Qubad İbadoğlu: Pensiyalar artan xərcləri örtmək üçün yetərli deyil

    Qubad İbadoğlu: Pensiyalar artan xərcləri örtmək üçün yetərli deyil


    Azərbaycan prezidenti yanvarın 21-də minimum əmək haqqının 116 manata qaldırılması və bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə sərəncam imzalayıb.
    İqtisad elmləri doktoru Qubad İbadoğluprezidentin sərəncamını şərh edib. İbadoğlunun facebook səhifəsində dərc etdiyi şərhi təqdim ediriik.
    Qubad İbadoğlu

    Prezidentin dünən imzaladığı sərəncamlarla bu ildən bütün növ əmək pensiyalarının sığorta hissəsi ötən ilin inflyasiya səviyyəsində indekslərşdiriləcək və minimum aylıq əməkhaqqı 116 manat olacaq. Bu sərəncamların təsirlərini şərh etməmişdən əvvəl bildirmək istərdim ki, yaşa və əlilliyə görə əmək pensiyası 3 hissədən (baza, sığorta və yığım), ailə başçısını itirməyə görə əmək pensiyası isə 2 hissədən (baza və sığorta) ibarətdir. Mövcud qanunvericiliyə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Yeri gəlmişkən onu da qeyd edim ki, pensiya yaşını artırmaq üçün qanunvericilikdə müvafiq dəyişikliyi nəzərdə tutan təkliflər artıq Milli Məclisdədir.

    Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 110 manat müəyyən edilib. Bu kateqoriyalı pensiyaçıların aldıqları cəmi məbləğin yerdə qalan hissəsini sığorta və yığım hissəsi təşkil etməlidir. Amma yığım komponenti tam işləmədiyinə görə, hazırda ödənilən pensiya əsasən 2 yerə bölünür: baza (110 manat) və sığorta (yerdə qalan məbləğ). Prezidentin son fərmanı ilə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının (baza hissəsindən çox olan məbləğlərin) 12,4 faiz artımla indeksləşdirilməsi həyata keçiriləcək. Çünki, rəsmi məlumatlara görə, 2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4 faiz artıb. Bu isə o deməkdir ki, əgər pensiyası baza və sığorta hissəsindən ibarət olan 1 təqaüdçü 150 manat pensiya alırsa, ondan 110 manat çıxılacaq və yerdə qalan 40 manat sığorta hissəsinə isə 12,4 faiz, yəni 4 manat 96 qəpik indeksləşdirmə tətbiq ediləcək, beləliklə də bu ildən təqaüdçü 154 manat 96 qəpik pensiya alacaq. Bu misal onu göstərir ki, təqaüdün məbləğindən asılı olaraq pensiyalar 5-10 manat diapozonunda indeksləşdirməyə məruz qalacaq. Təbii ki, bahalaşan qiymətlərin fonunda bu cüzi məbləğ artan xərclərin az bir hissəsini ödəyəcək.

    Pensiya


    Prezidentin digər sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği bu ildən 11 manat artırılıb, nəticədə 1 aylıq minimum əmək haqqı 116 manat və ya 63 dollar olub. İzahat üçün qeyd edim ki, bir çox dövlətlərin əmək haqqının və gəlirlərinin tənzimlənməsi aləti kimi tətbiq etdiyi minimum əmək haqqı norması əhaliyə ödənilən əmək haqqının ən aşağı səviyyəsini müəyyən edir. Adətən bu səviyyənin müəyyən olunması üçün minimum əmək haqqı minimum istehlak büdcəsi ilə əlaqələndirilir. Beləliklə də minimum əmək haqqı işçinin yalnız fizioloji tələbatını ödəməyə yönəldilir, bu isə o deməkdir ki, hətta yaşayış minimumu əsasında hesablanan minimum əmək haqqı işçini əsassız olaraq ödənilən aşağı əmək haqqından qorumalı və onun normal təkrar istehsalını təmin etməlidir. Bu isə haqlı olaraq sual doğurur, 116 manatla fizioloji tələbatı ödəmək və təkrar istehsala nail olmaq mümkündürmü?

    Minimum əmək haqqının səviyyəsi yaşayış minimumunun dəyərindən, o da ilk növbədə minimum istehlak səbətinin tərkibinə daxil olan məhsul və xidmətlərin istehlak normaları və qiymətlərindən asılıdır. Hələ ötən ilin oktyabr ayına olan qiymətlə əsasında aparılmış müstəqil ekspertlərin hesablamaları göstərirdi ki, yaşayış minimumum dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 200 manat, uşaqlar üçün 259,9 manatdır. Halbuki, 2017-ci il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində təyin edilib. Göründüyü kimi, pensiyaların baza hissəsi yaşayış minimumu ölkə üzrə dəyərindən 45 manat, pensiyaçılar üçün müvafiq göstəricidən 20 manat, müstəqil ekspertlərin hesabladığı məbləğdən 90 manat azdır.

