İstiqlal mücəvhəri Hacı Kərim Sanılı -Sevindik Nəsiboğlu yazır...

    İstiqlal mücəvhəri Hacı Kərim Sanılı -Sevindik Nəsiboğlu yazır...


    Mən 2018-cu ildə həmişəki kimi, o vaxt 100, indi isə 102 illiyi tamam olan Cümhuriyyətimiz barədə məlumatlarla maraqlanırdım. Xüsusilə də, Cümhuriyyət Parlamenti barədə məlumatlar toplayırdım. Bu məlumatlar əsasında şeirlər, hekayələr və məqalələr yazırdım və yazıram. Araşdırmalarım vaxtı təsadüfən  Sosialistlər fraksiyası barədə məlumatlar da diqqətimi özünə çəkdi. Mən onda bildim ki, sən demə, Azərbaycan Xalq Cümhuriyyətində sosialistlər fraksiyası da var imiş. Lakin, bu sosialistlər fraksiyasında bir neçə şəxs həm də Cümhuriyyətçi olublar. Onlardan İbrahim Əbilovu, Əkbər ağa Şeyxülislamovu və başqalarını misal göstərmək olar. Bu dahi diplomatlar arasında bir şair də var imiş-HACI KƏRİM SANILI!

    Hacı Kərim Sanılı haqqında ilk dəfə o vaxt məlumatlar əldə etdim. Həmin məlumatlar əsasında "Sanılının poeması” adlı şeir yazdım, şeir belə alınmışdı;
    Uca dağa, yamaclara,
    Təbiətə vurğun idi.
    İctimai xadim idi,
    İşləyirdi, yorğun idi.
    Düz 12 nəfər ilə,
    Gəldi O bir parlamentə.
    Sanılı sevdi yurdunu,
    92 nəfər ilə,
    Qoridə təhsil almışdı,
    Ölkəsinə qayıtmışdı.
    Gəncə, Poylu, Kəsəmənin,
    Məktəbində çalışmışdı.
    O illərdə ölkəmizdə,
    Müstəqillik ruhu vardı.
    Təşkilat kimi tanınan,
    "Difai”lə "Hümmət” vardı.
    Üzvü oldu o, "Hümmət”in,
    Sonra da "Sosialistlər”in.
    AXC yaranan anda
    Üzvüydü o, parlamentin.
    Dövlət dağılandan sonra,
    Çalışdı insitutlarda.
    O, o qədər çalışdı ki,
    Ağardı öz saçları da.
    Şeirlər də o, yazırdı,
    Yaratmaqdan zövq alırdı.
    "Aran köçü”, "Uca dağlar”
    Onun yaratdıqlarıydı.
    Mən hər gün, hər vaxt olsam da,
    Poemalar yaradası,
    Həvəs, ilhamım olacaq,
    Sanılının poeması.
                                                                           
    Bu şeiri yazdıqdan bir neçə ay sonra Allahın qisməti ilə bir sürprizlə qarşılaşdım. Sanılı haqqında daha çox məlumat toplamaq arzusundaykən təsadüfən onun nəslindən olan Ülkər Sanılı ilə tanış oldum. Sosial media vasitəsilə Ülkər xanımla yazışdım və Hacı Kərim Sanılı haqqında daha kimlər vasitəsilə məlumatlar toplaya biləcəyim barədə məlumatlar aldım. Hacı Kərim Sanılı barədə tam məlumat almaq istəyərkən bütün Sanılılar barədə məlumat əldə etdim.
    Sanılılar əslən şanlılar yetişdirən Qazax rayonunun Çaylı kəndindəndirlər. Sanılılar bəy nəslindən olmuşlar. Hacı Kərim Sanılının atası Kərbəlayi Hüseynin Kiçik Qafqazın ətəklərində, Pir dağının güneyində, habelə Kürün sağ sahilində, Ceyrançöldə qoyun-quzu yataqları olub. Lakin, bəzi mənbələrdə Sanılıların çoban nəslindən olduğu yazılır. Çoban olsalar da, bəy olsalar da heç vaxt mənəm-mənəmlik etməyiblər. Yaxşılıqlarını təmənnasız ediblər. Bununla da, ən yaxşı ailə, nəsil olduqlarını əməldə sübut ediblər.
    Sanılı haqqında lap çox məlumatı olan Sayalı nənədir.
    Sanılılar soyudan qalan son nümayəndələrdən birinin dediyi və "publika.az” saytının yazdığı məlumata istinad edərək qeyd edim ki, Sanılı uşaq vaxtlarında mollaxanada oxuyur, arada el şənliklərində də iştirak edərdi. Bunun sübutu da belədir:
    Alaçıqda çal-çağır zamanı iki nəfər aşıq gəlib şənliyə qoşulur.Üç-dörd mahnı oxuyandan sonra onlardan biri üzünü şənlik iştirakçılarına tutub deyir:
    - Mən sizə bağlama deyəcəm. Kim onu tapsa, həmin adama bir "beşlik" qızıl verəcəm. Əgər tapmasanız, mən sizin hər birinizdən bir manat alacağam.
    Aşıq sazı sinəsinə basıb, elə yenicə sözünə başlamaq istəyirdi ki, birdən ayağı sürüşüb yıxılır. Məclis iştirakçıları hamılıqca aşığın vəziyyətinə gülür. Bundan özünü itirməyən aşıq üzünü camaata tutub:
    Əmim oğlu Mürşüddü,
    Yadıma bir şey düşdü.
    Sorşuram nə zaman
    Bu daş bura düşübdü?
