Başıbəlalı “uşaq pulu” məsələsi: hökumət “yox” dedi, parlament israr etdi...

    Başıbəlalı “uşaq pulu” məsələsi: hökumət “yox” dedi, parlament israr etdi...


    "Uşaq pulu” məsələsi bu dəfə parlamentin iclasında gündəmə gəlib. Millət vəkili Vahid Əhmədov uşaq pulunu vacib sayaraq bildirib ki, bu məsələdə ümumi məxrəcə gəlmək lazımdır. 

    Deputat qeyd edib ki, "uşaq pulu”nun verilməsi millətin tələbidir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev deyir ki, müəyyən təbəqədən olan insanlara təxminən "uşaq pulu” verilir. Amma biz hamımız faktiki olaraq "uşaq pulu” ilə böyüyən adamlarıq. "Bu gün "uşaq pulu”nun ödənilməsini təmin edə bilmərik” deməyi düzgün hesab etmirəm. "Uşaq pulu" verilməlidir. Demirik ki, bunu 18 yaşa kimi vermək lazımdır. Bununla bağlı da ümumi məxrəcə gəlmək lazımdır. Çünki cəmiyyət tərəfindən də bu məsələ səslənir. Hesab edirəm ki, "uşaq pulu” məsələsinə birbaşa "yox” demək düzgün deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri bununla əlaqədar müxtəlif təkliflərlə çıxış etməlidir. "Uşaq pulu”nun verilməsi xalqın tələbidir və bu istiqamətdə addım atılmalıdır”.

    Millət vəkilinin fikrinə cavab olaraq, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, hazırda uşaqlarla bağlı ailələrə 14 növ sosial müavinət verilir: "Buna görə də il ərzində 494 milyon manat ayrılır. Bu da 585 min uşağın əhatə olunması deməkdir”. Onun sözlərinə görə, təkcə bu il ərzində ünvanlı sosial yardımdan 160 min uşaq faydalanıb: "Cənab Prezident də son müzakirələr zamanı vurğuladı ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. Uşaq pulu isə ünvanlılıq prinsipinə tam cavab vermir" .

    Qeyd edək ki, daha öncə də aidiyyəti dövlət qurumlarından uşaq pulunun verilməsi üçün yetərli maliyyə qaynağının olmaması bildirilmişdi.
    Mediada gedən müzakirələrin ardından Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu gələn ilin büdcəsində uşaq pulu ilə bağlı 2 maliyyə qaynağını qeyd edib:

    "Əmək və əhalinin sosial müdafiəsi naziri çıxışında uşaq pulunu vermək üçün 3,3 milyard manat tələb olunduğunu qeyd etmişdi və bu qədər vəsaitin bu məqsəd üçün gələn ilin büdcəsindən ayrılmasının mümkünsüz olduğunu bildirmişdi.

    Uşaq pulunun ödənilməsi üçün 2020-ci il büdcəsinin daxilində 2 maliyyə qaynağını təqdim edə bilərəm. Əvvəlcədən onu da bildirmək istəyirəm ki, növbəti ilin büdcəsində əks olunan hər iki qaynaq potensial korrupsiya mənbəyidir, şəffaflıq və hesabatlılığa kölgə salır. Onlardan biri növbəti ilin dövlət büdcəsində iqtisadi təsnifat üzrə "Malların (işlərin və xidmətlərin) satınalması” bölməsi 28,2 faizlik xüsusi çəki ilə 7,6 mlrd. manat məbləğində nəzərdə tutub. "Büdcə zərfi”nə daxil edilmiş məlumatlar əsasında aparılmış təhlil həmin vəsaitin 45,6 faizinin "Sair xərclər” və "İstehlak yönümlü xərclər” üzrə proqnozlaşdırıldığını göstərir. Bu o deməkdir ki, 3,5 milyard manatlıq vəsait "Sair xərclər” və "İstehlak yönümlü xərclər” adı ilə qapalı saxlanılır, yəni bu xərc maddəsi üzrə 3,5 milyard manat hələ bölüşdürülməyib”.

    Q.İbadoğlu onu da qeyd edir ki, Hesablama Palatasının hesablamalarına görə, 2020-ci ilin dövlət büdcəsinin layihəsində birdəfəlik təyinatlı xərclər üzrə 4602,1 mln. manat nəzərdə tutulub ki, bu da 2018-cı ilin icra göstəricisindən 1534,5 mln. manat və ya 50 faiz çoxdur. 2020-ci il üçün nəzərdə tutulmuş birdəfəlik təyinatlı xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 17,1% təşkil edir. Birdəfəlik təyinatlı xərclər üzərində son təyinatı icra hakimiyyəti müəyyənləşdirir. Bu xərc maddəsi də bölüşdürülməyib. Odur ki, uşaq pullarının ödənilməsi üçün istək olsa , 2020-ci ilin büdcəsini rasionallaşdırıb, vəsait ayıra bilərlər. Hələ də gec deyil. Bunlar hamısı deyil, başqa maliyyə mənbələri də təqdim edə bilərəm”.

