Heydər Əliyevin anadan olmasından 97 il ötür - Fotolar

    Heydər Əliyevin anadan olmasından 97 il ötür - Fotolar


    Bu gün ümummilli lider Heydər Əliyevin doğum günüdür.

    İcxeberler.info xəbər verir ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
    Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.
    Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.
    Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985), Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur.
    Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.
    Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
    1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
    Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
    1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.
    1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
    Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.
    1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
    Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
    Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir. Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.
    2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.
    Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 184


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Sumqayıtda baş verən qəzada ölənlərdən 4-ü hərbçi, biri mülki şəxs olub - YENİLƏNİB - FOTO Həcc üçün topladıqları pulu koronavirus xəstələrinə xərclədilər...- İBRƏTAMİZ Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı olub Azərbaycanda koronavirusla bağlı son vəziyyət Çin dünyaya meydan oxudu: Rusiya və biz... Peşəkar stilist Dilarə Bağırova möhtəşəm bir uğura imza atıb. Q.Paşayevanın təşəbbüsü ilə TİKA tərəfindən Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verilib. Ağdaşda qəza nəticəsində avtomobil iki hissəyə bölünüb - FOTOLAR Çavuşoğlu Ermənistanın Şuşadakı təxribatından danışdı - VİDEO ABŞ yeni lazer silahı ilə PUA-nı vurdu - Video Yazgül Abdiyeva: Koronavirus haqqında yanlış məlumatlar yayan insanlarla bağlı lazımi qaydada ölçü götürülməlidir Ərdoğana söylədiyi söz iclasa damğa vurdu - MARAQLI... + VİDEO Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik Tərtərin Borsunlu kəndində nə baş verir? Camaat susuz qalıb - FOTO Xəstəxanada yanğın: ölənlər var (VİDEO) “Qeyri-qanuni yığılan pullar kimlərinsə cibinə gedir” - Video Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub, dördü ölüb - RƏSMİ 2-4 günlük küçəyə çıxmaq qadağası hazırlanıb - TƏBİB Azərbaycanda son sutkada koronavirusa 106 nəfər yoluxdu, 59-u sağaldı (RƏSMİ) Azərbaycanın Baş Naziri qərar imzaladı: Sabahdan... Məktəbdaxili qiymətləndirmə üçün müvəqqəti qaydalar təsdiqləndi - RƏSMİ Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. DSX-nin həbs edilən vəzifəliləri açıqlandı - Adlar Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə Qənirə Paşayeva : “AKƏM çərçivəsində ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunub” Nazir düşdüyü qəzadan DANIŞDI– EKSKLÜZİV (VİDEO) Çində zavod çökdü - ölənlər var Q.Paşayeva insan alverinə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinə çağırıb Müdafiə naziri təlimlərin keçirildiyi cəbhə bölgəsinə getdi – VİDEO Daha bir ölkədə karantinin müddəti UZADILDI “Yayda xaricə gedənlər qayıdandan sonra karantində saxlanılmalıdır” “Həkim koronavirusa görə pul təklif edibsə, niyə polisə xəbər verməyib?” Bazarlarda müştəri də artıb, qiymət də - VİDEO Qənirə Paşayeva Cümhuriyyət qurucularına Bakıda büst və ya heykəllərin qoyulması təklifi ilə çıxış edib Prezidentdən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ “Karantindən qabaq elçiliyə gedib, qalıb həmin adamın evində” “Bazarstore”da lift şaxtasına düşən qız öldü Tramp ÜST-ə 30 gün vaxt verdi Həbs olunan məmurların sərvətləri necə müsadirə edilir? – Nazirlik açıqladı Yoluxma artırsa, karantin