ƏSGƏRİMİZƏ QİBTƏ ETMƏLİYİK!- İbrahim MƏSİMOĞLU yazır....

    ƏSGƏRİMİZƏ QİBTƏ ETMƏLİYİK!- İbrahim MƏSİMOĞLU yazır....


    Əsl insan övladı həm yaşamalı, həm də yaşatmalıdır. Şükürlər olsun ki, Qarabağ dərdimiz canüzücü dərdimizə çevrilsə də, Azərbaycan adlı sosial dünyamız mənəvi baxımından kəsirli deyil. Cəmiyyətimizin iki mühüm qüvvəsi kimi kişilərimiz də, qadınlarımız da öz fərqli dəyərləri ilə seçilir və ulu vətənimizi mərdanə yaşatmağa can atırlar. 


    Pozulmaz mənəvi dəyərləri müstəqil fəaliyyətində birləşdirən yurddaşlarımız ictimai həyatımızda xüsusi ad sahibi olur, üstün mövqe tuturlar. Söz yox ki, öz şəxsiyyətinə hörmət qoyan hər bir kəs qazandığı milli və şəxsi dəyərlərini daim qorumalı, daha dərin və ülvi məziyyətlərlə zənginləşdirməlidir. Bu gün yurda laqeydlik bizdən ötrü ölüm deməkdir. Kişi olan kəsin ən şərəfli qisməti ana vətənimizə əsgər olmaqdır. Obyektiv səbəblərə görə əsgərlik həyatını yaşamaq şansını əldə edə bilməyənləri də qınaya bilmərik. Bu da bir fərqli taledir. Hər qəlbin vətənimiz üçün öz töhfəsi var. Dar günümüzdə hamı sınaqdan çıxmaqdadır. Qaranlıq gecələr olmasaydı, bizə işıq verən ulduzları biz necə görüb sevə bilərdik?!

    Biz çox qürurlu bir xalq olaraq heç vaxt dədə-baba torpaqlarımızın işğalına dözən deyilik. Peşəkar zabit və əsgər potensialımızla yanaşı maddi-texniki bazamızın gücü daim artmaqdadır. Beşik başında ana laylası ilə yanaşı Babək öyüdü alan oğullarımız öz əsgərlik ömrünü ləyaqətlə yaşayırlar. Nə qədər işğal dərdi çəksək də müharibə xofu içimizə girməyə imkan tapa bilməyəcək. Xain qonşumuza qahmar çıxan dili uzun siyasətçilər dilindən, əli uzun olan ermənipərəstlər isə əlindən məhrum olacaqlar. Murdar xislətli səfeh hay liderləri, necə deyərlər, haydan gəlib vaya doğru gedirlər. İnşallah, mətin və basılmaz Azərbaycan əsgəri onların insanlığa yad olan kirli qanlarını çox axıdacaq və qəti qələbəmiz üçün bütün real imkanlarımız tezliklə gerçəkləşəcəkdir. İkili standart bəlası cövlan edən beynəlxalq siyasi arenada bizə tuş gələn qaranlıq kölgələr Ali Baş Komandanımızın kəsərli söz qılıncının işığı ilə boğulacaqdır.

    Ötən il Müdafiə naziri Zakir Həsənovun ordumuzun şəxsi heyətinəünvanladığı müraciət yaxşı yadımızdadır: "Ölkəmiz neçə illərdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün səylərini əsirgəmir. Çox təəssüf ki, ikili standartlara yol verən nüfuzlu dövlətlərin və beynəlxalq qurumların rəsmiləri işğalçı Ermənistana təsir göstərməkdənsə, beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərimizin işğal altında qalmasına göz yumurlar. Belə bir vəziyyətdə sülh danışıqları nəticə verməzsə, Azərbaycan münaqişənin hərbi yolla həllinə məcburdur və öz ərazilərini hərbi güc tətbiq etməklə işğaldan azad etməlidir. Bu gün siyasi-iqtisadi, həmçinin hərbi potensialına görə regionda lider olan ölkəmiz bu məsələni həll etmək üçün kifayət qədər gücə malikdir. Hörmətli Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir".

