Karantin rejimlərini pozanlara sərt cəzalar veriləcək

    Karantin rejimlərini pozanlara sərt cəzalar veriləcək


    Milli Məclisdə koronavirus müzakirələri - komitə və komissiya iclasları müvəqqəti dayandırıldı; epidemioloji vəziyyətlə əlaqədar qanunları pozanlar ciddi cəzalandırılacaq

    Martın 17-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlament sədri Sahibə Qafarova çıxışında dedi ki, koronavirus səbəbindən dünyanın bir çox ölkələri bu təhlükəli virusun qarşısını almaqdan ötrü vacib işlər həyata keçirir. Xanım spiker Azərbaycanın baş nazirinin koronavirusla bağlı təlimatından da bəhs etdi. "Vəziyyət düzələnədək komitə və komissiya iclaslarını dayandırmaq lazımdır”, S.Qafarova bildirdi. Sədr dedi ki, Azərbaycan dövləti təhlükənin böyüməsinin qarşısını almaq üçün bütün addımları atır: "Ancaq bu, adi epidemiya deyil və çox sürətlə yayılır. Ona görə də hər birimiz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Qanun layihələri qısa müddətdə qəbul edilib həyata keçirilməlidir ki, bu istiqamətdə lazımi işlər həyata keçirilsin”.

    S.Qafarova təklif etdi ki, gündəlikdəki 4 layihənin bu gün ərzində və bir oxunuşda qəbul olunsun. Məsələ səsə qoyularaq 115 səslə qəbul edildi.

    İclasda İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında  qanun layihəsi müzakirə olundu.

    Parlament sədrinin birinci müavini Əli Hüseynli layihə barədə məlumat verdi. Qeyd edək ki, layihədə koronavirus təhlükəsi ilə bağlı cəzaların sərtləşdirilməsi nəzərdə tutulur. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "epidemioloji vəziyyətlə əlaqədar qanunları pozanlar ciddi şəkildə cəzalandırılmalıdır” dedi. Ə.Əmiraslanov əhalinin bu məsələyə kifayət qədər ciddi yanaşmadığından şikayətləndi. Dedi ki, əksəriyyət xaricdən Azərbaycana gələn yaxınlarının karantində saxlanılmasını istəmir və bundan yayınır: "Bir nəfər virus daşıyıcısı bir neçə yüz sağlam insanı yoluxdura bilər. Ona görə karantin işinə çox ciddi fikir verilməlidir. Koronavirusdan qorxmaq lazımdır. Amma ajiotayın, panikanın yayılması epidemiyaya qarşı mübarizəni zəiflədə bilər. İnsanlarımız dərk etməlidir ki, bu, çox təhlükəli virusdur. Dövlət əlindən gələni edir. Amma şəxsi gigiyenamıza diqqət etməklə həm də dövlətə kömək etmiş olarıq”.

    Səhiyyə komitəsinin üzvü, deputat Rəşad Mahmudov virusu ciddiyə almağı vacib sayaraq bildirdi ki, bu xəstəlik ağırlaşdıqda dünyanın ən aparıcı xəstəxanalarında belə, 90 faiz ölümlə nəticələnir. "Biz bu təhlükəyə hökumətin qəbul etdiyi qərarlara əməl etməklə, çox az zərərlə qalib gələ bilərik”, deyə, deputat əlavə etdi. R.Mahmudov bu dönəmdə fədakarlıq göstərən səhiyyə işçilərinə gördüyü işlərə görə təşəkkür etdi: "45 gündən çoxdur ki, səhiyyə işçilərimiz hava limanlarında, gömrük məntəqələrində, digər ünvanlarda fəaliyyət göstərirlər”.

    Deputat ölkə başçısının koronavirus təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində verdiyi mühüm qərarlardan danışdı. Bildirdi ki, Prezidentin tapşırığı ilə bir gündə 200 süni nəfəsalma aparatı alınaraq ölkəmizə gətirilib. R.Mahmudov sonda təklif etdi ki, Novruz bayramı günündə eyni vaxtda hər kəs bir şam yandırıb eyvana çıxsın və koronavirus təhlükəsinə qarşı milli həmrəyliyimizi bu şəkildə ifadə edək.