    İqtisadçı ekspert Pərviz Heydərov isə müsavat.com-a açıqlamasında vurğuladı ki, bu məsələ vahid kontekstdə nəzərdən keçirilməli və ümumi mexanizm əsasında həllini tapmalıdır: "Uşaqların sosial müdafiəsi məsələsi nə demoqrafik məsələ deyil, nə də əlil, başqa cür fiziki yardıma ehtiyacı olan, valideynini itirən, valideynləri hərbi və yaxud hər hansı peşə qulluqçuları sayılan və sair kimi qruplar üzrə çeşidlənərək, baxılmalı olan bir məsələ deyil. Bu, vahid kontekstdə nəzərdən keçirilməli və ümumi mexanizm əsasında həllini tapmalı olan məsələdir. Bəli, bizdə dövlət mövcud imkanları çərçivəsində və bəlkə də bundan daha çox vətəndaşların yanında dayanır. Ümumiyyətlə, dövlətimizin yürütdüyü iqtisadi kursun qayəsində və hədəfində vətəndaşların maddi, sosial durumu və bunun davamlı olaraq yaxşılaşdırılması durur. Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinə yönəlik sayca 10-dan çox aylıq sosial müavinət növü mövcuddur. O cümlədən, birdəfəlik ödənişlər də həyata keçirilir. Və bunların hər birinin də səviyyəsi dövlət başçısı tərəfindən müvafiq sərəncamlar ilə demək olar ki, hər il artırılır. Ümumiyyətlə, dövlət büdcəmizə diqqət yetirsək, onun xərclər hissəsinin əsasını sosial məsrəflərin təşkil etdiyini görərik. Yəni, dövlət büdcəsi xərclərinin az qala yarıdan çoxunu əmək haqqı və pensiya, o cümlədən, müavinətlərin ödənişi təşkil gedir. Onda belə çıxır ki, ölkədə əlavə olaraq, dövlət tərəfindən sosial müdafiə siyasətinə və tədbirlərinə ehtiyac yoxdur? Sözsüz ki, bu, səhv yanaşmadır. Dövlət büdcəsi xərclərinin yarıdan çoxu əməkhaqqı, pensiya, müavinətlərin ödənişinə getsə də, əlavə sosial müdafiə tədbirlərinə yenə ehtiyac var”.

    İqtisadçı vurğuladı ki, zaman keçdikcə sosial müdafiə və təminat siyasətində ayrı-ayrı nüanslar ortaya çıxır və çıxmalıdır da: "Yəni, əslində nəyin daha səmərəli və məqsədəuyğun olduğu tədricən, öz təsbitini tapır. Bu mənada, məsələn, dövlət tərəfindən uşaqların sosial müdafiəsinin təşkili və maddi qayğılarının qarşılanması məqsədilə bir neçə adda müavinətlər ödənişindənsə, bir adda aylıq uşaqpulu ödənişi daha məqsədəuyğun sayılmalıdır”.

    P.Heydərovun sözlərinə görə, burada problem maliyyə məsələsində deyil: "Sosial müavinətlər sadə funksiyalı və konkret təyinatlı olsa daha məqsədəuyğun olar. Bu mənada uşaq puluna ehtiyac var. Digər tərəfdən isə heç kim iddia edə bilməz ki, uşaqların sosial müdafiəsinin təmini üçün heç bir ödəniş həyata keçirilmir. Problem ondadır ki, bütün uşaqlar bərabərhüquqlu olaraq bundan yararlana bilmir. Söhbət müəyyən kateqoriya uşaqlardan gedir. Çoxşaxəli olaraq ödənilən sosial müavinətləri birləşdirib, bəzilərini ləğv edib, konkret uşaq pulu adı ilə bir ödəniş növü müəyyən edilib tətbiq olunsa daha yaxşı olar. Bu da ciddi müzakirə tələb edən məsələdir. Avropa ölkələrinin əksəriyyətində uşaqların sosial müdafiəsi üçün belə ödənişlər var. Uşaq pulunun bərpası üçün maliyyə mənbələrinin olmaması da yanlış fikirdir. Azərbaycanın hazırki dövlət büdcəsi buna şərait yaradır. Burada sadə və bitkin bir mexanizm yaradılmalıdır. Bu həm də vətəndaşlar üçün anlaşılan olar. Onlarla adda müavinət növü var, vətəndaşların isə bu qədər iqtisadi savadı yoxdur ki, onların hər birindən məlumatlı olsunlar. Konkret 2-3 istiqamət üzrə qruplaşdıraraq sosial müavinət ödənişi tətbiq olunsa, bu daha məqsədəuyğun olar”.(musavat.com)
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 277