    Əlbəttə, çox mükəmməl bir müraciətdir. Qoy, düşmən papağını qarşısına qoyaraq düzgün qərar çıxarmaq barədə düşünsün. Yoxsa ikinci aprel tufanı qopacaq. Düşməni qana bulayacaq kinimiz heç vaxt susan deyil. Savaş meydanında qana qan almağa daim hazırıq!...

    Düşmənimiz bizə və dünyaya yaxşı bəllidir. Siyasətbaz erməni sarsaqlığı, murdar daşnak siması, başıpozuq erməni əsgəri ilə bağlı informasiyalar sosial şəbəkədə daim yayılmaqdadır. Bu günlərdə yelbeyin bir erməni əsgəri tərəfindən internetdə paylaşılan videosüjet çox gülünc mənzərə doğurur. Ehtimal edilir ki, həmin video Talış kəndi istiqamətində qurulmuş ön xətt istehkamında çəkilmişdir. Erməni əsgər heç bir hərbi taktiki tələblərə əməl etmədən pulemyot silahından bizim tərəfə fasiləsiz atəş açarkən tez-tez yerində səndələyirdi. Az qalırdı ki, yıxılsın. Zahirən hiss edilirdi ki, sərxoş haldadır. Atəşi baş qaldırmadan icra edir və hədəfi dəqiq müəyyən etmədən güllə sandığını boşaldırdı. Bu, iyrənc düşmən içalatını açıqlayan adi bir səngər faktıdır. Görün axmaq, biçarə və döyüşçü görkəmi olmayan bir erməni əsgəri düşkün ədalarla gözümüz qarşısında necə canlanır. Üstəlik səngərdə belə sərbəst çəkiliş aparılırsa, o zaman hansı hərbi intizam şəraitindən söz açmaq olar. Düşmən belə bir fərsiz döyüşçü heyəti ilə bizim qarşımızda duruş gətirə bilərmi?!

    Ötən hər gün bizi qələbəyə doğru aparır. Nakişiliyi üstün tutan uğursuz düşmənin canından can almağa az vaxt qalıb. Əfsus ki, düşmənin qəlbinə iti bir xəncər kimi sancılmaq əvəzinə öz əhvalımızı öz içimizdən pozmağa can atanlar da var. Belə cəhdlərə nə ad qoyaq?! "Xainliyinizdən vaz keçin” deməyə də dilimiz gəlmir. Axı, siz də bizlərdənsiniz. Şəxsi ambisiyaları, siyasi mənafeləri, qərəzli münasibətləri biryolluq tərgidin, boş və mənasız sözatmalarala düşməni özümüzə güldürməyin. Sizlərin böhtanlı söz-söhbəti ciyərimizi toz-torpağa bürüyür. Sizlərə üz tutarkən nə qədər təmkinli mövqe tutsaq da, içimiz içimizi gəmirir. Gəlin heç bir halda şeytanla bazarlıq etməyin. Ordunun bahadarlığını şübhə altına almaq deyin görüm kimə nə verir? İnanın ki, əvvəlki Qarabağ savaşlarında ordumuz indiki qədər güclü olmayıb. İndi biz təkcə arxalı düşmənə qarşı deyil, dünya orduları üzrə sayılıb-seçilən bir qüdrətli orduya sahib çıxmışıq. Ordu rəhbərlərimiz kamil, generallarımız döyüş təcrübəli, əsgərimiz isə basılmazdır!


    Möhtərəm yurdsevər xalqımız, yurd qayəli sözümüz Sizlərədir! Allaha əmanət olun, gəlin mərdanə surətdə qalibiyyət ruhlu bəxtiyarlığımıza sahib olaq! Bizim ən güclü silahımız vətən sevgisidir. O müqəddəs və ülvi sevgini yaşadan Azərbaycan əsgəridir. Biz həmişə göydə uca Allahımıza, yerdə isə bu gün bizləri hifz edən öz əsgərimizə qibtə etməliyik!

