Karantin rejimində vəziyyət necə olacaq – Bütün sualların cavabı bu yazıda

    Karantin rejimində vəziyyət necə olacaq – Bütün sualların cavabı bu yazıda


    Rayona gedən insanlar vardı ki, hamısı rayon qeydiyyatında olsalar da, martın 29-u işdə olmalıydılar. İndi necə olacaq?

    Bilirsiniz ki, bu gündən ta aprelin 20-si saat 00:00-a qədər ölkə ərazisində xüsusi karantin rejimi elan edildi. Düşündüm ki, tək tək hər birinizə cavab verməkdənsə, #XƏBƏR-ləri buket kimi yazım, bəlkə daha çox insan faydalana bildi…

    Başlayaq:

    1. Bu günə qədər yoluxma halı 72 nəfərdə aşkar olunub, onlardan 10-u sağalıb və bir nəfər dünyasını dəyişib. Hazırda karantində 1000 nəfərə yaxın adam var. Yoluxanlar 29-50 yaş arası şəxslərdir. Onlardan 2-si xarici vətəndaşdır, digərləri Azərbaycan vətəndaşlarıdır. Bu günə qədər Azərbaycanda 18 yaşına qədər 3 nəfər koronavirusa yoluxub.

    DİQQƏT! Bu, o demək deyil ki, o 70 nəfərin hamısı ərazimizdə yoluxub. TƏBİB-dən bildirilmişdi ki, yoluxanlar əsasən xaricdən gələnlər olub.

    Ərazimizdə neçə yoluxma halı olub? –  Sualıma cavab verən olmadı.

    Bizdə nə vaxtdan var? – Azərbaycanda koronavirus əsasən fevralın sonu və martın əvvəlində idxal olunurdu. Bu günə onların sayı təxminən 30 nəfərdir. Bundan sonra isə xəstəliyə yoluxma halları ölkə daxilində də qeydə alınmağa başladı.

    ƏN ÇOX YOLUXMA cənub zonasındadır. Çünki ilk vaxtlar sərhədlər tam bağlanmadı. Xüsusən də İranla. Bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

    2. Qərarda göstərilir ki, "65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin”.

    DİQQƏT! Bu qayda səhiyyə işçiləri üçün keçərli deyil, onlar işləyəcək.

    SUAL: Qıvraq, işləyən, özü min cavana dəyəcək 65 və ondan yuxarı yaş təbəqəsinin işə gedib-gəlməsi necə yoxlanacaq, mexanizm nədir, öz avtomobilində onun yaşını kim necə yoxlayacaq? – Bu suala da cavabım yoxdur. Hər halda, qərar qadağan edirsə, getməməkdə fayda var. Oturun evdə, dincəlin də özünüzçün.

    3. Metro və avtobuslar öz qaydasında, həmişəki qaydada işləyəcək. ƏLAVƏ olunan EXSPRESS avtobuslardır, onların xəttə buraxılmasının məqsədi insanların metrodan maksimum az istifadə etməsidir və o avtobuslar sizi ancaq A nöqtəsində olan metrostansiyanın qarşısından götürüb, B nöqtəsindəki metrostansiyanın yanında endirəcək, dayanacaqlarda yox.

    DİQQƏT! Avtobuslara oturacaq sayından artıq adam götürülməyəcək. Karantin müddətində qadağan olunub. Lazım olsa, xəttə əlavə avtobuslar buraxılacaq.

    4. Bakı, Sumqayıt, Xırdalan, Abşeron, Corat, Saray və s. – bu ərazilərdə hərəkətdə heç bir məhdudiyyət yoxdur. İşinizə-gücünüzə normal gedib-gələcəksiniz.

    5. "Sədərək” və "Binə” ticarət mərkəzləri karantin müddətində fəaliyyətini tamamilə dayandırdı. Günorta yazdığınız məsələlər keçdi arxa plana, ən azı aprelin 20-nə kimi.

    6. İctimai iaşə müəssisələri müştərilərə yerində xidmət vaxtı saat 12:00-15:00 arası olacaq. Evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.

    SUAL: Niyə belə edilib, guya virus o saatda yoluxmur?

    CAVAB: Əziz adamlar, hər şeyi bir fincan qəhvə hesabı ilə ölçməyək. Səbəb sadədir: ona görə ki, insanlar bir yerdə çox oturmasın, yığışmasın, toplaşmasın. Yəni virusun gəlmə saatı ilə heç bir əlaqəsi yoxdur.

    DİQQƏT! Bütün supermarketlər, ərzaq mağazaları və apteklər əvvəlki kimi öz rejimlərində işləyəcək. Heç bir dəyişiklik filan yoxdur. Fatma xalanın votsapdakı Xatışa yazdığı mesajlar beyninizi qarışdırmasın.

