Həbs olunan məmurların sərvətləri necə müsadirə edilir? – Nazirlik açıqladı

    Həbs olunan məmurların sərvətləri necə müsadirə edilir? – Nazirlik açıqladı


    Azərbaycanda həbs olunan məmurların topladığı var-dövlət hər kəsi heyrətə gətirəcək qədər çoxdur. Ötən ildən başlayaraq həbs olunan icra başçılarının gizli kamera ilə çəkilmiş "fəaliyyətlərindən” aydın olur ki, onlar bir həftə ərzində 200-300 min manat arası qanunsuz var-dövlət əldə edə bilirlər. Təsadüfi deyil ki, hətta hazırda vəzifədə olan icra başçılarının da xaricdə milyonlarla dollarlıq əmlak və biznesi üzə çıxır.

    Həbs olunan məmurların xalq və dövlətdən soyub taladıqları sərvətin bir qismi müsadirə olunaraq dövlətə qaytarılır. İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin evindən çıxan 5 milyon dollardan yuxarı vəsait göstərir ki, orta ranqlı bir məmurdan dövlət nəfinə on milyonlarla manat vəsaiti geri almaq mümkündür. Bəs bu vəsaitlər, müsadirə olunan əmlaklar dövlət nəfinə necə alınır?

    İcxeberler.info xəbər verir ki, "Yeni Müsavat” qəzeti bununla bağlı Maliyyə Nazirliyinə sorğu göndərib.

    Nazirlikdən sorğuya verilən cavabda çox maraqlı məlumatlar açıqlanır. Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən cavaba görə, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.

    Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 69 nömrəli qərarı ilə təsdiq edilmiş "Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.6-cı yarımbəndinə əsasən. məhkəmə qərarı ilə müsadirə edilmiş əmlakların satışından əldə edilən vəsaitlər onların saxlanılması, satışı, habelə qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 iş günü müddətində dövlət büdcəsinə köçürülür.

    Bu vəsaitlərin büdcəyə köçürülməsi hansı mexanizm əsasında baş verir və büdcənin hansı maddəsində əks olunur?

    Bununla bağlı qeyd olunur ki, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin əmlaklarının müsadirə edilməsi məhkəmə qərarı əsasında həyata keçirilir. Həmin əmlakların müsadirəsi ilə bağlı məhkəmə qərarlarının icrası Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin, Nazirlər Kabineti və Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən müvafiq Qaydaların tələblərinə uyğun həyata keçirilir.

    Belə ki, həmin normativ hüquqi aktlara əsasən, müsadirə edilmiş əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə 5 iş günü müddətində qərarın surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanına məlumat verir.

    Bundan sonra dövlət mülkiyyətinə keçən, lakin dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan əmlaklar, habelə tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər, dövlət əhəmiyyətli orden və medallar, dərman vasitələri, dini ibadət (ayin) əmlakları əvəzsiz olaraq aidiyyəti təşkilatlara (orqanlara) verilir. Milli və xarici valyutada olan pul vəsaitləri müvafiq qaydada Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Mərkəzi Bankındakı hesabına mədaxil olunur.

    Mülki dövriyyəsi məhdudlaşdırılmayan digər əmlaklar "Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirilir və onların satışı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclar (Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi) vasitəsilə həyata keçirilir. Yuxarıda da qeyd olunduğu kimi, həmin əmlakların satışından əldə edilən vəsaitlər müvafiq qaydada dövlət büdcəsinə köçürülür:

    "Bununla yanaşı nəzərinizə çatdırırıq ki, müsadirə olunmuş əmlakların satışından daxil olan vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.1.8.1-ci "Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar” yarımmaddəsində əks olunur”.

    Maraqlıdır, son 5 ildə bu mənbədən dövlət büdcəsinə nə qədər vəsait daxil olub? Nazirlikdən verilən məlumata görə, bu mənbədən dövlət büdcəsinə

    – 2015-ci ildə – 6 milyon 777 min manat

    – 2016-cı ildə – 2 milyon 785 min manat

    – 2017-ci ildə – 605 min manat

    – 2018-ci ildə – 9 milyon 144 min manat

    – 2019-ci ildə – 14 milyon 720 min manat daxil olub.

    Qeyd edək ki, bu rəqəmlər ötən il həbs olunan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, Yevlaxın sabiq icra başçısı Qoca Səmədovdan müsadirə olunan pul və əmlakı əhatə etmir. Bu il həbs olun 3 icra başçısını da nəzərə alsaq, yəqin ki, 2020-ci il üzrə dövlət büdcəsinə bu maddə üzrə daxilolmalar daha böyük həcmləri əhatə edəcək.

