Hüseynqulu Bağırov həbs ediləcək

    Hüseynqulu Bağırov həbs ediləcək


    Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri - Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, departamentin baş mühasibi İlqar Hacıyev və əməkdaşlar Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin məhkəməsi keçirilib.

    İcxeberler.info-nun "Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin icraatında olan prosesdə baxış iclası olub.
    Əkbər Həsənov rəhbəri olduğu departamentin birbaşa nazirə tabe olduğunu deyib. O, mənimsənildiyi deyilən 451 min manatın internet, telefon xətləri, bütün kommunikasiya xətləri, alpinistlərin axtarışı üçün xərcləndiyini deyib: "Departamentdə 80 nəfərin adına kart açılmasından, aylıq maaş ayrılmasından xəbərim olmayıb. Mənim bildiyim 25-30 kart idi. Onlar üçün də aylıq 6-7 min manat yığılırdı. 80 kartdan xəbərim yoxdur”.
     
    Əkbər Həsənov digər şəxslərə kart açılmasında İlqar Hacıyevi günahlandırıb. 
    Təqsirləndirilənlərdən yalnız İlqar Hacıyev həbs edilib. O, məhkəmədə ifadə verərək deyib ki, sabiq nazir Hüseynqulu Bağırov onlardan aldığı 451 min manatı qaytarmadığı üçün işlər bu vəziyyətə düşüb:
    "2018-ci ildə nazir Hüseynqulu Bağırov Əkbər Həsənovu yanına çağırıb ondan 265 min pul istədi. Həmin məbləğin 215 mini Salyanda iki zavodun tikintisi üçün alınırdı. Əkbər Həsənov bunu mənə deyəndə dedim ki, mən işdən çıxıram. Çünki bu işi biz bacarmazdıq və çox riskli idi. Hətta Əkbər özü də işdən çıxmaq istəyirdi. Amma iki gün sonra Əkbər Həsənov gəlib dedi ki, Vüqar adlı şəxsdən bu məbləği ala bilər. Buna görə də Vüqara 10-12 faiz xeyir verilməlidir. Vüqar bizim işlədiyiniz firmalardan birinin rəhbəri idi və münasibətləri yaxşı idi. Hətta Əkbər deyirdi ki, çıxsaq da Hüseynqulu Bağırovun əlindən qaça bilmərik. Çünki o zaman Hüseynqulu Bağırov nazir idi və istədiyini edə bilirdi. Əkbər pulu alıb nazirə verdi. Sonra biz xərcləri qaytarmaq üçün kartların sayını atırdıq. Bütün işçilərin də bir siyahısı olub və hamısını da Əkbər imzalayıb. Siyahının sonunda da ümumi ayrılan məbləğ yazılırdı. Amma indi deyir ki, 80 nəfərin adına maaş yazılmasından xəbərsizdir. Bizdə elə vakansiyalar var idi ki, onlara işçi götürülmürdü. Məsələn, sovet dövründən qalan topçular, raketçilər, mühəndislər. Onların adına maaşlar ayrılırdı. Əkbər savadlı, maliyyəni bilən adamdır. Özü də yaxşı bilirdi ki, pul nə qədərdir və kimlərin adına ayrılır.
    Mən dəfələrlə Əkbərə xəbərdarlıq elədim ki, bu pulu verə bilməyəcəyik. Əkbər dedi ki, nazirlə danışıb. Hüseynqulu Bağırov demişdi ki, yenidən nazir seçilsə, pulu tam olaraq qaytaracaq. Amma elə oldu ki, pulu verəndən bir neçə ay sonra Hüseynqulu Bağırov işdən çıxarıldı. 
    Onu da deyim ki, Əkbər hər ay kartlardan çıxarılan pullardan 10 min manatı nazirə çatdırırdı. Ona görə də bizim işimizdə heç bir problem olmurdu. Yeni nazir gələndə işlər qarışdı. Biz tələsirdik ki, aldığımız borcu qaytaraq. Özümüzə qazanc belə götürmürdük. Yeni nazir dedi ki, heç bir qanunsuz iş görülməsinə icazə verilməyəcək. Audit yoxlamalarından sonra bu məsələlər üzə çıxdı.
    Əkbərlə Hüseynqulu Bağırovun qəbuluna getdik. Qərb Universitetinin qarşısında gözlədik, amma bizi qəbul eləmədi. Sonra Hüseynqulu Bağırovun mətbuatdakı işlərinə baxan bir nəfərlə görüşdük. Mətbuata müraciət edəcəyimizi bildirdik. Bundan sonra Hüseynqulu Bağırovun vəkili bizimlə əlaqə saxladı. Həmin məbləği də Hüseynqulu Bağırov verdi. Əkbər Hüseynqulu Bağırovun verdiyi 300 mini öz adından ödədi. Hüseynqulu Bağırov qalan hissəsini də ödəməli idi. Amma son günə qədər gözləsək də, Hüseynqulu Bağırov pulu ödəmədi”.
    İlqar Hacıyev ifadəsində departamentdə çalışdığı müddətdə nazirin bir çox qeyri-rəsmi göstərişlərini yerinə yetirdiklərini də açıqlayıb: "Mən bu günə qədər susdum. Amma gördüm ki, artıq hamı öz canına yanır. Ortada qalan isə bir mən olmuşam. Bu işə görə məsuliyyətə cəlb edilənlərdən digər üç nəfərin nə günahı var? Onlar niyə cəzalandırılmalıdır? Əkbər Həsənov işə rəhbərlik edib. O da göstərişi nazirdən alıb. Amma indi həqiqətləri danışmır, ad çəkmir.
    Biz dəfələrlə rayonlardan nazir Hüseynqulu Bağırovun üzüm bağları üçün peyin axtarmışıq. Nazirin Qərb Universitetinin yeni korpusu tikiləndə nə qədər işləri biz görmüşük. Bunlar havayı deyildi. Pulsuz bu işləri görmək olardı? Daha susmaq yoxdur. Ya mən və digər təqsirləndirilən şəxslər bəraət alacağıq, ya da Əkbər Həsənov və Hüseynqulu Bağırov da həbs ediləcək”.
    İttihama görə, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 452


