İrəvanın qorxulu röyası - Azərbaycan işğalçını Türk silahları ilə vuracaq

    İrəvanın qorxulu röyası - Azərbaycan işğalçını Türk silahları ilə vuracaq


    Təcavüzkar Ermənistanın ədalətli sülhdən boyun qaçırması Qarabağda antiterror əməliyyatını hər gün daha qaçılmaz edir. Sözsüz ki, on illərdir aparılan sülh danışıqlarının səmərəsizliyinə əmin olan Azərbaycan hansısa "X günü”ndə savaş qərarı verməli olacaq.

    Bunu işğalçı ölkədə yaxşı bilirlər. Onu da bilirlər ki, Azərbaycan Ordusu düşmənə qarşı bu dəfə həm də NATO üzvü, 1 nömrəli hərbi-strateji müttəfiqimiz Türkiyənin zəngin döyüş təcrübəsindən gen-bol yararlanacaq. Təkcə bu da deyil.       

    "Azərbaycan tərəfi Qarabağda vəziyyətin kəskinləşəcəyi təqdirdə erməni ordusuna qarşı Türkiyənin müasir zərbə təyyarələri və pilotsuz aparatlarından istifadə edəcək. Bu, həmin təyyarələrdir ki, Suriyada Türkiyənin rəqiblərini məhv edib”.

    "Yeni Müsavat”ın məlumatına görə, bu sözləri tanınmış erməni hərbi eksperti Vitali Manqasaryan İrəvandakı brifinqdə deyib. Onun sözlərinə görə, başqa məqamları da nəzərə almaqla, ermənilər situasiyanın istənilən inkişaf variantına hazır olmalıdır. "Azərbaycanın müharibəyə başlaması üçün əlverişli şərtlər yaranıb. Ordu, cəmiyyət məhz buna görə hazır olmalıdır. Dünya Suriyada olduqca uğurlu hərbi əməliyyatlar aparan Türkiyə təyyarələrindən danışır”, - deyə Manqasaryan həyəcanla qeyd edib. 

    *****

    Türk SİA=ları ile ilgili görsel sonucu
    Ermənilərin təlaşı, əlbəttə, əsaslıdır. Çünki Azərbaycanla Türkiyə "bir millətin iki dövləti” olduğu üçün ordumuz ın qısa zamanda Türkiyə istehsalı olan PUA-ları və pilotsuz zərbə təyyarələri ilə təchiz ediləcək. Buna qarşı heç bir hüquqi əngəl yoxdur. İki dövlət arasında hərbi-texniki əməkdaşlıq onsuz da yüksək səviyyədədir. Bu əməkdaşlıq xüsusən də "kiçik torpaq” Naxçıvanda özünü qabarıq şəkildə göstərir. Məsələn, burada yerləşdirilən və Türkiyə istehsalı olan "Qasırğa” zenit-raket kompleksi cəmi 45-50 kilometrlik məsafədə olan düşmən paytaxtını - İrəvanı asanlıqla vurmaq itqidarındadır.

    Azərbaycan qardaş dövlətlə PUA və pilotsuz döyüş təyyarələrinin də birgə istehsalını qura bilər. Özü də bu, İsrail PUA-ları ilə müqayisədə qat-qat ucuz başa gələcək. Eyni zamanda, Türkiyənin büdcəsi zənginləşmiş olacaq. Xatırladaq ki, ötən ay Azərbaycan prezidenti İlham Əliyev Bakıda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra bəyan eləmişdi ki, tərəflər birgə silah istehsalı ilə bağlı müzakirə aparıb. Səfər zamanı Bakıda həmçinin iki dövlət arasında hərbi və hərb-maliyyə sahələri üzrə müqavilələr imzalanıb. Hərbi analitiklərə görə, bu, ikitərəfli hərbi əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq. Erməni tərəfini təlaşlandıran həm də budur.