    - deyə ortadakı sal daşa işarə edir.
    Hacı Kərim qabağa keçib aşığa belə cavab verir:
    Ayağın bərk sürüşdü,
    Hamı birdən gülüşdü.
    Dünya binə olandan
    Bu daş bura düşübdü.
    Cavab aşığın çox xoşuna gəlir. Hacı Kərimi yanına çağırıb ona bir qızıl "beşlik" verir. Uşaqdakı qabiliyyətə heyran qalan aşıq "Bundan yaxşı sənətkar olar" deyib, 13-14 yaşlı Hacı Kərimi özünə şagird götürmək istəyir. Amma dayısı Abdurrəhman ağa razı olmur və aşığa "onu oxutduracam, çox götürümlü uşaqdı..." cavabını verir.
    Hacı Kərim Sanılı kəndlərində məktəb açmaq istəyirdi. Çünki artıq dövlətdə baş qaldıran cahillik Çaylı kəndində daha çox hiss olunurdu. O, seminariya qura bilmir, amma, Firidun bəy Köçərlinin sayəsində Qazax Müəllimlər Seminariyası açılır və o, burada həm oxuyur, həm də öyrədir.
    O, 1902-1904-cü illərdə Gəncə şəhər rus-müsəlman məktəbində müəllim iləyir. Daha sonra 1904-cü ildə Çaylıya qayıdır. Olduqca ağır maddi ehtiyac içində yaşayan şair nəhayət 1905-ci ildə Poylu kənd məktəbinə müəllim təyin edilir. Bir ildən sonra Dağ Kəsəmən 4 illik məktəbində müdir vəzifəsini icra edir. Orada işləyərkən Çayli kəndindən 17 nəfəri məktəbə qəbul edir.
    Sanılı Dağ Kəsəmən məktəbində müdir olduğu zaman Qayıbov soy adlı həmin məktəbdə işləyən birisi onun inqilabi işlə məşğul olmaduğu barədə Qafqaz canişinliyinə məlumat verir. Beləliklə, onun evində axtarış aparılsa da lakin dövlət əleyhinə heç bir sənəd tapmırlar. Eyni zamanda məktəb də təpədən-dırnağa yoxlanılır və oradan da heç nə tapılmasa da heç bir əsas gətirmədən Sanılını həbs edirlər. Sanılı Tiflisdə 6 ay həbsdə qaldıqdan sonra yəbsdə saxlanılması üçün əsas olmadığından onu həbsdən azad etmək məcburiyyətində qalırlar. Həbsdən azad olunan Sanılı yenidən əvvəlki iş yerinə qayıdır.
    Hacı Kərim Sanılı savadlı nəslin formalaşması üçün çox işlər görmüşdür. Belə ki, 1905-ci ildə Qazax qəzasının ayrı-ayrı kəndlərində yeddi məktəb binasının tikilməsi haqqında tərtib olunmuş layihəni çara təsdiq etdirən, həmin binaların tikintisinə lazımi qədər maliyyə vəsaiti buraxılmasına qol çəkdirən, icazə alan məhz Hacı Kərim Sanılı olmuşdur. Layihəyə əsasən, həmin binalardan birinin Çaylı kəndində tikilməsi nəzərdə tutulmuşdu. Lakin yerli adamlardan heç kim qıyıb öz torpağını məktəb binası tikilməsi üçün vermir. Bunu eşidən Sanılının əmisi oğlu Məhəmməd Hacı Kərimə deyir; "Sənin xətrinə mən öz torpağımdan 1,5 hektar yer ayırıram, gəl, məktəbi tikdir”. Həmin yerdə Sanılı məktəb tikdirir və bu tikili 1924-cü ildən 1989-cu ilədək Çaylı kənd 1 saylı orta məktəbi kimi fəaliyyət göstərmişdir.
    Hacı Kərim Sanılı maarifçiliklə yanaşı, ictimai-siyasi işlərdə də fəallıq göstərmişdir. O, 1905-ci ildə siyasi fəaliyyətə başlamış və həmin ildə "Difai" təşkilatına üzv olmuşdur. Dağ Kəsəmən məktəbində işlədiyi vaxtlarda Sanılı ictimai-siyasi fəaliyyətini daha da gücləndirərək kəndlilərin hüququnu müdafiəyə etmiş, yeniliyə və tərəqqiyə çağıran müxtəlif çıxışlarda iştirak etmişdir. Bütün bunlar yerli xəfiyyə idarəsinin gözündən yayınmamış və Sanılı 1906-cı ildə həbs edilmişdir. Bu, dövrün ziyalılarının kəskin etirazına səbəb olmuş, onlar Sanılını müdafiəyə qalxmışlar. Bu barədə Firidun bəy Köçərli "İrşad" qəzetində "El üçün ağlayan gözdən olar" məqaləsi ilə çıxış edərək yazmışdır:
    "Paxıl, həsəd və iftira səbəbilə nahaqdan məhbus olanlar həm Qazax mahalında cənab Ağabəy Qiyasbəyov və müəllim H.K.Sanıyevdir... Bunları güdaza verən ancaq içimizdən törəyən xaricməslək mürtədlər olubdur ki, divanbəyinin və uyezd naçalnikinin ətrafında quyruqlarını bulayıb dəyanət və rəzalətləri üzündən millət xadimlərini bad-fənaya verməyi özlərinə böyük hünər və qərəz bilirlər”.