    Odur ki, minimum əmək haqqı 200 manat olmalı və pensiyaların baza hissəsi də yeni sərəncamla artırılmalıdır. Hazırda pensiyaların baza hissəsi hətta rəsmi olaraq təsdiq olunan 116 manatlıq minimum aylıq əmək haqqından 6 manat azdır.

    Müqayisə üçün onu da qeyd edək ki, hətta artımdan sonra Azərbaycanda 1 aylıq minimum əmək haqqının dəyəri ABŞ-da orta hesabla 4 saatlıq, Böyük Britaniyada isə 3 saatlıq minimum əmək haqqı səviyyəsinə çatıb.
    Amerikaninsesi.org
    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 592


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Rusiyada sirkdən qaçan fillər şəhəri bir-birinə qatdı - Video Türkiyədə həyəcan siqnalı - “Yer qabığı qırıla bilər” Qənirə Paşayeva:"14 ildə sizi ləyaqətlə təmsil etmək üçün əlimdən gələni etdim" Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin toplantısı keçirildi. Qatar ayaqlarını qopartdı, sürünə-sürünə evinə çatdı Seçiciləri Səbuhi Rəcəbi böyük sevgiylə qarşıladı: "İmkansız insanlara göstərdiyiniz diqqət və qayğını unutmarıq..." Deputatlığa namizəd Səbuhi Rəcəb kimdir?-Fotolar Məzahir Pənahov: “İndiyədək parlament seçkiləri ilə bağlı MSK-ya 32 müraciət daxil olub” Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü ERMƏNİ ATOYNATMA SƏHNƏSİ ÇOX ÇƏKƏN DEYİL Qənirə Paşayeva Xatınlı kəndini gəzərək seçicilərlə, şəhid ailələri və Qarabağ müharibəsi veteranları ilə görüşüb İran meyitləri Ukraynaya təhvil verdi Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik Q.Paşayeva Tovuzun ən böyük kəndi olan Əyyublu kəndini gəzərək seçicilərlə görüşüb və onlara təkrar sizə etimad göstərəcəyik sözlərinə görə təşəkkürünü bildirib. “Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə itirməmək üçün çalışdım”-Q.Paşayeva Toydan qayıdan ailə qəzaya düşdü - yaralılar var Xətai rayonunda yerləşən marketdə Ermənistan istehsalı olan şokoladlar satılır 6 yaşlı Sübhanın köməyinizə ehtiyacı var Zakir Həsənov: “Ordumuzda olan silahlar qələbəni təmin etməyə imkan verir” Nərminin qatili barəsində həbs qərarı verildi Hacıqabul sakinindən silah götürülüb Gecə həlak olan tələbələrin FOTOLARI MSK rəhmətə gedənlərin seçkiyə dəvətinə aydınlıq GƏTİRDİ ƏSGƏRİMİZƏ QİBTƏ ETMƏLİYİK!- İbrahim MƏSİMOĞLU yazır.... Xanhüseyn Kazımlının qızı namizəd oldu Şəhid hərbçimiz dəfn edildi - (Foto+Video) Azərbaycan əsgəri şəhid oldu Tovuzda 10 yaşlı qızın yanmış meyiti ərazidən götürüldü - FOTO Od içində olan Avstraliyaya “göylərin hədiyyəsi” - VİDEO Yandırılan 10 yaşlı qızın atası danışdı: “Meyiti yerindən tərpətməmişik” AVTOMOBİLDƏN VƏ ÜZƏRİLƏRİNDƏN NARKOTİK VASİTƏ AŞKAR OLUNDU Ucar rayon sakininin adına sosial yardım yazılıb, özünün xəbəri yoxdur- İDDİA "Unibank" kartlarından vəsaitlər silinir: nə baş verir? Tovuzda itkin düşən 10 yaşlı qızın meyiti tapıldı - Yandırılıb Üç yaşlı uşaq valideynləri ilə gizlənpaç oynayan zaman öldü Ərdoğan: "Türkiyə ordusunu Liviyada təmsil edəcək hərbi birləşmələrin məqsədi fəlakətlərin qarşısını almaqdır" Sabah hava necə olacaq? Şəmkir sakini Gəncədə bıçaqlandı Trampdan Tehrana xəbərdarlıq: “Biz ən güclüyük, iki trilyonluq silahlarla...” “Dəmir yolları”ndan təcili yardımla qatarın toqquşması haqda - Açıqlama “Ürəklər Gülsün” adlı xeyriyyə konserti keçirilib Başıbəlalı Babək prospekti: Bu dəfə də işıqforlar işləmir - VİDEO Oqtay Gülalıyevin səhhətində ciddi dəyişiklik - VİDEO 125 deputat yerinə 125 qeydə alınmış namizəd var - MSK sədri Elçin Quliyevlə Məhərrəm Əliyev Ermənistanla sərhəddə - Fotolar "Pepsi" Azərbaycanda cərimələndi Xəbərdarlıq: Uşaqlara öskürək dərmanı verməyin! - Video Yeddi yaşlı qızı