    İşğalçı Ermənistanın yuxusunu ən çox qaçıran isə Azərbaycanın Türkiyə hesabına daha modern, daha döyüşkən və məğlubedilməz orduya sahiblənəcəyindən yanadır. Buradaca onu da yada salaq ki, Türkiyə PUA-ları və zərbə təyyarələri radarlardan uğurla yayına və dağlıq ərazilərdə yüksək dəqiqliklə düşmənin hərbi texnika vahidlərini və canlı qüvvəsini, qərargahlarını məhv edə bilir. Strateji yüksəkliklərin əksəriyyətinin ermənilərin əlində olduğu Qarabağda antiterror əməliyyatı zamanı bütün bu üstünlüklər həlledici önəm daşıyacaq.

    *****

    Türk SİA=ları ile ilgili görsel sonucu
    Bu da hamısı deyil. Son zamanlar Azərbaycanın Dağlıq Qarabağ məsələsində diplomatik fəallığı xeyli artırması da Ermənistanda təlaş doğurub. Söhbət özəlliklə Qarabağın azərbaycanlı icmasının rəhbəri postuna gənc və fəal diplomat Tural Gəncəliyevin təyin edilməsindən, ardınca onun həmsədr dövlətlərə uğurlu xarici səfərlər eləməsindən, nəhayət, fevralın 9-da işğal altındakı Xankəndi seçki dairəsindən deputat seçilməsindən gedir.

    "Son aylar gedən proseslərin inkişafı bütünlüklə sübut edir ki, Azərbaycan Ermənistana qarşı müharibəyə hazırlaşır. Ermənistan hakimiyyəti isə müxalifətə qarşı müharibə aparır”.

    "Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, politoloq David Şahnazaryan söyləyib. O, həmçinin son vaxtlar Dağlıq Qarabağın azərbaycanlı icmasının artan rolundan danışıb və icmanın rəhbəri Tural Gəncəliyevin işğal altındakı Xankəndindən majoritar sistemlə deputat seçilməsini xatırladıb.

    David Şahnazaryan ile ilgili görsel sonucu
    David Şahnazaryan 

    "Əgər ATƏT-in Minsk Qrupunun həmsədrləri, həmsədr dövlətlərin səfirləri, ATƏT sədrinin şəxsi nümayəndəsi bu statusda (Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri kimi - ”YM") onunla görüşür, onu təbrik edirlərsə, onda belə çıxır, onlar Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi sayırlar - buradan çıxan bütün nəticələrlə birgə. Biz bunu görsək də, görməsək də, bu - reallıqdır. Yəni həmin ölkələr öz mövqelərini ortaya qoyub, əks-arqumentlər yoxdur", - deyə Şahnazaryan əlavə edib.

    Tural Gəncəliyev ile ilgili görsel sonucu
    "Yeni Müsavat” xatırladır ki, Tural Gəncəliyev deputat seçiləndən sonra ABŞ, Fransa və Böyük Britaniyanın Azərbaycandakı səfirləri ayrı-ayrılıqda onunla görüşüb, icma rəhbərini deputat mandatı qazanması münasibətilə təbrik ediblər. T.Gəncəliyev bir daha Azərbaycanın konfliktin dinc yolla və ədalətli həllinə tərəfdar olduğunu, azərbaycanlı icmanın erməni icması ilə birgə, Azərbaycan qanunları çərçivəsində dinc-yanaşı yaşamağa hazır olduğunu diplomatların diqqətinə çatdırıb. Bundan əvvəl isə Minsk Qrupunun həmsədrləri regiona səfər zamanı Bakıda onunla görüşmüşdülər...    