    Həbsdən azad olunduqdan sonra da Sanılı inqilabi fəaliyyətini dayandırmamış, "Müdafiə" təşkilatına üzv olub, həmin partiyanın təşkilatçılarından birinə çevrilmişdir. O, partiyanın müraciətnaməsinin çap olunmasında, kütlələr arasında yayılması üçün çalışmışdır. Bundan qorxuya düşən hakim dairələr dəfələrlə onu Qazaxdan uzaqlaşdırmağa çalışmışdır. Ölkəsini müstəmləkəçilik buxovundan qurtarmaq, millətini savadlı və elmli etmək üçün mübarizə aparan Sanılı ona olunan bu təklifi qəbul etməmişdir.Hacı Kərim Sanılı 1907-ci il fevralın 9-da yerli əhali tərəfindən seçilən nümayəndə kimi Bakıya gəlmiş, "Xeyriyyə cəmiyyəti"ndə olmuş və yoxsullara, imkansızlara maddi yardım göstərilməsi üçün əlindən gələni əsirgəməmişdir. Onu ictimai-siyasi hadisələrdən kənarlaşdırmaq üçün 1910-cu ilin iyun ayında Qafqaz Təhsil Dairəsi direktorunun göndərişi ilə Sankt-Peterburq Müəllimlər İnstitutunun nəzdində açılmış əl-əməyi kursuna ezam edirlər. Orada olduğu illərdə Hacı Kərim rus inqilabçıları Belinski və Çernışevski ilə yaxından tanış olur. Bu tanışlıq və Peterburq həyatı Sanılının sonralar ictimai-siyasi cəhətdən formalaşmasında, vətənpərvərlik ruhunun yüksəlməsində mühüm rol oynayır. Kursu başa vurduqdan sonra Qazağa qayıdan Sanılı nə qədər cəhd göstərsə də onu müəllim işləməyə qoymurlar.
    Sanılı 1913-cü ildə pedaqoji sahədəki xidmətlərinə görə III dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif olunsa da,  o, ordenə görə tələb olunan üç manat vermir və ordeni almır. Belə ki o, pedaqoji cəmiyyət arasında hörmət və nüfuzuna görə pul verib özünə pul ilə orden almağı şəxsiyyətinə sığışdırmır. Lakin çar manifestindən sonra həmin ordeni pulsuz olaraq ala bilir.
    Hacı Kərimin ictimai-siyasi hadisələrdəki fəallığı bəzi dairələrdə qısqanclıqla qarşılanır.
    Çətinliklə də olsa, 1915-ci ildə Qazax seminariyasında müvəqqəti olaraq, qrafika incəsənəti müəlliminin köməkçisi təyin olunur.
    1917-ci ildə çarizmin devrilməsi ilə əlaqədar ictimai-siyasi hadisələrin təsiri Qazaxda da hiss olunurdu. Sanılı 1917-ci ildə Tiflis hümmətçilərinə qoşularaq Tiflis menşevik "Hümmət" təşkilatının fəal üzvlərindən biri olmuşdur.O, kəndliləri mübarizəyə çağırır, yığıncaq və mitinqlərdə iştirak edir,  nitqlər söyləyirdi. 1918-ci ildə Qazaxdakı kəndli üsyanları tədricən ciddi, mütəşəkkil inqilabi hərəkata çevrilirdi. Bu zaman Qazax qəzasının idarə edilməsi Hacı Kərim Sanılıya tapşırılmış və o, 1918-ci ildə Qazax qəzasının general-qubernatoru olmuşdu.
    1918-ci ilin noyabrında Tiflis menşevik hümmətçiləri öz nümayəndələrinin Bakıya Müsavat partiyasının parlamentinə yola salırlar. Həmin nümayəndələr içərisində S.Ağamalıoğlu, Ə.Qarayev, Ə.Pepinov kimi peşəkar inqilabçılarla yanaşı, Sanılı da var idi. Hacı Kərim 1918-ci ilin noyabrında Tiflis "Hümmət" partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilmişdir.
    O, sosialistlər fraksiyasının, sorğu komissiyasının üzvü olmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Sanılı iki il Qazax qəzasının xalq hakimi vəzifəsində çalışmışdır. O, həmçinin Qazax seminariyasına maliyyə vəsaiti ayrılmasından ötrü parlamentin iclaslarında məsələ qaldırmış və buna nail olmuşdur.
     
    Çarizmin devrilməsi ilə əlaqədar yaranan əlverişli məqamdan uzaqgörənliklə istifadə edən Firidun bəy Köçərli Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Gəncəyə köçürmək qərarına gəlir. Lakin Gəncənin  uzaq olmasından ehtiyat edən Firidun bəy məsələni təcili həll etmək üçün 1918-ci ildə Qazax qəza qubernatoru Hacı Kərim Sanılıya müraciət edir və Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxda yerləşdirilməsi üçün bina istəyir. Hacı Kərim Qazaxın məşhur xeyriyyəçilərindən olan Məşədi İbrahimin köməkliyi ilə bina ayırır. Heç bir təhsili və savadı olmayan, ancaq elmə, maarifə olduqca böyuk əhəmiyyət verən Məşədi İbrahim bir iranlı tacirin Qazağın mərkəzində satışa qoyduğu 17 otaqdan ibarət yaraşıqlı mülkü 150 qızıl pula alıb Firidun bəy Köçərliyə bağışlayır.Bu haqda akademik Bəkir Nəbiyev qeyd etmişdir:
    "1918-ci ildə Zaqafqaziyada vəziyyətin ağırlığı nəticəsində Qori seminariyası artıq əvvəlki rəsmiyyətini itirir, günlərlə dərs keçilmir, ona görə Köçərli uzun illərdən bəri uğrunda çalışdığı məqsədinə nail olmaq üçün ciddi əməli işə keçir. 1918-ci ilin sentyabr ayında seminariyanın Azərbaycan bölməsinin tədris ləvazımatı və avadanlığı Qazaxa köçürülür. 1918-ci ildə vəziyyətlə əlaqədar Qazaxla Gəncə arasında əlaqə kəsildiyi üçün F.Köçərlinin Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin materiallarını gətirdiyi qatar Ağstafa stansiyasında dayanır. F.Köçərli Sanılıya müraciət etməli olur. Firudun bəyin təklifini məmnuniyyətlə qəbul edib dərhal on iki araba təşkil etdirib seminariyanın ləvazımatını Qazaxa gətirdib Məşədi İbrahimin binasında yerləşdirir və ona ciddi nəzarət etməklə maddi yardım da edir. Seminariyanın yerləşməsindən bir neçə gün sonra onu geri qaytarmaq üçün canişinlikdən üç nəfər nümayəndə gəlir. Bir saatdan artıq söhbətdən sonra razılıq əldə edilərək onlar hörmətlə yola salınır. Beləliklə, 1918-ci ildə F.Köçərlinin xahişi ilə H.K.Sanılı Qori müəllimlər seminariyasının Azərbaycan bölməsini Qazaxda yerləşdirdi”.