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Q.Paşayeva MM-də çətin vəziyyətə düşən insanlarla bağlı şirkətlərə, imkanlı şəxslərə çağırış edib. Qənirə Paşayeva Tovuz rayonundakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bayram sovqatı göndərib Bakıda əhaliyə daha bir qadağa Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir COVID-19-dan qoruyan məhsulların siyahısı AÇIQLANDI Koronavirusa yoluxanlar: onları diqqətlə dinləyin – VİDEO Hazırda ən pis böhranla üz-üzəyik – Baş nazir “Tunel-Metro İnşaat“ MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 000 AZN yardım göstərmişdir. "Biz birlikdə güclüyük"!- Milli QHT Forumu ölkə ictimaiyyətinə müraciət etdi Gürcüstanda 5 uşaq koronavirusa yoluxdu Ucarda 60 yaşlı kişi qonşusunu "lapatka" ilə öldürdü Ermənistanda hərbçilər koronavirusa yoluxdu İşçiləri ixtisar edənlərə qarşı ciddi tədbirlər görüləcək - Nazirlik rəsmisi İtaliyada koronaviruslu xəstələrin olduğu xəstəxanadan görüntülər - VİDEO Hökumət dəstək tədbirlərini müəyyən edərkən hansı sahibkarlara üstünlük verəcək? Ceyhun Bayramov #TəmizƏllər kampaniyasına qoşuldu - VİDEO Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? — DİN-dən AÇIQLAMA Karantin rejimində vəziyyət necə olacaq – Bütün sualların cavabı bu yazıda Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılıb Koronavirusun yeni simptomları meydana çıxdı Nazirlər Kabineti Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi - RƏSMİ Teledərslərə yenidən start verilir: Sabahın cədvəli “Nar”dan möhtəşəm dəstək: 500 min ianə, pulsuz rabitə... Fərman: ödədiyiniz məbləğin bu hissəsi geri qayıdacaq Almaniyada koronavirusa yoluxanların sayı 22 mini ötdü Azərbaycan jurnalistlərinə koronavirusla bağlı MÜRACİƏT Koronavirusa yoluxan futbolçudan açıqlama - “Gözlərim alışırdı” Azərbaycanda Yoluxucu Xəstəliklər Xəstəxanasında dörd yaşlı uşaq öldü Koronovirus üçün ayrılmış 1 milyard necə xərclənəcək? Azərbaycanda polisə aparılan 70 yaşlı kişi keçindi Çində güclü zəlzələ: Tələfat və dağıntı... Əgər elan olunan qaydalara kimsə əməl etməsə... – İlham Əliyev Koronaya yoluxan türk general öldü Ucarda 4 uşaq atası özünü güllələdi “Nar+” tətbiqini yüklə və hədiyyə qazan! Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət etdi Mənsimov cəza evindən açıqlama yaydı: Aclıq elan etdi... - Video Karantin rejimlərini pozanlara sərt cəzalar veriləcək Millət vəkili Qənirə Paşayeva ictimai təhlükəsizliyə təhdid yaradan informasiyalarla mübarizə istiqamətində vacib təkliflərlə çıxış edib. İtaliyada bu gün 349 nəfər dünyasını dəyişdi Türkiyədə bu gecədən bütün məkanlar bağlanır “Nar”abunəçilərinin internetdən istifadəsi 65% artıb Prezident Sahil Babayevi qəbul etdi Deputat Ermənistanla həmsərhəd olan ərazilərdə iqtisadi zonaların yaradılmasını təklif etdi Universitetlərə sənəd qəbulunun vaxtı dəyişdirildi Xaricdəki azərbaycanlılar bir-birinə belə dəstək oldu-Video Şəmkirdə azyaşlını maşın