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 407


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Karantin zamanı neft mədəninin ərazisini zəbt etmək istədilər 513 nəfər yoluxdu, 8 nəfər vəfat etdi Azərbaycanda qatar yük maşını ilə toqquşdu: Sürücünün qolu qopdu - FOTO/VİDEO Q.Paşayeva son 5 gündə 250-dən çox vətəndaşla online şəkildə görüntülü danışıb “Sobsan” boya fabrikində baş verən yanğın söndürüldü Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır Evdən çıxmağa üç halda icazə VERİLƏCƏK Leyla Əliyeva üçün özəl gün ABŞ qazdığı tələyə özü düşdü?! - Zaxarovadan ilginc AzTV-nin baş redaktoru da koronavirusdan öldü - ŞOK Rektorun hərbi xidmətə çağırılmış məzunlarla onlayn görüşü keçirilib Eyvandan atılan zibillə uşağın başını yardılar - ANBAAN VİDEO Parlamentdə su müzakirəsi: Hüseynov MM-ə çağırıldı Qızdırması olan hər kəs test edilir - RƏSMİ AÇIQLAMA Amerikalı kəşfiyyatçı Qrehem Fullerin Milli Şuradakı dostu... Daha 556 nəfərdə koronavirus aşkarlandı - 7 nəfər öldü Ramin Bayramlının istefa verməsi ilə bağlı yayılan xəbərlərə - TƏBİB-dən reaksiya Bakıda qəbirstanlıqda baş verən yanğın söndürüldü Həkimindən Bağırzadənin səhhəti ilə bağlı – Açıqlama Azərbaycanda kafedə 50 nəfərlik məclis təşkil edən şəxs həbs OLUNDU Q.Paşayeva son 1 həftədə 200-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb Samir Şərifov 190 manatlıq birdəfəlik ödənişin iyun və iyul ayında da verilməsi təklifinə münasibət bildirib “Qotur danaları baha alıb insanlara satdılar” - Deputat naziri TƏNQİD ETDİ Zakir Həsənov yeni hərbi hissənin açılışında - Video Qənirə Paşayeva Caved Abbasi ilə video görüş keçirdi. Məktəbli qız vətənpərvərliyi və xüsusi istedadı ilə izləyicilərin rəğbətini qazandı-Sizi Tanıyaq (Video) Göyçayda xəstəxana koronavirusla mübarizə üçün ayrıldı Ucarda FACİƏ: Yük maşını piyadanın üstündən keçdi “Semaşko” yalnız koronavirus xəstələri üçün ayrıldı “Qızım deyir ki, heç kim çölə çıxa bilmir, siz istədiyiniz yerə gedirsiz” - Video "Sizi Tanıyaq" layihəsinin gənc istedadları 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə xalqımızı təbrik edir-VİDEO Mehriban Əliyevadan Qurtuluş günü ilə bağlı paylaşım ABŞ-da naməlum şəxs etirazçıları güllələdi: ölənlər var Q.Paşayeva son 1 həftədə 150-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb "Xəstəlik həndəsi silsilə ilə artacaq!"-Mütəxəssisdən sərt xəbərdarlıq “Bəzi müəssisələrdə kəllə qəndin ağardılması üçün zərərli maddələrdən istifadə edilir” - Mütəxəssis Ərdoğan bunları edəndə biz yatmışdıq - Afinadan baxış Koronavirusa yoluxan insanlarda immunitet yaranmır - Müsahibə Biləsuvarda ev yanıb Buraxılış imtahanlarının nəticələri açıqlandı Ləğv olunan iki bankda qorunan əmanətlər “Beynəlxalq Bank” vasitəsilə ödəniləcək - RƏSMİ İsti havada bu içkiləri içməyin! Mingəçevirdə ağır qəza - 1 ölü, 5 yaralı var Bakıdan çıxışda tıxac, rayona gedənlər geri qaytarılacaq FHN çimərliklərdən istifadə ilə bağlı xəbərdarlıq edib 14 iyunda gözlənilən hava şəraiti Azərbaycanda bu il dəniz nəqliyyatı ilə 2,5 mln. tondan çox yük daşınıb Sumqayıtda başına dəmir düşən fəhlə ölüb Çində yenə korona yayılmağa başladı - Bazarlar bağlandı 60 yaşlı qadın beyin əməliyyatında DOLMA BİŞİRDİ Xalq artisti