QULDARLIQ DÖVRÜNÜ YAŞAYAN LERİK SAKİNLƏRİ QAN AĞLAYIR !

    QULDARLIQ DÖVRÜNÜ YAŞAYAN LERİK SAKİNLƏRİ QAN AĞLAYIR !


    Uzun müddətdir ki, səfalı dağların qoynunda yerləşən Lerik rayonunda yaşayan əksər sakinlər tərəfindən, istər sosial şəbəkələr vasitəsilə, istərsədə məktub şəklində ölkə başçısına və birinci vitse prezidentə rayonun icra başçısı və digər məsul şəxslərinin özbaşınalığından ardı-arası kəsilməyən müraciətlər yer almaqdadır. Məhz həmin müraciətləri nəzərə alaraq, bir neçə dəfə media olaraq Lerik rayonuna ezam olunub çəkilişlər aparmışıq. Həmin çəkilişlərdən də rayonun durumu açıq-aydın görünməkdədir.
    Sonda qərara gəldim ki, bu gün  sizə ətraflı olaraq Lerik rayonunu ibtidai icma dövrünə döndərən məsul şəxslər haqqında bu yazımla ətraflı məlumat verim ki, siz də həmin şəxsləri tanıyasınız. Bir zamanlar Lerik gözəlliyi ilə göz oxşayırdı, o məkana qədəm qoyanlar xoş təəsüratlarla geri qayıdırdılar.
     Lakin uca dağların zirvəsində yerləşən, saf təbiəti ilə göz oxşayan Lerik rayonundan bu gün o gözəllik və o əzəmət qalmayıb desək tam yerinə düşər. Bir media nümayəndəsi kimi bu yazını qələmə almaqda məqsədim, adı qalıb gözəlliyini itirmək təhlükəsində olan rayonumuzun əvvəlki  gözəlliyini geri qaytarmaqdı. Doğulub boya başa çatdığım Lerik rayonuna bu yazımla, sizinlə birlikdə səyahət etmək  istəyirəm.
    Belə ki, əvvəlcə İcra başçısı başda olmaqla rayonun təşkilat və qurum rəhbərlərinin rayona necə qənim kəsilməklərindən başlamaq istəyirəm. 2007-ci ildə Dövlət başçısının Sərəncamı ilə rayona icra başçıcı təyin edilən Rövşən Bağırovun,  15 ildir ki, rayonu bərbad günə salmaqdan başqa bir iş gördüyünün şahidi olmadıq. Rayonun zəhmətkeş sakinləri dərdlərini demək üçün rayon icra hakimiyyətinə üz tutsalarda, günlərlə icra başçısının qapısının arxasında gözləməli olurlar və çarəsiz qalan vətəndaş az qala növbəyə yazılmaq üçün əl-altılarından xahiş - minnət etmək məcburiyyətində qalır. Heç bu addımlarla da dərdli sakin icra başçısı ilə görüşə nail ola bilmir.  Çünki icra başçısı özünü bu rayonun ağası kimi insanlara tanıtdırıb və onunla görüşmək üçün xüsusi statusa malik olmalısan.
    Digər tərəfdən bu rayona gəlib-gedən turistlər və yerli qonaqlar da rayona ayaq basan andan çaşbaş vəziyyətdə qalırlar. Rayonun avtovağzalı olmadığından paytaxt Bakıya yola düşən kiçik və böyük tutumlu avtobusların harda dayandığını belə  bilmək olmur.Rayonda Müalicə və Diaqnostika Mərkəzi yoxdur. Hələ bu harasıdı, rayonun mərkəzi küçələrində işıqforlar demək olar ki yoxdur. Piyadalar yolu qorxa-qorxa keçirlər ki, hansısa sürücünün qurbanına çevrilə bilərlər. Elə sürücülərdə bu təhlükədən eyni hissləri yaşayırlar.  Qəhrəmanlığı və şücaəti ilə seçilən rayonun gəncləri bilmirlər ki, idman məşqləri etmək üçün hara üz tutsunlar. Rayonda İdman Kompleksi belə yoxdur. Rayonun sahibkarları belə bu rayonun ağazından dadü-fəryad edir.  Mərkəzi Lerikdə vəziyyət olduqca acınacaqlıdır və bunun üzərində çox da dayanmaq istəmirəm.
     İstəyirəm ki,  bu  yazımla siz dəyərli oxucuları  rayonun kəndlərində olan real vəziyyətlə də tanış edim.