belə oğurladılar – VİDEO Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib - FOTO Səhv yuxu rejiminin zərərləri açıqlanıb Yağış, qar yağacaq, duman olacaq — GÜNÜN HAVA PROQNOZU Broyler toyuqlarını kimyəvi maddələrdən bu yolla təmizləyin Mehriban Əliyeva bayram şənliyində - Video+Fotolar Respublika Humanitar Fənlər Gimnaziyasında Həmrəylik Günü münasibəti ilə tədbir keçirildi-Fotolar Lerikdə nə baş verir ? -İlqam Cəbiyev yazır Mərkəzi Bankdan manatın bahalaşma ehtimalı haqqında AÇIQLAMA “Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi Sabah avtobuslar gecə 1-ə kimi işləyəcək Leyla Əliyeva Həmrəylik Günü münasibəti ilə təşkil olunan konsertdə iştirak etdi – FOTO Məzahir Pənahov seçicilərə müraciət etdi - Video "İraq mətbuat tarixi" kitabı ictimaiyyətə təqdim edildi Arıqlamaq üçün dərmanlar hansı fəsadlar törədir? Həbs edilən icra başçısı vəzifəsindən azad edildi - SərəncamHəbs edilən icra başçısı vəzifəsindən azad edildi - Sərəncam QULDARLIQ DÖVRÜNÜ YAŞAYAN LERİK SAKİNLƏRİ QAN AĞLAYIR ! Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib Leyla Əliyeva klinikada müalicə alan uşaqları ziyarət etdi — FOTO "Azərbaycan mətbəxində Dolmalar : 381 çeşid" kitabı ictimaiyyətə geniş təqdim edilib. Şəhid atası: Leyla Əliyeva millət vəkili seçilərsə çox uğurlu layihələrə imza atacağına əminəm "Bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur, senatın bu qətnaməsi açıq siyasi xarakter daşıyır!"-Qənirə Paşayeva Sabahın bünövrəsini birlikdə quraq” adlı layihəsinin möhtəşəm bağlanış tədbiri keçirilib. “Sizi Tanıyaq” Layihəsinin bir qrup istedadlı gəncləri Fəzail Ağamalı ilə görüş keçirdi- Video Bakıda polisə silahlı müqavimət göstərənlərə cinayət işi açıldı - Fotolar+Video Bu, Ermənistan siyasətimizə də təsir edəcək – AKP 14 dekabrda gözlənilən hava şəraiti Qubada məktəb yandı Qırmızı işıqdan keçən xanım sürücü qəza törətdi, 1 nəfər xəsarət aldı Baş infeksionistdən “donuz qripi” ilə bağlı xəbərdarlıq Mehriban Əliyeva “instagram”da Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib “Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək" adlı maarifləndirici sosial çarxın təqdimatı keçriilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gündə respublikamızda 650 min ağac əkilməsi çox gözəl və xeyirxah təşəbbüsdür. Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib “Gəlib dedilər ki, bərpa ediləsi deyil, sökək” - Video Polis bu meyitin yaxınlarını axtarır - FOTO Ukrayna XİN başçısı: "Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" Parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət edildi - 99 səslə qəbul Bakı məktəbində şok: direktor və müəllimlər yoxa çıxdı Çarəsiz ana ölkə başçısına müraciət etdi: "Məmurlar məni dinləmir cənab Prezident!" Ərdoğandan Ermənistanla bağlı ABŞ-da mühüm açıqlama - Video Zaqatalalı gənc daşlardan möhtəşəm əl işləri hazırlayır - FOTO Qadınla kişi maşında yanaraq öldü - Fotolar Vilayət Eyvazov Pərvinlə videosu yayılan polisi işdən qovdu - Foto+Video Yeni Ombudsman Milli Məclisdə and içib BMT dünya liderlərini Madridə toplayır – Səbəb “Nar” tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olur Albaniyada zəlzələ qurbanlarının sayı 40-a çatdı Bu şəxslər avtobusdan pulsuz istifadə edəcək - ŞAD XƏBƏR Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi şurasının hər il bizə ayırdığı qrandla çoxsaylı layihələr işləyirik. BDU-nun daha bir tələbəsi qəfil öldü Əgər tədbir görülməsə, Bakıda böyük dağıntılar olacaq – XƏBƏRDARLIQ – VİDEO Baş prokurorluq 15 yaşlı qızla bağlı MƏLUMAT YAYDI
    File engine/metagen.php not found.