    Milli Məclisin vitse-spikeri Adil Əliyev də təhlükəli virusdan bəhs etdi. "Bizim hər birimizin toxunulmazlığı var, amma koronavirusdan toxunulmazlıq imkanımız yoxdur”- deyə, vitse-spiker bildirdi. A.Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə münasibəti zamanı dedi ki, qaydaları sərtləşdirməkdə məqsəd insanların sağlamlığını qorumaqdır.

    Vitse-spiker kişilərin öpüşməmək məsələsində də böyük təbliğata ehtiyac olduğunu bildirdi: "Fürsətdən istifadə edib Azərbaycanda kişilərin öpüşməsinin qarşısını almaq üçün təbliğatın aparılmasını təklif edirəm”.

    Deputat Qüdrət Həsənquliyev hökumətin koronavirus təhlükəsi ilə bağlı xəbərdarlıq və təlimatından bəhs etdi. Qeyd etdi ki, parlament də hökumətin tələblərinə, təlimatlarına əməl etməlidir. Ona görə də deputat təkrarlanan çıxışların dayandırılmasını və qanun layihələrinə dəyişikliklərin operativ şəkildə qəbul olunmasını zəruri saydı. 

    Parlament sədri Sahibə Qafarova Daxili Nizamnaməyə dəyişiklik olunmasını təklif etdi. Bildirdi ki, çıxışlar üçün reqlamentin 10 dəqiqədən 3 dəqiqəyə endirilməsi zərurəti yaranıb.

    Məsələ səsə qoyuldu, 100 nəfər lehinə, 2 əleyhinə olmaqla dəyişiklik qəbul edildi.

    Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev koronavirusla mübarizədə səhiyyə işçilərinin böyük fədakarlıq göstərdiyini bildirdi və onların əməyinin qiymətləndirilməsini zəruri saydı. "Azərbaycanda tibb işçilərinin maaşlarına əlavə edilməlidir” - M.Quliyev əlavə etdi. Komitə sədri bildirdi ki, Azərbaycanda koronavirusla əlaqədar həkimlər güclü rejimdə işləyir. "Buna görə də həkimlərin maaşları ya artırılmalı, ya da maaşlara əlavələr edilməlidir. Digər tərəfdən isə onlara mükafatlar da verilə bilər”,-deyə M.Quliyev bildirdi.

    Deputat Fazil Mustafa "”Səsə qoyun", deyənlərin də, təkid edənlərin də öz hüquqları var, bu hüquqlara hörmət etmək lazımdır", deyərək müzakirələrin kəsilməsini təklif edənlərə reaksiyasında bildirdi və israrla söz aldı. F.Mustafa dedi ki, koronavirusla mübarizədə əsas faktor vətəndaş intizamıdır, nə spirtdir, nə maskadır. "Biz hər vətəndaşın yanına bir tibb bacısı, bir polis qoya bilmərik. Yalnız maarifçiliklə kifayətlənmək olmaz. Qorxutmasan, Azərbaycan cəmiyyətində hələ də xeyli insan bunu lağlağıya çevirib, qeyri-ciddi yanaşmaqdadır. Qanunvericiliyə dəyişikliyi dəstəkləyirəm. Məncə, koronavirusla bağlı ayrıca qanunun qəbul olunmasına da ehtiyac var. Koronavirus prosesi başa çatandan sonra bu qanun da qüvvədən düşəcək”.

    Deputat Vahid Əhmədov isə söz alaraq müzakirələrin dayandırılmasını təklif etdi. Sədr dərhal təklifi səsə qoydu, 103 lehinə, 3 əleyhinə olmaqla müzakirələr dayandırıldı.

    Bundan sonra İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər səsə qoyuldu və yekdilliklə qəbul edildi.

    Beləliklə, Milli Məclisin plenar iclasında İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılaraq qəbul edildi. İlk layihəyə görə, Azərbaycanda gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcəklər. Belə ki, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcəklər. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Hüquqi şəxslər 2 min manatdan 5 min manatdək cərimə ediləcəklər.

    Cinayət Məcəlləsinə isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması adlı 139-1-ci maddə əlavə olunur. Əlavəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hər iki layihə səsə qoyularaq qəbul edildi.

    Milli Məclisin plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi müzakirə edildi.