    7. Rayona gedən insanlar vardı ki, hamısı rayon qeydiyyatında olsalar da, martın 29-u işdə olmalıydılar. İndi necə olacaq?

    DİN rəsmisi Zahidov dedi ki, "Əzizə xanım, karantin müddəti bitməyincə, geri dönə bilməyəcəklər”.

    Sual verdim: Bəs o zaman onların işləri necə olacaq, axı bu qədər adamın işi ləğv olunmayıb?

    Cavab: "Bilirik. Bakının yarısı rayon qeydiyyatında olanlardır və işləyirlər. Amma karantin rejimi belə şeyə baxmır. Ancaq ayın 20-si gələ biləcəklər. Bakı, Abşeron, Sumqayıt qeydiyyatında olub rayonda olanlar geri dönə bilərlər, Bakıdan qeydiyyatda olduqları rayonlarına da gedə bilərlər, amma bu müddətdə ayrı giriş-çıxış edə bilməzlər. Bakı, Sumqayıt, Abşeron qeydiyyatlılar da rayonlara gedə bilməzlər”.

    8. Rayonlararası gediş-gəliş də dayandı. Məsələn, Lənkərandan Masallıya, İsmayıllıdan Şəkiyə və s. getmək olmaz, aprelin 20-nə qədər.

    9. Küçə və parklarda qrup şəklində gəzmək qadağan olundu. 10 nəfərdən artıq hardasa toplaşmaq olmaz.

    Sual: Həyətdə düşüb nəfəs ala bilmərik?

    Cavab: Əlbəttə bilərsiniz. Amma adamlardan maksimum izolyasiya şərti ilə.

    10. Azərbaycanla Gürcüstan sərhədi də aprelin 20-dək bağlı olacaq, karantinlə bağlı.

    SUAL: Bəs dünən deyirdiniz, "Qırmızı körpü” ilə…

    CAVAB: "Bəli, dünən məlumat elə idi ki, ancaq "Qırmızı körpü” ilə mümkündür, bu gün isə karantin tələbləri deyir ki, artıq mümkün deyil. Səbr edin”.