    İbrahim MƏSİMOĞLU

    müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 978


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    COVID-19-dan qoruyan məhsulların siyahısı AÇIQLANDI Koronavirusa yoluxanlar: onları diqqətlə dinləyin – VİDEO Hazırda ən pis böhranla üz-üzəyik – Baş nazir “Tunel-Metro İnşaat“ MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 000 AZN yardım göstərmişdir. "Biz birlikdə güclüyük"!- Milli QHT Forumu ölkə ictimaiyyətinə müraciət etdi Gürcüstanda 5 uşaq koronavirusa yoluxdu Ucarda 60 yaşlı kişi qonşusunu "lapatka" ilə öldürdü Ermənistanda hərbçilər koronavirusa yoluxdu İşçiləri ixtisar edənlərə qarşı ciddi tədbirlər görüləcək - Nazirlik rəsmisi İtaliyada koronaviruslu xəstələrin olduğu xəstəxanadan görüntülər - VİDEO Hökumət dəstək tədbirlərini müəyyən edərkən hansı sahibkarlara üstünlük verəcək? Ceyhun Bayramov #TəmizƏllər kampaniyasına qoşuldu - VİDEO Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? — DİN-dən AÇIQLAMA Karantin rejimində vəziyyət necə olacaq – Bütün sualların cavabı bu yazıda Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılıb Koronavirusun yeni simptomları meydana çıxdı Nazirlər Kabineti Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi - RƏSMİ Teledərslərə yenidən start verilir: Sabahın cədvəli “Nar”dan möhtəşəm dəstək: 500 min ianə, pulsuz rabitə... Fərman: ödədiyiniz məbləğin bu hissəsi geri qayıdacaq Almaniyada koronavirusa yoluxanların sayı 22 mini ötdü Azərbaycan jurnalistlərinə koronavirusla bağlı MÜRACİƏT Koronavirusa yoluxan futbolçudan açıqlama - “Gözlərim alışırdı” Azərbaycanda Yoluxucu Xəstəliklər Xəstəxanasında dörd yaşlı uşaq öldü Koronovirus üçün ayrılmış 1 milyard necə xərclənəcək? Azərbaycanda polisə aparılan 70 yaşlı kişi keçindi Çində güclü zəlzələ: Tələfat və dağıntı... Əgər elan olunan qaydalara kimsə əməl etməsə... – İlham Əliyev Koronaya yoluxan türk general öldü Ucarda 4 uşaq atası özünü güllələdi “Nar+” tətbiqini yüklə və hədiyyə qazan! Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət etdi Mənsimov cəza evindən açıqlama yaydı: Aclıq elan etdi... - Video Karantin rejimlərini pozanlara sərt cəzalar veriləcək Millət vəkili Qənirə Paşayeva ictimai təhlükəsizliyə təhdid yaradan informasiyalarla mübarizə istiqamətində vacib təkliflərlə çıxış edib. İtaliyada bu gün 349 nəfər dünyasını dəyişdi Türkiyədə bu gecədən bütün məkanlar bağlanır “Nar”abunəçilərinin internetdən istifadəsi 65% artıb Prezident Sahil Babayevi qəbul etdi Deputat Ermənistanla həmsərhəd olan ərazilərdə iqtisadi zonaların yaradılmasını təklif etdi Universitetlərə sənəd qəbulunun vaxtı dəyişdirildi Xaricdəki azərbaycanlılar bir-birinə belə dəstək oldu-Video Şəmkirdə azyaşlını maşın vurub. “Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur” - Elman Rüstəmov Faiz dərəcəsi ciddi şəkildə endirildi - Dollarla bağlı yeni xəbər Nigeriyada neft borusunda partlayış: çoxlu sayda