    Başlayaq rayonun Orand, Şinəbənd, Zərdəbərə, Kekonu və Nuravud kəndlərindən.  Bu kəndlərin yollarını görəndə adamın lap ağlamağı gəlir. Qış aylarında bu kəndlərin yolları bərbad halda olur. Yağan yağış suları yollarda gölməçələr və palçıq qatları əmələ gətirir. İndi gəl bu kəndlərin palçıqlı yollarında maşınla və yaxudda piyada hərəkət elə. Bir sözlə, qışda sanki kənd sakinlərinin şəhərlə əlaqələri təmamilə  kəsilir. Yazımın bu yerində bir məqamı qeyd etsəm yerinə düşər. Prezident İlham Əliyev cənabları Lerik rayonun kənd yollarının infrastrukturunun yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan 13 milyon manat pul ayırsa da bu  yolların vəziyyəti olduğu kimi qalmaqdadı.
    Belə ki, qeyd etdiyim kənd yolları 19 km olsa da, rayonun ağası hesab olunan icra başçısı Rövşən Bağırov  özündən kəşf qaydalara uyğun 21 km yolu  artırıb. Amma, əsaslı asvalt örtüyü vurulan zaman yolun 7 km-i siyahıdan silinib və bununla da görülməli olan işləri bitmiş hesab edib. Bu kəndlərin biçarə sakinləri dəfələrlə icra başçısının qəbuluna getsələrdə, özünü rayonun ağası hesab edən icra başçısı Rövşən Bağırov  boş və real olmayan  vədlər verməklə insanları yola salır. Rayonun sakinləri Prezident İlham Əliyevə şikayət məktubları ünvanlasalarda, müraciətlər cənab Prezidentə çatdırılmadığından  rayonun dərdinə yanan da yoxdur. Kağız üzərində icra başçısı olan Lerik rayonu əslində bu gün  başsız qalıb.
    İstəyirəm bir az da irəli gedib bu rayonun icra baçısının əmrlərinə müntəzər olan  bir neçə məmurlarla  da sizi yaxından tanış edəm.

    Elə başlayaq birinci icra başçısının sağ əli olan Cəlil Baxşıyevdən.  Bu şəxs rayonda birinci müavin olaraq hansı işləri görüb?  Maraqlısı odur ki, bu şəxs sərtliyi ilə insanlarda ağanın vəziri obrazını yaradıb. Vətəndaşlar ağasından narazı olduqları kimi, elə vəzirindən də narazıldırlar. Bu şəxsin qanunsuz hərəkətləri ilə bağlı rayonda çox iddialı olanlar var. Ərazi icra nümayəndəliklərində baş verənlər, rayonda təmizlik və abadlıq işlərini həyata keçirən idarədə baş verənlər, kənd mədəniyyət evlərində baş verənlər və sair. Hətta 9 qardaş və daha neçə qardaş tipli restoranlara sahib olmalarından da danışanlar var. Bütün bu faktlarla bağlı araşdırmalarımız hələ ki, davam edir və növbəti yazımda həmin faktları oxucularımıza olduğu kimi təqdim edəcəyəm. Birinci müavin olaraq bu şəxs də  rayonda icra başçısı ilə birgə  insanlar üzərində hökmranlığını istədiyi kimi, yuxarıdan aşağıya baxma prinsipi ilə həyata keçirir. Cəlil Baxşıyevdən geri qalmayan Əli Pənah Bayramov da öz şəxsii prinsipləri ilə bu rayonu idarə edir. Sanki, rayonun icra başçısı başda olmaqla bu şəxslər Lerik rayonunu özlərinin şəxsi mülkləri hesab edirlər. Özü də bunu çəkinmədən edirlər.   İstərdim ki, bir məqama da toxunub  bilmədiyiniz bir neçə sirri açam. Sosial şəbəkədən də məlum olduğu kimi, rayonun abadlığı və inkişafı üçün ayrılmış vəsait hesabına alınmış tikinti materiallarının rəngi dəyişdirilərək "Doqquz Qardaş” istirahət mərkəzinin tikintisi üçün satılması iddia olunur. Bu istirahət mərkəzi həqiqətən də mövcuddur və insanların hamısı bu Mərkəzin Cəlil Baxşiyevə məxsus olduğunu bilirlər.  Bu rayonu şəxsi gəlir mənbəyinə çevirən sözügedən bu məmurların əməlləri  bununla da bitmir. Məlumata görə icra başçısı və rayonun digər ağa məmurları Yaponiya səfirliyinin inşa etdiyi məktəbdə də başqa nüanslar mövcuddur. Azərbaycanın qurucusu olan Ulu Öndər Həydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına da bu rayonda ayrıca bir xoşagəlməz diqqət var. Belə ki, qeyd etdiyim partiyanın bir əsaslı binasıda bu rayondadı. Bundan başqa bu rayon üçün ayrılmış Toyota Camry 43 AA 003 dövlət nişanlı avtomobil də ərzaq məhsullarının daşınmasında istifadə olunur.


