"İraq mətbuat tarixi" kitabı ictimaiyyətə təqdim edildi


    "İraq mətbuat tarixi" kitabı ictimaiyyətə təqdim edildi və  İraq türkmanları soydaşlarımızla əməkdaşlığın genişləndirilməsinin vacibliyi müzakirə olundu.  

    Regional Hüquqi və İqtisadi Araşdırmalar İctimai Birliyinin   təşkilatçılığı ilə "Azərkitab” Kitab Təbliğatı Mərkəzində "İraq mətbuat tarixi" (1869-2019) kitabı təqdim edildi. Tədbiri giriş sözü ilə açan Regional Hüquqi və İqtisadi Araşdırmalar İctimai Birliyinin   İctimai Birliyinin sədri Arzu Bağırova İraqın Azərbaycan üçün dost ölkə olduğunu bildirdi.


    O, öz fəaliyyyəti ilə iki ölkə arasında dostluğa töhfə verən dəyərli ziyalı, bir çox kitabların müəllifi, doktor Şəmsəddin Kuzəçinin kitabının nəşrini həyata keçirməkdən  və ictimaiyyətə təqdim etməkdən məmnun olduğunu vurğuladı: "Tarixən İraqla hər zaman yaxın əlaqələrimiz olub və bu bu gün də ziyalılarımızın simasında davam edir. Bu cür tədbirlər əlaqələrimizi daha da möhkəmləndirir, Azərbaycanı İraqa, İraqı Azərbaycana daha da doğmalaşdrır. Professor Qəzənfər Paşayevin "Altı il Dəclə Fərat sahilində" kitabı bizə İraqı daha çox sevdirən və tanıdan kitab kimi bu gün də sevilir və oxunur. Ümid edirik ki, təqimatına toplandığımız bu kitab da ictimaiyyət, xüsusilə də media nümayəndələri üçün maraqla qarşılanacaq."  


    Kitabın müəllifi Şəmsəddin Küzəçi bildirdi ki, kitab  gərgin araşdırmalar, uzun zaman ərzində ərsəyə gəlib.   İstər İraqda, Kərkükdə, istərsə də Türkiyədə jurnalistika fəaliyyəti dövründə apardığı araşdırmaların nəticəsinin kitabda toplandığını qeyd etdi. İraq türkmanlarının və Azərbaycan xalqının eyni soydan gəldiyini, ortaq mədəniyyətin, dilin, folklore malik olduqlarını xatırladan müəllif  Kərkük xoryat və manilərinin Azərbaycanda da məşhur olduğunu, azərbaycanlı sənətkarlar tərəfindən sevilərək ifa edildiyini qeyd etdi.  Kitab müəllifi tarixin müxtəlif dövrlərində İraq  mediasının keçdiyi mərhələlərdən söz açdı, bütün dövrlərdə jurnalistlərin cəmiyyətdə baş verən hadisələri işıqlandırmaq istəyi və mübarizə əzminin  olduğunu vurğuladı.


     İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri professor  Fadil Al-Şuveyli  nəşr edilmiş kitabı yüksək qiymətləndirdi və bu cür təşəbbüslərin İraq və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcəyini vurğuladı.

    Mətbuat Şurasının sədri, kitabın ön sözünün müəllifi Əflatun Amaşov 150 illik İraq mətbuat tarixinin bu kitabda əks olunduğunu söyləyərək çoxsaylı dəyərli mənbələr əsasında əhəmiyyətli nəşr ərsəyə gətirildiyini qeyd etdi. Kitabı İraq jurnalistikasını öyrənmək üçün əsas ensklopedik nəşr adlandıran Mətbuat Şurasının sədri kitabın İraq mətbuatı ilə daha yaxından tanış olmaq istəyənlər üçün dəyərli mənbə olduğunu əlavə etdi. Şəmsəddin Kuzəçinin bir ziyalı olaraq fəaliyyətinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə olduğunu əlavə etdi və yazıçıya yaradıcılığında uğurlar arzuladı.