rejimi niyə yumşaldılır? – Rəsmi cavab Karantindən sonra cərimələr bağışlanacaq? – VİDEO Laçının işğalından 28 il ötür Hidrometeorologiya xidmətindən əhaliyə XƏBƏRDARLIQ Arzu Zeynallı: “Laçın mənim üçün dərd deyil, həsrət qaldığım uşaqlığımdır, yaşaya bilmədiyim gəncliyimdir” Güclü külək ağacları elektrik xətlərinin üzərinə aşırdı - Fotolar Dağıstanda 40-dan çox həkim öldü Karantin qaydalarını pozan “jurnalist” saxlanıldı - Foto Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 5-ci toplantısı online qaydada keçirildi. Bu qaydalara riayət etməyənlərə CİNAYƏT İŞİ AÇILACAQ - Operativ Qərargah Hindistan koronavirusa yoluxmaya görə Çini ötüb Təhsil naziri şöbə müdirini işdən çıxardı Çin ABŞ nəhənglərini qara siyahıya almağa hazırlaşır Məhkəmə DTX-nın saxladığı generalla bağlı qərar verdi “Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident Nazirlər Kabineti rəsmisindən Rusiya ilə sərhədə toplaşan həmvətənlərimizlə bağlı AÇIQLAMA İbrahim Məmmədovdan tədrislə bağlı MÜHÜM AÇIQLAMA Tutulan generala bu maddələrlə cinayət işi açılıb Xeyriyyəçiliklə məşğul olanlar polisə çağırılır? – RƏSMİ AÇIQLAMA Arvadını stula bağlayıb, saatlarla işgəncə verdi - FOTO/VİDEO Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Şamil Süleymanlı ilə görüşüb. "Məmurların əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir" ÖZƏL-MÜNASİBƏT “Bazarstore”da bədbəxt hadisə - Gənc qız liftin şaxtasına düşdü Ucarda qəza baş verdi: 4 nəfər yaralandı - Foto Angela Merkel elan etdi: Qapılar açılır Sel suları elektrik enerjisinə ciddi ziyan vurdu Həbs olunan nazir müavini: "1.5 milyon pul alırdım" (VİDEO) Polisin fərasəti şəlaləyə qapılmış şəxsi belə xilas etdi - VİDEO Məşhur bazar ikinci dəfə yandı: Nazir olay yerində - Video Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ADA Universitetində və ADA Məktəbində Qənirə Paşayevanın iştirakı ilə onlayn müzakirələr keçirilib. Azərbaycanda 97 nəfər koronavirusa yoluxdu, ölən var DTX-nin həbs etdiyi Zakir Sultanovun aldığı rüşvətin bir hissəsi məlum oldu Bərdədə qadının külli miqdarda pulunu oğurlayan gənc tutuldu - Foto Türkiyə S-400, hətta Su-57 istehsal edə bilər? - Rus ekspert Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım Heydər Əliyevin anadan olmasından 97 il ötür - Fotolar Təhlükə: Azərbaycanda koronavirusun ikinci dalğası... Xarici İşlər Nazirliyi Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümünə dair bəyanat yayıb. Deputat 150-dən çox ailəyə tibbi yardım göndərdi Tələbələr bu halda təhsil haqqı ödəməyəcək - RƏSMİ Prezident və xanımı yeni xəstəxananın açılışında - Foto “Cəza tədbirlərini sərtləşdirin” — İlham Əliyev tapşırıq verdi Dövlət bağçaları yayda açılacaq? - Nazir açıqladı DSMF-nin vəzifəli şəxsi belə tutuldu - VİDEO (YENİLƏNİB) Azərbaycanda 47 yaşlı kişi maşınında GÜLLƏLƏNDİ DTX Vilyam Hacıyevi belə HƏBS ETDİ - VİDEO Operativ Qərargah brifinq keçirdi - Video İCTİMAİ TELEVİZİYANIN ƏMƏKDAŞI PREZİDENTƏ TƏŞƏKKÜR MƏKTUBU YAZDI-(Video+Foto) Prezidentin köməkçisi və Zakir Həsənov cəbhəboyu zonada - VİDEO Q.Paşayeva pandemiyadan zərər çəkmiş daha 150-dən çox ailəyə yardım göndərib. MTRŞ-nin sədri aparat rəhbərini işdən çıxardı - yeni təyinat (FOTO) Basabas, insanlar maskasız: metro açılmalıdır... Vəhşi heyvan yeməyə davam edən çinlilər ağıllanmadı - FOTO 124 manata kirayədə yaşadığını deyən icra başçısının sərvəti - SİYAHI Azərbaycan səfiri italyan jurnalistin Dağlıq Qarabağla bağlı qərəzli yazısına cavab verib İsraildən İrana mesaj: Siz oranı tərk edənə kimi... Q.Paşayeva: “Konvensiyaya qoşulmaq Azərbaycan həqiqətlərinin daha geniş təbliğində önəmli rol oynayacaq”. TƏCİLİ: Biləsuvarda Nə Baş Verir? Əhali və Polislər Arasında Gərginlik-Video 14 yaşlı məktəbli maraqlı cizgi filmi hazırlayıb-Video Sabahın hava PROQNOZU: Yağış, külək! Paşinyan qadağaları götürdü, ölənlərin sayı artdı
    File engine/metagen.php not found.