    Yeri gəlmişkən, son 5 ilə dair rəqəmlər böyük ehtimalla "MTN işi”, "Rabitə İşi” və "Beynəlxalq Bank işi” üzrə müsadirə olunmuş əmlak və vəsaitləri əks etdirir.

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 164


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır – FOTO+VİDEO Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edildi - RƏSMİ AÇIQLAMA Mədəniyyət Nazirliyinin əməkdaşına Əbülfəs Qarayevin vaxtında neçə ev verilib? - İDDİA " Fond artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb"-Qənirə Paşayeva Sumqayıtda baş verən qəzada ölənlərdən 4-ü hərbçi, biri mülki şəxs olub - YENİLƏNİB - FOTO Həcc üçün topladıqları pulu koronavirus xəstələrinə xərclədilər...- İBRƏTAMİZ Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı olub Azərbaycanda koronavirusla bağlı son vəziyyət Çin dünyaya meydan oxudu: Rusiya və biz... Peşəkar stilist Dilarə Bağırova möhtəşəm bir uğura imza atıb. Q.Paşayevanın təşəbbüsü ilə TİKA tərəfindən Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verilib. Ağdaşda qəza nəticəsində avtomobil iki hissəyə bölünüb - FOTOLAR Çavuşoğlu Ermənistanın Şuşadakı təxribatından danışdı - VİDEO ABŞ yeni lazer silahı ilə PUA-nı vurdu - Video Yazgül Abdiyeva: Koronavirus haqqında yanlış məlumatlar yayan insanlarla bağlı lazımi qaydada ölçü götürülməlidir Ərdoğana söylədiyi söz iclasa damğa vurdu - MARAQLI... + VİDEO Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik Tərtərin Borsunlu kəndində nə baş verir? Camaat susuz qalıb - FOTO Xəstəxanada yanğın: ölənlər var (VİDEO) “Qeyri-qanuni yığılan pullar kimlərinsə cibinə gedir” - Video Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub, dördü ölüb - RƏSMİ 2-4 günlük küçəyə çıxmaq qadağası hazırlanıb - TƏBİB Azərbaycanda son sutkada koronavirusa 106 nəfər yoluxdu, 59-u sağaldı (RƏSMİ) Azərbaycanın Baş Naziri qərar imzaladı: Sabahdan... Məktəbdaxili qiymətləndirmə üçün müvəqqəti qaydalar təsdiqləndi - RƏSMİ Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. DSX-nin həbs edilən vəzifəliləri açıqlandı - Adlar Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə Qənirə Paşayeva : “AKƏM çərçivəsində ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunub” Nazir düşdüyü qəzadan DANIŞDI– EKSKLÜZİV (VİDEO) Çində zavod çökdü - ölənlər var Q.Paşayeva insan alverinə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinə çağırıb Müdafiə naziri təlimlərin keçirildiyi cəbhə bölgəsinə getdi – VİDEO Daha bir ölkədə karantinin müddəti UZADILDI “Yayda xaricə gedənlər qayıdandan sonra karantində saxlanılmalıdır” “Həkim koronavirusa görə pul təklif edibsə, niyə polisə xəbər verməyib?” Bazarlarda müştəri də artıb, qiymət də - VİDEO Qənirə Paşayeva Cümhuriyyət qurucularına Bakıda büst və ya heykəllərin qoyulması təklifi ilə çıxış edib Prezidentdən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ “Karantindən qabaq elçiliyə gedib, qalıb həmin adamın evində” “Bazarstore”da lift şaxtasına düşən qız öldü Tramp ÜST-ə 30 gün vaxt verdi Həbs olunan məmurların sərvətləri necə müsadirə edilir? – Nazirlik açıqladı Yoluxma artırsa, karantin rejimi niyə yumşaldılır? – Rəsmi cavab Karantindən sonra cərimələr bağışlanacaq? – VİDEO Laçının işğalından 28 il ötür Hidrometeorologiya xidmətindən əhaliyə XƏBƏRDARLIQ Arzu Zeynallı: “Laçın mənim üçün dərd deyil, həsrət qaldığım uşaqlığımdır, yaşaya bilmədiyim gəncliyimdir” Güclü