosların hücum öncəsi videosu yayıldı “Nar”ın “Full” paketləri ilə qalıq bonusları növbəti ayda istifadə et! Prezidentin məcburi köçkünlərlə görüşündən maraqlı - Fotolar Göz üçün faydalı qidaların - Siyahısı "Qaşıqçı cinayəti onun əmri olmadan törədilə bilməzdi" Fil sədaqəti: Bir-birini xilas edərkən öldülər... Mehriban Əliyevadan müəllimlərə təbrik Dünyada İnsanın İmmunçatışmazlığı Virusu infeksiyası ilə yaşayan 37,9 milyon xəstə qeydə alınıb "Əyri və qeyri-qanuni yollarla hakimiyyətə can atan siyasətbazlar..." - Əli Həsənov Sizi Tanıyaq layihəsinin yeni çəkilişi baş tutub-Video Prezidentin işdən çıxartdığı başçı kimdir?
    File engine/metagen.php not found.