ölənlər var – VİDEO Türkiyədə bütün əyləncə mərkəzləri bağlanacaq Qaydaları pozan restoranların fəaliyyətinə qadağa qoyuldu - RƏSMİ Operativ Qərargah vətəndaşlara növbəti dəfə müraciət etdi Qazaxıstanda da fövqəladə vəziyyət elan olundu İranın vitse-prezidenti sağaldı Muxtar Babayev yeni rəis təyin etdi Azərbaycanlı gənc o universitetə qəbul oldu - Məzunu 88 min maaş alır “Azəriqaz”dan xəbərdarlıq: Bu ərazilərdə xidmətlər məhdudlaşdırılacaq Koronavirusa görə əhali üçün bu xidmət işə salınır Hüseynqulu Bağırov həbs ediləcək Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq. İrəvanın qorxulu röyası - Azərbaycan işğalçını Türk silahları ilə vuracaq İtaliyada koronavirusdan ölənlərin sayı 1266 nəfərə çatıb Deputat sayı artırıla, seçki sistemi dəyişə bilər – Sensasiya ABŞ-da koronavirusa yoluxanların sayı 2 mini ötdü 8-ci böyük böran gəlir: Bu ölkədən başlayacaq Dərslər yenə təxirə salına bilər` Azərbaycanda soyqırım haqqında qanunun qəbul edilməsi təklif olunur Ərdoğan xarici səfərləri təxirə salıb Hər bir deputat ayda 2 dəfədən az olmayaraq seçicilərin görüşünə gedəcək - ÖZƏL Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu Milli Məclis bu gün toplaşır – Deputatlara vəsiqə veriləcək Baş nazirdən QƏRAR - Onlar 10 il müddətinə vergidən azad edildilər İspaniyada daha bir nazirdə koronavirus tapıldı Azərbaycanda gənc qız burun əməliyyatı zamanı öldü Qənirə Paşayeva “Beynəlxalq Mahmud Kaşqari Mükafatı” ilə təltif edilib. Uşaqların düzgün qidalanmaması nələrə səbəb ola bilər? Q.Paşayeva Milli Qəhrəman ailələri ilə görüşüb Daha 3 ölkə Rusiyaya neft müharibəsi elan etdi Vaşinqtonda fövqəladə vəziyyət elan edildi Sahibə Qafarovadan spiker kimi ilk AÇIQLAMA Əli Əsədov dollarla bağlı əhaliyə çağırış etdi Polşada da məktəblər koronavirusa görə bağlandı Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM Toylar da təxirə salınacaq? - VİDEO Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri oldu MM-in komitə sədrləri məlum oldu - Tam siyahı Bu gün Yel çərşənbəsidir YAP-çı və bitərəf deputatlar toplandı: MM rəhbərliyi bilinəcək Fransada nazir koronavirusa yoluxdu Azərbaycanlı tələbədən təsirli şeir: "Duyğularım əzik-əzik..." Tibbi maskaları baha qiymətə satan bir neçə dəstə saxlanıldı - Fotolar Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq ABŞ-da yeniyetmələr qızı vəhşicəsinə döydü - VİDEO Türkiyə sərhədində dəhşət yaşanır: yüzlərlə yaralı... "Real" "Betis"ə uduzdu Nigeriyada futbolçu oyun zamanı dünyasını dəyişdi – VİDEO Hindistanda insanlar viruslardan qorunmaq üçün peyin vannaları qəbul edir – VİDEO ABŞ Polşaya 100 milyonluq silah yerləşdirəcək Mingəçevirdə məcburi köçkünlərin binasında yanğın - Video Prezident Administrasiyası fəaliyyətini məhdudlaşdırdı - Gürcüstanda Azərbaycan qadınının Mehriban siması İrana koronavirus şoku: Daha 50 nəfər… Ərdoğan Putinin diqqətinə çatdırdı: Hərbi gücdən istifadə...
    File engine/metagen.php not found.