BMT-nin iqlim dəyişikliyinə həsr edilən konfransı Madriddə keçiriləcək.
Axar.az xəbər verir ki, konfrans dekabrın 2-də başlayacaq və dekabrın 13-nə qədər davam edəcək.
Konfransda 196 ölkə, o cümlədən 50 dövlət başçısı iştirak edəcək. İclasa qatılanlar arasında Argentina, Ekvador, 15 Avropa ölkəsi, eləcə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, AB-nin Baş diplomatı Jozef Borrel və digərləri olacaq.
Paris İqlim Razılaşmasından çıxan ABŞ-ı konfransda Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Heyətə 16 konqresmen və senator daxil olacaq.