ERMƏNİ ATOYNATMA SƏHNƏSİ ÇOX ÇƏKƏN DEYİL

    ERMƏNİ ATOYNATMA SƏHNƏSİ ÇOX ÇƏKƏN DEYİL


    Qəlbimizi sıxan Dağlıq Qarabağ yarası ağzı açıq yara kimi tez-tez mikroblanır. Yaxşı bilirik ki, o mikrobların neçə-neçə növü içimizə daim daraşmaqdadır. Birinin kökü kəsiləndə digəri baş qaldırır. Mübarizə sönmür. Yaxşı ki, antimikroblarımız  tükənmir. Dözümlü və mətin xalqımızın əksər hissəsi bu yaranın sağalması üçün çox cəhd göstərir, mərd oğullarımız səngər şəraitində cavab məqamı yetişdikcə ağlı azmış dığaları susdurur, bəzən isə yurdumuzun eşqinə öz şirin canını qurban verirlər. Beynəlxalq aləmdə dövlətimiz şərçi və ikiüzlü xristiansevər siyasi qüvvələrə qarşı ucanmadan mübarizə aparır, böyüklü-kiçikli bütün erməniləri himayə edən xarici qurumlara siyasi dərs verir, ordumuz isə hər an, hər dəqiqə düşməndən intiqam almaq həsrəti ilə hücum əmri gözləyir.

          

    Qüdrətli ordumuzun güclü orqanizminə mikrob salmağa cəhd edənlər daha əvvəlki kimi öz istəyinə nail ola bilmirlər. Siyasi mübarizədə məğlubiyyət acısı yaşayan rəqiblərimizin şəxsi ambisiyaları onların iç dünyasını yaman günə salır. Onlara hey başa salmaq istəyirik ki, vətən söhbətində gəlin ayrıseçkilik salmayın, bizim bir Azərbaycanımız var, bir tarixi düşmənimiz var, ağdan qara çıxmaz, qaradan da ağ olmaz. Bəziləri yalnız pişiyin çıxarda biləcəyi səsə malikdirlər. Azacıq miyovuldayıb susurlar. Bəziləri it səsi çıxartmağa güc tapsalar da, quyruqları çox əsir. Vallah, mən ordumuza qarşı daxili rəqibləri əslində elə kəskin rəqib gözündə görmürəm. Hər halda onlar da biz yediyimiz çörəyi yeyir, içdiyimiz susyu içirlər. Nəfəsimiz bir-birinə yad deyil.


     Haçansa, haqq yoluna gələcəklər. Unutmayaq ki, bu haqq dünyasında bizə qənim kəsilən bir nahaqq qüvvə var. O da nasist erməni qövmüdür. Hələ ki, fürsət var ikən ulu və mərd nəfəsli Azərbaycanımıza qarşı Dağlıq Qarabağda at oynadırlar. Bilin ki, özgə güclərə dayaqlanan erməni atoynatma səhnəsi  çox çəkən deyil. Ona görə ki, biz çox qüdrətli bir orduya və mənəvi-psixoloji cəhətdən yüksək runlu döyüşçü heyətinə malik olmuşuq.

             Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə düşmənə əsaslı faktlarla cavab vermişdir: "2016-cı ildə Ermənistan dinc Azərbaycan əhalisinə qarşı hərbi təxribat törədib və bu təxribat nəticəsində bir neçə dinc vətəndaş həlak olub. Onların arasında uşaqlar da olub. Azərbaycan buna cavab olaraq uğurlu əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini, minlərlə hektar torpağı işğalçılardan azad etdi və o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu, bizim hərbi qələbəmiz idi. Növbəti hərbi qələbə 2018-ci ildə təmin edilmişdir. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 mindən çox hektar ərazi işğalçılardan, erməni silahlı qüvvələrindən təmizləndi və bir neçə önəmli strateji yüksəklik azad edildi. Bu yüksəkliklər imkan verir ki, biz Ermənistanın strateji kommunikasiyalarına tam nəzarət edə bilək. Bu, bizim ikinci hərbi qələbəmiz idi. Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə "Global Firepower 2019” hesabatıdır.”