    "Bütün dünyada olduğu kimi, bu virusun Azərbaycanda da sahibkarlıq subyektlərinə təsirsiz ötüşməyəcəyi məlumdur”. Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili dedi. Koronavirusun xüsusən turizm və nəqliyyat kimi sahələrə ciddi təsir göstərəcəyini qeyd edən T.Mirkişili bildirdi ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi dövlət siyasətidir: "Bu vəziyyətdən sahibkarların ən az ziyanla çıxması üçün sahibkarların da bir-birinə tətbiq edəcəyi güzəştlər önəmlidir”.

    Deputat Naqif Həmzəyev dedi ki, bəzi vətəndaşlar banklardan kredit götürüb toy günlərini müəyyən etdikləri halda, toy mərasimləri təxirə salınıb. Ona görə də deputat banklara xitabən vətəndaşlara möhlət verilməsinə çağırış etdi: "Vətəndaşların böyük əksəriyyəti toy məclislərini həyata keçirmək üçün kredit götürüblər. Buna görə də onlar banklara borcludurlar. Belə görünür ki, mart və aprel ayında toy mərasimləri keçirilməyəcək və onlar kreditləri ödəməkdə çətinlik çəkəcəklər. Mümkünsə, banklara müraciət edək, ən azından bu 2 ay ərzində vətəndaşlara gecikmələrə görə cərimələr tətbiq edilməsin”. Deputat koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə evdə oturan vətəndaşları nəzərə alaraq, internet provayderlərinin gücləndirilmiş iş rejimində işləməsi təklifini də səsləndirdi.

    Deputat Hikmət Babaoğlu dedi ki, koronavirus infeksiyası dünyanın 162 ölkədə yayılıb: "Ancaq çox sevindirici haldır ki, Azərbaycanda bu virus az yayılıb”. Deputat bildirdi ki, virusla yanaşı informasiya pandemiyası da təhlükəlidir:  "İnsanlara vaxtında və düzgün məlumat yayılmalıdır ki, panikaya yol verilməsin”.

    Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva də öz növbəsində panikaya yol verməməyə, amma təhlükəni ciddiyə almağa çağırdı: "İtaliyada insanların koronavirus təhlükəsini ciddiyə almamaları ölkədə bu virusun sürətli yayılmasına səbəb oldu. Ona görə də insanlarımız bu virusa ciddi yanaşmalıdır”. Deputat bildirdi ki, insanlar bu virusla mübarizəyə ciddi yanaşmalıdır: "Hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi təlimatlarının həyata keçirilməsində fəal olmalıyıq. Əgər fəal olarıqsa, biz bu virusun qarşısını tez bir zamanda almış olarıq”. Q.Paşayeva bu məsələdə mətbuatın rolunu yüksək qiymətləndirdi.

    Deputat Sabir Rüstəmxanlı qanun layihəsində dil qaydalarının pozulması ilə bağlı fikirlərini çatdırdı.

    Deputat Erkin Qədirli isə dedi ki, hökumət sosial şəbəkələrə uduzub: "Yalana qarşı həqiqətlə çıxmaq lazımdır. Ən çətini inandırıcılıqdır. Biz cəmiyyət olaraq uduzuruq. Beynəlxalq səviyyədə də uduzuruq...” Daha sonra əlavə etdi ki, sosial şəbəkələr təxribat sayılacaq məlumatlarla, lağlağılarla doludur. E.Qədili dedi ki, parlamentin öz kanalı olmalıdır: "Həm telekanalı, həm də Youdube kanalı. Seçicilərin əksəriyyəti komitələrdəki fəaliyyətdən xəbərsizdir”.

    Sədr dedi ki, iclas əksər telekanallarda öz əksini tapdı. Bu istiqamətdə təkliflər var, nəzərə alınacaq.

    Yekunda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə olundu. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc layihə barədə məlumat verdi. Bildirdi ki, sənədə təklif olunan dəyişikliklə internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: "İnsanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütlləvi sürətdə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar yerləşdirilməməlidir”.