    Milli Məclisin V çağırış üzrə üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva ərəbdilli ölkələr arasında Azərbaycana ən yaxın və doğma ölkənin İraq olduğunu xüsusi vurğuladı. İstər jurnalistlik fəaliyyəti dövründə, istərsə də Milli Məclis üzvü kimi dəfələrlə İraqda olduğunu bildirən Qənirə Paşayeva orada 3 milyon soydaşımızın-türkmanların yaşadığını xatırlatdı: "Bizim ədəbiyyatımızın, şeirimizin böyük ustadlarından olan Məhəmməd Füzuli, böyük alimimiz Nəsrəddin Tusi məhz İraq torpağında uyuyur. Azərbaycan İraqla münasibətlərin yüksək səviyyədə olmasına çox önəm verir. İraq da bu əlaqələrin daha da inkişafına diqqət edir. Müharibədən əvvəl və sonra da İraqda olarkən ziyalılar, rəsmilərlə görüşlərdə onların Azərbaycana olan xoş münasibətin, iki ölkə arasında əlaqələrin inkişafında istəkli olduqlarının şahidi olmuşam. İndi iki ölkə arasında açılan aviareyslər də  gediş-gəlişin, səfərlərin artmasına öz müsbət təsirini göstərir."
     İraq mətbuat tarixi ilə bağlı yazılmış bu kitaba, eləcə də Azərbaycan-İraq arasındakı dostluq əlaqələrinə və İraqda yaşayan soydaşlarımıza diqqət və həssaslıqla yanaşdıqları üçün iştirakçılara, Şəmsəddin Küzəçi başda olmaqla kitabda əməyi keçən şəxslərə və kitabın nəşr edilib ictimaiyyətə təqdim edilməsində Regional Hüquqi və İqtisadi Araşdırmalar İctimai Birliyinin rəhbəri Arzu Bağırovaya təşəkkür etdi. "Şəmsəddin bəylə bu kitab barədə söhbət edərkən Regional İqtisadi və Hüquqi Araşdırmalar İctimai Birliyinin sədri Arzu xanım onu nəşr və təqdimatını həyata keçirə biləcəyini söyləmişdi. Bu dəyərli təşəbbüsə görə təşəkkür edirəm. Kitaba Mətbuat Şurasının sədri Əflatun bəyin ön söz yazması ona ayrı bir daha anlamlı məna qatdı. Şəmsəddin bəyi uzun illərdir, tanıyıram. O, İraqla Azərbaycan arasında mənəvi körpülərin qurulması və gücləndirilməsində böyük əməyi olan ziyalılarımızdandır. Müntəzəm olaraq Azərbatcanın İraqda tanınması, oradakı soydaşlarımızın səsinin Azərbaycanda duyurulması üçün ziyalı, yazar olaraq bir çox işlər görüb. Ədəbi-mədəni əlaqələrin inkişafına töhfə verən layihələr bunlardandır. Sizi təbrik edirəm, hələ qarşıda yenə önəmli layihələr bizi gözləyir. Qeyd edim ki, Şəmsəddin bəy yeni kitab üzərində işləyir, ümid edirəm ki, onun da təqdimatına toplaşacağıq."

    Daha sonra çıxış edən kitabın redaktoru Azər Həsrət kitabın Azərbaycan mediası üçün əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, hər iki ölkə KİV-i arasında əlaqələrin intensivləşməsi və əməkdaşlıqların gücləndirilməsi olduqca önəmlidir.
    Kitabın digər redaktoru Atatürk Mərkəzinin şöbə müdürü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı"Vektor" nəşriyyatının rəhbəri Elçin İsgəndərzadə, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahirə Məmmədova, kitabı Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdıran Əfsanə Ələsgərli və digərləri çıxış edərək kitabla bağlı fikirlərini bildirdilər.  Sonda kitabın ərsəyə gəlməsində əməyi keçən şəxslərə, RHİM sədri Arzu Bağırovaya, millət vəkili Qənirə Paşayevaya və Kərkük Kültür Dərnəyinin  rəhbəri dr. Şəmsəddin Kuzəçiyə İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri professor  Fadil Al-Şuveyli  təşəkkürnamə təqdim edib. Kərkük Kültür Dərnəyinin  rəhbəri dr. Şəmsəddin Kuzəçi də kitabın hazırlanlamsı, çapı, təqdimatı və dərnəyə hər zaman dəstəyinə görə millət vəkili Q.Paşayevaya, RHİM sədri Arzu Bağırovaya  Kərkük Kültür Dərnəyi adından plaket və xidmət ödülü, Atatürk Mərkəzinin şöbə müdürü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalıya, kitabı türlkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdıran Əfsanə Ələsgərliyə, kitabın redaktoru Azər Həsrətə, Mətbuat Şurasının sədri Əflatun Amaşova, Azərikitab rəhbərliyinə isə təşəkkürnamə təqdim edib.  Daha  sonra müəllif kitabı oxucuları üçün imzaladı