            Açıqlanan həqiqətləri düşmən tərəfdə bilən az deyil. Sadəcə olaraq qanmayan çoxdur. Bu da onların genetikasından gələn bir mərəzdir. Erməni qan içində boğulanda yaxşı qanır.

           1993-94-cü illər ikinci Kəlbəcər əməliyyatında döyüş texnikalarımız kifayət qədər deyildi. Dağlıq ərazidə, xüsusən qış fəslində dağ aşırımlarında lazımi avadanlıq və texniki vasitələrin yoxluğu ucbatından hərəkət zamanı ağır itkilərə məruz qalırdıq. Bir tankımız Ömər aşırımından təxminən 100 metr irəli gedə bilmədi. Qəfil surətdə aşararaq dərin bir dərənin dibinə düşdü. Çünki aşırımda əmələ gələn yolun qalın buz qatı texnikanın gedişində kəskin sürüşkənlik yaratmışdı. Artilleriya divizionumuzun hərəkəti də xeyli çətinliklər törədirdi.
    ______________________

            Yaxşı xatırlayıram. NONA özüyeriyən artilleriya qurğusu hərbi əməliyyatlarımızın səmərəli və operativ təşkil edilməsində xüsusi rol oynayırdı. Onun köməyi sayəsində Yanşaq kəndində düşmənin iki PDM-ni vura bilmişdik. Texikanın çevikliyi piyadalarımızı çox ruhlandırırdı. NONA düşmən tankları ilə yaxşı mübarizə aparır, onun istehkamlarını dağıdır və canlı qüvvəsini məhv edirdi. Bu qurğu uzaq məsafədən, yəni ön atəş xəttinə çox yaxınlaşmadan atəş açaraq cəld yerini dəyişə bilirdi. Maşallah, indi NONA bizim ordumuz üçün köhnə bir qurğuya çevrilib. Yalnız saxlancda qalır. Döyüş texnikası parkımız həm böyüdülmüş, həm də modernləşdirilmişdir. İxtiyarımızda 6 yeni və müasir tələblərə cavab verən özüyeriyən qurğumuz var. Onlardan ikisi – "Qvozdika” və "Akasiya” özüyeriyən haubitsaları düşmənin silahlanma sistemində olsa da, say etibarı ilə bizdən azdır. İstismarına tam yiyələndiyimiz 2S19 "MSTA-S”, 2S31 "Vena”, 2S7 "PİON-M” və "DANA” özüyeriyən qurğularımız isə düşmən üçün əlçatan deyil. Onların  biri digərindən üstün sayılır. Aparılan hərbi əməliyyatlarımızın sürətini elə artırır ki, necə deyərlər, dığaların bir qismi bir göz qırpımında qanına qəltan edilir, bir qismi də ölüvaylaşır və hospitallıq olur. Daha dəqiq desək, artilleriya divizionlarımız lazımi situasiyalarda 5 dəqiqə ərzində döyüş mövqeyini dəyişə bilir, yaxud qəfil verilən əmrə əsasən 50 saniyə içində döyüş vəziyyətinə gətirilir. 1992-ci ilin ordusunda isə "dayan doldurum” azarından yaxa çəkə bilmirdik.
    _________________________________

          

      Düşmənin açıq və örtülü yerdə olan canlı qüvvəsini, atəş vasitələrini, uzunmüddətli örülü və açıq tipli müdafiə qurğularını məhv etmək, habelə minalanmış sahələrdən keçid açmaq, düşmən artilleriyasına və tank bölmələrinə atəş açmaq üçün təyin edilmiş 203 mm-lik 2S7 "PİON-M” özüyeriyən artilleriya qurğusu gorbagor olmuş daşnak tör-töküntülərini birbaşa üzüqoylu qəbirə salacaqdır. Onun döyüş komplekti 40 mərmidən ibarətdir. Daşınan mərmilərin sayı 4-8 ədəddir. Maksimal atış məsafəsi aktiv-reaktiv mərmi ilə 55 km, adi mərmi ilə 37500 metrdir. Heyəti 7 nəfər olan bu qurğunun hərəkət sürəti 50 km/saatdır. Bu da hücum prosesində əlverişli bir göstərici kimi qəbul edilir.