    Müzakirələrdən sonra dəyişiklik qəbul edildi.(Musavat.com)

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 309


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Karantin zamanı neft mədəninin ərazisini zəbt etmək istədilər 513 nəfər yoluxdu, 8 nəfər vəfat etdi Azərbaycanda qatar yük maşını ilə toqquşdu: Sürücünün qolu qopdu - FOTO/VİDEO Q.Paşayeva son 5 gündə 250-dən çox vətəndaşla online şəkildə görüntülü danışıb “Sobsan” boya fabrikində baş verən yanğın söndürüldü Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır Evdən çıxmağa üç halda icazə VERİLƏCƏK Leyla Əliyeva üçün özəl gün ABŞ qazdığı tələyə özü düşdü?! - Zaxarovadan ilginc AzTV-nin baş redaktoru da koronavirusdan öldü - ŞOK Rektorun hərbi xidmətə çağırılmış məzunlarla onlayn görüşü keçirilib Eyvandan atılan zibillə uşağın başını yardılar - ANBAAN VİDEO Parlamentdə su müzakirəsi: Hüseynov MM-ə çağırıldı Qızdırması olan hər kəs test edilir - RƏSMİ AÇIQLAMA Amerikalı kəşfiyyatçı Qrehem Fullerin Milli Şuradakı dostu... Daha 556 nəfərdə koronavirus aşkarlandı - 7 nəfər öldü Ramin Bayramlının istefa verməsi ilə bağlı yayılan xəbərlərə - TƏBİB-dən reaksiya Bakıda qəbirstanlıqda baş verən yanğın söndürüldü Həkimindən Bağırzadənin səhhəti ilə bağlı – Açıqlama Azərbaycanda kafedə 50 nəfərlik məclis təşkil edən şəxs həbs OLUNDU Q.Paşayeva son 1 həftədə 200-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb Samir Şərifov 190 manatlıq birdəfəlik ödənişin iyun və iyul ayında da verilməsi təklifinə münasibət bildirib “Qotur danaları baha alıb insanlara satdılar” - Deputat naziri TƏNQİD ETDİ Zakir Həsənov yeni hərbi hissənin açılışında - Video Qənirə Paşayeva Caved Abbasi ilə video görüş keçirdi. Məktəbli qız vətənpərvərliyi və xüsusi istedadı ilə izləyicilərin rəğbətini qazandı-Sizi Tanıyaq (Video) Göyçayda xəstəxana koronavirusla mübarizə üçün ayrıldı Ucarda FACİƏ: Yük maşını piyadanın üstündən keçdi “Semaşko” yalnız koronavirus xəstələri üçün ayrıldı “Qızım deyir ki, heç kim çölə çıxa bilmir, siz istədiyiniz yerə gedirsiz” - Video "Sizi Tanıyaq" layihəsinin gənc istedadları 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə xalqımızı təbrik edir-VİDEO Mehriban Əliyevadan Qurtuluş günü ilə bağlı paylaşım ABŞ-da naməlum şəxs etirazçıları güllələdi: ölənlər var Q.Paşayeva son 1 həftədə 150-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb "Xəstəlik həndəsi silsilə ilə artacaq!"-Mütəxəssisdən sərt xəbərdarlıq “Bəzi müəssisələrdə kəllə qəndin ağardılması üçün zərərli maddələrdən istifadə edilir” - Mütəxəssis Ərdoğan bunları edəndə biz yatmışdıq - Afinadan baxış Koronavirusa yoluxan insanlarda immunitet yaranmır - Müsahibə Biləsuvarda ev yanıb Buraxılış imtahanlarının nəticələri açıqlandı Ləğv olunan iki bankda qorunan əmanətlər “Beynəlxalq Bank” vasitəsilə ödəniləcək - RƏSMİ İsti havada bu içkiləri içməyin! Mingəçevirdə ağır qəza - 1 ölü, 5 yaralı var Bakıdan çıxışda tıxac, rayona gedənlər geri qaytarılacaq FHN çimərliklərdən istifadə ilə bağlı xəbərdarlıq edib 14 iyunda gözlənilən hava şəraiti Azərbaycanda bu il dəniz nəqliyyatı ilə 2,5 mln. tondan çox yük daşınıb Sumqayıtda başına dəmir düşən fəhlə ölüb Çində yenə korona yayılmağa başladı - Bazarlar bağlandı 60 yaşlı qadın beyin əməliyyatında