    Hacı Kərim Sanılı təkcə müəllimliklə məşğul olmamışdır. Onun həm də pedaqogika tarixində böyük xidmətlərindən biri də yüksək keyfiyyətli dərsliklər yazmaq olmuşdur. O, keçən əsrin 20-ci illərində latın qrafikalı yeni əlifbanın yaradılmasında fəal iştirak etmiş, "Əlifba", "Böyüklər üçün əlifba" (1924), Ə.Seyidovla birgə "Türk əlifbası" (1927), "Üçüncü il" (1927), (təkrar nəşrləri 1929, 1930), "Türk əlifbası" (1930) və s. dərsliklərini tərtib etmişdir.
    Rus, fransız və fars dillərini mükəmməl bilən Hacı Kərim Sanılı Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra da müəllim kimi fəaliyyətini davam etdirmişdir. Belə ki, 1922-ci ildə o, N.Nərimanovun təklifi ilə Bakıya köçüb 1922-ci ilin mayından 1924-cü ilin sonuna kimi Yeni Türk Əlifba Komitəsində Fərhad Ağazadə, Bəkir Çobanzadə, Xudadat Məlikaslanov, Mirzə Cabbar Məhəmmədzadə, Hüseyn İsrafilbəyov, Mirzə Hüseyn Camalzadə, Vəli Xuluflu, İdris Həsənli (Həsənov), Mənsur Qurbanzadə və başqaları ilə birgə çalışıb, savadsızlığı ləğvetmə kurslarında dərs demişdir.
    Hacı Kərim Sanılı həmçinin sovet dövründə bir sıra məsul vəzifələrdə çalışmışdır. O, 1933-1935-ci illərdə Azərbaycan İstehlak-Kooperasiya İnstitutunda, eyni zamanda 1933-1936-cı illərdə Sovet Ticarəti İnstitutunun nəzdindəki işçi fakültəsində müəllim, 1936-1937-ci illərdə isə paytaxtın 25 saylı orta məktəbində rus dili müəllimi, , "Yeni kənd" jurnalının məsul katibi, Azərbaycan Kooperativ məktəbləri birliyində dərs hissə müdiri, Bakıda Kənd Təsərrüfatı İnstitutunda, Azərbaycan Sənaye İnstitutunda, Politexnik İnstitutunda, Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutunda elmi işçi və Bakı xalq maarifi şöbəsində inspektor işləmişdir.
    Hacı Kərim Sanılının ilk evliliyi Qazax qazisinin qızı Xuraman xanımla olmuşdur. Onların İslam adlı ilk övladları dünyaya gəlmişdir. Bundan başqa Zəkiyyə, Bəhram və Lətif adlı övladları da dünyaya gəlmişdir. İslam (15 yaşında) və Zəkiyyə o dövrdə geniş yayılmış xalyareya xəstəliyindən gənc yaşlarında vəfat etmişlər. Xuraman xanım da həmin xəstəlik səbəbindən dünyasını dəyişmişdir. Hacı Kərim Sanılı daha sonra Mahi Mənzar xanımla evlənmişdir.
    Hacı Kərim Sanılı ədəbi yaradıcılığa 40 yaşında başlamışdır. Onun imzasına mətbuat səhifələrində yalnız 1918-ci ildən sonra təsadüf olunur. O, son dərəcə mürəkkəb, ağır və ziddiyyətli yaradıcılıq yolu keçmişdir. Ədib əsərlərini sadə, anlaşıqlı xalq dilində yazmışdır.
    Hacı Kərim Sanılı barədə məlumat toplarkən onun "Kəndlərimiz” şeirini tapdım. Həmin şeiri oxuculara çatdırmağı ozumə borc bildim;
    Kəndlərimiz
    Çox gəzmişəm Azərbaycan elini,
    Çox görmüşəm çaylarını, gölünü.
    Çox düzlərdə ceyran kimi qaçmışam,
    Çox dağları mən yel kimi aşmışam.
    Bağlar gəzib çiçəyini dərərdim,
    Bostanlarda al şamama görərdim.
    Vaxtım olub Kərəm kimi coşmuşam,
    Hərdən qalxıb mən Kür kimi daşmışam.
    Kənd görəndə ağlım gəlib başıma,
    Mat qalmışam bu kəndli qardaşıma,
    Neyçün tikib hərə evi bir yanda?