     

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 276


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    "Ölkə başçısı Əfv Fərmanı ilə hər bir kəsin problemləri üçün çalışdığını göstərir" AÇIQLAMA-ÖZƏL Baş həkim Göyçay RMX-nı "kolxoz bazarı"-na çöndərib - Korrupsiya, özbaşınalıq.... İTTİHAM Prezident İlham Əliyev əfv sərəncamı imzaladı Belə addımlar xəyanət kimi qəbul ediləcək - Prezident Pensiyaların ödəniş günləri rayonlar üzrə dəyişdi - Siyahı Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu Dövlət muzdlu işçilərə də pul ödəyəcək Şimalda korona təhlükəsi: Nəzarətsiz mərhələ başladı Moskvanın Təcili Yardım Xidmətinin baş həkim müavini koronavirusa yoluxdu Bu tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək “Aztəminatlı insanlarımızın indiki məqamda daha çox qayğıya ehtiyacı olduğunu düşünürük" -Arzu Bağırova Koronavirus heyvanlar arasında da yayılır Xaçmazda ağır qəza: Ölü və yaralı var Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı Biz evdəyik, onlar işdə -ANA RADİOMUZUN “SƏHƏR”İ "Günəmuzd işləyənlərin hazırda evdə olduğunu və qazanclarının kəsildiyini nəzərə almalıyıq" -Millət vəkili Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası açıqlandı - FOTO “Jurnalistlərin sərbəst hərəkəti ilə bağlı anlaşılmazlıq aradan qaldırılmalıdır” – ekspert Qərargah: Bundan sui-istifadə edənlər ciddi cəzalanacaq Q.Paşayeva MM-də çətin vəziyyətə düşən insanlarla bağlı şirkətlərə, imkanlı şəxslərə çağırış edib. Qənirə Paşayeva Tovuz rayonundakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bayram sovqatı göndərib Bakıda əhaliyə daha bir qadağa Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir COVID-19-dan qoruyan məhsulların siyahısı AÇIQLANDI Koronavirusa yoluxanlar: onları diqqətlə dinləyin – VİDEO Hazırda ən pis böhranla üz-üzəyik – Baş nazir “Tunel-Metro İnşaat“ MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 000 AZN yardım göstərmişdir. "Biz birlikdə güclüyük"!- Milli QHT Forumu ölkə ictimaiyyətinə müraciət etdi Gürcüstanda 5 uşaq koronavirusa yoluxdu Ucarda 60 yaşlı kişi qonşusunu "lapatka" ilə öldürdü Ermənistanda hərbçilər koronavirusa yoluxdu İşçiləri ixtisar edənlərə qarşı ciddi tədbirlər görüləcək - Nazirlik rəsmisi İtaliyada koronaviruslu xəstələrin olduğu xəstəxanadan görüntülər - VİDEO Hökumət dəstək tədbirlərini müəyyən edərkən hansı sahibkarlara üstünlük verəcək? Ceyhun Bayramov #TəmizƏllər kampaniyasına qoşuldu - VİDEO Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? — DİN-dən AÇIQLAMA Karantin rejimində vəziyyət necə olacaq – Bütün sualların cavabı bu yazıda Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılıb Koronavirusun yeni simptomları meydana çıxdı Nazirlər Kabineti Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi - RƏSMİ Teledərslərə yenidən start verilir: Sabahın cədvəli “Nar”dan möhtəşəm dəstək: 500 min ianə, pulsuz rabitə... Fərman: ödədiyiniz məbləğin bu hissəsi geri qayıdacaq Almaniyada koronavirusa yoluxanların sayı 22 mini ötdü Azərbaycan jurnalistlərinə koronavirusla bağlı MÜRACİƏT Koronavirusa yoluxan futbolçudan açıqlama - “Gözlərim alışırdı” Azərbaycanda Yoluxucu Xəstəliklər Xəstəxanasında dörd yaşlı uşaq öldü Koronovirus üçün ayrılmış 1 milyard necə xərclənəcək? Azərbaycanda polisə aparılan 70 yaşlı kişi keçindi Çində güclü zəlzələ: Tələfat və dağıntı... Əgər elan olunan qaydalara kimsə əməl etməsə... – İlham Əliyev Koronaya yoluxan türk general öldü Ucarda 4 uşaq atası özünü güllələdi “Nar+” tətbiqini yüklə və hədiyyə qazan! Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət etdi Mənsimov cəza evindən açıqlama yaydı: Aclıq elan etdi... - Video Karantin rejimlərini pozanlara sərt cəzalar veriləcək Millət vəkili Qənirə Paşayeva ictimai təhlükəsizliyə təhdid yaradan informasiyalarla mübarizə istiqamətində vacib təkliflərlə çıxış edib. İtaliyada bu gün 349 nəfər dünyasını dəyişdi Türkiyədə bu gecədən bütün məkanlar bağlanır “Nar”abunəçilərinin internetdən istifadəsi 65% artıb Prezident Sahil Babayevi qəbul etdi Deputat Ermənistanla həmsərhəd olan ərazilərdə iqtisadi zonaların yaradılmasını təklif etdi Universitetlərə sənəd qəbulunun vaxtı dəyişdirildi Xaricdəki azərbaycanlılar bir-birinə belə dəstək oldu-Video Şəmkirdə azyaşlını maşın vurub. “Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur” - Elman Rüstəmov Faiz dərəcəsi ciddi şəkildə endirildi - Dollarla bağlı yeni xəbər Nigeriyada neft borusunda partlayış: çoxlu sayda ölənlər var – VİDEO Türkiyədə bütün əyləncə mərkəzləri bağlanacaq Qaydaları pozan restoranların fəaliyyətinə qadağa qoyuldu - RƏSMİ Operativ Qərargah vətəndaşlara növbəti dəfə müraciət etdi Qazaxıstanda da fövqəladə vəziyyət elan olundu İranın vitse-prezidenti sağaldı Muxtar Babayev yeni rəis təyin etdi Azərbaycanlı gənc o universitetə qəbul oldu - Məzunu 88 min maaş alır “Azəriqaz”dan xəbərdarlıq: Bu ərazilərdə xidmətlər məhdudlaşdırılacaq Koronavirusa görə əhali üçün bu xidmət işə salınır Hüseynqulu Bağırov həbs ediləcək Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq. İrəvanın qorxulu röyası - Azərbaycan işğalçını Türk silahları ilə vuracaq İtaliyada koronavirusdan ölənlərin sayı 1266 nəfərə çatıb Deputat sayı artırıla, seçki sistemi dəyişə bilər – Sensasiya ABŞ-da koronavirusa yoluxanların sayı 2 mini ötdü 8-ci böyük böran gəlir: Bu ölkədən başlayacaq Dərslər yenə təxirə salına bilər` Azərbaycanda soyqırım haqqında qanunun qəbul edilməsi təklif olunur Ərdoğan xarici səfərləri təxirə salıb Hər bir deputat ayda 2 dəfədən az olmayaraq seçicilərin görüşünə gedəcək - ÖZƏL Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu Milli Məclis bu gün toplaşır – Deputatlara vəsiqə veriləcək Baş nazirdən QƏRAR - Onlar 10 il müddətinə vergidən azad edildilər İspaniyada daha bir nazirdə koronavirus tapıldı Azərbaycanda gənc qız burun əməliyyatı zamanı öldü Qənirə Paşayeva “Beynəlxalq Mahmud Kaşqari Mükafatı” ilə təltif edilib. Uşaqların düzgün qidalanmaması nələrə səbəb ola bilər? Q.Paşayeva Milli Qəhrəman ailələri ilə görüşüb Daha 3 ölkə Rusiyaya neft müharibəsi elan etdi Vaşinqtonda fövqəladə vəziyyət elan edildi Sahibə Qafarovadan spiker kimi ilk AÇIQLAMA
    File engine/metagen.php not found.