DOLMA BİŞİRDİ Xalq artisti torpağa tapşırıldı Bu gün ilk dəfə virtual "Son zəng" keçiriləcək Deputatlar bu gün növbədənkənar iclasda yeddi məsələni müzakirə edəcək Sərt karantin gəlir: Qıtlıq ola bilərmi? - Açıqlama “Sən də, ərin də dovşansız” deyən polis işdən çıxarıldı - Video Azərbaycanda bir gündə 323 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 5 nəfər vəfat edib – RƏSMİ Bakı-Quba yolunda avtomobil ağaca çırpılıb, yaralanlar var - FOTO İrandan ABŞ-a: Bunu davam etməyə hazırıq! Rus qadından ermənilərə: Soçi də sizindir? - Video Bakı küçələri dezinfeksiya olundu Aydın Mirzəzadə: Karantin rejiminin sərtləşdirilməsi vacib idi - MÜSAHİBƏ Dükanlar bağlanır: 2 günlük ərzaq ehtiyatı görün - Video Sabah dövlət qurumları saat 14:00-dək işləyəcək Mütəxəssis: "Koronavirus xəstəliyi yoxdur" deyənlər cahil insanlardır Paşinyan Ermənistanda xəstəxana çatışmazlığından şikayətləndi Mühafizəçi iş başında qətlə yetirildi - VİDEO ABŞ bu bölgədəki əsgərlərini geri çəkir Nazirlik aksiya keçirən tələbələrlə bağlı məlumat yaydı - VİDEO Qənirə Paşayeva “Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” adlı online konfrans verib Qənirə Paşayeva Azərbaycanın tanınmış yeni nəsil sənətçisi, müğənni Nurlan Əzizbəyli ilə görüşüb. İstiqlal mücəvhəri Hacı Kərim Sanılı -Sevindik Nəsiboğlu yazır... Mayın 31-dən bu yumşalmalar olacaq - RƏSMİ AÇIQLAMA Dostlar arasında dava qanla nəticələndi Jurnalistlərin binasında "Çin əməliyyatı" - Külli miqdarda yeyinti aşkarlandı Almaniya ilə ABŞ arasına CİDDİ FİKİR AYRILIĞI - Nəticə necə olacaq? Q. Paşayeva Cümhuriyyət bayramı münasibətilə Tovuzda 400-ə yaxın gəncə tariximizə və mədəniyyətimizə dair maraqlı kitablar hədiyyə edib. Bakıda qəza yolda tıxaca səbəb oldu - VİDEO - FOTO Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır – FOTO+VİDEO Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edildi - RƏSMİ AÇIQLAMA Mədəniyyət Nazirliyinin əməkdaşına Əbülfəs Qarayevin vaxtında neçə ev verilib? - İDDİA " Fond artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb"-Qənirə Paşayeva Sumqayıtda baş verən qəzada ölənlərdən 4-ü hərbçi, biri mülki şəxs olub - YENİLƏNİB - FOTO Həcc üçün topladıqları pulu koronavirus xəstələrinə xərclədilər...- İBRƏTAMİZ Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı olub Azərbaycanda koronavirusla bağlı son vəziyyət Çin dünyaya meydan oxudu: Rusiya və biz... Peşəkar stilist Dilarə Bağırova möhtəşəm bir uğura imza atıb. Q.Paşayevanın təşəbbüsü ilə TİKA tərəfindən Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verilib. Ağdaşda qəza nəticəsində avtomobil iki hissəyə bölünüb - FOTOLAR Çavuşoğlu Ermənistanın Şuşadakı təxribatından danışdı - VİDEO ABŞ yeni lazer silahı ilə PUA-nı vurdu - Video Yazgül Abdiyeva: Koronavirus haqqında yanlış məlumatlar yayan insanlarla bağlı lazımi qaydada ölçü götürülməlidir Ərdoğana söylədiyi söz iclasa damğa vurdu - MARAQLI... + VİDEO Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik Tərtərin Borsunlu kəndində nə baş verir? Camaat susuz qalıb - FOTO Xəstəxanada yanğın: ölənlər var (VİDEO) “Qeyri-qanuni yığılan pullar kimlərinsə cibinə gedir” - Video Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub, dördü ölüb - RƏSMİ
    File engine/metagen.php not found.