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    “Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə itirməmək üçün çalışdım”-Q.Paşayeva Toydan qayıdan ailə qəzaya düşdü - yaralılar var Xətai rayonunda yerləşən marketdə Ermənistan istehsalı olan şokoladlar satılır 6 yaşlı Sübhanın köməyinizə ehtiyacı var Zakir Həsənov: “Ordumuzda olan silahlar qələbəni təmin etməyə imkan verir” Nərminin qatili barəsində həbs qərarı verildi Hacıqabul sakinindən silah götürülüb Gecə həlak olan tələbələrin FOTOLARI MSK rəhmətə gedənlərin seçkiyə dəvətinə aydınlıq GƏTİRDİ ƏSGƏRİMİZƏ QİBTƏ ETMƏLİYİK!- İbrahim MƏSİMOĞLU yazır.... Xanhüseyn Kazımlının qızı namizəd oldu Şəhid hərbçimiz dəfn edildi - (Foto+Video) Azərbaycan əsgəri şəhid oldu Tovuzda 10 yaşlı qızın yanmış meyiti ərazidən götürüldü - FOTO Od içində olan Avstraliyaya “göylərin hədiyyəsi” - VİDEO Yandırılan 10 yaşlı qızın atası danışdı: “Meyiti yerindən tərpətməmişik” AVTOMOBİLDƏN VƏ ÜZƏRİLƏRİNDƏN NARKOTİK VASİTƏ AŞKAR OLUNDU Ucar rayon sakininin adına sosial yardım yazılıb, özünün xəbəri yoxdur- İDDİA "Unibank" kartlarından vəsaitlər silinir: nə baş verir? Tovuzda itkin düşən 10 yaşlı qızın meyiti tapıldı - Yandırılıb Üç yaşlı uşaq valideynləri ilə gizlənpaç oynayan zaman öldü Ərdoğan: "Türkiyə ordusunu Liviyada təmsil edəcək hərbi birləşmələrin məqsədi fəlakətlərin qarşısını almaqdır" Sabah hava necə olacaq? Şəmkir sakini Gəncədə bıçaqlandı Trampdan Tehrana xəbərdarlıq: “Biz ən güclüyük, iki trilyonluq silahlarla...” “Dəmir yolları”ndan təcili yardımla qatarın toqquşması haqda - Açıqlama “Ürəklər Gülsün” adlı xeyriyyə konserti keçirilib Başıbəlalı Babək prospekti: Bu dəfə də işıqforlar işləmir - VİDEO Oqtay Gülalıyevin səhhətində ciddi dəyişiklik - VİDEO 125 deputat yerinə 125 qeydə alınmış namizəd var - MSK sədri Elçin Quliyevlə Məhərrəm Əliyev Ermənistanla sərhəddə - Fotolar "Pepsi" Azərbaycanda cərimələndi Xəbərdarlıq: Uşaqlara öskürək dərmanı verməyin! - Video Yeddi yaşlı qızı belə oğurladılar – VİDEO Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib - FOTO Səhv yuxu rejiminin zərərləri açıqlanıb Yağış, qar yağacaq, duman olacaq — GÜNÜN HAVA PROQNOZU Broyler toyuqlarını kimyəvi maddələrdən bu yolla təmizləyin Mehriban Əliyeva bayram şənliyində - Video+Fotolar Respublika Humanitar Fənlər Gimnaziyasında Həmrəylik Günü münasibəti ilə tədbir keçirildi-Fotolar Lerikdə nə baş verir ? -İlqam Cəbiyev yazır Mərkəzi Bankdan manatın bahalaşma ehtimalı haqqında AÇIQLAMA “Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi Sabah avtobuslar gecə 1-ə kimi işləyəcək Leyla Əliyeva Həmrəylik Günü münasibəti ilə təşkil olunan konsertdə iştirak etdi – FOTO Məzahir Pənahov seçicilərə müraciət etdi - Video "İraq mətbuat tarixi" kitabı ictimaiyyətə təqdim edildi Arıqlamaq üçün dərmanlar hansı fəsadlar törədir? Həbs edilən icra başçısı vəzifəsindən azad edildi - SərəncamHəbs edilən icra başçısı vəzifəsindən azad edildi - Sərəncam QULDARLIQ DÖVRÜNÜ YAŞAYAN LERİK SAKİNLƏRİ QAN AĞLAYIR ! Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib Leyla Əliyeva klinikada müalicə alan uşaqları ziyarət etdi — FOTO "Azərbaycan mətbəxində Dolmalar : 381 çeşid" kitabı ictimaiyyətə geniş təqdim edilib. Şəhid atası: Leyla Əliyeva millət vəkili seçilərsə çox uğurlu layihələrə imza atacağına əminəm "Bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur, senatın bu qətnaməsi açıq siyasi xarakter daşıyır!"-Qənirə Paşayeva Sabahın bünövrəsini birlikdə quraq” adlı layihəsinin möhtəşəm bağlanış tədbiri keçirilib. “Sizi Tanıyaq” Layihəsinin bir qrup istedadlı gəncləri Fəzail Ağamalı ilə görüş keçirdi- Video Bakıda polisə silahlı müqavimət göstərənlərə cinayət işi açıldı - Fotolar+Video Bu, Ermənistan siyasətimizə də təsir edəcək – AKP 14 dekabrda gözlənilən hava şəraiti Qubada məktəb yandı Qırmızı işıqdan keçən xanım sürücü qəza törətdi, 1 nəfər xəsarət aldı Baş infeksionistdən “donuz qripi” ilə bağlı xəbərdarlıq Mehriban Əliyeva “instagram”da Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib “Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək" adlı maarifləndirici sosial çarxın təqdimatı keçriilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gündə respublikamızda 650 min ağac əkilməsi çox gözəl və xeyirxah təşəbbüsdür. Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib “Gəlib dedilər ki, bərpa ediləsi deyil, sökək” - Video Polis bu meyitin yaxınlarını axtarır - FOTO Ukrayna XİN başçısı: "Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" Parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət edildi - 99 səslə qəbul Bakı məktəbində şok: direktor və müəllimlər yoxa çıxdı Çarəsiz ana ölkə başçısına müraciət etdi: "Məmurlar məni dinləmir cənab Prezident!" Ərdoğandan Ermənistanla bağlı ABŞ-da mühüm açıqlama - Video Zaqatalalı gənc daşlardan möhtəşəm əl işləri hazırlayır - FOTO Qadınla kişi maşında yanaraq öldü - Fotolar Vilayət Eyvazov Pərvinlə videosu yayılan polisi işdən qovdu - Foto+Video Yeni Ombudsman Milli Məclisdə and içib BMT dünya liderlərini Madridə toplayır – Səbəb “Nar” tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olur Albaniyada zəlzələ qurbanlarının sayı 40-a çatdı Bu şəxslər avtobusdan pulsuz istifadə edəcək - ŞAD XƏBƏR Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi şurasının hər il bizə ayırdığı qrandla çoxsaylı layihələr işləyirik. BDU-nun daha bir tələbəsi qəfil öldü Əgər tədbir görülməsə, Bakıda böyük dağıntılar olacaq – XƏBƏRDARLIQ – VİDEO Baş prokurorluq 15 yaşlı qızla bağlı MƏLUMAT YAYDI Nazir mərkəz direktorunu işdən çıxardı Başıbəlalı “uşaq pulu” məsələsi: hökumət “yox” dedi, parlament israr etdi... “Başladılar hesablamağa ki, bunun 70 yaşı var, getməlidir” “Balu” şirniyyat sexinə satış qadağan edildi Erməni səfir Kiyevdə belə biabır edildi “Nar”ın son yenilikləri “BakuTel-2019” sərgisində! ““Uşaq pulu” xalqın tələbidir” – Vahid Əhmədov Vüqar Rəhimzadə: "AXC-Müsavat cütlüyünün xalqımızın və dövlətimizin başına gətirdiyi bəlalar unudulmamalıdır" Vilayət Eyvazov yeni rəis təyin etdi Mixail Qusman: Mehriban Əliyevanın Rusiyaya səfəri misli görünməmiş səfər idi Bakıdakı sürüşmə zonasından - FOTOREPORTAJ Məhkəmə Rafael Cəbrayılovla bağlı qərar verdi - Evləri əlindən alındı Bakıda torpaq sürüşdü, maşın altında qaldı Mehriban Əliyeva Rusiya mediasına müsahibə verdi
    File engine/metagen.php not found.