            Ermənilərin öz dili ilə desək, qadınları cinsi istismar üçün ərəb ölkələrinə, kişiləri isə çörək pulu qazanmaqdan ötrü Rusiyaya gedən bir ölkənin çox kəsirli və yarıtmaz olan döyüş texnikası bir yana qalsın, heç "mənəvi arsenalında” söz deyə biləcək qüvvəsi varmı?! Erməni aparıcı, prodüsser Stepan Partamyan bu sualıma yaxşı cavab verir. O deyir ki,  "bu gün biz əcnəbi olmuşuq, mədəniyyətimizi xarici dillərlə, musiqi ilə zənginləşdiririk, bu da millətimizin sonuna gətirib çıxaracaq”. "Super oğruyuk” desəydi, daha dürüst səslənərdi. Daha sonra Stepan özü-özünə sual verir ki, "biz dünyanın ən ağıllı insanlarıyıqmı? Xeyr, ən axmaq millətik, ayrıca götürülmüş erməni hər hansı sahədə baş alim ola bilər, lakin kollektiv mənada biz ən geridə qalmış xalqıq, çünki ümidimizi Qərb və Şərqə qoymuşuq...”

             Bu fikri biz demirik. Demək, Dağlıq Qarabağ problemi ilə əlaqədar əldə edilən məntiqi nəticə belədir: ümidini onun-bunun əlində axtaran axmaq bir millətlə üzbəsurət oturub söz kəsmək üçün vaxt itirməyə dəyərmi?! Gec-tez hücum məqamı yetişəcək. Əminəm ki, Dağlıq Qarabağda erməni atoynatma səhnəsi  çox çəkən deyil...