    Əzizə İsmayılova, jurnalist, radio-aparıcı

     /Ayna.az/
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 155


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Q.Paşayeva MM-də çətin vəziyyətə düşən insanlarla bağlı şirkətlərə, imkanlı şəxslərə çağırış edib. Qənirə Paşayeva Tovuz rayonundakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bayram sovqatı göndərib Bakıda əhaliyə daha bir qadağa Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir COVID-19-dan qoruyan məhsulların siyahısı AÇIQLANDI Koronavirusa yoluxanlar: onları diqqətlə dinləyin – VİDEO Hazırda ən pis böhranla üz-üzəyik – Baş nazir “Tunel-Metro İnşaat“ MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 000 AZN yardım göstərmişdir. "Biz birlikdə güclüyük"!- Milli QHT Forumu ölkə ictimaiyyətinə müraciət etdi Gürcüstanda 5 uşaq koronavirusa yoluxdu Ucarda 60 yaşlı kişi qonşusunu "lapatka" ilə öldürdü Ermənistanda hərbçilər koronavirusa yoluxdu İşçiləri ixtisar edənlərə qarşı ciddi tədbirlər görüləcək - Nazirlik rəsmisi İtaliyada koronaviruslu xəstələrin olduğu xəstəxanadan görüntülər - VİDEO Hökumət dəstək tədbirlərini müəyyən edərkən hansı sahibkarlara üstünlük verəcək? Ceyhun Bayramov #TəmizƏllər kampaniyasına qoşuldu - VİDEO Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? — DİN-dən AÇIQLAMA Karantin rejimində vəziyyət necə olacaq – Bütün sualların cavabı bu yazıda Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılıb Koronavirusun yeni simptomları meydana çıxdı Nazirlər Kabineti Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi - RƏSMİ Teledərslərə yenidən start verilir: Sabahın cədvəli “Nar”dan möhtəşəm dəstək: 500 min ianə, pulsuz rabitə... Fərman: ödədiyiniz məbləğin bu hissəsi geri qayıdacaq Almaniyada koronavirusa yoluxanların sayı 22 mini ötdü Azərbaycan jurnalistlərinə koronavirusla bağlı MÜRACİƏT Koronavirusa yoluxan futbolçudan açıqlama - “Gözlərim alışırdı” Azərbaycanda Yoluxucu Xəstəliklər Xəstəxanasında dörd yaşlı uşaq öldü Koronovirus üçün ayrılmış 1 milyard necə xərclənəcək? Azərbaycanda polisə aparılan 70 yaşlı kişi keçindi Çində güclü zəlzələ: Tələfat və dağıntı... Əgər elan olunan qaydalara kimsə əməl etməsə... – İlham Əliyev Koronaya yoluxan türk general öldü Ucarda 4 uşaq atası özünü güllələdi “Nar+” tətbiqini yüklə və hədiyyə qazan! Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət etdi Mənsimov cəza evindən açıqlama yaydı: Aclıq elan etdi... - Video Karantin rejimlərini pozanlara sərt cəzalar veriləcək Millət vəkili Qənirə Paşayeva ictimai təhlükəsizliyə təhdid yaradan informasiyalarla mübarizə istiqamətində vacib təkliflərlə çıxış edib. İtaliyada bu gün 349 nəfər dünyasını dəyişdi Türkiyədə bu gecədən bütün məkanlar bağlanır “Nar”abunəçilərinin internetdən istifadəsi 65% artıb Prezident Sahil Babayevi qəbul etdi Deputat Ermənistanla həmsərhəd olan ərazilərdə iqtisadi zonaların yaradılmasını təklif etdi Universitetlərə sənəd qəbulunun vaxtı dəyişdirildi Xaricdəki azərbaycanlılar bir-birinə belə dəstək oldu-Video Şəmkirdə azyaşlını maşın vurub. “Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur” - Elman Rüstəmov Faiz dərəcəsi ciddi şəkildə endirildi - Dollarla bağlı yeni xəbər Nigeriyada neft borusunda partlayış: çoxlu sayda ölənlər var – VİDEO Türkiyədə bütün əyləncə mərkəzləri bağlanacaq Qaydaları pozan restoranların fəaliyyətinə qadağa qoyuldu - RƏSMİ Operativ Qərargah vətəndaşlara növbəti dəfə müraciət etdi Qazaxıstanda da fövqəladə vəziyyət elan olundu İranın vitse-prezidenti sağaldı Muxtar Babayev yeni rəis təyin etdi Azərbaycanlı gənc o universitetə qəbul oldu - Məzunu 88 min maaş alır “Azəriqaz”dan xəbərdarlıq: Bu ərazilərdə xidmətlər məhdudlaşdırılacaq Koronavirusa görə əhali üçün bu xidmət işə salınır Hüseynqulu Bağırov həbs ediləcək Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq. İrəvanın qorxulu röyası - Azərbaycan işğalçını Türk silahları ilə vuracaq İtaliyada koronavirusdan ölənlərin sayı 1266 nəfərə çatıb Deputat sayı artırıla, seçki sistemi dəyişə bilər – Sensasiya ABŞ-da koronavirusa yoluxanların sayı 2 mini ötdü 8-ci böyük böran gəlir: Bu ölkədən başlayacaq Dərslər yenə təxirə salına bilər` Azərbaycanda soyqırım haqqında qanunun qəbul edilməsi təklif olunur Ərdoğan xarici səfərləri təxirə salıb Hər bir deputat ayda 2 dəfədən az olmayaraq seçicilərin görüşünə gedəcək - ÖZƏL Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu Milli Məclis bu gün toplaşır – Deputatlara vəsiqə veriləcək Baş nazirdən QƏRAR - Onlar 10 il müddətinə vergidən azad edildilər İspaniyada daha bir nazirdə koronavirus tapıldı Azərbaycanda gənc qız burun əməliyyatı zamanı öldü Qənirə Paşayeva “Beynəlxalq Mahmud Kaşqari Mükafatı” ilə təltif edilib. Uşaqların düzgün qidalanmaması nələrə səbəb ola bilər? Q.Paşayeva Milli Qəhrəman ailələri ilə görüşüb Daha 3 ölkə Rusiyaya neft müharibəsi elan etdi Vaşinqtonda fövqəladə vəziyyət elan edildi Sahibə Qafarovadan spiker kimi ilk AÇIQLAMA Əli Əsədov dollarla bağlı əhaliyə çağırış etdi Polşada da məktəblər koronavirusa görə bağlandı Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM Toylar da təxirə salınacaq? - VİDEO Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri oldu MM-in komitə sədrləri məlum oldu - Tam siyahı Bu gün Yel çərşənbəsidir YAP-çı və bitərəf deputatlar toplandı: MM rəhbərliyi bilinəcək Fransada nazir koronavirusa yoluxdu Azərbaycanlı tələbədən təsirli şeir: "Duyğularım əzik-əzik..." Tibbi maskaları baha qiymətə satan bir neçə dəstə saxlanıldı - Fotolar Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq ABŞ-da yeniyetmələr qızı vəhşicəsinə döydü - VİDEO Türkiyə sərhədində dəhşət yaşanır: yüzlərlə yaralı... "Real" "Betis"ə uduzdu Nigeriyada futbolçu oyun zamanı dünyasını dəyişdi – VİDEO Hindistanda insanlar viruslardan qorunmaq üçün peyin vannaları qəbul edir – VİDEO ABŞ Polşaya 100 milyonluq silah yerləşdirəcək Mingəçevirdə məcburi köçkünlərin binasında yanğın - Video
    File engine/metagen.php not found.