    Yaşarmı insan kənd olmayan yerdə.
    Ev uzaq olmağı dursun qıraqda,
    Kəndimizdə çoxdur özgə, azır da.
    Gedib biri xəlvət küncə giribdir,
    Biri özün kola-kosa veribdir,
    Çıxıb biri dağların lap başına,
    Quzğun kimi qonub tikin qaşına.
    Keçi kimi qayalara dırmaşıb,
    Dovşan kimi yeddi bələndən aşıb,
    Bunlar azmış daha nələr qayırıb,
    Çəpər çəkib evlərini ayırıb.
    Xəndək qazıb qara tikan tökübdür,
    Qala kimi böyük hasar çəkibdir.
    Çox az görür bu külfəti o külfət,
    Yoxdur aralıqda məhəbbət, ülfət.
    Bir-birindən xam mal kimi döyükür,
    Adam görmür, görən zaman da ürkür.
    Adam gərək bir-biriylə danışa,
    Qılığına, xəsiyətinə alışa.
    İnsan olan insan kibi yaşıya,
    Bir-birinin ağır yükün daşıya.
    İndi deyim yavaş-yavaş qulaq as,
    Təsdiq elə, sözlərimə barmaq bas.
    Gör bu azar bizə hardan qalıbdır,
    Kəndlərimizi kim bu dərdə salıbdır.
    Çoxdan qalıb bilin bizə bu azar,
    Bu dərdlərə ayrı-ayrı səbəb var:
    -Biri bu ki, üç dörd yüz il irəli,
    Babalarımız yaşarmışlar köçəri.
    Saxlarmışlar onlar yalnız qoyun, mal,
    Sevməzmişlər yanlarında qilü-qal.
    Hər birisi çəkilərmiş bir yana,
    Axtararmış ancaq örüş heyvana.
    Qatıq yeyib, ayranını içərmiş,
    Bütün ömrü çobanlıqla keçərmiş.
    Çoban-çoluq hələ indi yenə də,
    Ayrı gəzib gah dağda, gah binədə.
    O günləri daha bizlər keçmişik,
    Mədəniyyət şərbətini içmişik.
    Hər nə qalıb çobanlıqdan, ataq biz.
    Cəhd eləyib kulturaya çataq biz.
    Hacı Kərim Sanılı ilə Əhməd Cavad arasında geniş əlaqə olub. Bir-birlərinin evinə qonaq gələrmişlər.
    Mən bununla əlaqədar olan bir şəkili də məqaləyə daxil etmişəm. Mənim üçün möhtəşəm bir şəkili... Həmin şəkildə Azərbaycan ədəbiyyatının şirləri-nərləri var. Həmin dühalar Xəlil İbrahim, Cəfər Cabbarlı, Seyid Hüseyn, Süleyman Rüstəm, Əhməd Cavad, Süleyman Sani Axundov, Hüseyn Cavid, Mirzə Cəlil də olmaqla Hacı Kərim Sanılıdır. Bu şəkil məni cuşa gətirdi, ilhamlandım və araşdırmamı davam etdim.
    Sonralar Əhməd Cavadın da, Hacı Kərim Sanılının da seçilmiş əsərləri nəşr edildi. Lakin, Hacı Kərim Sanılının "Dağlarının başı qarlı” misrası ilə başlayan "Azərbaycan” şeiri səhvən Əhməd Cavadın kitabına daxil edilmişdir. Mülahizələrə görə, həmin şeir Hacı Kərim Sanılıya məxsusdur.
    XX əsrdə Azərbaycan ədəbiyyatında ilk tarixi poema janrının əsasını Hacı Kərim Sanılı qoymuşdur. O, "Aran köçü", "Namus davası", "Zülmün sonu", "Novruz və Gülara", "Turut qaçaqları" poemalarının müəllifidir. Şairin ilk poeması olan "Aran köçü" 1924-ci ildə çap olunmuşdur. Bu əsərin mövzusu kəndlilərin aran-yaylaq məişəti ilə bağlı həyatından götürülmüşdür. "Aran köçü" o zamanki Azərbaycan poeziyasında öz forma və yazılış tərzinə görə yeni idi. Azərbaycan xalqının uzun əsrlərin sınağından çıxmış milli adət və ənənələri "Aran köçü" poemasında əks olunmuşdur.
    Onun 1927-ci ildə yazdığı "Namus davası" poemasında XIX əsrin ortalarından başlayaraq, feodal mülkiyyəti və imtiyazlığının getdikcə qüvvətlənib nüfuzlu xanlıqlar formasında təsis olunduğu konkret bir dövrdən danışılır. Sanılının "Zülmün sonu” (1927) poemasında istismar dünyasının haqsızlıqları, acı rəzalətləri böyük bir nifrətlə əks olunmuşdur. Şairin "Zülmün sonu” poeması dövri mətbuat səhifələrində - "Şərq qadını", "Maarif və mədəniyyət", "Yeni kənd", "Kəndli qəzetəsi", "Yeni yol", "Kommunist" və s. jurnal və qəzetlərdə dərc olunmuşdur.
    Həmçinin 1927-ci ildə qələmə aldığı "Oktyabr alovları" adlı almanaxda nəşr olunan "Novruz və Gülara" poemasında hər iki gəncin  uşaqlıq illəri, sonrakı həyatları müfəssəl təsvir olunmuşdur. Şairin son poeması olan, "Turut qaçaqları" (1935) istər ideya, istərsə də sənətkarlıq baxımından onun poetik yaradıcılığının təkamülü sayılır. Bu poemanın bu qədər qüvvətli olması onunla izah edilir ki, Sanılı Şəki qəzasında müəllimlik etdiyi zamanlar qaçaqların həyatını, psixologiyasını dərindən öyrənmişdir.