     İbrahim MƏSİMOĞLU

    müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

    Asiya.ws

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 401


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Xocalıda əsir düşən Hüseynağa Quliyev: "Buzun üstə uzadıb, dəmirlə döyürdülər" Şənbə və bazar gününə olan HAVA PROQNOZU İranda koronavirusdan ölənlərin sayı 4-ə çatdı MSK sədri fəaliyyətində qüsurlar olan Dairə və Məntəqə Seçki Komissiyalarının sədrlərinə xəbərdarlıq edib MSK daha bir məntəqənin nəticələrini ləğv etdi DTX Neftçalada vəzifəli şəxslərin tutulmasının görüntülərini yaydı – ANBAAN VİDEO İlham Əliyev Romada biznes forumunda - Yeniləndi Paşinyandan sensasion status: "Xocalı qətliamını ruslar törədib..." - FOTO Azərbaycanda bu kənddə hamı qripə yoluxub? – “40-dan çox uşaq…” – İNANILMAZ Qeydiyyatsız evlərin sənədləşməsi həyata KEÇİRİLƏCƏK Sabah güclü qar geri qayıdır Ata öldü, iki uşağı yaralandı - Bərdədə ağır qəza ABŞ-la İrəvan yazışması: Qarabağı qaytaraq... – Şok sənəd Ölkə rəhbərliyinə ən çox müraciət bu şəhər və rayonlardan edilib MSK bu gün təcili toplanır: mühüm qərarlar veriləcək! Ucarda seckilər ləğv oluna bilər: Məzahir Pənahova müraciət edildi Prezident Seçkilərdən Danışdı: “Pozuntulara Yol Verənlər Cəzalandırılacaq” – VİDEO Abşeron-Qobustan sakinləri ölkə başçısından haqqlarını tələb edir. Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Lənkəranda tibbi aksiya keçirəcək “Nar”dan abunəçiləri üçün xüsusi müsabiqə! Türkiyə böyük savaşa girə bilər – Şərh “Mehriban xanımın bizə gəlməyini indi də yuxu kimi bilirəm” 13 saylı Xəzər Pirallahı seçki dairəsində xeyli sayda qanun pozuntusu aşkarlanıb-(Video+Foto) Xəstəxana, məktəb və bağçada işçilərin şəxsiyyət vəsiqələri toplanıb?!-İDDİA "Səsimiz sizindir!"- Pirallahı sakinləri Səbuhi Rəcəbi coşğuyla qarşıladı-Fotolar "Səbuhi Rəcəbdən başqa qapımı döyüb halımı soruşan olmayıb!"-Qarabağ veteranı məmurlardan gileyləndi-Video Q.Paşayeva Vahidli kəndində şəhid ailələri və bir sıra sakinləri ziyarət edib Gənc rəssamların sərgisində 21sayli musiqi məktəbinin tələbələrindən möhtəşəm çıxış-Fotolar “Nar” görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırladı Leyla Əliyeva Gənclər Gününü belə təbrik etdi - VİDEO Qənirə Paşayeva Tovuzun qədim kəndlərindən biri olan Hunanlar kəndində seçicilərlə görüşüb, şəhid ailələrini ziyarət edib və hər zaman yanınızdayıq deyib. “Sağlamlığın qorunması” İctimai Birliyinin təşkilatçılığı ilə gənc rəssamların rəsm sərgisi keçirildi-Fotolar Ibrahim Həsənov növbəti təbliğat kompaniyasını keçirib. Qarabağ Qazisi, tanınmış jurnalistlər, ictimai xadimlər və iş adamları Elşən Gəncəvinin vəkili oldular Baş redaktorlardan namizəd Elşən Gəncəviyə DƏSTƏK (FOTOLAR) “Nar+” tətbiqindən istifadə edənlərin sayı 100 mini ötüb Şahmatçımız 2-ci oldu Çin ordusu Uhanı mühasirəyə aldı, şəhəri tərk edənlər vurulur “Pafoslu cümlələrlə insanlarımızı aldatmaq olmaz” – Elşən Gəncəvi (MÜSAHİBƏ) Səbuhi Rəcəb şəhid ailələri və veteranlarla görüşüb, onların problem və qayğıları ilə maraqlanıb-Foto+Video "Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb "Əgər epidemiyanın qarşısı alınmasa, Azərbaycanda çin mallarının qıtlığı yarana bilər" 9-cu mərtəbədən yıxıldı, ayağa qalxıb gəzdi - Video Zəlzələ zonasından tələbələr necə təxliyə edilib? - Səfirlik rəsmisi danışdı Dünyanı dəhşətə gətirən koronavirus bu ölkədə də çıxdı Rusiyada sirkdən qaçan fillər şəhəri bir-birinə qatdı - Video Türkiyədə həyəcan siqnalı - “Yer qabığı qırıla bilər” Qənirə Paşayeva:"14 ildə sizi ləyaqətlə təmsil etmək üçün əlimdən gələni etdim" Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin toplantısı keçirildi. Qatar ayaqlarını qopartdı, sürünə-sürünə evinə çatdı Seçiciləri Səbuhi Rəcəbi böyük sevgiylə qarşıladı: "İmkansız insanlara göstərdiyiniz diqqət və qayğını unutmarıq..." Deputatlığa namizəd Səbuhi Rəcəb kimdir?