Azərbaycanlı tələbənin tarixi uğuru - Təhsildə ilk

    Azərbaycanlı tələbənin tarixi uğuru - Təhsildə ilk


    Azərbaycan təhsil tarixində qanunla bağlı mübahisəli məsələnin həll edilməsində bir ilk yaşanıb.

    "Qafqazinfo” xəbər verir ki, ötən gün mediada gedən məlumata görə, Tibb Universitetinin tələbəsi Cavidan Qafarov valideynini itirdiyinə və anasının I qrup əlil olmasına görə təhsil haqqından azad edilməsi məsələsini Konstitusiya Məhkəməsi qarşısında qaldırıb. Konstitusiya Məhkəməsi ilk dəfə olaraq plenumunun qərarında "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 1-ci maddəsinin 12-ci abzasındakı anlayışa 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olmuş və dövlət ali təhsil müəssisələrində əyani formada təhsil alan şəxslərin aid edilməməsi Konstitusiyasının 25-ci maddəsinin I hissəsi ilə uyğunsuzluq təşkil etdiyindən, həmin normanın bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğunlaşdırılmasını Milli Məclisə tövsiyə edib. Konstitusiya Məhkəməsi qərarına əsasən tələbənin etirazı haqlı hesab edilib. Bunu Azərbaycanın təhsil tarixində inqilab adlandırmaq olar. Belə ki, qərara görə 18 yaşından sonra valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad ediliblər.

    Bu kimi hallarla bağlı problemlər zaman-zaman baş verirdi. Ekspertlər, millət vəkilləri də çıxışlarında məsələyə dəfələrlə toxunublar.

    Məsələ ilə bağlı "Qafqazinfo”ya danışan Cavidan Qafarov özü də bildirib ki, bu cür məsələlərlə bağlı Konstitusiya Məhkəməsinə ərizə ilə müraciət edənlər olub:

    "Amma ilk dəfədir ki, məsələyə baxılıb və qanunlar arasında uyğunsuzluğun olduğu aşkar olunub. Bu, həm də mənim vəkilim Turqay Həsənovun uğurudur. O, əvvəldən axıra kimi mənim yanımda olub və yol göstərib. Sonda da qanunlar arasındakı uyğunsuzluğun olduğu Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənib. Bütün tələbələrə müraciət edirəm ki, öz hüquqlarına bələd olsunlar və haqlarını tələb etməyi bacarsınlar”.

    Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov da "Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, ona da bu kimi hallarla bağlı müraciət edənlər çox olur: 

    "Azərbaycanda 369 nəfər valideyn himayəsindən məhrum olan şəxs təhsil müəssisələrində oxuyur. Onlardan 19-u ali təhsil müəssisələrində təhsil haqqını nə qədər çətin olsa da, ödəyə bilir.

    Statistik rəqəmlərdə eyni zamanda bu yolla 128 nəfərin orta ixtisas təhsil müəssisələrində təhsil alması qeyd olunur.

    Təhsil Nazirliyinin təşkil etdiyi Maarifçi Tələbə Kredit Fondunun iclasında qurumun nümayəndələri tələbələrə güzəştli təbəqələrə aid olduqları zaman güzəşt edildiyini dedi. Bu zaman ayağa qalxıb səlahiyyətli şəxsə onların güzəşt etdiyi kateqoriyalara ölkə başçısı onsuz da təhsil haqqını bağışlayır, yəni onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənldiyini nəzərə çatdırdım. Bu zaman Tibb Universitetinin prorektoru məhz tələbənin qaldırdığı məsələ ilə bağlı mənə etiraz etdi.

    Mən hal-hazırda qanunvericilik əsasında deyirəm ki, bu tələbə təhsil haqqından azaddır.

    2013/2014-ci tədris ilindən etibarən 18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar.

    "Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1). "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).

    Bu iki qanuna əsasən tələbə təhsil haqqından azad edilməlidir.

    Düzdür, burda bir boşluq var ki, biri vəfat etmiş, amma digəri əlil olmuş deyilir. Lakin Konstitusiyasnın 42-ci maddəsinin IV bəndində qeyd olunur ki, maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir”.

    Ekspert vurğulayıb ki, o 4 ildir ki, bu kimi hallarla mübarizə aparır: "Şəxsən mənə 50-dən çox tələbə müraciət edib. Bunu nəzərə alan universitet təəssüf ki, yoxdur. Bu, tələbələr üçün inqilabdır. Hər il azı 5-10 tələbə adını qazanmış abituriyent bu uyğunsuzluğa görə ali təhsil almaqdan məhrum olur. Bir qanun imkan verir, digəri yox.