    Hacı Kərim Sanılı "Muğan", "Təzə mahnı", "Azərbaycan xalqına", "Əkinçilər", "Rəssam Əzim Əzimzadə", "Elm ocaqları" və s. kimi şeirlərin müəllifidir. Şairin şeirlərində ərəb, fars və digər dillərdən keçmə sözlərə rast gəlinmir. Dil məsələsinə çox ciddi yanaşan ədib 1934-cü ildə Azərbaycan yazıçılarının I qurultayında bu mövzu ilə əlaqədar çıxış edərkən öz dilini bəyənməyib, özgə dildə danışanlara şeirlə bu cür müraciət etmişdir;
    Bundan sonra təzə yollar açılar,
    Bu yollara əlvan çiçək saçılar.
    Özgə şivə, özgə sözdən qaçılar
    Daha bir də biz uymarıq hər yada.
    Şeirin ilk iki misrası indiki koronavirus pandemiyasının bitməsinə bir ümid kimidir elə bil. Sanılı elə bil əvvəldən bilirmiş, koronavirusun olacağını, onunla keçən pis günlərin tezliklə bitəcəyini elə bil özü əvvəlcədən bilmişdi.
    Hacı Kərim Sanılının ilk kitabı olan "Canavarlar hökuməti" 1918-ci ildə nəşr edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti zamanında - 1919-cu ildə Bakıda "Novruz" mətbəəsi tərəfindən "Yeni şərqilər" kitabı çap edilmişdir. Bundan sonra 1927-ci ildə üç kitabı - "Kəndimiz və Aran köçü", "Namus davası", "Zülmün sonu", 1935 və 1964-cü ildə "Turud qaçaqları", 1993-cü ildə isə "Seçilmiş əsərləri" şeir kitabları nəşr edilmişdir.
    Sanılının M.F.Axundzadə adına Respublika Milli Kitabxanasının arxivində "Yeni şərqilər" adlı kitabının surəti saxlanılır. Həmin kitab 1919-cu ildə AXC parlamentinin üzvü olduğu dövrdə çap olunumşdur. O, kitabçanı Azərbaycan aşiqlərinə ithaf etmişdir. Hacı Kərim Sanılı özünü "Yeni Şərqilər"in yazanı və çap edəni olaraq "Azərbaycan parlamentinin üzvü Hacı Kərim Sanılı" olaraq təqdim etmişdir. Yazarların bəzən "Mahnılar" adıyla təqdim etdikləri bu topluda müəllifin 14 şeiri toplanıb. İkinci şeir toplusundakı bütün şeirlərin hamısı xalq yaradıcılığı üslubundadır. Kitabça "Elektrik Novruz" mətbəəsində çap olunmuşdur.
    Maarifpərvər şair, metodist, pedaqoq Hacı Kərim Sanılı Əli Məhzunla birgə uşaqlar üçün "Meymun və ilan" mənzuməsini yazmışdır. Doqquz səhifədən ibarət olan bu kitabça 1929-cu ildə Bakı şəhərində Azərnəşrdə çap olunmuşdur. Kitabçaya səkkiz uşaq əsəri daxildir. Onlardan dördü Hacı Kərim Sanılının qələminin məhsuludur.
    Hacı Kərim Sanılını 1937-ci il iyunun 3-də Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Muşfiq və Vəli Xulufludan bir gün qabaq həbs edirlər.  Ədib öz yaşadığı evdə həbs edilir. O, həmin illərdə Bakı şəhəri, Füzuli küçəsində yaşamışdır. Ədibə "qolçomaq burjua yazıçısı", "xalq düşməni" damğası vurulur. NKVD-nin 1-ci şöbəsinin təhlükəsizlik leytenantı Klimentiç 12493 №-li cinayət işinin materiallarına əsaslanaraq heç bir partiyanın üzvü olmayan Hacı Kərim Sanılının əksinqilabi-millətçi təşkilatında fəaliyyət göstərdiyini "müəyyənləşdirir" və vətənə xəyanət maddələri ilə həbs edir.
    İstintaq materiallarına əsasən, 4-cü şöbənin rəisi, təhlükəsizlik üzrə kapitan Kinmanla razılaşdırılan və qəbul edilən qərar Xalq Daxili İşlər Komissarı Sumbatov tərəfindən təsdiq olunur. Hacı Kərim Sanılı haqqında qaldırılan cinayət işinin qərarında aşağıda göstərilənlər qeyd olunumuşdur;
    "Qolçomaq ailəsindən olan Hacı Kərim Sanılı Azərbaycanın sovetləşməsi zamanı "Əzrail" firqəsi adlı təşkilat yaratmışdır. Hazırda Ticarət və Kooperasiya İnstitutunun müəllimi olan şair, yazıçı Azərbaycan təhlükəsizlik işçilərinin nəzər-diqqətini cəlb etmişdir”.
    Ay Allahım, Sən böyüksən, bu qədər də böhtan atılarmı?  "Əzrail” firqəsi nə deməkdir? Onsuz da, Azərbaycan SSR-in firqəsi əzrail və şeytan firqəsi idi.