     Əziz oxucular, mən, sadəcə görüb, şahidi olduqlarımın bir hissəsini qələmə aldım. İnanıram ki, bu yazımdan sonra Cənab Prezident İlham Əliyev rayonda at oynadan icra başçısı Rövşən Bağırov başda olmaqla onun hegomon əlaltıları barədə ciddi ölçü götürəcək. Düşünürəm ki, rayonda ciddi araşdırmalara başlanılmalıdır. Cənab Prezidentin "jurnalistlər mənim köməkçilərimdir” prinsipinə dayanaraq, Lerik rayon İcra hakimiyyətinin başçısına və onun əlaltılarına səslənirəm.  Unutmayın, haqsızlığa uğrayan Lerik sakinlərinin  problemləri həll olunana qədər, baş verənlərdən Cənab Prezident məlumatlı olana qədər mənim haqlı mübarizəm davam edəcək.  
    İlqam Cəbiyev. 





     
     
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 427


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    "Ölkə başçısı Əfv Fərmanı ilə hər bir kəsin problemləri üçün çalışdığını göstərir" AÇIQLAMA-ÖZƏL Baş həkim Göyçay RMX-nı "kolxoz bazarı"-na çöndərib - Korrupsiya, özbaşınalıq.... İTTİHAM Prezident İlham Əliyev əfv sərəncamı imzaladı Belə addımlar xəyanət kimi qəbul ediləcək - Prezident Pensiyaların ödəniş günləri rayonlar üzrə dəyişdi - Siyahı Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu Dövlət muzdlu işçilərə də pul ödəyəcək Şimalda korona təhlükəsi: Nəzarətsiz mərhələ başladı Moskvanın Təcili Yardım Xidmətinin baş həkim müavini koronavirusa yoluxdu Bu tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək “Aztəminatlı insanlarımızın indiki məqamda daha çox qayğıya ehtiyacı olduğunu düşünürük" -Arzu Bağırova Koronavirus heyvanlar arasında da yayılır Xaçmazda ağır qəza: Ölü və yaralı var Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı Biz evdəyik, onlar işdə -ANA RADİOMUZUN “SƏHƏR”İ "Günəmuzd işləyənlərin hazırda evdə olduğunu və qazanclarının kəsildiyini nəzərə almalıyıq" -Millət vəkili Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası açıqlandı - FOTO “Jurnalistlərin sərbəst hərəkəti ilə bağlı anlaşılmazlıq aradan qaldırılmalıdır” – ekspert Qərargah: Bundan sui-istifadə edənlər ciddi cəzalanacaq Q.Paşayeva MM-də çətin vəziyyətə düşən insanlarla bağlı şirkətlərə, imkanlı şəxslərə çağırış edib. Qənirə Paşayeva Tovuz rayonundakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bayram sovqatı göndərib Bakıda əhaliyə daha bir qadağa Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir COVID-19-dan qoruyan məhsulların siyahısı AÇIQLANDI Koronavirusa yoluxanlar: onları diqqətlə dinləyin – VİDEO Hazırda ən pis böhranla üz-üzəyik – Baş nazir “Tunel-Metro İnşaat“ MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 000 AZN yardım göstərmişdir. "Biz birlikdə güclüyük"!- Milli QHT Forumu ölkə ictimaiyyətinə müraciət etdi Gürcüstanda 5 uşaq koronavirusa yoluxdu Ucarda 60 yaşlı kişi qonşusunu "lapatka" ilə öldürdü Ermənistanda hərbçilər koronavirusa yoluxdu İşçiləri ixtisar edənlərə qarşı ciddi tədbirlər görüləcək - Nazirlik rəsmisi İtaliyada koronaviruslu xəstələrin olduğu xəstəxanadan görüntülər - VİDEO Hökumət dəstək tədbirlərini müəyyən edərkən hansı sahibkarlara üstünlük verəcək? Ceyhun Bayramov #TəmizƏllər kampaniyasına qoşuldu - VİDEO Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? — DİN-dən AÇIQLAMA Karantin rejimində vəziyyət necə olacaq – Bütün sualların cavabı bu yazıda Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılıb Koronavirusun yeni simptomları meydana çıxdı Nazirlər Kabineti Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi - RƏSMİ Teledərslərə yenidən start verilir: Sabahın cədvəli “Nar”dan möhtəşəm dəstək: 500 min ianə, pulsuz rabitə... Fərman: ödədiyiniz məbləğin bu hissəsi geri qayıdacaq Almaniyada koronavirusa yoluxanların sayı 22 mini ötdü Azərbaycan jurnalistlərinə koronavirusla bağlı MÜRACİƏT Koronavirusa yoluxan futbolçudan açıqlama - “Gözlərim alışırdı” Azərbaycanda Yoluxucu Xəstəliklər Xəstəxanasında dörd yaşlı uşaq öldü Koronovirus üçün ayrılmış 1 milyard necə xərclənəcək? Azərbaycanda polisə aparılan 70 yaşlı kişi keçindi Çində güclü zəlzələ: Tələfat və dağıntı... Əgər elan olunan qaydalara kimsə əməl etməsə... – İlham Əliyev Koronaya yoluxan türk general öldü Ucarda 4 uşaq atası özünü güllələdi “Nar+” tətbiqini yüklə və hədiyyə qazan! Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət etdi Mənsimov cəza evindən açıqlama yaydı: Aclıq elan etdi... - Video Karantin rejimlərini pozanlara sərt cəzalar veriləcək Millət vəkili Qənirə Paşayeva ictimai təhlükəsizliyə təhdid yaradan informasiyalarla mübarizə istiqamətində vacib təkliflərlə çıxış edib. İtaliyada bu gün 349 nəfər dünyasını dəyişdi Türkiyədə bu gecədən bütün məkanlar bağlanır “Nar”abunəçilərinin internetdən istifadəsi 65% artıb Prezident Sahil Babayevi qəbul etdi Deputat Ermənistanla həmsərhəd olan ərazilərdə iqtisadi zonaların yaradılmasını təklif etdi Universitetlərə sənəd qəbulunun vaxtı dəyişdirildi Xaricdəki azərbaycanlılar bir-birinə belə dəstək oldu-Video Şəmkirdə azyaşlını maşın vurub. “Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur” - Elman Rüstəmov Faiz dərəcəsi ciddi şəkildə endirildi - Dollarla bağlı yeni xəbər Nigeriyada neft borusunda partlayış: çoxlu sayda ölənlər var – VİDEO Türkiyədə bütün əyləncə mərkəzləri bağlanacaq Qaydaları pozan restoranların fəaliyyətinə qadağa qoyuldu - RƏSMİ Operativ Qərargah vətəndaşlara növbəti dəfə müraciət etdi Qazaxıstanda da fövqəladə vəziyyət elan olundu İranın vitse-prezidenti sağaldı Muxtar Babayev yeni rəis təyin etdi Azərbaycanlı gənc o universitetə qəbul oldu - Məzunu 88 min maaş alır “Azəriqaz”dan xəbərdarlıq: Bu ərazilərdə xidmətlər məhdudlaşdırılacaq Koronavirusa görə əhali üçün bu xidmət işə salınır Hüseynqulu Bağırov həbs ediləcək Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq. İrəvanın qorxulu röyası - Azərbaycan işğalçını Türk silahları ilə vuracaq İtaliyada koronavirusdan ölənlərin sayı 1266 nəfərə çatıb Deputat sayı artırıla, seçki sistemi dəyişə bilər – Sensasiya ABŞ-da koronavirusa yoluxanların sayı 2 mini ötdü 8-ci böyük böran gəlir: Bu ölkədən başlayacaq Dərslər yenə təxirə salına bilər` Azərbaycanda soyqırım haqqında qanunun qəbul edilməsi təklif olunur Ərdoğan xarici səfərləri təxirə salıb Hər bir deputat ayda 2 dəfədən az olmayaraq seçicilərin görüşünə gedəcək - ÖZƏL Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu Milli Məclis bu gün toplaşır – Deputatlara vəsiqə veriləcək Baş nazirdən QƏRAR - Onlar 10 il müddətinə vergidən azad edildilər İspaniyada daha bir nazirdə koronavirus tapıldı Azərbaycanda gənc qız burun əməliyyatı zamanı öldü Qənirə Paşayeva “Beynəlxalq Mahmud Kaşqari Mükafatı” ilə təltif edilib. Uşaqların düzgün qidalanmaması nələrə səbəb ola bilər? Q.Paşayeva Milli Qəhrəman ailələri ilə görüşüb Daha 3 ölkə Rusiyaya neft müharibəsi elan etdi Vaşinqtonda fövqəladə vəziyyət elan edildi Sahibə Qafarovadan spiker kimi ilk AÇIQLAMA
    File engine/metagen.php not found.