    Mən Tibb Universitetinin prorektoruna müraciət edəndə mənə cavab verdi ki, axı tibbə görə, elmə görə uşaqlıq 18 yaşda bitir. Qanunda da uşaqlar nəzərdə tutulur.

    Bilirsiz, təhsil əlçatan olmalıdır. Dövlət bütün imkanlarını səfərbər edir ki, insanlar təhsil ala bilsin, amma qanunu yazanlar bəzi nüansları unudurlar”.

    Millət vəkili Zahid Oruc da məsələ ilə bağlı "Qafqazinfo”ya danışıb.

    O, qeyd edib ki, bundan əvvəl iki dəfə Konstitusiya Məhkəməsi müəyyən qanunlar arasında uyğunsuzluğun olduğu barədə Milli Məclisə tövsiyə etmişdi: "Əgər Konstitusiya Məhkəməsi qanunlar arasında uyğunsuzluq aşkar edirsə, bu, mütləq Milli Məclisdə baxılır və müsbət həll edilir. Əgər maddə referendumluq deyilsə, Milli Məclisdə üçdə iki səs çoxluğu ilə qəbul olunur və 6 aydan sonra təkrar səsverməyə çıxarılır, hüquqi qiymət almış olur”.


    скачать dle 10.6фильмы бесплатно

    Oxunub : 400


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    Facebook Səhifəmiz
    İçxəbərlər.info © 2015 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    SON XƏBƏRLƏR LENTİ:
    Azərbaycanda kolbasa “poroşok”dan hazırlanır? - İDDİA Bakı merinin qardaşına yüksək VƏZİFƏ VERİLDİ Bakıda yağış, rayonlarda qar yağacaq - SABAHIN HAVASI “Qarabağ Qaziləri” Amputant Futbol Federasiyası Fəxri Xiyabanda olub-VİDEO İKİ ƏSRİN ŞAİRİ:Nizami Muradoğlu “Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir Ümummilli lider Heydər Əliyevin anım günüdür Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO Fransada “insan haqları”: aksiyaçılara divan tutulur… Prezident rektorlarla bağlı fərman verdi Bakıda məşhur parkdakı obyektlər sökülür - Eldar Əzizov əmr verdi - FOTOLAR Azərbaycanda vəzifəli şəxslər barəsində cinayət işi başlanıb "Bu münaqişənin həlli mümkün olmayacaq" - Paşinyan (VİDEO) “Nar” gənclərə karyera qurmaqda dəstək olur Fazil Məmmədov ölümdən döndü 4 uşaq anası dəm qazından boğularaq ölüb Leyla Əliyeva beynəlxalq forumda - Fotolar Heydər Əliyev atası ilə Rusiya lideri Vladimir Putinin birgə fotosunu paylaşıb. Ucarda ev yanıb Tofiq Musayev növbəti döyüşünə hazırlaşır Avropada etirazlar səngimir: Hollandiyada da başlandı - FOTO Yaxın gələcəkdə məhv olması ehtimal olunan ölkələr - SİYAHI Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi Deputatdan etiraz: Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır Azərbaycanda bu kommunal xidmətin qiyməti 5 dəfə artırıla bilər Keçmiş deputatın oğluna cinayət işi açıldı - biznesini idarə edir... Samir Şərifovdan manat AÇIQLAMASI: "İndi bunu başqa cür yozurlarsa..." (VİDEO) Neft hasilatının azaldılması qərarını Azərbaycan da dəstəkləyib Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu - FOTO Xırdalan sakinlərinin nəzərinə! Bakıda yeni tikilən 20 mərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ – ÖLƏN VAR Şagirdlərin olduğu avtobus qəzaya düşdü - Yaralılar xəstəxanaya aparıldı Deputat özəl telekanalların bağlanmasını təklif etdi Orduxanla bağlı cinayət işi açıldı - Axtarış elan olundu Nazirdən Fəxrəddin Manafovun teatrdan getmə xəbərinə reaksiya — Araşdırma aparılır + VİDEO Azərbaycan və Rusiya arasında müzakirə: Hərbi sənayedə... “Nar” media nümayəndələrinə yeni məhsullarını təqdim etdi "Azərbaycanda heç bir devalvasiya gözlənilmir" — Deputatdan Samir Şərifovun fikirlərinə REAKSİYA Nazirdən Fəxrəddin Manafovla bağlı ciddi - Tapşırıq Natiq