    İstintaq-sorğu protokollarından məlum olur ki, istər çarizm dövründə, istər Cümhuriyyət zamanında, istərsə də Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Hacı Kərim Sanılı xalqının azadlığı, vətəninin müstəqilliyi, millətinin savadlanması uğrunda mübarizələrdə fəal iştirakını təsdiq etmişdir. Hacı Kərim Sanılıya zindanda çox əzab-işgəncə verilirdi. O, NKVD zirzəmisində gündə bir neçə dəfə döyülüb təhqir olunurdu.
    İki aya yaxın NKVD zirzəmilərində əzab və işgəncələrə məruz qalan Hacı Kərim Sanılı məhkəməsiz ölüm kamerasında əzab və işgəncələrə tab gətirməyərək (guya ürək çatışmazlığından) dünyasını dəyişir.Digər bir mənbədə isə güllələndiyi göstərilir. Repressiyaya məruz qalan digər şəxsiyyətlər kimi Hacı Kərim Sanılının da qəbri məlum deyildir.
    Şairin övladlarından iki oğlu Lətif və Bəhram qalmışdır. Hər ikisi Azərbaycan Neft Kimya İnstitutunda təhsillərini yenicə tamamlamışdılar ki, Hacı Kərim Sanılı həbs edildiyindən şairin övladları Bəhram və Lətif Azərbaycanı tərk etdilər və bir daha vətənə qayıtmadılar. Oğlanlar təqib ediləcəklərindən çəkinərək Moskva şəhərinə köçdülər. Orada işlədilər. 1941-ci ilin Böyük vətən müharibəsində hər ikisi hərbi xidmətə getdi. Kiçik oğul Lətif müharibədən qayıtmadı.
    Böyük oğul Bəhram isə cəbhədən qayıdıb yenə də Moskvada yaşadı. Bəhram Sanıyev Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. O, Moskvada ailə qurdu. Kamal adlı oğlu, Əzizə adlı qızı dünyaya gəldi. Sanıyev Kamal fizika elmləri doktorudur. Əzizə də ali təhsillidir. Hər ikisi ailəlidir və Moskvada yaşayırlar. Hacı Kərim Sanılının həyat yoldaşı Mahi Mənzər xanım isə bəraətdən sonra həyat yoldaşının şəxsi arxivini Azərbaycan Respublikasının Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim etmişdir.
    Hacı Kərim Sanılı Azərbaycanın görkəmli ziyalılarındandır ki, onu tanımaq və tanıtmaq vacibdir. Belə insanlar barədə məlumatlar nəsildən-nəsilə ötürülməlidir. Məhz  Sanılı və Sanılı kimiləri ilə Azərbaycan ədəbiyyatı yaşayıb, yaşayır və yaşayacaqdır!

    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 1 186


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Koronavirusdan xilas olmağın yolları - Fəlakətin astanasında... - FOTO Ukraynalı erməni tarixçi: “Bizim qədim xəritələrimiz yoxdur, çünki olmayıb” - VİDEO Daha 93 müəssisədə qayda pozuntusu aşkarlandı - SİYAHI Baş Prokurorluq suda batan əsgərlə bağlı məlumat yaydı "Semaşko"nun reanimatoluqu da koronaya yoluxdu Qənirə Paşayeva COVİD-19-la mübarizədə Azərbaycanın yerli və beynəlxalq səviyyədə gördüyü işlərdən danışıb. Abşeronda istirahət mərkəzinin binasında YANĞIN Canəli Əkbərovun oğlu vəfat etdi DTX-nin tutduğu XİN vəzifəliləri barədə qərar verildi Uçurumun qaşqasında dayananlar Karantin zamanı neft mədəninin ərazisini zəbt etmək istədilər 513 nəfər yoluxdu, 8 nəfər vəfat etdi Azərbaycanda qatar yük maşını ilə toqquşdu: Sürücünün qolu qopdu - FOTO/VİDEO Q.Paşayeva son 5 gündə 250-dən çox vətəndaşla online şəkildə görüntülü danışıb “Sobsan” boya fabrikində baş verən yanğın söndürüldü Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır Evdən çıxmağa üç halda icazə VERİLƏCƏK Leyla Əliyeva üçün özəl gün ABŞ qazdığı tələyə özü düşdü?! - Zaxarovadan ilginc AzTV-nin baş redaktoru da koronavirusdan öldü - ŞOK Rektorun hərbi xidmətə çağırılmış məzunlarla onlayn görüşü keçirilib Eyvandan atılan zibillə uşağın başını yardılar - ANBAAN VİDEO Parlamentdə su müzakirəsi: Hüseynov MM-ə çağırıldı Qızdırması olan hər kəs test edilir - RƏSMİ AÇIQLAMA Amerikalı kəşfiyyatçı Qrehem Fullerin Milli Şuradakı dostu... Daha 556 nəfərdə koronavirus aşkarlandı - 7 nəfər öldü Ramin Bayramlının istefa verməsi ilə bağlı yayılan xəbərlərə - TƏBİB-dən reaksiya Bakıda qəbirstanlıqda baş verən yanğın söndürüldü Həkimindən Bağırzadənin səhhəti ilə bağlı – Açıqlama Azərbaycanda kafedə 50 nəfərlik məclis təşkil edən şəxs həbs OLUNDU Q.Paşayeva son 1 həftədə 200-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb Samir Şərifov 190 manatlıq birdəfəlik ödənişin iyun və iyul ayında da verilməsi təklifinə münasibət bildirib “Qotur danaları baha alıb insanlara satdılar” - Deputat naziri TƏNQİD ETDİ Zakir Həsənov yeni hərbi hissənin açılışında - Video Qənirə Paşayeva Caved Abbasi ilə video görüş keçirdi. Məktəbli qız vətənpərvərliyi və xüsusi istedadı ilə izləyicilərin rəğbətini qazandı-Sizi Tanıyaq (Video) Göyçayda xəstəxana koronavirusla mübarizə üçün ayrıldı Ucarda FACİƏ: Yük maşını piyadanın üstündən keçdi “Semaşko” yalnız koronavirus xəstələri üçün ayrıldı “Qızım deyir ki, heç kim çölə çıxa bilmir, siz istədiyiniz yerə gedirsiz” - Video "Sizi Tanıyaq" layihəsinin gənc istedadları 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə xalqımızı təbrik edir-VİDEO Mehriban Əliyevadan Qurtuluş günü ilə bağlı paylaşım ABŞ-da naməlum şəxs etirazçıları güllələdi: ölənlər var Q.Paşayeva son 1 həftədə 150-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb "Xəstəlik həndəsi silsilə ilə artacaq!"-Mütəxəssisdən sərt xəbərdarlıq “Bəzi müəssisələrdə kəllə qəndin ağardılması üçün zərərli maddələrdən istifadə edilir” - Mütəxəssis Ərdoğan bunları edəndə biz yatmışdıq - Afinadan baxış Koronavirusa yoluxan insanlarda immunitet yaranmır - Müsahibə Biləsuvarda ev yanıb Buraxılış imtahanlarının nəticələri açıqlandı Ləğv olunan iki bankda qorunan əmanətlər “Beynəlxalq Bank” vasitəsilə ödəniləcək - RƏSMİ İsti havada bu içkiləri içməyin! Mingəçevirdə ağır qəza - 1 ölü, 5 yaralı var Bakıdan çıxışda tıxac, rayona gedənlər geri qaytarılacaq FHN çimərliklərdən istifadə ilə bağlı xəbərdarlıq edib 14 iyunda gözlənilən hava şəraiti Azərbaycanda bu il dəniz nəqliyyatı ilə 2,5 mln. tondan çox yük daşınıb Sumqayıtda başına dəmir düşən fəhlə ölüb Çində yenə korona yayılmağa başladı - Bazarlar bağlandı 60 yaşlı qadın beyin əməliyyatında DOLMA BİŞİRDİ Xalq artisti torpağa tapşırıldı Bu gün ilk dəfə virtual "Son zəng" keçiriləcək Deputatlar bu gün növbədənkənar iclasda yeddi məsələni müzakirə edəcək Sərt karantin gəlir: Qıtlıq ola bilərmi? - Açıqlama “Sən də, ərin də dovşansız” deyən polis işdən çıxarıldı - Video Azərbaycanda bir gündə 323 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 5 nəfər vəfat edib – RƏSMİ Bakı-Quba yolunda avtomobil ağaca çırpılıb, yaralanlar var - FOTO İrandan ABŞ-a: Bunu davam etməyə hazırıq! Rus qadından ermənilərə: Soçi də sizindir? - Video Bakı küçələri dezinfeksiya olundu Aydın Mirzəzadə: Karantin rejiminin sərtləşdirilməsi vacib idi - MÜSAHİBƏ Dükanlar bağlanır: 2 günlük ərzaq ehtiyatı görün - Video Sabah dövlət qurumları saat 14:00-dək işləyəcək Mütəxəssis: "Koronavirus xəstəliyi yoxdur" deyənlər cahil insanlardır Paşinyan Ermənistanda xəstəxana çatışmazlığından şikayətləndi Mühafizəçi iş başında qətlə yetirildi - VİDEO ABŞ bu bölgədəki əsgərlərini geri çəkir Nazirlik aksiya keçirən tələbələrlə bağlı məlumat yaydı - VİDEO Qənirə Paşayeva “Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” adlı online konfrans verib Qənirə Paşayeva Azərbaycanın tanınmış yeni nəsil sənətçisi, müğənni Nurlan Əzizbəyli ilə görüşüb. İstiqlal mücəvhəri Hacı Kərim Sanılı -Sevindik Nəsiboğlu yazır... Mayın 31-dən bu yumşalmalar olacaq - RƏSMİ AÇIQLAMA Dostlar arasında dava qanla nəticələndi Jurnalistlərin binasında "Çin əməliyyatı" - Külli miqdarda yeyinti aşkarlandı Almaniya ilə ABŞ arasına CİDDİ FİKİR AYRILIĞI - Nəticə necə olacaq? Q. Paşayeva Cümhuriyyət bayramı münasibətilə Tovuzda 400-ə yaxın gəncə tariximizə və mədəniyyətimizə dair maraqlı kitablar hədiyyə edib. Bakıda qəza yolda tıxaca səbəb oldu - VİDEO - FOTO Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır – FOTO+VİDEO Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edildi - RƏSMİ AÇIQLAMA Mədəniyyət Nazirliyinin əməkdaşına Əbülfəs Qarayevin vaxtında neçə ev verilib? - İDDİA " Fond artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb"-Qənirə Paşayeva Sumqayıtda baş verən qəzada ölənlərdən 4-ü hərbçi, biri mülki şəxs olub - YENİLƏNİB - FOTO Həcc üçün topladıqları pulu koronavirus xəstələrinə xərclədilər...- İBRƏTAMİZ Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı olub Azərbaycanda koronavirusla bağlı son vəziyyət Çin dünyaya meydan oxudu: Rusiya və biz... Peşəkar stilist Dilarə Bağırova möhtəşəm bir uğura imza atıb. Q.Paşayevanın təşəbbüsü ilə TİKA tərəfindən Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verilib.
    File engine/metagen.php not found.