torpağa tapşırıldı Bu gün ilk dəfə virtual "Son zəng" keçiriləcək Deputatlar bu gün növbədənkənar iclasda yeddi məsələni müzakirə edəcək Sərt karantin gəlir: Qıtlıq ola bilərmi? - Açıqlama “Sən də, ərin də dovşansız” deyən polis işdən çıxarıldı - Video Azərbaycanda bir gündə 323 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 5 nəfər vəfat edib – RƏSMİ Bakı-Quba yolunda avtomobil ağaca çırpılıb, yaralanlar var - FOTO İrandan ABŞ-a: Bunu davam etməyə hazırıq! Rus qadından ermənilərə: Soçi də sizindir? - Video Bakı küçələri dezinfeksiya olundu Aydın Mirzəzadə: Karantin rejiminin sərtləşdirilməsi vacib idi - MÜSAHİBƏ Dükanlar bağlanır: 2 günlük ərzaq ehtiyatı görün - Video Sabah dövlət qurumları saat 14:00-dək işləyəcək Mütəxəssis: "Koronavirus xəstəliyi yoxdur" deyənlər cahil insanlardır Paşinyan Ermənistanda xəstəxana çatışmazlığından şikayətləndi Mühafizəçi iş başında qətlə yetirildi - VİDEO ABŞ bu bölgədəki əsgərlərini geri çəkir Nazirlik aksiya keçirən tələbələrlə bağlı məlumat yaydı - VİDEO Qənirə Paşayeva “Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” adlı online konfrans verib Qənirə Paşayeva Azərbaycanın tanınmış yeni nəsil sənətçisi, müğənni Nurlan Əzizbəyli ilə görüşüb. İstiqlal mücəvhəri Hacı Kərim Sanılı -Sevindik Nəsiboğlu yazır... Mayın 31-dən bu yumşalmalar olacaq - RƏSMİ AÇIQLAMA Dostlar arasında dava qanla nəticələndi Jurnalistlərin binasında "Çin əməliyyatı" - Külli miqdarda yeyinti aşkarlandı Almaniya ilə ABŞ arasına CİDDİ FİKİR AYRILIĞI - Nəticə necə olacaq? Q. Paşayeva Cümhuriyyət bayramı münasibətilə Tovuzda 400-ə yaxın gəncə tariximizə və mədəniyyətimizə dair maraqlı kitablar hədiyyə edib. Bakıda qəza yolda tıxaca səbəb oldu - VİDEO - FOTO Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır – FOTO+VİDEO Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edildi - RƏSMİ AÇIQLAMA Mədəniyyət Nazirliyinin əməkdaşına Əbülfəs Qarayevin vaxtında neçə ev verilib? - İDDİA " Fond artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb"-Qənirə Paşayeva Sumqayıtda baş verən qəzada ölənlərdən 4-ü hərbçi, biri mülki şəxs olub - YENİLƏNİB - FOTO Həcc üçün topladıqları pulu koronavirus xəstələrinə xərclədilər...- İBRƏTAMİZ Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı olub Azərbaycanda koronavirusla bağlı son vəziyyət Çin dünyaya meydan oxudu: Rusiya və biz... Peşəkar stilist Dilarə Bağırova möhtəşəm bir uğura imza atıb. Q.Paşayevanın təşəbbüsü ilə TİKA tərəfindən Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verilib. Ağdaşda qəza nəticəsində avtomobil iki hissəyə bölünüb - FOTOLAR Çavuşoğlu Ermənistanın Şuşadakı təxribatından danışdı - VİDEO ABŞ yeni lazer silahı ilə PUA-nı vurdu - Video Yazgül Abdiyeva: Koronavirus haqqında yanlış məlumatlar yayan insanlarla bağlı lazımi qaydada ölçü götürülməlidir Ərdoğana söylədiyi söz iclasa damğa vurdu - MARAQLI... + VİDEO Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik Tərtərin Borsunlu kəndində nə baş verir? Camaat susuz qalıb - FOTO Xəstəxanada yanğın: ölənlər var (VİDEO) “Qeyri-qanuni yığılan pullar kimlərinsə cibinə gedir” - Video Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub, dördü ölüb - RƏSMİ
    File engine/metagen.php not found.