Məmmədov Aparat rəhbəri təyin olunacaq Bakıda şirkət əməkdaşına silahlı hücum edildi “Nar”-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər Ermənistanın hərbi təyyarəsi yoxa çıxdı – Təcili Bakıda havanı çirkləndirən şəxs 2500 manat cərimələndi Politoloq: “Gürcüstandakı mitinqlərdən inqilab qoxusu gəlmir” Bakıda binanın eyvanı uçdu - FOTO Kələmin qızıldan qiymətli faydaları... Ucarda iki maşın toqquşdu, biri yandı Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…” Türkmənistandan Xəzərin statusu ilə bağlı – Qərar Sadəcə pıçıldayıram: ayıb olsun! - Amaşov “Nar”“BakuTel-2018” sərgisində iştirak edəcək Zakir Qaralovdan YENİ TƏYİNAT Bakıda yerüstü metro tikiləcək Bakı metrosundan qızların davasına MÜNASİBƏT (VİDEO-YENİLƏNİB) Geomaqnit qasırğası olacaq – Xəbərdarlıq Ziya Məmmədovun zavodunda bülletenə çıxan rəis işindən kənarlaşdırıldı - VİDEO Azərbaycanlı tələbənin Qarabağ sualına Sərkisyanın cavabı “Nar”-daneşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək “Nar” 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı Azərbaycanda vəzifəli şəxs həbs olundu Bərdədə 140 nəfərin baltalı davası: qıza görə... - Təfərrüat Azərbaycan rəqsləri bəşəriyyətin mədəni irsi siyahısına salındı - VİDEO Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib "Təhsil sahəsində neqativ hallar var" - Əli Əhmədov “Əgər Paşinyan münaqişənin həllində maraqlı olsaydı...” - XİN-dən AÇIQLAMA Elmar Vəliyevin oğluna yüksək VƏZİFƏ VERİLDİ Milli Məclisin deputatları İrəvana getdilər Azərbaycanda TV və radio yayımı dayandırılacaq Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ - Əməliyyat edilən xəstə iflic oldu Bakıda yaşayış evi partladı: iki nəfər… Tanınmış təhsil eksperti vəfat etdi Talıbov Gömrük sədrini vəzifədən azad etdi - Fərman AMEA-nın müxbir üzvü vəfat etdi Bakıda DƏHŞƏT: Qayın yeznəsini 7 yerindən bıçaqladı Paşinyan Belarusdan imtina etdi - Qalmaqal “Nar”-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti Şabranda ikimərtəbəli ev yandı Azərbaycanda polis kapitanı balta ilə vuruldu İcma əsaslı social reabilitasiya mərkəzi Samux rayonunda sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərir. Sürücülüyü öyrənmək istəyirsinizsə, peşəkara müraciət edin-MÜSAHİBƏ Şahin Tatlısəsdən növbəti ifa: "Yaralı kalbim..." Türkiyəli diplomatdan Azərbaycana birmənalı dəstək - ÖZƏL Azərbaycanda bu xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşında... - Video “Nar” 4G istifadəçilərinin sayı yarım milyon oldu BDU-nun tələbəsi itkin düşüb - FOTO Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? - XİN-dən AÇIQLAMA 27 yaşlı gənc itkin düşüb-Foto “Nar-ın sərfəli internet qiymətlərimüştəriloyallığıindeksiniartırır “Azərbaycan-Türkiyə” Dil və Mədəni Əlaqələri Beynəlxalq Simpoziumu başladı-Fotolar Lənkəranda çaqqallar kəndə hücum etdi: 4 nəfər... – Foto Nazir bu gənclərin taleyindən danışdı Sabah güclü külək əsəcək, QAR YAĞACAQ - XƏBƏRDARLIQ “Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir Millət vəkili Q.Paşayeva bir sıra xarici ölkələrin fəal xanımlar ilə Qarabağdan danışıb Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO Pensiyalarla bağlı yeniliklərin detalları açıqlandı - VİDEO 160 saylı avtobusun başı bəlada: yenə toqquşdu - Video Fazil Məmmədov yenidən xəstəxanaya yerləşdirildi Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir
    File engine/metagen.php not found.