-Fotolar Məzahir Pənahov: “İndiyədək parlament seçkiləri ilə bağlı MSK-ya 32 müraciət daxil olub” Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü ERMƏNİ ATOYNATMA SƏHNƏSİ ÇOX ÇƏKƏN DEYİL Qənirə Paşayeva Xatınlı kəndini gəzərək seçicilərlə, şəhid ailələri və Qarabağ müharibəsi veteranları ilə görüşüb İran meyitləri Ukraynaya təhvil verdi Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik Q.Paşayeva Tovuzun ən böyük kəndi olan Əyyublu kəndini gəzərək seçicilərlə görüşüb və onlara təkrar sizə etimad göstərəcəyik sözlərinə görə təşəkkürünü bildirib. “Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə itirməmək üçün çalışdım”-Q.Paşayeva Toydan qayıdan ailə qəzaya düşdü - yaralılar var Xətai rayonunda yerləşən marketdə Ermənistan istehsalı olan şokoladlar satılır 6 yaşlı Sübhanın köməyinizə ehtiyacı var Zakir Həsənov: “Ordumuzda olan silahlar qələbəni təmin etməyə imkan verir” Nərminin qatili barəsində həbs qərarı verildi Hacıqabul sakinindən silah götürülüb Gecə həlak olan tələbələrin FOTOLARI MSK rəhmətə gedənlərin seçkiyə dəvətinə aydınlıq GƏTİRDİ ƏSGƏRİMİZƏ QİBTƏ ETMƏLİYİK!- İbrahim MƏSİMOĞLU yazır.... Xanhüseyn Kazımlının qızı namizəd oldu Şəhid hərbçimiz dəfn edildi - (Foto+Video) Azərbaycan əsgəri şəhid oldu Tovuzda 10 yaşlı qızın yanmış meyiti ərazidən götürüldü - FOTO Od içində olan Avstraliyaya “göylərin hədiyyəsi” - VİDEO Yandırılan 10 yaşlı qızın atası danışdı: “Meyiti yerindən tərpətməmişik” AVTOMOBİLDƏN VƏ ÜZƏRİLƏRİNDƏN NARKOTİK VASİTƏ AŞKAR OLUNDU Ucar rayon sakininin adına sosial yardım yazılıb, özünün xəbəri yoxdur- İDDİA "Unibank" kartlarından vəsaitlər silinir: nə baş verir? Tovuzda itkin düşən 10 yaşlı qızın meyiti tapıldı - Yandırılıb Üç yaşlı uşaq valideynləri ilə gizlənpaç oynayan zaman öldü Ərdoğan: "Türkiyə ordusunu Liviyada təmsil edəcək hərbi birləşmələrin məqsədi fəlakətlərin qarşısını almaqdır" Sabah hava necə olacaq? Şəmkir sakini Gəncədə bıçaqlandı Trampdan Tehrana xəbərdarlıq: “Biz ən güclüyük, iki trilyonluq silahlarla...” “Dəmir yolları”ndan təcili yardımla qatarın toqquşması haqda - Açıqlama “Ürəklər Gülsün” adlı xeyriyyə konserti keçirilib Başıbəlalı Babək prospekti: Bu dəfə də işıqforlar işləmir - VİDEO Oqtay Gülalıyevin səhhətində ciddi dəyişiklik - VİDEO 125 deputat yerinə 125 qeydə alınmış namizəd var - MSK sədri Elçin Quliyevlə Məhərrəm Əliyev Ermənistanla sərhəddə - Fotolar "Pepsi" Azərbaycanda cərimələndi Xəbərdarlıq: Uşaqlara öskürək dərmanı verməyin! - Video Yeddi yaşlı qızı belə oğurladılar – VİDEO Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib - FOTO Səhv yuxu rejiminin zərərləri açıqlanıb Yağış, qar yağacaq, duman olacaq — GÜNÜN HAVA PROQNOZU Broyler toyuqlarını kimyəvi maddələrdən bu yolla təmizləyin Mehriban Əliyeva bayram şənliyində - Video+Fotolar Respublika Humanitar Fənlər Gimnaziyasında Həmrəylik Günü münasibəti ilə tədbir keçirildi-Fotolar
    File engine/metagen.php not found.