vurub. “Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur” - Elman Rüstəmov Faiz dərəcəsi ciddi şəkildə endirildi - Dollarla bağlı yeni xəbər Nigeriyada neft borusunda partlayış: çoxlu sayda ölənlər var – VİDEO Türkiyədə bütün əyləncə mərkəzləri bağlanacaq Qaydaları pozan restoranların fəaliyyətinə qadağa qoyuldu - RƏSMİ Operativ Qərargah vətəndaşlara növbəti dəfə müraciət etdi Qazaxıstanda da fövqəladə vəziyyət elan olundu İranın vitse-prezidenti sağaldı Muxtar Babayev yeni rəis təyin etdi Azərbaycanlı gənc o universitetə qəbul oldu - Məzunu 88 min maaş alır “Azəriqaz”dan xəbərdarlıq: Bu ərazilərdə xidmətlər məhdudlaşdırılacaq Koronavirusa görə əhali üçün bu xidmət işə salınır Hüseynqulu Bağırov həbs ediləcək Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq. İrəvanın qorxulu röyası - Azərbaycan işğalçını Türk silahları ilə vuracaq İtaliyada koronavirusdan ölənlərin sayı 1266 nəfərə çatıb Deputat sayı artırıla, seçki sistemi dəyişə bilər – Sensasiya ABŞ-da koronavirusa yoluxanların sayı 2 mini ötdü 8-ci böyük böran gəlir: Bu ölkədən başlayacaq Dərslər yenə təxirə salına bilər` Azərbaycanda soyqırım haqqında qanunun qəbul edilməsi təklif olunur Ərdoğan xarici səfərləri təxirə salıb Hər bir deputat ayda 2 dəfədən az olmayaraq seçicilərin görüşünə gedəcək - ÖZƏL Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu Milli Məclis bu gün toplaşır – Deputatlara vəsiqə veriləcək Baş nazirdən QƏRAR - Onlar 10 il müddətinə vergidən azad edildilər İspaniyada daha bir nazirdə koronavirus tapıldı Azərbaycanda gənc qız burun əməliyyatı zamanı öldü Qənirə Paşayeva “Beynəlxalq Mahmud Kaşqari Mükafatı” ilə təltif edilib. Uşaqların düzgün qidalanmaması nələrə səbəb ola bilər? Q.Paşayeva Milli Qəhrəman ailələri ilə görüşüb Daha 3 ölkə Rusiyaya neft müharibəsi elan etdi Vaşinqtonda fövqəladə vəziyyət elan edildi Sahibə Qafarovadan spiker kimi ilk AÇIQLAMA Əli Əsədov dollarla bağlı əhaliyə çağırış etdi Polşada da məktəblər koronavirusa görə bağlandı Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM Toylar da təxirə salınacaq? - VİDEO Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri oldu MM-in komitə sədrləri məlum oldu - Tam siyahı Bu gün Yel çərşənbəsidir YAP-çı və bitərəf deputatlar toplandı: MM rəhbərliyi bilinəcək Fransada nazir koronavirusa yoluxdu Azərbaycanlı tələbədən təsirli şeir: "Duyğularım əzik-əzik..." Tibbi maskaları baha qiymətə satan bir neçə dəstə saxlanıldı - Fotolar Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq ABŞ-da yeniyetmələr qızı vəhşicəsinə döydü - VİDEO Türkiyə sərhədində dəhşət yaşanır: yüzlərlə yaralı... "Real" "Betis"ə uduzdu Nigeriyada futbolçu oyun zamanı dünyasını dəyişdi – VİDEO Hindistanda insanlar viruslardan qorunmaq üçün peyin vannaları qəbul edir – VİDEO ABŞ Polşaya 100 milyonluq silah yerləşdirəcək Mingəçevirdə məcburi köçkünlərin binasında yanğın - Video
    File engine/metagen.php not found.