külək ağacları elektrik xətlərinin üzərinə aşırdı - Fotolar Dağıstanda 40-dan çox həkim öldü Karantin qaydalarını pozan “jurnalist” saxlanıldı - Foto Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 5-ci toplantısı online qaydada keçirildi. Bu qaydalara riayət etməyənlərə CİNAYƏT İŞİ AÇILACAQ - Operativ Qərargah Hindistan koronavirusa yoluxmaya görə Çini ötüb Təhsil naziri şöbə müdirini işdən çıxardı Çin ABŞ nəhənglərini qara siyahıya almağa hazırlaşır Məhkəmə DTX-nın saxladığı generalla bağlı qərar verdi “Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident Nazirlər Kabineti rəsmisindən Rusiya ilə sərhədə toplaşan həmvətənlərimizlə bağlı AÇIQLAMA İbrahim Məmmədovdan tədrislə bağlı MÜHÜM AÇIQLAMA Tutulan generala bu maddələrlə cinayət işi açılıb Xeyriyyəçiliklə məşğul olanlar polisə çağırılır? – RƏSMİ AÇIQLAMA Arvadını stula bağlayıb, saatlarla işgəncə verdi - FOTO/VİDEO Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Şamil Süleymanlı ilə görüşüb. "Məmurların əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir" ÖZƏL-MÜNASİBƏT “Bazarstore”da bədbəxt hadisə - Gənc qız liftin şaxtasına düşdü Ucarda qəza baş verdi: 4 nəfər yaralandı - Foto Angela Merkel elan etdi: Qapılar açılır Sel suları elektrik enerjisinə ciddi ziyan vurdu Həbs olunan nazir müavini: "1.5 milyon pul alırdım" (VİDEO) Polisin fərasəti şəlaləyə qapılmış şəxsi belə xilas etdi - VİDEO Məşhur bazar ikinci dəfə yandı: Nazir olay yerində - Video Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə ADA Universitetində və ADA Məktəbində Qənirə Paşayevanın iştirakı ilə onlayn müzakirələr keçirilib. Azərbaycanda 97 nəfər koronavirusa yoluxdu, ölən var DTX-nin həbs etdiyi Zakir Sultanovun aldığı rüşvətin bir hissəsi məlum oldu Bərdədə qadının külli miqdarda pulunu oğurlayan gənc tutuldu - Foto Türkiyə S-400, hətta Su-57 istehsal edə bilər? - Rus ekspert Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım Heydər Əliyevin anadan olmasından 97 il ötür - Fotolar Təhlükə: Azərbaycanda koronavirusun ikinci dalğası... Xarici İşlər Nazirliyi Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümünə dair bəyanat yayıb. Deputat 150-dən çox ailəyə tibbi yardım göndərdi Tələbələr bu halda təhsil haqqı ödəməyəcək - RƏSMİ Prezident və xanımı yeni xəstəxananın açılışında - Foto “Cəza tədbirlərini sərtləşdirin” — İlham Əliyev tapşırıq verdi Dövlət bağçaları yayda açılacaq? - Nazir açıqladı DSMF-nin vəzifəli şəxsi belə tutuldu - VİDEO (YENİLƏNİB) Azərbaycanda 47 yaşlı kişi maşınında GÜLLƏLƏNDİ DTX Vilyam Hacıyevi belə HƏBS ETDİ - VİDEO Operativ Qərargah brifinq keçirdi - Video İCTİMAİ TELEVİZİYANIN ƏMƏKDAŞI PREZİDENTƏ TƏŞƏKKÜR MƏKTUBU YAZDI-(Video+Foto) Prezidentin köməkçisi və Zakir Həsənov cəbhəboyu zonada - VİDEO Q.Paşayeva pandemiyadan zərər çəkmiş daha 150-dən çox ailəyə yardım göndərib. MTRŞ-nin sədri aparat rəhbərini işdən çıxardı - yeni təyinat (FOTO) Basabas, insanlar maskasız: metro açılmalıdır... Vəhşi heyvan yeməyə davam edən çinlilər ağıllanmadı - FOTO 124 manata kirayədə yaşadığını deyən icra başçısının sərvəti - SİYAHI Azərbaycan səfiri italyan jurnalistin Dağlıq Qarabağla bağlı qərəzli yazısına cavab verib İsraildən İrana mesaj: Siz oranı tərk edənə kimi... Q.Paşayeva: “Konvensiyaya qoşulmaq Azərbaycan həqiqətlərinin daha geniş təbliğində önəmli rol oynayacaq”.
    File engine/metagen.php not found.